illüziyalardan xilas olma qeyd edildi. Elə bu il həm
də Qırğızıstanın müstəqilliyinin hələ ki, böyük
olmayan ildönümü – 10 illik yubileyi qeyd edildi.
Bu illər ərzində ictimai təfəkkürün dərin təbəddülatı
baş verdi. Demokratiya bugünkü ictimai həyatda
reallığa çevrildi. Ötüb keçmiş onillik mahiyyətcə
əsrə bərabə dramatik hadisə və həyat dönəmləri
ilə zəngin oldu. Əsas odur ki, ölkədə nəinki siyasi
sabitliyi qoruyub saxlaya, vətəndaş həmrəyliyinə
və beynəlxalq razılığa gələ bildik, həm də bazar
iqtisadiyyatını qura bildik. Lakin bu qısa tarixi
müddəət ərzində ölkəmiz dünyanın 135 dövləti
tərəfindən tanındı. Bu, Qırğızıstan Respublikasını
yolunun əsas dönüş nöqtəsidir. Onların hər
birinin arxasında o qədər xoşbəxt və kədərli
məqanlar dayanır ki, bu yaşantıları təsvir etmək
yalnız yüzlərlə salnaməçinin iqtidarındadır və bu
salnamə onlarla qalın folianta sığar. Qırğızıstan
Respublikasının Prezidentinin təşəbbüsü ilə “İpək
Yolu Diplomatıyası” doktrinası geniş beynəlxalq
rezonans doğurdu və Böyük İpək Yolunun
üzərində yerləşən ərazilərin müxtəlif mədəniyyət
və sivilizasiyaları arasında dostluq və əməkdaşlığa
körpü rolunu oynadı.
Batken hadisələri zamanı qəzetlərin birində
Böyük Vətən müharibəsi ağsaqqal-veteranlarının
müraciətini oxudum. Veteranlar yazmışdılar
ki, “qalan həyatlarını Vətən uğrunda qurban
verməyə hazırdırlar”. Onlar bizim əcdadlarımızdır,
onar bizim qaliblərimizdir. Və biz onlara layiq
olmalıyıq. Bizim boş-bikar dayanıb oturmağa
haqqımız yoxdur. Ata-analarımızın qanı hesabına
əldə edilmiş torpaqları, biz heç zaman heç kimə
verməməliyik. Biz öz övladlarımız və nəvələrimiz
uğrunda mübarizəmizi davam etdirməliyik.
Qırğızıstanın çoxdan gözlənilən ulduz saatı
yetişmişdir. İndi hər şey bizdən, Avrasiyanın günəş
kələfində yerləşən doğma Qırğızıstanımızı necə
qurmağımızdan asılıdır.
BMT Baş Assambleyasının qərarına əsasən,
2002-ci ildə beynəlxalq dağlıq sammitin Bişkekdə
keçirilməsi dağlıq ölkələrin ardıcıl və perspektivli
inkişafının başlanğıcı oldu. Bu gündən etibarən biz
ümidvarıq ki, müəyyən müddət keçdikdən sonra
Qırğızıstan inkişaf etmiş ölkələr və qonşu müstəqil
dövlətlərlə bir sırada dayanacaqdır. Beynəlxalq
maliyyə təşkilatlarının dəstəyi ilə ölkəmizdə
Qırğızıstan Respulikasının yaxın onillik ərzində
əsaslı Kompleks inkişaf proqramı qəbul edilmişdir
ki, bunun da başlıca məqsədi kasıbçılığın iki
dəfə azaldılmasıdır. Bundan ötrü vətəndaşlara
lazımi şərait yaratmaq lazımdır ki, özləri üçün
pul qazana və bununla da şəraitlərini yaxşılaşdılra
bilsinlər. Yalnız bu yol ilə biz tədricən Qırğızıstanı
çiçəklənən ölkəyə çevirə bilərik. Sentyabrın 20-
si BMT Baş Assambleyasının 57-ci sessiyasında
Qırğızıstan Prezidenti Ə.Akayev öz çıxışında
BMT-nin Baş katibi Kofi Annana müraciətlə qırğız
xalqının həyatında böyük tarixi hadisə olan qırğlz
dövlətçiliyinin 2 200 illiyinə beynəlxalq status
verilməsi barədə qərar qəbul olunması haqqında
xahiş etmişdir.
Bişkekdə Qırğızıstanın müstəqilliyinin 11-ci
ildönümü ərəfəsində respublikanın 5 milyonuncu
vətəndaşı dünyaya gəldi. Prezident Ə.Akayev ona
Tınçtıkbəy ismi verdi ki, bu da “möhkəm dünya”
mənasını verir.
2005-ci
ilin
fevralında
Qırğızıstan
Respublikasının birpalatalı Parlamentinə növbəti
seçkilər keçirildi ki, bu da ölkədəki siyasi vəziyyətin
gərginləşməsinə gətirib çıxardı.
Şərəf və ədalət qırğız xalqına xas
xüsusiyyətlərdəndir. Bu xalq həmişə öz bəxtinə
düşmüş ağır sınaqlara dəyanətlə sinə gərə
bilmişdir. Müstəqilliyin ilk illərində çətinliklər az
olmamışdı – çörək, ərzaq çatışmazlığl hiss edilirdi,
lakin seçilmiş yolun doğruluğuna inanan insanlar
bu çətinliklərə tab gətirdilər. Ədalət naminə qeyd
edilməlidir ki, əvvəlki hakimiyyət də müstəqil
dövlətin yaradılması, onun beynəlxalq nüfuzunun
gücləndirilməsi, əhalinin yaşayış səviyyəsinin
artırılması üçün kifayət qədər iş görmüşdü. Lakin
son illər görülən işlərin effektsizliyi cəmiyyətdə
əsaslı narazılıqlara səbəb olmuşdu. Ali rəhbərliyin
maraqları xatirinə əsas qanuna – Konstitusiyaya
dəyişiklikər edilirdi. Aksada həyat şəraitinin
yaşılaşdırılması ilə bağlı tələblərlə nümayişə
çıxmış dinc insanlara qarşı silah tətbiq edildi.
Nəticədə altı nəfər öldürüldü, ondan çox adam
yaralandı. Bu hadisə 2002-ci il martın 17-18-i baş
verdi. Öz xalqına qarşı silah işlətmiş rəhbərlikdən
xalqın narazılığı günü-gündən artırdı. Joqorku
Keneşin deputat seçkiləri zamanı ortaya çıxan
kobud səhvlər – hər yerdə inzibati resurslardan
istifadə, təhrif edilmə və səsvermənin nəticəsindəki
əyriliklər – vəziyyəti get-gedə kəskinləşdirirdi.
Bəzi vəzifəli şəxslər üçün şəxsi maraq hər şeydən
üstün idi. Onların acgözlüyünün, asan qazanc əldə
etməyə hərisliyinin həddi-hüdudu yox idi. Həmin
ərəfədə isə əhalinin 70 faizindən çoxu kasıbçılıq
şəraitində yaşayırdı.
2005-ci ilin martında Cəlalabad, Oş, Talas,
İssık-Kulun əhalisi hakimiyyətə qarşı çıxdı. Etiraz
aksiyaları Bişkeki bürüdü. Martın 10-u öz qarşısına
haqq-ədaləti bərpa etməyi, cəmiyyətin bütün
sahələrində islahatlar aparmağı məqsədləri qoyan
“Xalq birliyi” hərəkatı yaradıldı. Onun başında
Kurmanbəy Bakiyev dayanırdı. Martın 24-ü “Xalq
219
Dostları ilə paylaş: |