HÜSEYN KARASAYEV (1900-1998)
Düşünürəm ki, o, maraqlı, uzun, rəngarəng
hadisələrlə zəngin həyat yaşamış ən xoşbəxt
insandır. Yüzillik yubileyinə cəmisi ikicə il ömrü
çatmadı. O, XX əsrin bütün ağır məhrumiyyətlərini
və yüksəlişlərini yaşamışdı. Onun yaddaşında
həm çar üsuli-idarəsi, həm rus imperiyası, həm
də doğma ölkəsinin suverenlik qazanması qaldı.
H.Karasayevlə vida mitinqində Əsgər Akayev
qeyd etmişdi ki, “...o, demək olar ki, 100 il yaşamış
və qırğız xalqının tarixində minilliklərə qoyub
gedəcək silinməz iz salmış XX əsrin Kaşğarisidir”.
90 illik yubileyində H.Karasayevdən
müsahibə götürmək xoşbəxtliyi mənə nəsib oldu.
Onun müstəsna yaddaşı və aydın zəkasına heyran
qaldım. Dörd saat söhbətimiz ərzində o, demək
olar ki, fasiləsiz dayanmadan bütün mümkün
hadisələrlə zəngin tərcümeyi-halını danışdı. Mənə
elə gəldi ki, o sadəcə danışmırdı, oxuyurdu. Onun
danışıqlarını dinləmək çox xoş idi. O, Moldo
Kılıçdan sərbəst surətdə sitat gətirir, öz söhbətinə
“Manas” eposundan sətirlər salır, sadəcə, qırğız
atalar sözlərini muncuq kimi “səpirdi”. DTK
əməkdaşlarının onu necə izləmələrini də nəql etdi.
Öz yazılı yetişdirməsi – qırğız-rus lüğəti barədə də
danışdı.
Söhbətimizin
sonunda
dözməyərək
uzunömürlüyün sirrini açmağı xahiş etdim. o
isə gülümsəyərək cavab verdi: “Bütün bunlar
Allahın işidir. Dostlarım güllələnəndə – Moskvaya
göndərildim. Başqalarını cəbhəyə aparanda, mənə
dedilər ki, burada elmə lazımam. Görünür, Allah
məni qoruyub. Bu, bir. İkincisi, özüm özümü
də qorumuşam. Zərərli vərdişlərim heç zaman
olmayıb. Ən yaxşı vərdişi həmişə əmək hesab
etmişəm. Əmək mənim üçün həm müalicə, həm
də eyni zamanda istirahətdir. Üçüncüsü isə,
həmişə etibarlı arxam olub – həyat yoldaşım Ayşə.
Uzun ailə həyatı sürərək, isti münasibətlərimizi
saxlamışıq, hörmətlə bir-birimizə yalnız “Siz”
deyə müraciət etmişik. Zənnimcə, kişinin yaşı
daha çox qadının xasiyyətindən asılıdır”. Budur,
uzunömürlüyün və müdrikliyin ən sadə reseptləri.
241
QASIM TINISTANOV (1901-1938)
Qasım Tınıstanov – filoloq, şair, ilk qırğız
professorudur. Respublikada təhsil sistemi və ilk
təcrübi rəhbərlik, özünütəlim dərs kitabları və
lüğətləri tərtib edən entuziastlardan biri, eləcə də rus
dilindən qırğız dilinə ilk mütərcim. Onun linqvistik
əsərləri bu gün də böyük təcrübi əhəmiyyət
daşıyır. Bu onun “Kırqız tilinin morfologiyası”
(“Qırğız dilinin morfologiyası”) və “Kırqız
tilinin sintaksisi” (“Qırğız dilinin sintaksisi”)
əsərləridir. Bu dərsliklər qırğız məktəblərində
milli yazının əsası oldu. Q.Tınıstanov doğma
dilinin özünəməxsusluqlarının mahir bilicisi idi.
Təsadüfi deyildir ki, böyük alim E.D.Polivanov
deyirdi: “Mərkəzi Asiyada humanitar elmlər üzrə
alimlərin içərisində Qasıma bərabər tutulası şəxs
yoxdur”.
İlk inqilabi dəyişikliklər onun adı ilə bağlıdır.
Onun yaratdıqları xalqımızın mədəni dəyərlərinin
sırasına daxildir. Milli özünüdərkin yüksəlməsində
də onun rolu danılmazdır. Məhz onun xahişi ilə rus
alimi, professor V.V.Bartold vaxtilə qırğız xalqının
tarixi haqqında kitab yazdı. Xalqını sevərək onun
qəlbinə yollar axtardı. Şəxsi ambisiyalardan imtina
edərək digər xalqlara öz qardaşlarına baxan kimi
baxmağa çağırdı. Öz əməyi, öz cəhdləri sayəsində
ayağını ora basacaq hər kəsə şan-şövkətli bir şöhrət
qalası, mənəvi məbəd tikdi. Bu gün Q.Tınıstanovu
qırğız dilçiliyinin banisi hesab etməyə tam əsaslar
var. 90 illiyi qeyd olunanda (1991), Qırğızıstanda
onun adına elm və texnika sahəsində Dövlət
Mükafatı təsis edildi. Qırğız xalqının görkəmli
oğlu Q.Tınıstanovun çoxşaxəli böyük əməyini
nəzərə alaraq, 2001-ci il – anadan olmasının 100
illiyi münasibəti ilə YUNESKO tərəfindən qırğız
alimi Qasım Tınıstanovun İli elan edildi.
Biz xalqın özünüdərki üçün çox işlər görmüş,
mədəniyyətin fədaisi olmuş, milli ziyalılar
zümrəsinin birinci nəslinə, xüsusilə də alimlər və
mədəniyyət xadimlərinə dayaq olmuş bu böyük
oğlunun xatirəsi qarşısında baş əyirik.
242
KONSTANTIN YUDAXIN (1889-1975)
Qırğızıstan SSR Elmlər Akademiysının akademiki,
elm sahəsində SSRİ Dövlət mükafatı laureatı, böyük
türkoloq, filologiya elmləri doktoru, qırğızca-rusca və bir
sıra digər lüğətlərin tərtibçisi K.Yudaxin, xoşbəxtlikdən
repressiyalardan qurtula bilmişdi. Amma fəaliyyətinin
bəhrəsinin – qırğızca-rusca lüğətin çap olunmasında
az həyəcanlar yaşamamış və ona qarşı edilən psixoloji
təzyiqlərdən qurtulmamışdır. Hətta dəfələrlə əlyazması
“itmiş”di və necə çətin zəhmət sayəsində bərpa edilmişdi!
Elə bir məqam çatdı ki, o artıq öz əməyini dəfn etməyə
razılıq verdi. Lakin müəyyən müddət sonra lüğət, nəhayət
ki, nəşr edildi və ümumdünya şöhrəti qazandı. Onun
böyük əsəri nəinki təkcə türk linqvistikasında dəyərli
varidata çevrildi, eləcə də iki xalqı birləşdirəcək bir körpü
rolunu oynadı. O, Rusiyada doğulmiuş və vətəni Rusiyada
da təhsil almışdı. Ömrünün sonuna qədər isə Yudaxin
qırğız xalqı naminə çalışdı. Uzun illər o, qırğız xalqına
yazılı abidələrin, o cümlədən xalq şairlərinin ədəbi irsinin
qaytarılması naminə işlər gördü. Üzərinə “milliyyətçi”
damğası vurulmasına baxmayaraq, K.Yudaxin oxucuya
o zamanlar qadağan edilmiş akınların bir çox qadağan
edilmiş əsərlərini çatdıra bilmişdi.
30-cu illərin məşhur nəsli akademik Yudaxin
tərəfindən tərbiyələnirdi. Onun şagirdləri Yudaxinin
və həyat yoldaşının hər gün sübh ertədən internata
gəlmələrini və mehribanlıqla onları oyatmalarını bu gün
də xatırlayırlar: “Uşaqlar, durmaq vaxtıdır, sizi dağlar və
isti günəş gözləyir”. Əlbəttə, o, gəncləri sevirdi və bütün
qəlbi ilə başa düşdürdü ki, yalnız yaxşı tərbiyə və təhsil
yolu ilə biz Qırğızıstanın iqtisadiyyatıni və qırğız xalqının
mədəniyyətini irəlilədə bilərik. O tez-tez təkrar etməyi
sevirdi: “Mən qırğız xalqının oğluyam”. Bu, müqəddəs
bir həqiqət idi. Görkəmli manasçı Sayakbay Qaralayev
deyirdi: “Yudaxin elmdə, əfsanəvi “Manas” eposundakı
Bakay kimi dahidir”.
Konstantin Yudaxin və Qasım Tınıstanov hal-hazırda
yüksək dəyərləndirilmiş və ölümlərindən sonra Prezident
Ə.Akayevin “XX əsrdə böyük elmi nailiyyətlərə görə”
qızıl medalı ilə təltiflənmişlər. Və əminəm ki, bir gün
gələcək və onların həmkarı, qırğız elmi və mədəniyyətində
böyük əməyi olmuş E.Polivanov da ölümündən sonra
mükafatlandırılacaqdır. “Qırğız mədəniyyətinin üç
nəhəngi” məqaləsində yazılır: “Həbsdən sonra Q.Tınıstanov
və E.Polivanov ağır işgəncələrə məruz qaldılar. Möcüzə
nəticəsində Polivanovun Qırğızıstan müstəntiqlərinə
yazdığı bir ərizə salamat qalmışdır: “58-1a maddəsi ilə
Yaponiyanın xeyrinə casusluqda ittiham edilirəm. Xahiş
edirəm istintaqın ağır formaları bitsin (fiziki zorakılıq),
belə ki, bu üsullar məni yalan danışmağa məcbur edir.
Əlavə edirəm ki, artıq dəliliyə çatmaq dərəcəsindəyəm”.
E.Polivanovu Moskvaya apardılar və 25.01.1938-ci ildə
orada güllələdilər. Q.Tınıstanova qəddar işgəncələrdən
sonra bu qeydli güllələnmə hökmü çıxardılar: “Hökm dərhal
yerinə yetirilsin”. Bununla da qanlarını son damlasınadək
Qırğızıstan elminə qurban verən XX əsrin iki dahi alimi
həlak oldu.
243
Dostları ilə paylaş: |