Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə74/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   70   71   72   73   74   75   76   77   ...   111

Şimali Çinə göndərirdilər – orada istedadlı uşaqlar 
üçün  məktəb  açılmışdı.  Lakin  qırğız  millətinin 
çiçəklənmə dövrü IX-X əsrlərdə, Mərkəzi Asiyanın 
düzənliklərini özünə tabe etdirdikdən sonra vüsət 
tapdı.  Artıq  bu  zamana  qırğızlar  yüksək  döyüş 
hazırlığı  ilə  seçilən  vahid  hərbi-inzibati  idarə 
sistemi yaratmışdılar. 
Daha  tutarlı  sübut  üçün  A.N.Bernştamın 
yazısını  misal  gətirim:  ““Ortalıq  dövlət”in  qədim 
qırğızlara  qarşı  göstərdiyi    müstəsna  nəvaziş,  ilk 
növbədə,  qırğızların  hərbi  qüvvəsi  ilə  əlaqədar 
idi”.  Çinlilər  qırğızların  tiyəsinin  gücünü  və 
döyüşdə  mətanətini  IX  əsrdə  olduğu  kimi,  XVI 
əsrdə də etiraf edib tanımışdılar. Qırğızlar savaşda 
güclü  idilər  və  o  dövr  üçün  təkmil  silahları  – 
tiyəsi  kərgədan  dərisindən  düzəldilmiş  qalxanı 
deşən  silah  –  vardı.  Qırğızlar  həm  də  dəyanətli 
və  uşaqlıqdan  onlara  öyrədilən  silahla  məharətlə 
rəftar  etmək  bacarıqlarına  görə  güclü  idilər. 
Məlumdur  ki,  hunnlar  arasında  məxsusi  olaraq 
döyüşçü  tərbiyə  etmək  qaydası  var  idi  və  şübhə 
yoxdur, qırğızlara bu qayda-qanun məlum idi. Belə 
ki,  uşaq  altı-yeddi  yaşına  qədər  qoyun  üstündə 
çapmağı  və  kamandan  quşcuğazlara  ox  atmağı, 
sonralar  qulun  minməyi  və  balaca  şikarlara  ova 
çıxmağı öyrənərdi, 15 yaşında isə artıq o döyüşçü 
qismində  süvarilər  dəstəsinə  qəbul  ola  bilərdi. 
Fərdi hərbi təlim tərbiyənin özəyini təşkil edərdi. 
Təkcə  silahla  istifadə  texnikasını  deyil,  eləcə  də 
döyüşçü  ruhunu  tərbiyə  edərdilər.  Təsadüfi  deyil 
ki,  qırğızlarda  döyüşqabağı  qorxaqlıq  göstərənin 
boynunu vururdular. V.V.Bartold təsdiqləyirdi: “...
Monqolustanın  üzərində  hökmranlıq  qırğızların 
əlinə keçdi. Onların köçəri dövləti 970-ci ilə qədər 
Orta  Asiyanın  şərq  hissəsində  mövcudiyyətini 
saxlayaraq ən irəlidə gedən köçəri qurum oldu”. 
Uyğur xaqanlığının süqutu, yerində Yeniseydə 
Qırğızıstan xaqanlığının yaranması, eləcə də təzə 
dövlətin qüdrətinin artması nəinki qırğızların tarixi 
inkişaf  prosesində  mühüm  rol  oynadı,  həmçinin 
digər həmhüdud tayfaların sonrakı taleyinə böyük 
təsir göstərdi.
Birincisi,  Uyğur  xaqanlığının  uzunmüddətli 
daxili  müharibələri  və  ikitirəliyi  dayandı  ki,    bu 
da  Böyük  Qırğızıstan  dövlətinin  özünü  saxlayıb 
təşəkkül tapması üçün münasib şərait yaratdı.
İkincisi,  Böyük  Qırğızıstan  dövləti  Tan 
imperiyasının şimal və qərb sərhədləri üçün etibarlı 
sipərə çevrilirdi. Yerli tayfalar uyğurlar tərəfindən 
həmişə məruz qaldıqları hücumlardan qurtuldular.
Üçüncüsü,  yeni  şərtlər  qırğız  etnosunun 
inkişafı, konsolidasiyası və möhkəmlənməsi üçün 
şərait  yaratdı.  Bir  çox  kiçik  tayfalar  qırğızların 
tərkibinə  qoşuldular.  Məs.,  sartların  bir  hissəsi 
–  Cunqar  bölgəsində  yaşayan  türk  tayfalarının 
nümayəndələri  –  qırğızlarla  assimilyasiyaya 
uğrayaraq  sart  tayfasını  yaratdılar.  Monqollarla 
ümumi  kökdən  olan  tatarların,  manqıtların  və 
noqoyların  bir  hissəsi  qırğızların  “altmış  nəsil” 
tayfasının tərkibinə daxil oldu.
Beləliklə,  Qırğız  xaqanlığının  Yeniseydə 
yüksəliş dövrü – özülündə müasir qırğız xalqının 
rüşeymləri  yaranan  feodal  münasibətlərin 
formalaşması dövrüdür.
Çöllüklərdən  ibarət  böyük  qırğız  imperiyası 
XII əsrdə monqollar tərəfindən darmadağın edildi. 
O,  Mərkəzi  Asiyada  sonuncu  qüdrətli  qədim 
türk  dövləti  oldu.  Dövlətçiliyə  qarşı  sonrakı  yol 
dolanbac və çətin alındı. Yenisey qırğızları monqol 
hökmranlığından  qurtulmaq  üçün  əllərindən 
gələni  edirdilər.  Qırğızlar  1524-cü  ildə  üsyan 
qaldıraraq dövlətlərində 16 il müddətinə müstəqil 
idarəçiliyi  əldə  etdilər.  Qırğızları  tabe  etdirmək 
üçün  monqollar  1270-ci  ildə  Yeniseyə  20  min 
döyüşçü göndərməyə məcbur oldular. Lakin onlar 
qırğızların  kişilik  və  gücləri  qarşısında  davam 
gətirə bilmədilər ki, bunun da nəticəsi olaraq, 1273-
cü ildə Yenisey qırğızları yenidən üsyana qalxaraq 
Çin əsilli monqol canişini Lyü Xao Lini qovdular 
və  öz  dövlətçiliyini  daha  20  il  saxladılar.  Fəqət, 
1293-cü il qırğızlar üçün ən faciəvi və Yeniseydə 
qırğız dövlətinin mövcudluğunun sonuncu ili oldu. 
Bu  qanlı  ildə  Xubilayın  başçılığı  altında  monqol 
döyüşçüləri  Minusin  çökəkliyinə  girdilər  və  ilk 
növbədə qırğız başçıları və sərkərdələrinə amansız 
divan  tutdular.  Bundan  sonra  Yenisey  qırğızları 
Pamirə və Tyan-Şana köç etdilər. Yeniseydən köç 
edən qırğızların içərisində iki oğlu ilə birgə Dolon-
biy də var idi, onun yerbəyer olduğu məkan hal-
hazırda Dolon adlanır. B.Soltonoyev öz əsərlərində 
yazır: “Monqol işğalı dövründə qırğızlar, ələlxüsus 
da şimal qırğızları, ev tikmirdilər ki, evdə yaşamaq 
özünə ölüm hökmü yazmaq kimi bir şeydir”. 
Hər xalqın öz eposu, qəhrəmanı vardır ki, onun 
adı ilə bütöv xalqın mövcudiyyətinin tarixi bağlıdır. 
“Manas” eposunda eramızın birinci minilliyindən 
başlayaraq, qırğızların ulularının dünyagörüşü əks 
olunmuşdur. Bu, ulu qırğızlar tərəfindən yaradılmış 
ali dərəcəli mənəvi manifest bütün türk xalqlarının 
mənəvi  ruhunu  qaldırırdı.  Talasdakı  XIV  əsr 
Manas mavzoleyi sübut edir ki, köçəri qırğızların 
dövlət qərargahı məhz Talasda yerləşmişdir. IX-X 
əsrlərdə  qırğız  əsilzadələri  əcnəbi  dini  təlimlərə 
müraciət  etdilər.  Əbu  Dulaf    qeyd  edirdi  ki,  IX 
əsrdə  qırğızlarda  “ibadət  üçün  məbəd  və  yazı 
qamışı  vardı.  O  zaman  xalq  düşünüb-daşınardı 
və  ehtiyatı  əldən  verməzdi”.  S.A.Teplouxovun 
sözlərinə  görə,  “Yeniseyin  cənub  hövzəsinin 
198


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə