Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə102/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   98   99   100   101   102   103   104   105   ...   111

266


YOL 
VII
267


Biz,  qırğızıstanlılar,  çoxmillətli  xalqıq. 
Qırğızıstanın  vətəndaşı  olmaq  –  heç  də  yerli 
camaatla qan qohumluğu deyil. Bu, ümumi taleyi 
bölüşdürmək, gələcəyə birgə yolu addımlamaqdır. 
Qırğızlar  daima  böyük  arzunun  həyata  keçməsi 
naminə  axtarışda  olmuş,  yeniliklər  qazanmış, 
həmişə  xariqələr  yaratmaq  yolunu  seçmişlər. 
Biz  yorulmaz  mübarizədə  irəliləyərək,  tədricən 
azad,  firavan,  təhlükəsiz,  açıq,  mənəvi  dəyərlərə 
söykənən  yeni  Qırğızıstan  qurmaq  məqsədinə 
yaxınlaşırıq.  Ölkənin  müstəqilliyini  qazanandan 
sonrakı  az  müddətdə  bu  yolda  nəzərəçarpan 
addımlar atılmış, başlıcası isə maneələr təmizlənib 
aradan  götürülmüşdür.  Artıq  azad  üfüqlər  göz 
qarşısındadır  və  doğan  Qırğızıstanın  yeni  surəti 
parlaqlıqla  nəzərə  çarpır.  Fəqət  unutmaq  olmaz 
ki,  bizi  irəlidə  daha  mürəkkəb  iş  gözləyir. 
Ancaq  bunlar  müvəqqəti  çətinliklərdir.  Bizim 
nailiyyətimiz  –  azadlığımızdır.  Azadlıq  əbədidir. 
Ondan  ötrü  yaşamağa  və  zəhmət  çəkməyə  dəyər. 
Yeni vəzifələr peyda olur, onlarla bahəm isə yeni 
yolda yeni məqsədyönlülük yaranır. Amallarımızın 
cani-dildən  gələn  qayəsi  –  nəsillərə  çiçəklənən 
Vətəni  bəxş  etməkdir.  Bu  məqsədi  həyata 
keçirmək asan iş deyil. Buna yalnız mədəniyyətdə 
buzla  alovu,  isti  ilə  soyuğu  əridərək,  yeni  qırğız 
ruhunu  ümumdünya  mədəni  dəyərlərinə  və  təzə 
texnologiyalara  uyğunlaşdıraraq,  uca  dağları 
ram  edərək,  sərbəst  çağlayan  çayları  fəth  edərək 
müvəffəq olmaq mümkündür...
Bu  dünyaya  işğalçı  kimi  deyil,  yolaçanlar 
qismində  gəlmişik.  Millətimiz  məhz  burada 
doğulub  formalaşmışdır.  Xalqımızın  tarixi  isbata 
yetirdi ki, düzgün yoldan sapmamışıq: əcdadlarımız 
bihudə  yerə  torpağı  qanı,  təri  bahasına  qoruyub 
saxlamamışlar  və  ondan  əziz  dünyada  heç  nə 
yoxdur.  Yalnız  bu  torpaqda  bəxtiyar  həyat  qura 
bilərik.
Bütün  qırğız  aillərində  (oba)  qırğızlar  üçün 
xüsusi  əhəmiyyət  kəsb  edən  yüzlərlə  dağ  cığırı 
var. Məhz bu dağ cığırları sivilizasiyamızı bakirə 
təbiətlə, dağ silsilələrini isə ucqar aillərlə bağlayır. 
Əcdadlarımız  tərəfindən  qoyulub  gedilmiş  bu 
cığırların  bəlkə  də  on  min  illər  yaşı  var.  Onlar 
bizə elə onun üçün əzizdirlər ki, sanki tariximizin 
salnamələridir.
Yoldan  artıq  daş-kəsəyi  götürmək,  cığırları 
digər yolçular üçün təmizləmək   ənənəsi bu gün 
də  yaşamaqdadır.  Məhz  bu  dar  cığırlar  bütün 
zamanlarda  insanlarda  kompromis  hissi,  yolu 
böyüyə, at belində gedənə yox, piyada addımlayana 
güzəştə  getməyi  tərbiyə  edir.  Dərələrdə  qıvrılan 
cığırlarla  addımladıqca,  azmaq  mümkünat 
xaricindədir,  çünki  bu  xırda  cığırların  hər  birisi 
yolçunu  iri,  magistral  yola  çıxaracaq.  Elə  biz  də 
suverenitet  ərzində  dar  cığırla  dağlardan  keçmiş, 
bəzən  uçurumun  kənarına  gəlmiş,  maneələrlə 
üzləşmiş, ancaq yenə də bazar iqtisadiyyatı və əsil 
demokratiyanın iri yoluna çıxmışıq. Bu yol mütləq 
bizi tərəqqiyə gətirib çıxarmalıdır. 
Əcdadlarımız üçün yol sadəcə sadəcə yol deyil, 
daha dərin məna kəsb edirdi. Bu, tarix, fəlsəfi və 
mənəvi əhəmiyyətə malik idi. İnsan doğulur və bir 
il sonra sərbəst gəzməyə başlayır. Həyat yolunda ilk 
addımlarını atır. Ağsaqqllar ona xeyir-dua verirlər: 
“Allah onu saxlasın, yolunu işıqlı eləsin!”, “Sənə 
yaxşı  yol,  firavanlıq  arzulayıram!”.  Böyük  ömür 
yolu belə başlayır. Uzaq yola çıxmazdan öncə nəsil-
kökümüz  əbavü-əcdadın  ruhlarına  təzim  edirdi. 
Ən  müşküllü  dəqiqələrdə  həmçinin  ruhlara  xitab 
eyləyir, onları şahid durmağa çağırırdılar. Onların 
zənniycə, əcdadların ruhları sehrli qüvvəyə malik 
oluban  insanların  dünyagörüşünə  təsir  göstərə 
bilərdilər. Bu müqəddəs məfhumlar özünəməxsus 
tərzdə  kulta  çevrilmişdilər.  İlhama  gətirən, 
ruhlandıran,  təpər  verən  müqəddəs  anlayışlar  və 
mütləq  səni  qoruyacağına  ümid  bəslədiyin  və 
arxayın olduğun səma pasibandarları. 
Doğma torpaq – müqəddəsdir. Xalq folklorunda 
deyilənlərə  dəlalət  edən  bir  çox  misallar  var. 
Nümunə kimi aşağıdakı atalar sözlərini və zərbül-
məsəlləri  gətirə  bilərik:  “Ar  kimdin  tuulqan  jeri 
ozuno  Misir”  (“Kim  harada  doğulubsa,  oranı  da 
özünə  cənnət  bilir”);  “Tuulqan  jerdin  topuraqı 
altın”  (“Doğma  torpaq  –  altundur”);  “Başka  eldə 
sultan bolqonço, oz jerində ultan bol” (“Özgə xalqın 
sultanı olmaqdansa, özününkünün payəndazı ol”)... 
Torpağımız bir də ona görə doğmadır ki, onun 
tərkində  əcdadlarımızın  neçə-neçə  nəsilləri  əbədi 
yuxuya dalıb yatır. Torpaq bir də ona görə əzizdir 
ki,  biz  onun  üstündə  böyüyüb  ərsəyə  yetişmişik, 
gələcəkdə  isə  övladlarımız  böyüyəcək.  Vətənə 
səcdə  dini  dərəcəyə  qaldırılmışdır  –  qırğızların 
dünyagörüşündə bu sitayiş çox nəslin ömrü boyu 
süzgəcdən, keşməkeşdən keçmişdir. Xalqın mənəvi 
həyatında Vətən – həm ali ictimai dəyər, həm də 
dünyada  ən  yaxşı  torpaqdır.  Evimizdə  sülhü  və 
firavanlığı öz əllərimizlə yaratmalıyıq. 
Əslimizin-nəslimizin yolu – əsil vətənpərvərlik 
yoludur.  Bu,  doğma  torpağa,  təbiətə,  xalqa 
268


Torobəyov S.S. “Bahar” 2010-cu il, kətan, yağlı boya, 60 x 70
269


bəslənən  və  qırğızların  bütün  tarixi  boyu  izlənən 
səmimi,  xoş  duyğudur.  Təbii  ki,  biz  də  bu  yolu 
tutmalıyıq  –  Vətənə  xidmət  yolunu.  Bu  hiss 
xalq  dastanı  “Manas”da  və  bir  çox  digər  folklor 
əsərlərində öz inikasını tapmışdır. Vətənin azadlığı 
və  müstəqilliyi  uğrunda  canını  qurban  vermiş 
qəhrəman-bahadırların kultu isə xüsusi əziz tutulur. 
Bir  çox  mahnı  və  şeirlərdə  milli  qəhrəmanların 
müdrikliyi  və  vətənpərvərliyi  milli  sərvət  kimi 
tərənnüm olunmuş və bu gün də vəsf olunur.   
Uzaq əcdadlarımız heç vaxt istilaçı olmamışlar, 
fəqət  öz  torpaqlarının  qorxmaz  və  cəsarətli 
müdafiəçisi olmuşlar. Təsadüfi deyil ki, qırğızları 
“Moğolustan aslanları” adlandırmışlar. 
Neçə əsrdir, qırğızlar Səxavətli Manasın ruhuna 
baş əyirlər. Onlar üçün Manas hər şeydən alidir, dua 
oxuyarkən Manasın ruhuna xitab eyləyirlər. “Sənə 
Manasın ruhu qənim kəsilsin” – hər bir qırğız üçün 
ən qorxunc qarğışdır. “Sənə Manasın ruhu yardımçı 
olsun”  duası  –  müqəddəsdir.  Qırğızlar  bu  günə 
qədər Səxavətli Manasın kultunu əziz tuturlar. 
Hətta onun tayfası – Manasdır!
Hətta onun alovu – Manasdır!
Hətta onun bayrağı – Manasdır!
Hətta onun ismi də – Manasdır! 
Manasın surətini isə bu tövr təsvir edirdilər:
Sanki Yerin, Göyün,
Dayağından yaranmış Manas.
Sanki Ayın, Günün,
Nurundan toxunmuşdur Manas.
Sanki aylı buludların
Sərinindən toplanmışdır Manas.
Sanki Yerin tərkinin
Ağırlığından yapılmış Manas!
Xalqın  həyat  müdrikliyi  bariz  təcəssümünü 
çoxşaxəli  atalar  sözündə  və  zərbül-məsəllərdə 
tapmışdır. Bunlarda Vətənə, xalqa məhəbbət təlqin 
olunmuş, cəsarət hissinin tərbiyə edilməsi təzahür 
etmişdir.  Məs.:  “Bahadırı  üstələmək  olar,  xalqı 
yox”, “Cəsur igid həyatı anasından alır, ölümünü 
yağıdan”,  “Yastığın  üstündə  ölüm  –  rüsvayi-
cahan,  döyüş  meydanında  ölüm  –  şanü-şövkət”, 
“Xalqın korluq çəkirsə, var-dövlətin lənətə gəlsin”, 
“Ədalətli  bəyin  yaxını  olmur,  qohumlu  bəyin 
ədaləti” və b. sülalənin birləşməsinə yönəldilmişdi. 
Şifahi  xalq  yaradıcılığının  bu  janrının  əsasında 
nəsihətamiz mahnılar və poemalar inkişaf etməyə 
başlamışdır. 
Yolda  bərabərlər  arasında  bərabər  olmaq 
və  həmişə  layiqli  görünmək  lazımdır.  Bizim 
əcdadlarımız,  sözün  əsil  mənasında,  əməksevər 
olmuşlar. Onlar buğda səpir, qoyun sürülərini otarır, 
ilxıları  qoruyur  və  mahnı  oxuyur,  dəyirmanda 
çalışır və yenə də nəğmə deyirdilər. İşləməyə elə 
gedərdilər ki, sanki toya-bayrama yığışırlar, mahnı 
oxuyanda – iş də yüngülləşir. Onlar, bizim müdrik 
əcdadlarımız çox gözəl anlayırdılar ki, xoşbəxtlik 
yalnız əməklə əldə edilə bilər. Onlar deyirdilər ki, 
zəhmətsiz var-dövlət – müvəqqəti ləzzətdir. Nahaq 
söz deyil: “Qul kimi işlə, şah kimi yaşa”. Əcdadların 
yolu hədsiz dərəcədə çətin idi: onlar uca dağlardan 
və qaynar çöllüklərdən keçib getməli idilər, lakin 
oraları da öz inadları və zəhmətləri sayəsində fəth 
edirdilər.  Bica  yerə  deyilməyib:  “Qoçağın  əməyi 
yerdə  qalmaz”.  Bizim  yurdumuz  həmişə  ruzili-
bərəkətli  olmuşdur.  Alın  təri  və  halal  zəhmət 
sayəsində  qazanılan  çörək  bizim  ata-analarımız 
üçün xüsusi müqəddəs əhəmiyyətə malik idi. Əbəs 
yerə  deyildir  ki,  and  içərkən  qarşılarına  çörək 
qoyar  və  çörəyə  and  içərdilər.  Deməli,  biz  əgər 
sizinlə birgə dolğun həyat yaşamaq, hər evdə istilik 
və rahatlıq, zəngin dəstorxon olmasını istəyiriksə, 
buna yalnız, əcdadlarımız vəsiyyət etdikləri kimi, 
səbr və gərgin əməklə nail ola bilərik. 
Əcdadlarımız  bu  yolda  torpaqlarını  qorumuş, 
zəmilərini  şumlamış  və  əkib-səpmiş,  məhsul 
toplamış  və  uşaq  böyütmüşlər,  əllə  böyük  arxlar 
qazımış  və  ilk  yolları  salmışlar,  meyvə  ağacları 
əkmiş,  mal-qara  saxlamış,  cıdır  üçün  qaçağan 
atlar  yetişdirmiş  və  həmişə  mahnılar  oxumuşlar. 
Bu bərəkətli torpaqda, söylədiyim kimi, xalq heç 
zaman  aclıq  çəkməmişdir  və  həmişə  başqalarını 
aclıqdan  xilas  etmək  iqtidarında  olmuşdur. 
Böyük  sərvətlər  torpağı  qırğız  ailələrini  ümidsiz 
kasıbçılıqda  qoymamışdır.  Qırğızıstan  torpağı 
möcüzəli məhsuldarlığı ilə seçilir, effektiv istifadə 
edildiyi halda milyonlarla insanları, saysız-hesabsız 
heyvan sürülərini yedizdirə bilər. Qədim zamandan 
xalqda torpaq haqqında belə bir deyim vardır: “Jerdi 
bir  toyquzsan,  jer  seni  on  toyquzat”  –  “Torpağı 
bircə dəfə yedizdirsən, o səni on dəfə yedizdirər”. 
Qırğızıstan  torpağının  tərkində  böyük  sərvətləri 
yatır: qızıl, antimon, civə, aztapılan metallar. Lakin 
məlum  olduğu  kimi,  sahibsiz  torpaq  –  yetimdir. 
Bundan  sonra,  müstəqilliyimizin  bərpa  olunduğu 
dövrdə  dehqanlarımız  torpağa  mülkiyyətçi  kimi 
sahib çıxmağa ixtiyarlı olmalıdır. 
Deməli,  biz  və  əcdadlarımızın  yolunu  davam 
etdirənlər  imkan  verməməliyik  ki,  onların 
övladları aclıq çəksin. Uşaqlar oxumağı, yazmağı, 
müxtəlif dillərdə danışmağı, çalışmağı və öz bilik 
səviyyələrini yüksəltməyi bacarmalıdırlar.
 Əcdadlarımızdan bizə qalmış ən böyük varidat 
– torpağımız, Ata jurtumuz –ulularımızın Vətənidir. 
Güman ki, millətin bu və ya başqa torpaqda yaşaması 
təsadüfi  deyil,  bunda  hansısa  qanunauyğunluq  və 
270


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə