torpaqlarını bütünlüklə ələ keçirən qırğızlar hakim
mövqe tutdular”.
XII əsrdə türk təsiri Kiçik Asiyaya, Uzaq Şərqə
yayıldı. Qaraxanilər dövründə (940-1212) – “türk
epoxasının qızıl əsri”ndə – Mərkəzi Asiyadakı
xalqlar türk qəbilələrinin – karluklar, yağmalar,
çiqillər, qırğızlar və b.-larının daxil olduğu dünya
sivilizasiyasının önünə çıxdılar. Qaraxanilərin
ərazilərinin tərkibinə Yeddisu, Çuy və Talas
vadiləri daxil idi. Balasaqun isə paytaxtlardan biri
hesab olunurdu.
Qaraxanilər o dövr üçün möhtəşəm hesab
edilən Buran və Üzgən qüllələrinin tikintisinə
başladılar ki, bu da arxitektor və bənnaların
yüksək peşəkarlığından bariz surətdə xəbər verir.
Sonradan Şərqi Türküstan və Cənubi Qazaxıstanın
ərazisini ələ keçirən Qaraxani hökmdarları bir-
biri ilə ümumi dil tapa bilməyərək iki xaqanlığa
parçalandılar: Şərqi-qaraxanilər xaqanlığının
paytaxtı əvvəl Kaşğar, sonra Balasaqun, Qərbi-
qaraxanilər xaqanlığının paytaxtı Üzgən şəhəri idi.
Məhz bu mərhələdə (XI-XII əsrlər) Qırğızıstanın
ərazisində fəal surətdə islam yayılmağa başladı.
Məşhur tarixçi-alimlərdən biri XI-XII əsr
Qırğızıstanını belə təsvir edir: “Qırğızıstanda
çoxlu sayda şəhərlər vardı. O zaman cənubun iri
şəhərləri Oş, Mədva (indiki Madı qışlağı tərəf),
Üzgən idi. Üzgən şəhərinin taleyinə Qaraxanilər
dövlətinin Mavəraünnəhr diyarının hökmdarları
həmin şəhərdə bərqərar olanda hətta Orta Asiya
paytaxtı olmaq da düşmüşdü. Bu şəhərlər təkcə
siyasi hakimiyyət, ticarət və sənətkarlıq mərkəzi
deyildilər, həmçinin onların ətrafında şan-şöhrəti
Fərqanənin hüdudlarından uzaqlara yayılan güclü
inkişaf etmiş emal-çıxarma sənayesi toplaşmışdı.
Sıx şəhər, qala və karvansara şəbəkəsi Şimali
Qırğızıstanı, Çuy vadisini, İssık-Kul sahilini və
Tyan-Şanı bürümüşdü. Səmərqənd, Buxara və
başqa şəhərlərdən çıxan çoxsaylı karvanlar Şərqi
Türküstana buradan gedirdilər.
Talasu və Çu çayları boyu çoxlu xırda şəhərlər
salınmışdı. Belə ki, Qırğızıstanın ərazisində Talas
boyu Таrazdan cənuba (hazırkı Cambul) bu şəhərlər
dururdu: Аtlax (Soldatski kəndinin yaxınlığında),
Хаmukat (Serafimovka kəndinin yaxınlığında),
Şəlci (Kirovsk qəsəbəsi yaxınlığında), Susı
(Vodnı kəndi yaxınlığında), Kul (Orlovka kəndi
yaxınlığında), Теkabket (Dmitriyevsk kəndi
yaxınlığında), müasir Qırğızıstanla Qazaxıstanın
sərhədində Çuy vadisində Аşpara (Çaldıvar
kəndi), Nuzkət (Qarabaltı kəndi), Harran-Cuvan
(Belovodskdan şimala), Cul (Novo-Pavlovka
kəndi yaxınlığında), Sarıq (Krasnaya reçka kəndi),
Balasaqun (Тоkmokun yaxınlığında), Nəvakət
(Orlovka kəndi), Kümbrikət (Sovetskoye kəndi),
Suyab (Novorossiyskoye kəndi). İssık-Kulun Ton
körfəzindən Tüp körfəzinə qədər Yuxarı Barsxan
vilayətinin 9 şəhəri və Tyan-Şandakı, daha dəqiqi,
Koçkorkadakı digər şəhərlər yerləşirdi”.
Qırğızıstan
şəhərlərinin
mövqeləri
özünəməxsusluğu ilə seçilir. Onların böyük hissəsi
V-VII əsrlərdə qədim soqd müstəmləkləri və hərbi-
ticarət faktoriyaları bazasında (Çuy vadisi və
İssık-Kul) əmələ gəlmişdi. Yaşayış məntəqələrinin
bəziləri köçəri torpaqlarının arasında, hərbi-ticarət
faktoriyaları və xan ordugahları bazasında (Mərkəzi
Tyan-Şanda Atbaş və Qacin-qarbaşı şəhərləri kimi
– qədim yaşayış məskənləri Şirdakbəy və Koşoy-
Kurqan), şimali Yeddisuyun Suyab (Çon-Kəmin)
və digər “şəhərləri”, məs., İli çayının hövzəsindəki
(müasir Taldı-Kurqan yaxınlığında əski yaşayış
məskəni Düngənə) Koylık kimi yaranmışdı.
Əhalinin ikinci tip yayılması əsasən XI-XII əsrə
aiddir.
O dövrün şəhərinin mərkəzini, adətən,
imkan daxilində yüksəklikdə yerləşmiş və
möhkəmləndirilmiş hissə təşkil edərdi; burada,
mərkəzdə, hökmdar sarayı (ark-qala) yerləşərdi.
Ətrafında isə möhkəm divarlar arxasında, məs.,
xəzinədarlıq, cəbbəxana və onlarla yanaşı, digər
mühüm dövlət təşkilatları və əlbəttə, hökmdarın, onun
ailəsinin və arkda yaşayan qalan adamların nökər-naibi
üçüb məişət-təsərrüfat tikililəri olurdu. Arkın yanında,
yaxud çox vaxt ətrafında şəhristan – qülləli ümumi
divarlı və möhkəmləndirilmiş darvazalı çevrələnmiş
yer olurdu. Şəhristanın daxilində o dövrün şəhər
həyatı üçün çox böyük əhəmiyyət kəsb edən dövlət
müəssisələri, zadəganların və məmurların mülkləri,
məscid və bazarlar yerləşdirilərdi. Bazarların çoxusu
həmçinin məhsulların istehsal və emal yeri idi ki,
hərçənd, bu, o zamankı bütün Orta Asiya bazarlarının
özünəməxsus xüsusiyyətidir. Şəhristanın divarları
xaricində isə ticarət-sənətkarlıq məkanları (rabadalar)
yerləşirdi. Bunlara, əsas etibarilə, dəri sənayesinin,
bişirici sobaların, sallaqxana və b.-nın istehsal
prosesində özünəməxsus spesifik xüsusiyyətlərinə
görə şəhristanın daxilində olması məsləhət bilinməyən
müəssisələr aid idi.
Orta Asiya türk, fars və ərəb etnomədəni və
ideoloji birləşməsi yolu ilə dünyaya Birunu, İbn Sina,
Ömər Xəyyam, Əl Xorəzmi, Mahmud Kaşğari və bir
çoxları kimi üləma fenomenlər verdi. Məhz qırğız
torpağında həmin dövrün iki böyük ulduzu doğdu –
Yusif Balasaquni və Mahmud Kaşğari.
199
XII-XVII əsrlər. Böyük sınaqlar dövrüepoxasıdövrü
XII əsrdə, qırğız xalqı öz dövlətçiliyini təsdiq
etdikdən sonra əsrlər boyu, yəni XVIII əsrə qədər
yadelli istilaçılara qarşı – monqollar, kalmaklar,
çinlilər, teymurilər və b. – daimi mübarəzə aparırdılar.
Orta əsrtlərdə azsaylı qırğız xalqına öz mövcudiyyətini
qorumaq heç də asan başa gəlmirdi. Qırğız torpağı bir
çox qanlı müharibələr meydanına çevrilmişdi. Kifayət
qədər güclü olan uyğur və türklərin amansız və
məhvedici basqınları qırğızları həmişə döyüşə hazır
vəziyyətdə olmağa sövq edirdi. Təsadüfi deyildir ki,
B.Soltonoyevin fikrinə görə, “oğlan uşaqlarını hələ
kiçik yaşlarından müharibəyə hazırlayırdılar ki,
onlar hərbi taktikanın ilkin mahiyyətini dərk etsinlər,
qoçaq, bacarıqlı döyüşçü kimi böyüsünlər. Hərbi
mükəlləfiyyəti 17-50 yaşlı kişilər daşıyırdılar, amma
müharibə illərində savaşlarda 60-70 yaşlı qocalar
da iştirak edir, hətta əlbəyaxa döyüşə də girirdilər.
Qırğızlar yalnız at üzərində döyüşür və vuruşurdular”.
Təsadüfi deyildir ki, bir çox tarixi abidə-stelalar
qırğız döyüşçülərinin savaşda qəhrəmanlıq və
qormazlığı barədə məlumatları özlərində saxlamışdır.
B.Soltonoyevin yazdığına görə, hətta milli oyunların
ayrı-ayrı növləri uluların hərbi taktikalarının, hərbi
ruhun əksini özünə əxz etdirmişdir.
X-XII əsrlər Tenir-Too bölgəsində Qaraxani
xaqanlığının iqtisadi və mədəni tərəqqi dövrüdür.
Orta əsr dövrünün qırğızları “qara” sözünə “böyük”,
“iri”, “qüdrətli”, “qəhrəman”, “cəsur” mənasını
verirdilər. Beləlikə, “Qaraxan” adı “qüdrətli xan,
böyük hökmdar” mənasını verir.
“Qaraxanilər” termini XIX əsr Şərqi araşdıran
ruslar tərəfindən tarixi dövriyyəyə daxil edilmiş və
ümumilikdə türk sülaləsinə aid edilməyə başlamışdı.
Dövlətin əsas əhalisini ümumi Xaqan türkləri adı
altında birləşmiş tayfalar ittifaqı təşkil edirdi. Onlar
uyğurlarla güclü mübarizə aparırdılar. Məlumdur ki,
dövlətdə aparıcı mövqeləri karlukların tayfa birliyinə
daxil olan çiqil və yaqma kimi nəsillər tuturdular.
Yenisey qırğızları XIII əsrin əvvəllərində monqol
istilasından qurtulmaq üçün bütün vasitələrdən
istifadə edirdilər. Türküstanın ərazisi Çingiz xanın
oğulları arasında bölüşdürülmüşdü. Monqol orduları
öz hakimiyyətləri dövründə əhalini talan edir və
tamamilə var-yoxdan çıxarırdılar. S.M.Abramzonun
fikrinə görə: “Hələ 1207-ci ildə Çingiz xan qırğızlara
itaət tələbi ilə elçilər göndərmişdi. Lakin qırğızlar
nəinki müstəqil qaldılar, həm də üstəlik 1218-ci
ildə monqollarla döyüşə də girdilər. Amma qanlı
döyüşlərdən sonra qırğızlar məğlub oldular”. Əlbəttə,
o dövrdə Sakit okeandan Qara dənizə qədər ərazisi
olan hərbi imperiya yaratmış qüdrətli müstəbidə
qarşı müqavimət göstərmək qeyri-mümkün idi.
Beləliklə, XIII əsrin əvvəllərində Yeniseydə Yedi-
Orun (Orta Yenisey), Tuvada və Altayda qırğızların
monqollarla qonşuluq edən kiçik əraziləri (xanlıqları)
onlara tabe oldular. 1293-cü ildə qırğız xaqanlığı öz
mövcudiyyətini tam olaraq itirdi. Bunun nəticəsində
Yeniseyin yuxarı axarlarında yaşayan qırğızların
böyük hissəsi Mancuriyanın cənub-şərqinə köç
etdilər, 1295-ci ildə isə qırğızların bir qismi Şandun
(Çin) vilayətinə köçdü və həmişəlik orada qaldı.
Yeri gəlmişkən, 1998-ci ildə bu bölgələrdə olmaq
xoşbəxliyi mənə nəsib oldu və yerli əhalinin müasir
qırğızlarla çox oxşarlığına əmin oldum.
Qırğızlar xeyli müddət sonra, Teymurləng
hakimiyyətə gəldiyi zaman, XIV əsrin sonlarında
monqol əsarətindən qurtula bildilər. Sonralar qırğız
və qıpçaq tayfaları tədricən bir yerə toplaşmağa və
tədricən Tyan-Şan tərəfə köç etməyə başladılar. XV-
XVI əsrlərdə bizim əcdadlarımız Yenisey sahillərindən
və Sayan dağlarından çətin və uzun yol qət edərək
bütünlüklə müqəddəs torpaq Ala-Too-da məskən
saldılar. Ərəb-fars müəllifləri qırğızların cəsurluğu
barədə yekdilliklə danışırdılar. Məhz ərəblər və farslar
qırğızlara “Moğolustanın meşə aslanları” fəxri adını
vermişdilər.
Qırğızlar Teymurləngin yürüşüləri zamanı öz
torpaqları uğrunda inadla mübarizə aparırdılar.
Tarixçilərin rəyinə görə, Teymurləngin hökmranlığı
yalnız Çuy vadisinə qədər çatmışdı. Həmin dövrün
qırğızları döyüşlərdəki cəngavərlik xüsusiyyətlərinə,
mətanətlərinə və qoçaqlıqlarına görə “Moğolustanın
meşə aslanları” şöhrətlərini həqiqətən doğruldurdular.
Teymurləngin varislərinin Ala-Tooda mövqelərini
möhkəmlətmək üçün daha bir cəhdi 1425-ci ildə,
onun nəvəsi Uluğbəyin böyük qoşunla Talasa yürüşü
200
Dostları ilə paylaş: |