zamanı olmuşdu. Amma elə həmin zaman da,
məcburən geri çəkilmələrinə baxmayaraq, qırğızlar
tabe olmadılar.
Teymurləngin ona heç də həmişə istədiyi nəticəni
gətirməmiş Ala-Tooya münasibətini onun geniş işğal
planında kontekstindən ayırmaq olmaz. Teymurləng
Toxtamışa qarşı etdiyi üç yürüş nəticəsində XIV əsrin
sonlarında Qızıl Ordanı xeyli zəiflətmiş, paytaxtı
Saray-Berkeni və digər şəhərləri qarət etmişdi ki, son
nəticədə də Rusiyada monqol-tatar əsarətinin sonunu
yaxınlardırmışdı. 1398-ci ildə Hindistana soxulması
nəticəsində onun əsas şəhəri Dehli ələ keçirilmişdi.
1402-ci ildə Türkiyə məğlubiyyətə uğradı, sultan
Bəyazid isə Ankara savaşında əsir düşdü. Sonradan
1404-cü ildə Çin yürüşü gəldi. O Çin yürüşü ki,
Teymurun ölümü ilə əlaqədar olaraq 1405-ci ildə
yarımçıq qaldı. Uzun sözün qısası, Teymurləng öz
yürüşləri ilə bütün Avrasiyanı alt-üst etmişdi.
Qırğızların Monqolustanda hökmranlıqları
haqqında xatirələr, V.Bartold yazdığı kimi,
“monqolların yaddaşlarında bu günə qədər qalmışdır,
bəlkə ona görə ki, qırğızlar Monqolustanda yaşamış
və hökmranlıq etmiş sonuncu xalqdır”. XIV əsrin
sonlarında Əmir Teymur (o zaman Mərkəzi Asiyada
onların qüdrətli dövləti yaradılmışdı) çoxmilyonlu
ordusu ilə Tarbaqatay dağlarının ətəklərində Kobuk
çayı vadisində Baymuratın rəhbərliyi altında olan
qırğızlara hücum etdi. Düşmən güclü idi. Yenə də
qırğızlar Teymurun ölümünə qədər teymurilərin
əsarəti altına düşdülər. XIV əsrdə öz dövlətçiliyini
itirmiş qırğızlar ayrı-ayrılıqda tayfa birlikləri halında
sağ qalmaq üçün cəhd göstərərək yaşamağa başladılar.
Moğolustanın şərq hissəsində, Altayda və
Cunqariyada köçəri həyat sürən qırğızlar tədricən
tərk edilmiş torpaqlara köç etməyə başladılar,
Əmir Teymurun müntəzəm yürüşləri nəticəsində
Kurmanov T. “Payız atı” 2001-ci il, B., quaş, 40 x 30
201
darmadağın edilmiş moğol tayfalarının qalıqlarını
ram edib onları özlərinə qarışdırdılar. Bu dövrlərdə
Baymurat-Çerikin başçılıq etdiyi qırğız döyüşçüləri öz
qəhrəmanlıq və dözümlüyünə görə xüsusi seçilirdilər.
Məşhur Məhəmməd Heydər özünün iki dəftərdən
ibarət “Tarix-i-Rəşidi” (“Rəşidin tarixi”) əsərində
qırğızları “Moğolustan meşələrinin aslanları”
adlandırmışdır ki, bu da qırğızşünaslara həmin epitet
barədə düşünməyə əsas verir.
XV əsrin əvvəllərində qazax və qırğızların
ərazilərinə müdaxilə etmiş cunqarlarla (kalmaklarla)
müharibə başladı. Uzun (200 ildən artıq), qanlı
müharibə getdi. Və yalnız ümumi qüvvə ilə, qırğızlar
qazaxlarla birləşdikdən sonra cunqarlara qalib gələ
bildilər. Və həmin dövrdən bu yana xalqın hafizəsində
o zamanın bütün faciəviliyini özündə əxz etdirən
belə bir məsəl qalmışdır: “Qazaxlar tozağacından
şirə çəkərkən, qırğızlar Qissara daxil oldular”
(Tacikistandakı Qissar vadisi). Müharibənin lap
başlanğıcında məğlub olmuş qırğızlar, hər halda, illər
sonra qalib gəldilər. Təəssüf ki, həmin böyük hadisə
barədə biz çox az bilirik və hələ də bu tarixi dövr
layiqincə dəyərləndirilməmişdir. Axı məhz o dövrdə
qırğız xalqının döyüş əzmi öz davamlılığına görə ağır
sınaqdan keçmişdi. Güman ki, döyüşçüləri analarının
duası xilas edirdi, məs., təqribən Ç.Aytmatov
tərəfindən hələ 1957-ci ildə qələmə alınmış “Üzbəüz”
povestində Kertolqo-zayip ananın duası kimi: “Ey
Tengri, təhlükəli və qorxulu saatda oyrat düşməninin
qarşısında tab gətirmək üçün bizə qüvvə ver. Bizim altı
arxa nəsli birləşdirən, dağlarda sənin ruzinlə yaşayan,
otlaqlarda və çəmənliklərdə mal-qara otaran qırğız
xalqını qoru. Bizim ocaqlarımızın oyratların atlarının
dırnaqları altında əzilməyinə qoyma. Ədalətli ol, açıq
savaşda bizə zəfər verməyə etiraz etmə. O dağlar
arxasında, Talçuy vadisində nələr var? Orada nə baş
vermişdir? Nə xəbər var, nə müharibə meydanından
gələn çapar var, ürək həyəcan içində çırpınır. Orada
nə var, nə yox? Bizi sabah nə gözləyir? Qoru,
qoru, Tengeri, döyüşlərə gedənləri. Onları atlarının
yəhərlərində oturmuş görməyə şərait yarat, dəvələrə
yüklənmiş meyitlərini görməyə yox. Eşit dualarımı,
Tenqri, mən üç oğul anasıyam...”
XVII-XVIII əsrlərdə oyrot-kalmak işğalçıları
Qırğızıstana fasiləsiz talançı yürüşlər edirdilər. Türk
xalqları monqolların “sağ” qollarına aid olan tayfaları
qədimdən kalmak, cunqar, oyrot adlandırırdılar.
Oyrotlar Monqolustanın qərb hissəsində böyük
ərazini tutmuşdular.
XV əsrdə müstəqil Oyrot xanlığı yaradıldı.
Oyrotlar tədricən möhkəmlənərək XVI əsrdə
tərkibində tırqoot, derbet, xoşut, çoros tayfalarının
daxil olduğu “Derben oyrot” (“Dörd oyrot”)
ittifaqında birləşdilər. Bundan sonra kalmaklar
qazaxlar və qırğızlara real təhlükə yaradaraq qərbə
doğru irəlilədilər. Tarixi mənbələrə əsasən, Doolos
batırın başçılıq etdiyi qırğız qəbilələri kalmakların
aqressiv iddialarını qəti şəkildə dəf edə bilmişdilər.
Uzun zamandır bir-birinə dayaq durmuş qırğız
və qazaxların başının üzərində sıxlaşmış yeni təhlükə
onları birləşdirdi. Həmin ittifaq xüsusilə XVII
əsrdə, qırğız-qazax xanı Eşimin (doğum tarixi bəlli
deyil-1628) hakimiyyəti dövründə möhkəmləndi ki,
bu da işğalçılara qarşı uğurla dayanıb tab gətirməyə
və onların həmlələrinin qarşısını almağa kömək etdi.
Onların müvəffəqiyyətləri həmçinin yerli qırğız
hökmdarlarının düşmən əleyhinə aktiv fəaliyyətləri
ilə möhkəmləndi.
Qırğız-qazax
koalisiyasının
möhkəmləndirilməsində, cunqar işğalçılarına qarşı
kəsərli cavab verməklə böyük işlər görənlər Manap-
biy, onun oğlu Jarban-bahadır, Tursun-xan, Kokum-
biy, Tüqol biy, Çaa və başqaları oldular.
XVI əsrin ortalarında qırğızların və qazaxların
vahid xanları vardı, lakin sonradan onlar müstəqil
hərəkət etməyə başladılar. Artıq 1558-ci ildə vahid
siyasi birlik yaratmayan qırğızlar Kaşğaristana,
qazaxlar isə Daşkəndə hədə-qorxu gəlirdilər. Həmin
dövrün təsvirlərinə əsasən, bizim əcdadlarımız çətin
keçilən məkanlarda yaşayır, düşmən həmlə etdiyi
məqamda öz ailələrini dağların ucqarına göndərir,
özləri isə bütün keçidləri bağlayırdılar.
Burada A.N.Bernştamın tarixi təqdiqi yerinə
düşər: “XVI əsrdə qırğızlar Tyan-Şanda siyasi
hegemonluğa nail oldular, hətta formal olaraq XIII-
XVI əsrlərdə monqolların, XVII-XVIII əsrlərdə
kalmıkların, XVIII-XIX əsrlərdə çinlilərin, XIX əsrdə
Qaşqar, Kokand və rus çarlığının əsarəti altında olsalar
da, Tyan-Şanın sayəsində öz iqtisadi müstəqilliklərini,
müstəqillik uğrunda mübarizənin həyata keçirilməsinə
yönəldilmiş suveren siyasi istiqaməti saxladılar”.
Şimal qırğız tayfalarının kalmak işğalçıları
ilə mübarizəsinə Atake-bahadır, Ər-Soltonoy,
Berdike-bahadır və başqaları başçılıq edirdilər.
Onlar düşmənlərin hücumundan sonra parçalanmış
qırğızların birləşməsi və xalqın müstəqillik uğrunda
səfərbərliyi naminə böyük səylər göstərmişlər.
Təxminən 130 il mövcud olmuş Cunqar xanlığı
(1628-1758) Rusiyanın millətlərinin, qırğızların,
monqolların, qazaxların, sartların, türkmənlərin,
qıpçaqların, qaraqalpaqların və başqalarının tarixində
nəzərəçarpacaq iz qoydu. 1652-ci ildə kalmak dəstələri
Tyan-Şan qırğızlarına qarşı yürüş etdilər. Kalmakların
qırğızlara qarşı növbəti yürüşü 1749-cu ildə 27 minlik
süvari ordusunun hücumu ilə başlamışdı ki, 7 min
döyüşçüsünü itirməklə, məğlubiyyətə uğradılar.
1758-ci ildə tsin ordusu kalmakları darmadağın etdi.
Nəticədə, milyondan çox adam qırıldı, amma çoxusu
202
Dostları ilə paylaş: |