birliyi” hərəkatı Bişkekin küçələrində dinc nümayiş
təşkil etdi.
“Ala-Too” meydanında onun iştirakçılarını
sabiq hakimiyyətin nümayəndələri qarşıladılar.
Qarşıdurma qan tökmək həddinə çatmışdı. Belə
müstəsna dərəcədə mürəkkəb məqamda Prezident
Ə.Akayev öz vəzifəsindən imtina edib, Qırğızıstanı
tərk etdi. Sonra hökumət başçısı N.Tanayev
istefaya çıxdı. Beləliklə, “Ala-Too” meydanındakı
qarşıdurma dinc mitinq iştirakçılarını hakimiyyətə
gətirdi.
Həmin anda əsas məsələ yeni başçı və ölkə
lideri idi. Aydın məsələ idi ki, Ə.Akayevin qayıtması
mümkün olmayacaq. Dövlət başçısı vəzifələrini
K.S.Bakiyev icra edirdi. Onu həm sabiq, həm də
mövcud çağırışların deputatları dəstəkləmişdilər.
K.S.Bakiyevin hakimiyyətə gəlməsi – yenilənmə
belə baş verdi. 2005-ci il iyulun 10-u Respublika
Prezidenti seçkiləri keçirildi və K.S.Bakiyev öz
rəqibləri üzərində tam qələbə qazandı. Prezidentin
inaqurasiyası avqustun 14-ü baş tutdu və o, rəsmən
vəzifəyə keçdi.
2006-cı ilin noyabrında və 2007-ci ilin aprelində
Bakiyev rejiminin əleyhinə və Konstitusiyasının
yeni redaktəsi lehinə kütləvi mitinqlər başladı.
2007-ci ilin sentyabrında Konstitusiyanın
yeni layihəsi ümumxalq müzakirəsinə çıxarıldı,
oktyabrın 21-i isə referendumda ölkənin yeni baş
qanunu qəbul edildi. 22 oktyabr 2007-ci ildə, 2005-
ci ildə seçlimiş Joqorku Keneş Prezident sərəncamı
ilə vaxtından qabaq buraxıldı. 2007-ci ilin dekarın
16-da isə 90 nəfərdən ibarət Joqorku Keneşin yeni,
dördüncü çağırışına deputat seçkiləri keçirildi.
Yeni Konstitusiya redaktəsinə əsasən, seçkilər
həm də yeni qayda ilə – partiya siyahılarına
əsasən həyata keçirilirdi. Joqorku Keneşin birinci
iclası dekabrın 21-i baş tutdu, orada deputatlar
dövlətin və xalqın maraqlarını qoruyacaqlarına and
içdilər. 71 nəfərdən ibarət “Ak Jol”, 11 nəfərlik
Qırğızıstanın Sosial-Demokratik Firqəsi və 8
nəfərlik Qırğızıstanın Kommunist Partiyası adlı 3
deputat fraksiyası yaradıldı.
2010-cu ilin aprelin 7-də Qırğızıstan xalqı “ailə”
hakimiyyətinin cinayətkar rejimli Kurmanbəy
Bakiyevi hakimiyyətdən devirdi. O, 2005-ci ilin
yayında, dövlət başçısı vəzifəsinə seçilməzdən əvvəl
söz vermişdi ki, dövlət idarəçiliyində korrupsiya,
qohumbazlıq, tayfabazlığın kökünü kəsəcək və
siyasi təqiblərə son qoyacaq. Lakin növbəti beş
ildə Bakiyev hər şeyi tərsinə etdi: korrupsiya
çiçəkləndi, onlarla siyasi qətllər törədildi, birr şox
görkəmli siyasi xadimlər həbs edildilər, bütün KİV-
lər nəzarət altına alındı, seçki institutu bütünlüklə
hörmətdən düşdü. Prezident dövlət hakimiyyətini
öz yaxın qohumları ilə doldurdu, energetikanın
strateji obyektlərini dəyər-dəyməzinə özəlləşdirdi
və misli görünməmiş miqyasda konstitusiyanı
pozmağa əl atdı. Nəhayət, hakimiyyətin növbəti
təxribatından sonra əhali üsyana qalxdı. Alay, Narın
və Talasda başlayan kütləvi çaxnaşmalar özlkənin
digər regionlarına da keçdi. Aprelin 6-sı müxalifətin,
demək olar ki, bütün liderləri həbs edildi. Insanların
dinc və güc tətbiq etmədən etiraza qalxmağa can
atmalarına rəğmən, hakimiyyət prosesə zorakılıq
qataraq silahlı münaqişə məcrasına çevirdi.
Bakiyevin rejimi dinc nümayişçiləri məhv etmək
məqsədilə atəş açdı. Nəticədə onlarla günahsız
gənc öldürüldü. Lakin hakimiyyət ayağa qalxmış
vətəndaşların hiddətinin və iradəsinin qarşısını ala
bilmədi. Xalqın əleyhinə hərəkət etmiş cinayətkar
hakimiyyət biabırçılıqla paytaxtdan qaçdı. Bu
şəraitdə Qırğızıstan Respublikasının müvəqqəti xalq
hökuməti ölkədə legitim seçiləcək hakimiyyətin
formalaşmasına qədər dövləti və cəmiyyətdəki
vəziyyəti tam nəsuliyyətlə idarə etmək üçün öz
üzərinə götürdü. Təəssüf ki, Bakiyevin ətrafındakı
qisasçı, təxribatçı şəxslərin qızışdırılması və ayrı-ayrı
separatçı qüvvələrin günahı iyun ayında respubliknın
cənubunda millətlərarası qarşıdurmalara gətirib
çıxardı. Insanlar həlak oldular. Bu dəhşətli
münaqişəni möcüzə nəticəsində dayandıra bildilər.
2010-cu ilin oktyabrın 10-u 29 partiyanın
iştirakı ilə parlamentə seçkilər keçirildi. 5%-lik səddi
“Ata Jurt” – 28 yer, SDPK – 26, “Ar-Namıs” – 25,
“Respublika” – 23 və “Ata Meken” – 18 yerlə adları
çəkilmiş partiyalar aşa bildilər. Seçkilər əvvəlkilərə
nisbətən düzgün və ədalətli keçirildi.
Biz Qırğızıstanın birinci və ikinci prezidentinin
heyətlərini çıxarmalıyıq. Belə ki, sonuncu seçkilərdə
hökumətin formalaşmasından ötrü Joqorku Keneşə
uydurma, ələbaxan siyasi partiyalar deyil, real
firqələr təqdim edilmişdi. Yenidən seçilmiş Joqorku
Keneş və Qırğızıstan Respublikasının Yeni hökuməti
dövlət idarəçiliyinin inkişafında aşağıdakı prinsipləri
prioritet hesab etməlidir:
ölkədə xalqın hakimiyyətini bərpa etmək,
demokratik dövlət quruluşunu geri qaytarmaq,
ailə klanından və hakimiyyətin kim tərəfindənsə
qanunsuz ələ keçirilməsi imkanından qəti surətdə
can qurtarmaq;
• Qırğızıstanı elə bir ölkəyə çevirmək ki,
orada namus, vicdan, ədalət hər bir insanın,
icmanın, millətin əsas mənəvi qayəsinə çevrilsin;
Cəmiyyətimizə vicdanı və düzgünlüyü – bütün
normal cəmiyyətə aid mənəvi normaları – qaytarmaq
lazımdır. Bundan ötrü bizə, ilk növbədə, vicdanlı
dövlət, vicdanlı və ləyaqətli hakimiyyət lazımdır;
• Hamı üçün bərabər olan düzgün və ədalətli
220
Dostları ilə paylaş: |