JUSUP BALASAQUNI (1018-1070)
Jusup Balasaquni insan ruhunun müdrik
bilicisi, feyləsuf, alim-ensiklopediyaçı, ərəb və
fars nəzminin incəliklərinə, habelə türk folkloruna
bələd görkəmli şair olmuşdur. İndiki Tokmok
şəhərinin yaxınlığında, Çu çayının sahilindəki
Balasaqun şəhərində anadan olmuşdur. 13
min sətirdən ibarət “Kutadqu biliq” (“Nemətli
bilik”) poemasını yazmış və orada əski şərq
pedaqogikasının prinsiplərini parlaq nəzmdə izhar
etmişdir. O prinsiplər elə bu gün də uşaqların
tərbiyəsində etibarlı orientir ola bilər – mahiyyətləri
əsrlərlə sınanmışdır:
Bax ki, qalmasın oğlun işsiz, –
Bikarların bütün ömrü dəyərsizdir, dəyərsiz.
Uşaqlara qarşı əgər insan sərt olsa,
Cürəti olmaz kimsənin onları lağa qoymağa.
“Bu kitabın əsası”, – Balasaquni yazır, – “bir
neçə sönməz tinətdir: birincisi – ədalət, ikincisi
– saədət, üçüncü – dərrakə, dördüncü – qeyri-
tələbkarlıq”.
Amirə saysız ərmağanlar verilir
Mənimki — “Nemətlli bilik” məcəlləsidir.
Nə yığsan, toplasan, gəldi-gedərdir,
Yazının nuru çox, heç vaxt azalmaz!
Həqiqətən, doqquz əsr onun əsərinin üzərində
amir ola bilmədi. Bununla bahəm, “Nemətli bilik”,
hər şeydən əlavə, ötüb-keçməyən estetik dəyərə
malik, vaqiən dünya mədəniyyəti xəzinəsinin bir
dürrü, ruhlanmış şairanə əsərdir. Bu, fikirlərin və
husslərin xəlitəsi, yaşantı və fəlsəfi əxlaq dərsi, daha
səhihi isə hər şəxs üçün cinsindən, milliyyətindən
və etiqadından asılı olmayaraq, özünəməxsus
mənəvi məcəllədir. Xülasə, bu poemanı müdriklik
kitabı adlandırmaq olar. Belə miqyaslı əsər min
ildən bir peyda olur, bəlkə də bəşəriyyət tarixində
yeganə haldır.
225
MAHMUD BARSKANI (KAŞĞARI) (1038-...)
Mahmud Kaşğari türk dilinin özülünü qoyan
və türkdilli xalqların mənəvi dünyasının ən parlaq
nümayəndələrindən biridir. Linqvist, türkoloq,
müxtəlif şəhərlər, düzənliklər və dağları gəzmiş,
İssık-Kul gölü və dünyanın paytaxtı adlandırdığı
Barskan şəhərinin, Qırğızıstanın uca dağlarının
səhih qeyd olunduğu Yer kürəsinin və Mərkəzi
Asiyanın ilk çoxrəngli coğrafi xəritəsini tərtib
etmiş xəritəçəkən. Onun xəritəsi qədim xalqlar,
şəhərlər və dövlətlər barədə çox yeni məlumatlar
vermişdir. Xəritə mirasının informasiyaları öz
unikallığı ilə Avropadan olan bir çox alimləri
heyrətləndirmişdir. Mahmud Kaşğari özünün
əsas yaratdığını – “Divan-i-Lüğəti-Türk”
lüğətini – nəsillərə miras ötürmüşdür. “Divan-
i-Lüğəti-Türk” lüğətinin nəinki türk xalqları,
eləcə də bütün bəşəriyyət üçün böyük dəyəri
vardır. Onun lüğətinə hərbçilərin, kəndlilərin,
tacirlərin və əkinçilərin işlətdikləri qədim
sözlər, atalar sözləri, zərbül-məsəllər, poetik
sətirlər, qırğızların tarixindın çoxlu kəlamlar
və fraqmentlər daxildir. Həmin söz və ifadələr
saxlanılmışdır və məişətimizin danışıq dilində
bu gün də işlədilməkdədir. Kaşğari qəlbi söz
ilə sağaldan şəxs olmuşdur və olmaqdadır.
Kaşğarinin tərkibinə təqribən doqquz min sözün
daxil olduğu lüğəti, məhrəm kəlam kimi, türk
dünyası üçün monumental abidəyə çevrilmişdir.
Bir qədər sonra ən qədim, ilk gümüş sikkələr məhz
Kaşğarinin doğulduğu Barskaunda tapılmışdır.
Güman ki, Kaşğarini məhz bu səbəbdən, həm də
Barskani adlandırırdılar. XX əsrin sonunda onun
adı bəşəriyyət səmasında yeni qüvvə ilə parladı.
Xaricdə təhsil alan yeni nəsil ağıl, biliklərə güclü
meyl nümayiş etdirir, bu isə onun təcəssümüdür
ki, gənclər miraslarının günəşin zərrin şüaları
kimi insan qəlbinin dərin guşələrini nurlandırdığı
görkəmli maarifçilərini işini davam etdirirlər.
226
ORMON XAN (1790-1853)
XIX əsrin ikinci rübündə Sarıbağış manapının
oğlu Niyazbəy uuulu Ormon öz tayfasının baş manapı
olur və dərrakəli rəhbərliklə onu möhkəmləndirir.
Feodal-sülb xanimanlığı arasında liderliyi ələ alan
Ormon şimal qırğızlarının tayfalarını hakimiyyəti altına
gətirməyə çalışır, lakin bununla belə, hamını birliyə
çağırırdı. 1842-ci ildə sarıbağış, solto, sayak, quşçu,
çerik və başqa tayfaların nümayəndələrinin iştirak
etdiyi qurultay çağırdı. Bu qurultayda Ormon xan elan
edildi. O öz hökmranlığının məxsusi rəmzini – bayraq
təsis etdi və xalq arasında “Ormon okuu” (“Ormonun
nəsihəti”) adı ilə məşhur qanunu yaratdı. Dağınıq
tayfaların özünəməxsus dövlətçilik birliyi əsasında
mərkəzləşdirilmiş idarə sisteminin yaradılması Ormon
xana nəsib oldu. Bu, qırğızların tarixində ilk siyasi dövlət
birliyi idi. Hələ 1944-cü ildə akademik B.Camgerçinov
bu barədə yazırdı: “Sözsüz ki, qırğız xalqının müəyyən
dövlət qurumu bazasında mərkəzləşdirilmiş siyasi
idarəsi uğrunda çalışan Ormon xanın tarixi rolu qırğız
tayfalarının feodal parçalanması və təcridatı ilə qarşılıqlı
nisbətdə proqressiv amildir”.
Günümüzə qədər gəlib çıxmış əlyazmalara əsasən
məlum olur ki, 1846-cı ildə qazax sultanı Kenensarı
adından Ormon xanın yanına birləşmək və çar Rusiyasına
qarşı mübarizə aparmaq təklifi ilə elçilər gəlmişdir. Sultan
həmçinin öz şərtlərini də irəli sürürdü – xan hakimiyyətini
bütünlüklə ona vermək. Amma Ormon xan razılaşmır və
onların arasında əvvəlkindən də qanlı, amansız müharibə
davam edir. Kenensarı ilə müharibə vaxtı müdrik Ormon
xan öz dəstələrinə dağdan enərək, yol ilə addımlayaıb
daha çox toz qaldırmaqla çoxsaylı qırğız ordusu təəssüratı
yaratmaq əmrini vermişdi. Kenensarı həqiqətən uzaqdan
yolu müşahidə edərkən bundan şaşırmışdı. Ormon xanın
yığma ordu döyüşçüləri bu hiyləgər fəndi gecələr də
həyata keçirir, dağlarda çoxsaylı tonqallar yandırırdılar.
Bununla da o özünü mahir hərbi strateq kimi göstərmiş
olmuşdu. Ormon xan Kenensarının ordusunu darmadağın
edir, sultanın özünü isə qırğız xalqını məhv etmək və
torpaqlarını ələ keçirmək istəyinə görə edam edirlər.
Kenensarının ölümünü təsdiq etmək üçün onun kəsilmiş
başı Qərbi Sibirin general-qubernatoru P.D.Qorçakova
göndərilmişdi.
Sözsüz ki, dövlət qurumu uğrunda mübarizə
aparmaqda və həmişə qırğız tayfalarının pərakəndəliyinin
və dağınıqlığının əleyhinə olmaqda Ormon xanın böyük
rolu olmuşdu. Xeyli müddət keçdikdən sonra, illər ötüb-
dolandı və qırğız tayfa zadəganları çar hökumətinə
xidmətə getdilər.
227
Dostları ilə paylaş: |