iqtisadi qaydalar tətbiq etmək. Bakiyev ailə
klanı tərəfindən bir çox qırğızıstanlıların əlindən
qanunsuz alınıb mənimsənilmiş xalq mülkiyyətini
geri
qaytarmaq.
Qırğızıstanlılar
işləmək
iqtidarındadırlar və onlar varlanmaq, ləyaqətlə
yaşamaq, digər ölkələrdə, o cümlədən inkişaf etmiş
ölkələrdə yaşayan insanlardan heç də pis olmayan
şərait qurmaq üçün işləyəcəklər;
• bölgələrin, ilk növbədə cənubun, dağlıq
ərazilərin, sərhədyanı rayonların iqtisadi yüksəlişini
təmin etmək;
• büdcə axınını, vergiləri ayrı-ayrı ailələrin
üzvlərinin cibinə deyil, xəstəxana və məktəblərə,
kasıblara əl tutmağa, uşaqlarımızın təhsilinə,
elmin, mədəniyyətin, qırğız dilinin, ümumilikdə,
ölkəmizdə yaşayan etnik birliklərin hamısının
inkişaf etdirilməsinə yönəltmək;
• ölkənin, dövlətin idarə edilməsi üçün
namuslu, peşəkar, vicdanlı şəxsləri işə cəlb
etmək – belələri bizdə heç də az deyildir. Dövlət
orqanlarında ölkə naminə namusla və məsuliyyətlə
işləmək istəyənlərə kömək etmək;
• idarəçiliyə
demokratik
dəyərlərin
tərəfkeşlərini və aktiv daşıyıcılarını, qırğız mədəni
dəyərlərini bilən və onları tətbiq etməyi bacaran
şəxsləri cəlb etmək zəruridir;
• Respublikada qüvvə toplayan mənfi
proseslərin qarşısı alınmalıdır. Dövlət və siyasi
arenaya yeni, avtoritar mentalitetdən azad, ölkənin
inkişafını sivilizasiyalı dünyanın addımladığı
yola döndərib istiqamətləndirəcək insanlar
çıxarılmalıdır;
• Qırğızıstana
dövlət
suverenliyini
qaytarmaq. Xarici siyasətdə oyun və bazara son
qoymaq. Qonşularımızla, Rusiya və digər ölkələrlə
xoş münasibətləri bərpa etmək. Ölkə hərbi oyunların
girovuna və müxtəlif hərbi-siyasi ittifaqların və
böyük dövlətlərin meydançasına çevrilməməlidir;
• daxili bölgələrarası iğtişaşlara son qoymalı
və qırğız xalqını vahid bir xalqa çevirməliyik. Eyni
zamanda cəmiyyətin çoxdillilik və çoxmillətliliyini
üstünlük, imtiyaz, resurs hesab edirik və bu amillərə
dayaq olub inkişaf etdirilməsini vacib sayırıq. Biz
Vətənimizin orta əsr diktarurasına, dövlətimizin
hər şeydən məhrum edilmiş quruma, qırğızların isə
digər ölkələrin və yaxud, hər hansı digər hökmdarın
qullarına çevrilməyinə imkan verməməliyik.
Qırğızıstan xoşbəxt, mütərəqqi, sivil, özünün,
vətəndaşlarının maraqlarının arxasında dayana
biləcək bir ölkə olacaqdır. Bu – bizi birləşdirən və
bizə qüvvə verən məqsəddir.
Hal-hazırda biz dövlətçilik əldə etmişik,
milli dəyərlər və rəmzlər qazanmışıq, müdriklik,
kişilik və dözüm dərsi keçmişik, yalnız birgə
razılığa gəlmək qalır.
* * *
Əcdadlarımız belə deyərdilər: hər şeyin öz
zamanı var. Bu gün birləşmək, yaratmaq, tikib-
qurmaq, inkişaf etmək və çiçəklənmək zamanıdır.
Beləliklə, Böyük Yolun tarixi davam edir. Bu əbədi
yolun əsas məqsədi isə dünyanı, insan həyatını,
ailələri, millətləri və təbiəti yaratmaqdır.
Bu kitab üzrə işi bitirərkən, qəflətən beynimdə
bir fikir tügyan etdi, yəqin, hansısa dahi rəssam
qırğızların bütün tarixini kətan üzərinə köçürsəydi,
əsasən qırmızı rəngdən istifadə etmiş olardı, çünki
qırğız xalqı, demək olar ki, bütün tarixi boyu dinclik
görməmiş, qanından keçməli olmuşdur. Qırğızların
bütün həyatı – yaşamaq uğrunda mübarizə, azadlıq
naminə qovğa olmuşdur.
Hamıya məlumdur ki, tarixi olmayan xalq,
anası olmayan uşaq kimidir, qədim tarixin hələ neçə
səhifəsi açılmamışdır, hələ ulularımızın neçə-neçə
sirləri bizim və nəsillərimiz üçün örtülü qalmışdır!
Millətimin tarixini əks etdirən bu fəsli yazanadək
kifayət qədər unikal arxiv sənədlərini, məşhur
alim, tarixnəvis, coğrafiyaşünasların kitablarını
və məqalələrini vərəqləməli oldum. Qırğızların
əcdadlarının tarixini öyrənənlərin, ələlxüsus da, rus
alim-səyyahların iradəsi, dözümü və dərin sağlam
maraqları qarşısında baş əyirəm. Ötən yüzilliklərin
sarsılmaz kanonlarına baxmayaraq, onlar qırğız
dövlətçiliyinin yaranmasının tarixi haqqında bütün
həqiqətləri ərz edibən, mətanətlə zənglərə vurmuş,
aləmə car çəkmişlər.
Manasın ruhu, böyük xarüqələr görməyə bizə
özün xeyir-dua ver!
Var ol, Vətən, var ol!
Azad və xoşbəxt ol!
Hətta biz olmasaq da, sən var ol!
221
222
QIRĞIZ TORPAĞININ
YETİŞDİRDİYİ DAHİLƏR
Hərgah xalq bəşəriyyətə qüdrətli şəxsiyyətlər verməmişsə, demək, tarixdə
mövcudiyyətini doğrultmamışdır.
Oljas Suleymenov
Ən uzunömürlü anlayış – insan yaddaşıdır. Nə qədər ki, xalq görkəmli insanlarının adlarını
yadında saxlayır, onlar ölümsüzdür. Deməli, xalqa da ölüm yoxdur. Biz, qırğızlar, əcnəbi
işğalçılarla amansız savaşlarda torpağımızı qoruyub saxlamış əcdadlarımızın şanlı əməllərini
müqəddəscəsinə əziz tuturuq. O qəhrəmanların adını hafizəmizə yaxşı həkk etmişik və cəsarəti,
müdrikliyi, istedadı və əməyi ilə qırğız xalqının başını uca edənlərin xatirəsiə hörmət bəsləyirik.
Bu bölmədə onlardan qısaca bəhs etməyə cəhd göstərəcəyəm.
VI
223
BARSBƏY (680-711)
Qırğız xaqanı Barsbəy dövrünün görkəmli
sərkərdəsi olub. Hakim qırğız sülbünün birbaşa
varisi olaraq Umay-ənənin hamilik etdiyi nəslin
nümayəndəsidir. Atasını çox erkən itirmişdir.
İnadcıllığının sayəsində parlaq şəxsiyyətə
çevrilmişdir. Artıq VII əsrin sonuna Sayan
qığrğızları ona ajo deməyə başlamışdılar. Xalq bu
ali adı nadir hallarda kimlərəsə layiq bilirdi. Ajo
seçilən anda, qırğızlar onu tarım çəkilmiş ağ keçə
xalçanın üstündə yuxarı qaldırdılar. Bu minvalla,
Barsbəy mürəkkəb siyasi şəraitdə Yeniseydə
qırğız dövlətinin birinci hökmranı seçildi. Barsbəy
tədbirli sərkərdə, təcrübəli diplomat olaraq Tan,
Tibet və Yürgeş imperiyaları ilə yaxşı münasibət
qurmuşdu. Gözlənilmədən Mərkəzi Asiyada siyasi
vəziyyət kəskin surətdə təbəddülata uğradı. Tan
imperiyasının əsarəti əleyhinə Orxon türkləri
baş qaldırdı və çöllərdə Çin ordularına, onların
müttəfiqlərinə zərbələr endirdilər. Qırğızlar
qoşunlarını sağ-salamat saxlamışdılar, zira bu
qovğada iştirak etməmişdilər. Barsbəy xaqanlığın
şimal sərhədlərində qalan qüvvələrə başçılıq etdi.
Qırğızların gücünü anlayan Barsbəy mühüm siyasi
addım atdı: taxt-tac Inançu Alp Bilge adlı xaqan
titulunu qəbul etdi. Qırğızların ali hökmdarı digər
xaqanlığa qətiyyətli çağırış atmış, Mərkəzi Asiyada
hökmranlığa iddia irəli sürmüşdü. Qayaların birinin
üstündə Barsbəyin tarixi abidəyə çevrilmiş vida
nəğməsinin misrası aşkara çıxarılmışdı: “Mən
cəsarətimin müqabilində xalqımdan arxa gördüm…”
Görkəmli qırğız xaqanı Barsbəy barədə kasad
tarixi məlumatlar bunlardır. Barsbəy Bilge xaqan,
Tonyukuk və Gültəkinin başçılıq etdiyi Şərqi-Türk
xaqanlığının orduları ilə qeyri-bərabər vuruşmada
xalqını qoruyarkən əsil qəhrəman kimi həlak olmuşdu.
Bu ordular qəfildən Sayan dağlarından, başqa sözlə,
tamamən gözlənilməyən səmtdə, qırğızların yaşayış
məskənlərinə həmləyə keçmişdilər. Barsbək –
böyük tarixi şəxsiyyətdir. Adlı-sanlı tarixnəvislərin
mülahizələrinə əsasən, Barsbəy Səxavətli Manasın
proobrazıdır. Xalq onu yaddaşına həkk etmişdir,
deməli Barsbəyə ölüm yoxdur.
224
Dostları ilə paylaş: |