SAYAKBAY QARALAYEV (1894-1970)
Bu böyük yaradıcı insan Manas haqqında
danışanda mövzuya elə uyurdu ki, ətrafda heç nəyi
görmürdü. Sayakbay dinlənildiyini sezməyə bilərdi,
çünki həyatının dövranına çevrilmiş uzaq keçmiş aləmə
elə qatılırdı ki... Dinləyicilərə sehrli qüvvə kimi təsiri
barədə danışmağa isə dəyməz. Bu, bir aktyorun teatrı
idi. Gah irəli atılır, sanki qanadlı qaçağan atda çapır,
gah da onu qəfil qarşında ağlayan uşaq kimi görürsən.
Bəzən elə təəssürat yaranırdı ki, sanki nəql etdiyi
hadisələin iştirakçısı elə o özüdür. Deyilənə görə, onun
Kanıkey-ənə haqqındakı hekayətini dinləyərkən göz
yaşlarını saxlamayan insan olmayıb. Onun sevincək
səsi ulularımızın qəhrəmanlıqlarını uzaq əsrlərin
zülmətindən zamanımıza çatdıra bilirdi.
Böyük manasçı öz möcüzəli vergisinin peyda
olması barədə görün, nə nəql edirdi. Bir dəfə ayt ayında
(müsəlman bayramı zamanı) Sayakbay öz dosltarı ilə
birgə ramazanı qeyd etmək üçün qonşu kəndə gedir.
Geri qayıdarkən yol yoldaşlarından geri qalır və başqa
istiqamət seçir. Ensiz bir dərədən keçərkən kiminsə
qulaqbatırıcı çığırtısını eşidir. Altındakı at başqa
istiqamətə cummaq istəsə də, Sayakbay heç nəyə
baxmayaraq, heyvanı səs gələn tərəfə çevirir. Çatanda
isə zəngin bir yurta görür. Yurtadan cavan, gözəl bir
qız çıxır və Sayakbayı nemətlərindən dadmağa dəvət
edir. Təəccüblənmiş Sayakbay atdan düşüb içəri daxil
olur. Yurtada kimsəni görmür, dəstərxonda isə ömründə
görmədiyi təamlardan barmaq basmağa yer yox idi.
Gözəl deyir: “Keç, keç, bu təamların hər birindən dad”.
Sayakbay yurtadan çölə qaçır və yurtanın yanında
dayanmış atlıları görür. Onların arasında saçı-saqqalı
ağarmış, sol əlində nizə, sağ əlində isə heybə tutmuş
ahıl kişi dayanmışdı. İxtiyar kişi heybədən yarmaya,
yaxud şəkərə bənzər nə isə çıxardaraq Sayakbaya
uzadır: “Bunları ağzına qoy və ye”. Sayakbay hamısını
son dənəsinə qədər çeynəyib udandan sonra qoca arxada
dayanmış süvariləri göstərərək söyləyir: “Akkulanın
tərkində olanı özün tanıyırsan. Bu – Almambet, o –
Çubakdır, onların arxasındakı Sırqakdır. İndi sən öz
yolunda iki qoyun otaran adamla rastlaşacaqsan. Onları
çobandan almalı, kəsməli və həmkəndlilərinə tuloo –
qurban kimi paylamalısan. Burada nələr baş verdiyini
onlara danışmalısan”. Sayakbay özünə gəlməmiş
atlılar külək kimi hərəsi bir tərəfə çapıb gözdən itdilər.
Həqiqətən də Sayakbəy öz yolunda iki qoyun otaran
adama rast gəldi, ondan qoyunları aldı və tuloo verdi
– qurban kəsdi. Həmin gecə yuxuda Manas rəvayətini
danışmağa başladı. Səhər bu barədə valideynləri ona
xəbər verdilər. Sayakbay 77 il yaşadı. Onun 60 ilini
Manas haqqında rəvayətlər danışmaqla keçirdi. O,
fasiləsiz olaraq iki ay dalbadal yarım mln-dan çox,
daha dəqiq desək, 700 min bəndi sinədəftər danışa
bilərdi. “Manas” eposuna nağıl kimi yanaşanlardan çox
inciyirdi.
Epos ondan ötrü din, həyatının mənasi idi.
2010-cu ildə dahi manasçıya həsr edilmiş “Dahi
haqqında ballada” kitabımı nəşr etdirmişəm.
234