Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə105/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   101   102   103   104   105   106   107   108   ...   111

əyyam  idi.  Böyük  İpək  Yolu  öz  vaxtında  şərq 
yarımkürəsinin  intəhasız  ellərində  xalqların 
tarixi-mədəni  və  sosial-iqtisadi  nailiyyətlərinin 
mübadiləsinin  çox  güclü,  azman  vasitəsi  rolunu 
oynayırdı.  Bu  gün  bizim  üçün  İpək Yolunun  əsil 
əzəmətinin yenidən qaldırılması və təsdiqi başlıca 
amaldır.     
Götürülmüş səmt, nəzərdə tutulmuş istiqamət 
–  sadəcə  meyl,  canatma  deyil,  həmçinin  yoldur. 
Yollar – sonrakı təşəkkül üçün əsas şərtdir. Zaman 
sürətlidir və hərfi mənada ən yaxın vaxtda ən böyük 
Bişkek-Oş  avtomagistralının  yenidənqurulması 
başa  çatır.  Bu  baş  avtomagistralda  yüzlərlə  digər 
yol  qovuşur.  Suveren  Qırğızıstan  üçün  prioritet 
əhəmiyyət  Transasiya  dəmir  yolu  magistralının 
Kaşqar (Çin) – Toruqart – Cəlalabad (Qırğızıstan) 
–  Əndican  (Özbəkistan)  qolunun  layihəsinin 
gerçəkləşdirilməsidir.  Böyük  İpək  Yolunun  şah 
damarı Asiya, Avropa və Orta Şərq arasında ticarət 
əlaqələrinin  qurulmasında  mühüm  rol  oynamağa 
qadirdir. Bu şah damar ölkənin iqtisadi inkişafında 
təkan rolunu oynayacaq.
Tarixi  yolları  boyu  nəslimiz-kökümüz 
sevinc  də  görüblər,  kədər-qüssə  də,  qələbə  də, 
məğlubityyət də,  təntənə də,  qəmginlik də.  Fəqət 
heç  vaxt  təmkini  və  ləyaqət  hissini  itirməmiş, 
həmişə  özlərini  cilovlamış,  səbirlərini  basmışlar. 
Minillik  tarix  boyu  millətimiz  ən  mütərəqqini  və 
yaxşını  qayəsinə  hopdurmuş,  mənəvi  ehtiyatını 
tamamlamış, onun sayəsində sağ qalıb millət kimi 
özünü tutmuşdur.  Belə bir atalar sözü var: “Səbrin 
kökü  –  teyxa  qızıldır”.  Hövsələ  qırğız  xalqının 
tarixindəkı başlıca imperativlərdən olmuşdur.   
Yola  çıxmazdan  əvvəl  sinli  ağsaqqallardan 
yaxın  günlər  üçün  havanı  xəbər  alır  və  uyğun 
surətdə  zəruri  pal-paltar  hazırlayırdılar.  Yolda 
adamın başının üstün soyuq və isti, boran və tufan 
ala bilərdi, bir sözlə hər şey kortəbii və gözlənilməz 
idi.  Başlıcası  isə  hər  şeyə  rəğmən,  əcdadlar  heç 
vaxt  yollarından  dönməmişdilər. Yollarına  davam 
etdirmək üçün qədərincə iradə gücünə və əminliyə 
malik idilər. 
Biz, nəsillər, seçilmiş demokratik dəyişikliklər 
və  bazar  islahatları  yolundan,  firavan,  dinc 
və  mütərəqqi  Qırğızıstan  yolundan  dönməyə 
ixtiyarlı  deyilik.  1991-ci  ildə  müstəqillik 
qazanandan  sonra  Qırğızıstan  xalqı  azadlıq 
ideyalarından  qanadlanaraq  fəallıqla  radikal 
dəyişikliklər  aparmağa  başladı.  Radikal  bazar 
islahatları  strategiyası  cəmiyyətdə  məqsədyönlü 
şəkildə  demokratik  əsasların  möhkəmlənməsi 
ilə  tamamlanırdı.  2010-cu  ildə  qəbul  edilmiş 
Qırğızıstan 
Respublikasının 
Konstitusiyası 
respublikada 
demokratikləşmə 
prosesinin 
möhkəmləndirilməsi üçün atılan sonrakı addımların 
özülü  oldu.  Dövlət  qayda-qanunu  və  qanunilik  – 
xalq  ənənələrinin  davamıdır.  Əcdadlarımızın  bir 
sözlə  adlanan  ümumi  norma  və  qaydaları  var  idi 
–  adət.  Ümumi  qaydalardan  kənarda  dərrakə  ilə 
yaşamaq  olmaz.  Oğrular,  fırıldaqçılar  və  canilər 
qanunla  cəzalandırılmalıdırlar.  Kəskin  şəkildə 
ədalət hissi, diktaturanın və totalitarizmin istənilən 
formada təzahürünün qəbul edilməməsi qırğızların 
qanında genetik səviyyədə qoyulmuşdur. Qədimdən 
qırğızlara xanların, xaqanların, tayfabaşıların, sülb 
başçılarının  seçkili  forması,  həmçinin  fəaliyyətin 
açıqlığı və şəffaflığı xas olmuşdur. İstənilən həyati 
mühüm  məsələ  xaqanlıqların  elçiləri  ilə  sadə 
camaat arasında açıq-aşkar müzakirəyə qoyulurdu. 
Akınlar-bədiyyəçilər 
ayrı-ayrı 
hökmranların 
qüsurlarını  asudə  surətdə  tənqidə  tuturdular.  Bir 
sözlə,  demokratiya  ideyaları  qırğız  xalqına  yad 
deyil.  Bu  gün  biz  azad  danışmaq,  azad  hərəkət 
etmək, seçmək, seçilmək, doğma evi azad tikmək 
imkanını əldə etmişik. Azad Qırğızıstanın tərəqqi 
yolunu  10,  100,  lap  1000  il  sonra  da  görmək 
istərdik.
...Qırğız igidlərinin 07.04.2010-cu ildə səkkiz 
saat  ərzində  K.Bakiyevin  xalqa  qarşı  rejiminin 
əleyhinə  mübarizə  apararaq  od  yağışının  üstünə 
getdiyinin  şahidi  olmuşam.  Ən  yaxşı  oğullar 
həlak  oldu.  Onlar  ədalət  və  qanunilik  uğrunda 
mübarizə  aparırdılar.  Keçmişin  dərslərindən  ibrət 
götürməliyik. 
...Aprelin  9-u  gecə  ikən  həlak  olmuşlardan 
birinin evinə başsağlığı vermək üçün gəldik. Gecə 
saat  3  idi.  Evi  tərk  edərkən,  hökumətin  adından 
həlak  olmuşun  atasına  1  mln  som  təqdim  etmək 
istədik.  Ata  qəti  etiraz  edib  bildirdi:  “Yeganə 
oğlum  puldan  ötrü  həlak  olmayıb,  Qırğızıstanın 
gələcəyindən  ötrü  həyatdan  gedib.  Hakimiyyət 
başında olanlara çatdırın ki, təmiz işləsinlər...”
 ... Nə qədər ki, bu sayaq insanlar yaşayır, bizim 
xalq  daha  firavan  həyata  layiqdir.  Azadlıqsevər 
qırğız  xalqı  qürur  duyur  ki,  bizim  ən  gözəl 
təbiətimiz var!
Ən yüksək dağlarımız var!
Ən duru havamız var!
Ən buludsuz səmamız var!
Ən həlim insanlarımız var!
Qırğızıstan – ən dinc ölkədir! 
Qırğızıstanım,  yaxşı  yol,  Gülüstanım  – 
çiçəklənən  diyarım!  Qoy  Böyük  yolda  həyat  və 
xoşbəxtlik karvanı heç vaxt bitib tükənməsin! 
275


Son söz 
 
Qüvvəm daxilində hər şeyi nəql etdim. Əlbəttə, Vətən haqqında nəğmə 
tükənməzdir. Əminəm, o nəğmə övladlarımızda, nəvələrmizdə, nəticələrimizdə 
davam edib səslənəcək. Yekunda xalqıma, torpağıma, doğmalarıma, oxucularıma 
arzu bildirmək istərdim:
Qoy bu müqəddəs dağlar əbədi ucalıb dursun!
Qoy mirvari İssık-Kul hamını daima ilhama gətirib ruhlandırsın!
Qoy komuz – sənin qəlbin kimi daima səslənsin, Vətənim!
Qoy yurtada ocaq heç vaxt sönməsin!
Qoy ağaclar və güllər əbədi bitsin!
Qoy quşların uçuşu asudə olsun!
Qoy övladlarımız bəxtiyar yaşasın!
Qoy azad Vətənim əbədi tərəqqi etsin!
Səni göylər öz himayəsində saxlasın, Qırğızıstan! 
276


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə