ALIKUL OSMONOV (1915-1950)
Cavanlığımdan əl çəkmərəm mən,
Mahnıma əl dəyməyin, qoruyacağam.
Allaha lap yüz kərə yalan satsam da,
Mahnımı ömrümdə aldatmaram mən.
Bu məşhur dördlük Alıkul Osmonovun qısa
həyatının leytmotivinə çevrildi. A.Osmonov
valideynlərini erkən itirib yetim qalmış və Tokmak
şəhərinin uşaq evində böyümüşdü. Ağır uşaqlır
illəri, sonradan isə uzun sürən xəstəlik onun
səhhətini lap korlamışdı. O, həyatdan çox erkən,
ürəyindəkilərin ən təkmilini, ən yaxşısını dilinə
gətirməmiş, nəğməsini oxumamış, məşum yaşında
– 35 il ömür sürərək getdi. O, qırğız şeir üslubunun
imkanlarını genişləndirən, doğma poeziyanı yeni
bədii formalarla zənginləşdirən, Puşkin, Şekspir və
Şota Rustavelinin ən yaxşı tərcüməçilərindən olan
şair-novator idi. O, xalqının yaddaşında doğma
Qırğızıstanın ilhamlı realist şairi, dövrünün oğlu
kimi əbədi qaldı. Bu gün, demək olar ki, şeirlərini
sevən hər kəs onun şeirlərindən bir-iki bənd əzbər
söyləyə bilər. Lirikaya və romantikliyinə görə,
bir çox ədəbiyyatşünaslar onu qırğız Puşkini
adlandırırlar.
Xatirimdədir, bizə, Milli Dövlət Universitetinin
jurnalistika fakültəsinin birinci kurs tələbələri
A.Osmonovun poeziyasının vurğunlarına çox təsir edirdi
ki, onun yaradıcılığı lazımınca dəyərləndirilməmişdir.
Birləşib onun ad gününü özünəməxsus tərzdə keçirməyi
qərara aldıq. A.Osmonovun doğum günü əlimizdə
şairin portreti şəhərin mərkəzində addımladıq. Onun
məzarına gül dəstələti qoyduq və orada bədii qiraət
keçirdik. Biz bunları səmimi qəlbdən, ürəkdən edirdik.
O da xatirimdədir ki, bizim kimi, o qədər də imkanlı
olmayan tələbələrdən sevimli şairimizin heykəlini
ucaltmaq üçün pul topladıq. Alıkul Osmonovun
istedadına və xatirəsinə o vaxtkı hakimiyyətin tam
laqeydliyi bizim şəstimizə toxunmuşdu.
Çox şadam ki, 1997-ci ildə Milli Kitabxananın
girişinin qarşısında, nəhayət, onun heykəli qoyuldu.
Açılışda Prezident A.Osmonovun Vətənə, təbiət
gözəlliyinə və İssık-Kul gölünə həsr edilmiş gözəl
şeirlərindən özü əzbərdən oxudu.
Biz hələ də A.Osmonovun ad gününü onun məzarı
önündə dostlarla birgə qeyd edirik. Özünün qoşduğu və
onun böyüklüyünə aid qoşulan şeirləri əzbər söyləyirik.
Beləliklə, onun ruhu bizi birləşdirir və ruhlandırır.
247
ABDILAS MALDIBAYEV (1906-1978)
Abdılas Maldıbayev – peşəkar milli musiqinin
banilərindən biri, məşhur bəstəkardır. Abdılas
uşaqlıqdan mahnılar oxumağı və sadəcə, zümzümə
etməyi çox sevərdi. Təhsil aldığı Çon-Kəmin
kəndində məktəb açılanda sevincinin həddi-hüdudu
yox idi. Sadəcə oxumaq uşaqlıq arzusu tələbat
dərəcəsinə çatdı. Artıq məşhur xalq mahnılarının
oxunmasına qane olmurdu, ona elə gəlirdi ki,
zamanı, dövrü üçün həqiqəti, gerçəkliyi əks etdirən
mahnılar lazımdır. Bu hissiyyat musiqiçi olmaq və
mahnını özü bəstələmək arzusu ilə üst-üstə düşdü.
Birinci mahnı necə isə, səssiz-səmirsiz, təhtəlşüuri
gəldi. Onun adı “Akinay” idi. Orada Akinay adlı bir
qızın gözəlliyindən və ona səmimi münasibətdən
bəhs edilirdi.
Abdılas Maldıbayev 1929-cu ildə pedaqoji
texnikumu bitirib, milli teatr studiyasında
işləməyə başladı ki, bu da onun musiqi ilə intensiv
məşğul olmasına yardım göstərdi. A.Maldıbayev
bir müddət teatrda musiqi texnikumunda işlə
aktyorluğu bərabər aparırdı, amma üç il keçdikdən
sonra birdəfəlik texnikuma keçdi. Bu gündən
onun yaradıcılığında üç istiqamət müəyyən edildi:
bəstəkarlıq, müğənnilik və aktyorluq. Moskvada
1939-cu il mayın 26-dan iyunun 6-sına qədər
keçirilən I qırğız incəsənətinin dekadasında iştirakı,
yaradıcılığının Moskva tamaşaçıları tərəfindən
yüksək dəyərləndirilməsi, onu daha da ruhlandırdı.
Abdılasın şöhrəti hər tərəfə yayıldı. Dekada günləri
Abdılas Maldıbayev həm də müğənni-aktyor
kimi iştirak etdi: konsertdə həm öz, həm də xalq
mahnılarını ifa etdi.
O, “Ajal orduna” (“Ölüm əvəzinə”), “Altın
qız” musiqili dramlarını, “Ayçörək”, “Toktoqul”,
“Manas” oparalarını yazmışdır. Bəstəkar tərəfindən
cəmi 400-ə yaxın mahnı və romans bəstələnmişdir.
Abdılas bu gün də ifa edilən 200-ə qədər xalq
mahnısını işləmişdir. A.Maldıbayevin istedadı
ləyaqətlə qiymətləndirilmişdir. Bu gün portreti
qırğız əskinazı somda öz əksini tapmışdır. Xalq isə
onun melodiyalarını hələ də sevə-sevə, heyranlıqla
dinləyir.
248
QAPAR AYTIYEV (1912-1986)
SSRİ xalq rəssamı, Sosialist Əməyi
Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Qapar
Aytiyev 1912-ci ildə Oş vilayətinin Tüleykən
kəndində anadan olmuşdur. Valideynlərini erkən
itirmiş, uşaq evində tərbiyə almışdır. Q.Aytiyev
xalqın gizli düşüncə və diləklərini ifadə edən,
ali vətəndaşlıq realist incəsənətinin dərinliklərini
və bitib-tükənməz imkanlarını açan böyük rus
təsviri sənət ustalarının məktəbini keçmişdir. O
– sözün əsil mənasında öz torpağının oğlu idi.
Təbiət – onun ilhamerici düşüncə və fikirlərinin
mənbəyi idi. Q.Aytiyevin mənzərələri torpağa
sevgi ilə ruhlandırılmışdır, dahiyanə tərzdə
vüqarlıdır, dinclik gətirəndir. O, ilk növbədə,
rəssam-mütəfəkkir, rəssam-feyləsufdur. Aytiyevin
ən yaxşı silisilə mənzərələrindən biri – “Qırğız
torpağı” adlanır. Məhz bu peyzaja görə rəssam
1967-ci ildə Toktoqul adına respublika mükafatı
almışdır. Bu isim Q.Aytiyevin bütün yaradıcılığına
epiqraf kimi də tətbiq oluna bilərdi, çünki rəssamın
işlərinin hamısı bütünlüklə qırğız torpağının və
onun insanlarının vəsfinə həsr olunmuşdur. Onun
“Kolxoz həyəti”, Dağlarda axşam”, “İssık-Kulda
günorta”, “Bərq vuran göl”, “Cayloda günorta”,
“Cənubda axşam” ən yaxşı mənzərə əsərləri hesab
edilir.
Bütün yaradıcılığı dövründə Q.Aytiyev
portretə də müraciət etmişdir. Onun bu janrda
ən yaxşı əsərləri qırğız mahnılarının tanınmış
ifaçısı Musa Bayetovun, şair Alıkul Osmonovun
portretləridir. O, 50-ci illərdə C.Kojəhmədovla
birgə “Akınlar” qrup portretini yaratdı. Bu şəklin
qəhrəmanları – milli mədəniyyətin inkişafında
böyük xidmətləri olan qırğız incəsənəti və
ədəbiyyatının ağsaqqallarıdır. Dahi rəssamın
fərdiliyi ilə seçilən gözəl əsərləri Qırğızıstanın
təsviri incəsənət üzrə qızıl fonduna daxildir.
Q.Aytiyevin yaradıcılığı təkcə təbiəti əks etdirmir,
o, seyrçinin şüurunu istiqamətləndirir, ona
məsuliyyət, borc hissini oyadan müsbət enerji,
Vətənə məhəbbət duyğusunu verir – biz bütün
bunları vətənpərvərlik adlandırırıq. Qapar Aytiyev
o milli rəssamlardandır ki, yaradıcılığı ilə xalqının
böyük ruhunu təsdiq edir.
249
Dostları ilə paylaş: |