istiqamətində 150-dən artıq dua evi fəaliyyət göstərir. Yalnız son 5 il ərzində onlarla dini
təhsil müəssisələri, o cümlədən Bişkek və Tokmak şəhərlərində islam institutları, Bibliya
kolleci “İpək yolu”, Oş Dövlət Universitetində teoloji fakültə və onlarla orta islam təhsili
mədrəsələri açılmışdır. Yüzlərlə gənc oğlan və qız Misirin, Saudiyyə Ərəbistanının və
digər ölkələrin dini mərkəzlərində təhsil alır.
Elm
Qırğızıstan Respublikası Milli Elmi Akademiyasında 1 810 işçi çalışır. Onlardan 855
nəfər elmi işçi, o cümlədən, 154 elmlər doktoru və 309 elmlər namizədidir. QR MEA
üzvlərinin arasında 40
akademik, 54 müxbir üzv var.
2008-ci ildə QR MEA-nın elmi müəssisələri 53 layihə üzrə elmi tədqiqatlar aparmışlar
ki, bunların maliyyələşdidirlməsinə büdcədən 120, 842 mln som ayrılmışdır. Beynəlxalq
elmi fondların 1, 035 mln ABŞ dollar məbləğində 71 qrantı üzrə elmi axtarışlar aparılmışdır.
2008-ci ildə QR MEA alimləri tərəfindən 1 090 elmi iş, o cümlədən, 795 məqalə,
178 tezis məruzə, 44 monoqrafiya, 34 dərslik və dərs vəsaiti nəşr olunmuşdur. 16
rəqabətqabiliyətli texniki məsələ patentləşdirilmiş, 10 ixtiraya ərizə qəbul olunmuş,
patentlərin təqdimatına 2 müsbət rəy alınmışdır.
2008-ci ildə “İlim” nəşriyyatı tərəfindən 33 adlı ümumi 551 çap vərəq həcmli elmi
ədəbiyyatı dərc olunmuşdur ki, onlardan 71% akademik müəssisələrin nəşrləridir.
QR MEA-nın 269 əməkdaşı – onlardan 82 elmlər doktoru və 135 elmlər namizədi ali
məktəblərdə mühazirə oxumuş və təcrübi dərslər aparmışlar.
2008-ci ildə QR MEA-nın aspiranturasında 205 nəfər təhsil almışdır ki, onlardan
59-u əyani, 146-sı qiyabi oxumuşlar. 89 (onlardan 68 nəfər ali məktəblər üçün) elmlər
namizədi və 20 (onlardan 17 nəfəri ali məktəblər üçün) hazırlanmışdır. 23 beynəlxalq
iştiraklı konfrans və seminar keçirilmişdir. Şöbələrin institutlarına 21 ölkədən 138 əcnəbi
alim baş çəkmişdir. Yaxın və uzaq xaricdə elmi-tədqiqat müəssisələri ilə elmi əməkdaşlıq
barədə 20 müqavilə bağlanmışdır. Mərkəzi Milli Kitabxananın fonduna 5 533 nüsxə
ədəbiyyat daxil olmuşdur ki, onlardan 1 828 ədədi xarici dildədir. Dünyanın 15 ölkəsində
35 təşkilatla kitab mübadiləsi aparılmışdır ki, bu işin nəticəsində 93 kitab və 2 024 dərgi
alınmışdır.
İdman
2000-ci ilin ən mühüm idman hadisəsi Qırğızıstan Respublikasının idmançılarının
Sidney XXVII Olimpiya oyunlarında iştirakı olmuşdur. Milli yığma komandanın
284