Kənd təsərrüfatı
Kənd təsərrüfatı iqtisadiyyatın aparıcı qollarından biri olaraq qalmaqdadır. Burada
ümumi daxili istehsalatın təqribən 40 % istehsal olunur və respublikanın əmək qabiliyyətli
sakinlərinin yarısından çoxu məşğuldur. Kənd təsərrüfatı sahələri təxminən 10,5 mln ha
(1985) təşkil edir ki, onlardan əkin yeri 1,3 mln ha, otlaqlar isə 8,5 mln ha-dır.
Heyvandarlıq kənd təsərrüfatının özülüdür. Əsas etibarilə zərifyunlu və yarımzərifyunlu
qoyunçuluq nəzərə çarpır (təqribən 4 mln baş). Heyvandarlıq kompleksinin ikinci aparıcı
qüvvəsi ətçilik-südçülüklə məşğul maldarlıqdır. Heyvandarlığın inkişafına geniş dağlıq
örüşlər və tarixən yerli sakinlərin oturuşmuş vərdişləri şərait yaradır. Heyvandarlığın
ənənəvi sahəsi isə ət və kumıs verən ilxılı atçılıqdır (təxminən 450 min baş). İnkişafı
üçün çox vəsait tələb etməyən Tibet öküzünün (yak) yetişdirilməsi ölkənin yüksək dağlıq
ərazilərində qazanclı sahədir. Həmçinin donuzçuluq da geniş yayılmaqdadır, Fərqanəətrafı
regionlarda isə ipəkçilik vüsət tapmışdır.
Əkinçilikdə geniş yer texniki bitkilərin becərilməsi verilir. Son illər ərzində taxıl
əkinində nəzərəçarpan nailiyyətlər qazanılmışdır. Qırğızıstan üçün tərəvəzçilik, bağçılıq,
üzümçülük də ənənəvi sahələrdir. Heyvandarlığın ehtiyacı üçün yem bitkiləri yetişdirilir.
Orta Asiya şəraitində intensiz əkinçilik suvarmasız mümkünat xaricindədir. Suvarılan
torpağın sahəsi 1 mln ha-dan artıqdır. Suvarılan zəmilərdə səpinin 60% yetişdirilir.
Texniki bitkilər (pambıq, şəkər çuğunduru, tütün), tərəvəzlər, bağçılıq bitkiləri yalnız
suvarlma yolu ilə becərilir. Taxıl səpinlərində dəmyə üsulu da tətbiq olunur – zəmilər
qismən suvarılır.
Avtomobil nəqliyyatı
Qırğızıstanın mürəkkəb dağ relyefi şəraitində daxili əlaqələrində avtomobil nəqliyyatı
birinci yer tutur. Bütün daşımaların 97%-dən çoxu onun payına düşür (2000). Avtomobil
yollarının ümumi uzunluğu 20 min ki-dir ki, onların 90% möhkəm örtüklüdür. Oş-Bişkek
avtotrasının, Cəlalabad yolunun yenidən qurulma prosesi gedir. Respublika avtomobil
yolları ilə bütün həmsərhəd dövlətlərlə əlaqə saxlayır.
Dəmir yolu
Dəmir qolu nəqliyyatı yalnız Çuy vadisində və Fərqanəyanında inkişaf etmişdir.
Onun rolu dövlətlərarası iqtisadi əlaqələrin həyata keçirilməsidir. Dəmir yolunun
ümumi uzunluğu təqribən 400 km-dir. Ən gərgin dəmir yolu kəsiyi Luqovaya-Bişkek
arasındakıdır.
Su nəqliyyatı
Su nəqliyyatı yalnız İssık-Kulyanı bölgələrdə xidmət edir. Əsas yol Balıkçı-Pristan-
Karakol marşrutu ilə keçir. Bu yolla, əsasən, yük daşınması həyata keçirilir.
Aviasiya nəqliyyatı
Dağlıq relyef şəraitində aviasiya mühüm yer tutur. Hava yolları Qırğızıstanın
paytaxtından demək olar ki, bütün vilayət və bölgə mərkəzlərinə işləyərək şəhərlər
arasında əlaqə saxlayır. Avianəqliyyat kənd və meşə təsərrüfatına, səhiyyəyə böyük kömək
göstərir. Ekspertlərin hesablamalarına əsasən, Avropadan Asiyanın bəzi ölkələrinə hava
yolu Qırğızıstandan keçməklə 1,0-1,5 min km qısadır ki, bu da yolun ümumi uzunluğunu
10-15% azaldır. “Manas” hava limanı saatda 1 700 sərnişini buraxmağa qabildir.
Respublikadaxili 8, MDB-yə 13 marşrut üzrə, həmçinin beynəlxalq hava yolları ilə
Hannoverə, Dehliyə, Karaçiyə, İstambula, Urumçiyə, Frankfurt-Mayna, Kuala-Lumpura,
Şarcaya müntəzəm reyslər həyata keçirilir.
281
Boru-kəmər nəqliyyatı
Boru-kəmər nəqliyyatı Buxara-Daşkənd-Bişkek və Mayli-Suu-Cəlalabad-Oş qaz
kəməri üzrə açılmışdır. Neft kəmərləri Fərqanəyanında salınmışdır və neft yataqlarını
birləşdirməklə yerli əhəmiyyət kəsb edir.
Xarici əlaqələr
Qırğız Respublikası iqtisadi cəhətdən Rusiya, Çin, Qazaxıstan, Özbəkistan,
Tacikistanla sıx əlaqəlidir. Son illər Koreya, Türkiyə, Kanada, Yaponiya, ABŞ və b.
ölkələrlə geniş əlaqələr qurulur. Bu gün Qırğızıstan 91 dünya ölkəsi ilə ticarət əlaqələrində
bulunur. MDB-dən Qırğızıstana qara metallar, müxtəlif maşınlar və avadanlıq, yanacaq,
meşə materialları və s. idxal olunur. Uzaq xaricdən ölkəyə müasir texnologiyalar,
kompüter avadanlığı, yüksək səviyyəli məişət texnikası, avtomobillər və s. gətirilir.
Qırğızıstandan xaricə yüksək keyfiyyətli sürmə (antimon) və civə, zərif yun, maşınlar,
fiziki cihazlar, yüngül və yeyinti sənayesi məhsulları göndərilir.
Şəxsi hüquqlar və azadlıqlar
Qırğız Respublikasında insanın əsas hüquqları və azadlıqları ümumi beynəlxalq
hüququn qəbul olunmuş prinsipləri və normalarına, insan hüquqları məsələlərinə dair
dövlətlərarası sazişlər və razılaşmalara uyğun surətdə tanınır və təmin olunur. Bu normalar
və sazişlər Qırğızıstan Respublikası tərəfindən ratifikasiya olunmuşdur. Respublika
Konstitusiyası müəyyən edir ki, insanın əsas hüquq və azadlıqları hər kəsə doğuluşdan
məxsusdur. Onlar qanun tərəfindən mütləq, heç kəsin məhrum etməyə ixtiyarı olmadığı,
kimliyindən asılı olmayaraq hər hansı şəxs tərəfindən pozulduqları təqdirdə, qanun və
məhkəmə tərəfindən müdafiə edilərək, tanınır.
Qırğızıstanda qanun qarşısında hamı eynidir. Heç kəs hər hansı ayrı-seçkiliyə, cinsinə,
irqinə, milliyyətinə, dilinə, dininə, siyasi və dini fikirlərinə görə, şəxsi, yaxud ictimai
xarakterli digər səbəblərə və şəraitə görə hüquqlarının və azadlıqlarının pozulmasına
məruz qala bilməz.
Bu zaman Qırğız Respublikasının hüquq və azadlıqları fəaldır: onlar qanunların
mənasını, məzmununu, tətbiqini müəyyənləşdirir, qanunverici, icraedici hakimiyyətlərin,
yerli özünüidarənin qarşısına vəzifələr qoyur və ədalət məhkəməsi tərəfindən təmin
olunur.
Qırğız Respublikasının vətəndaşının hüquq və azadlıqları onun vəzifələri ilə ayrılmaz
şəkildə bağlıdır. Onların yerinə yetirilməsi isə şəxsi və dövlət maraqlarının təminatı
naminədir. Qırğızıstan Respublikasının vətəndaşının hüquq və vəzifələri Konstitusiyanın
xüsusi şöbəsində bəyan olunmuşdur. Orada müəyyən edilir ki, Qırğızıstan Respublikasının
vətəndaşlarına, onların birliklərinə Qırğız Respublikasının Konstitusiyası və qanunları
tərəfindən qadağa qoyulmuş, yaxud məhdudlaşdırılmış hərəkət və fəaliyyətdən savayı
hər cür hərəkət və fəaliyyətə icazə verilir. Bu zaman vətəndaşların hüquq və vəzifələri
haqqında Qırğızıstan Respublikasının qanunları bütün vətəndaşlara eyni dərəcədə tətbiq
olunmalı və onların heç birinə Konstitusiya və qanunlar tərəfindən vətəndaşların sosial
müdafiəsi üçün nəzərdə tutulmuşlardan savayı üstünlük, yaxud imtiyaz yaratmamalıdır.
KİV
KİV-in sayı durmadan artır. Ümumi saydan (təqribən 500) təxminən yarısı qırğız,
45% rus dilində nəşr olunur. Bundan əlavə, Qırğızıstanda özbək, alman, türk, dunqan,
uyğur, ingilis və s. dillərdə qəzetlər dərc olunur. Ən çox tiraj “Вечерний Бишкек”,
“Суперинфо”, “Дело№”, “КТР-Обо”, “Асман пресс”, “Агым” qəzetlərinə mənsubdur.
Habelə КТР, НТС, 5 канал, “Пирамида”, НБТ kimi iri teleradioşirkətlər fəaliyyət
göstərir. Söz azadlığı kifayət dərəcədə qüvvədə olan qanunvericiliklə təmin edilmişdir.
282
Dostları ilə paylaş: |