xəstəlikdən ölməyi rüsvayi-cahan olmaq hesab
edərdilər...”. Qədim qırğızlar çöllük əhli idilər.
onlar köçəri həyat sürür, maldarlıqla məşğul olur
və rahat surətdə köç edərdilər. Eramızın II əsrində
qədim qırğız etnosu iki yerə ayrıldı: şərqi (Yenisey)
və qərbi (Altay) qırğızlara.
Usunların malik olduqları ərazi Tyan-Şandan
Yeddisuya qədəf uzanırdı. Hakimiyyət usun
çarına mənsub idi və nəsillikcə keçirdi. Usunlar
hərbi sənətə çox gözəl yiyələnmişdilər və təbii
ki, öz düşmənlərində qorxu, bəzən də hörmət
hissi yaradırdılar. Usun dövləti özünün ən güclü
dövründə şərqi və şimal-şərqi Yenisey qırğızları ilə
əlaqə saxlayırdı.
Bürünc və dəmir dövrü Qırğızıstana unikal
abidə qoyub getdi – dünyanın ən böyük petroqliflər
qalereyası. Daşlar üzərinə yonulmuş təsvirlər o
dövrün insanlarının həyatı, məişəti və inancları
barədə təsəvvür yaradır. Saymalı-Daş da alimlərə
az tapmaca verməmişdir: onlar burada, daşda təsvir
edilən səhnələrin dünya xalqları mifologiyasında,
ilk növbədə hind-iranlılarda analoqunu axtarırlar,
indi şəkillərin çoxusu artıq öz “səs”ini əldə
etmişdir və insanların sərt daşları yonarkən nələr
barədə düşündüklərini söyləyə bilərlər. Amma bu
Saymalı-Daşda artıq mağaranın özünə aid daha bir
tapmaca da vardır: insanlar nəyə görə məhz buranı,
ilin on ayını qarlarla vadidən ayrılmış məkanı inanc
yeri kimi seçibmişlər?
Dəmir dövründə Qırğızıstan ərazisində
sak və çust tayfaları yaranır. Onlarda dövlətçilik
meydana gəlir – sakların (e.ə. VIII-VII əsrlər) və
sonra Qırğızıstanın şimalında, Davan və Fərqanə
vadisində usunların (e.ə. II əsr) dövləti yaranır.
Mərkəzi Asiya xalqlarının tarixinin ən
parlaq səhifələrindən biri e.ə. II əsrdə Mərkəzi
Asiyada və onun ətrafındakı çöllük ərazilərdə böyük
köçəri imperiyası yaratmış hunnların (qunnların)
etnosu ilə sıx bağlıdır. Bu imperiyanın gücünü o
fakt sübut edir ki, 60 il ərzində, e.ə. II əsrdə Çin
sülaləsi Xan ondan asılı vəziyyətdə olmuşdur.
Hunnların çiçəkləndiyi dövrdə qırğızlar, dinlinlər,
usunlar və başqa hunnlara qohum tayfalar birlikləri
hunn dövlətinin tərkibinə daxil idilər ki, bu da
müəyyən mənada həmin xalqların siyasi və dövlət
idarəçiliyi təcrübəsinin artması ilə nəticələnmişdi.
Bundan əlavə, etnoslararası dil, dini, etnomədəni
kontaktlar prosesləri fəal surətdə genişlənirdi. Bu,
sonrakı tarixi ümumiliyin dərinləşməsinə səbəb
oldu.
Abidələr sübut edir ki, hunnlar (Avropaya
b.e. IV-V əsrlərində gəlmiş hunnların bir hissəsini
avropalılar qunnlar adlandırırdılar) qohum türkdilli
xalqların ümumi uluları olmuşlar. Türk xalqlarının
ümumtarixi dövlətçiliyinin əsasını məhz hunnlar
qoymuşlar. Buna görə də, bəzi ayrı-ayrı alimlərin
güman etdikləri kimi, hunnları yalnız bəzi müasir
türk xalqlarının əcdadları hesab etmək düzgün
olmazdı: hunnların mədəniyyəti, adət-ənənələri,
siyasi təcrübəsi bütün türk tayfalarına çox böyük
təsir göstərmişdir.
E.ə. I əsr onunla yaddaqalan oldu ki, hunn
tayfasının parlaq nümayəndəsi Mode-Şanyuy 26
dövləti zəbt etdi və hunnlar tərəfindən istila olunmış
ərazi sonrakı türk xalqlarının yaranacağı ən qədim
köçəri imperiyalarının ocağı oldu. Monqolustanın
şimal-qərbindən Çjunqariyaya qədər Mode-
Şanyuy imperiyası uzanırdı. Qoçaq köçərilərin,
hunnların hücumlarından qorunmaq üçün Böyük
Çin səddinin inşasına başlanıldı. Yalnız e.ə. 556-cı
ildə hunn imperiyasının süqutundan sonra qırğızlar
azadlıq əldə edə bildilər. Sonradan Monqolustan
ərazisində qazıntılar zamanı yalnız qırğızlara xas
milli ornamentli şırdak, eləcə də digər məişət
əşyaları tapılmışdı ki, bunlar da qırğızların hunn
mədəniyyətinin birbaşa varisləri olduğunu təsdiq
edir. Hunnların mədəniyyəti qırğız, türk, türgəş və
uyğur xaqanlıqlarına keçdi.
Hunnların tayfalarını birləşdirən müəssisin
adı tarixə bəlli deyildir. Çin mənbələrində adı
çəkilən ilk hunn hökmdarının adı isə Touman
kimi səslənir (qırğızca Tümön). O, şanyuy titulu
daşıyırdı. Yazılı abidələrə əsasən, hunnlar şanyuy
Toumanın hakimiyyəti dövründə güclü dunhu və
yueçji tayfalarının (təqribən e.ə. III əsrin sonuncu
rübü) ərazilərinə sahib idilər.
“Qırğız” etnonimini tərkib hissələrinə
parçalayaraq, linqvistik və onomastik tədqiqat
metodikasını tətbiq edib, sözün mənşəyinə və
traktovkasına dair ən müxtəlif variantlar gətirirlər.
Bəzilərini sadalayaq.
1. Qırk + yüz – (qırk jüz). V.Radlov.
2. Qırk + ər – (qırk kişi). Əhməd Тоqan.
3. Qara + qız – (qarasaçlı xalq). D.Аytmuradov.
4. Qırquu – (qırk + cəm halının suffiksi ız).
K.Petrov.
5. Qırk + оğuz – (qırx oğuz, daha dəqiqi,
cənub, yaxud qərb oğuzları). N.Baskakov.
6. Qırğın-Qırğıt-Qırğız – (ağüzlü, göygöz
xalq). А.Kononov.
7. Qırğız-Qırılqıs – (məhv edilməyən, yenidən
doğulan, daimi, məğlubedilməz). А.Оmurkulov.
8. Kırk uuz – (qırx uuz, daha dəqiqi, Uuz
xanın qırx oğlunun nəsilləri) “Manas” dastanının
“Jaysan” variantı üzrə. Sonuncu interpretasiya
mənim üçün hamıdan inandırıcı oldu.
187
B.E. VI-VIII əsrləri. Türk və uyğur xaqanlığı dövrü
Eramızın 552-ci ilindən 744-cü ilinə
qədərki dövrü bütün Mərkəzi Asiya ərazisi Türk
xaqanlığının təsiri altında idi. Həmin dövr Türk
xaqanlığının çiçəklənmə dövrü olmuşdu. “Türk”,
“türküt”, “türkut” (Çin transkipsiyasında “tutszie”)
etnonimlərinə ilk dəfə 546-cı il Çin salnamələrində
rast gəlinir. Bu ad altında soqdlar, farslar və
bizanslar çöllüklərin nəhayətsizliklərinin yeni
sahiblərini adlandırdılar. Xalqın özünün özünə
verdiyi isim isə, runa yazılarına görə, “güclü”,
“sabit”, “məğlubedilməz” mənalarını ifadə edir.
Digər tərəfdən, termin etnik mənadan daha çox
sosial məna daşıyırdı, belə ki, əzəldən bu ad yalnız
hərbi aristokratların nümayəndələrinə aid edilirdi.
Zaman keçdikcə bu ad nəinki hərbi kübarların
rəhbərliyi altındakı tayfanı, eləcə də onların
tabeliyində olan xalqları da bildirməyə başladı.
Türk tayfaları, özlərini əfsanəvi dişi canavarın
oğlu Aşinin şəcərəsinin uluları hesab edən
hunların tərkibində IV-V əsrlərdə yaranmışdı.
Aşin sülbündən İstəmi-xaqan Yeddisuyu və Orta
Asiyanı ram etdi. Köçəri-türklər İstəmi-xaqanın
başçılığı altında qərbdə İtilə (Volqa) qədər gedib
çıxdılar. Çinin şimal hissəsi (Tsi və Çjou dövlətləri)
isə Mukan-xaqanın hakimiyyəti altına düşdü. Ayrı-
ayrı tarixçilərin fikrinə görə, qırğızlar hələ VI
əsrin ikinci yarısı-VII əsrin əvvəlində oğuzlardan
ayrılmış və Altayın şimalına köçmüşlər. Bu vaxta
qədər isə onlar oğuzlarla birgə Türk xaqanlığının
tərkibinə daxil idilər.
Türk xaqanlığı Bizansla ittifaqda Böyük İpək
yolunun ələ keçirilməsi uğrunda İran əleyhinə
müharibə aparırdı. Və onlar uğur qazandılar.
Bu dövrdə türkdilli əhalinin konsolidasiyası baş
verirdi. Talasda İstemi-xaqan Xosrov şahın özünün
elçilərini qəbul etdi. Sonradan, 704-cü ildə Aşin
sülaləsinin 23-cü xaqanı qətlə yetirildi və nəticədə,
türqəş xaqanları hakimiyyəti tam ələ keçirdilər.
Tyan-Şan və Yeddisuda Türgəş xaqanlığı (704-
766) yaradıldı. İllər keçdikdən sonra türgəşlərin
arasındakı ikitirəlikdən istifadə edən karluklar
Karluk xaqanlığı, köçəri-qırğızlar isə sonradan
Böyük Kema (Yenisey) çayının orta axarının hər
iki tərəfində yerləşən şərqli qırğızların dövlətinə
çevrilmiş qırğız-dinlin tayfa ittifaqını yaratdılar.
Qətim qırğız etnosu hələ b.e. II əsrdə şərqli və
qərbli qırğızlarınkına bölünürdü. Şərqli qırğızlar
Abakan və Kema (Yenisey) çaylarının aralıq
hissəsinə, Koybal düzənliyinə getdilər. Qərblilər
uzun müddət, VI-VII əsrlərədək ata-babalarının
yaşadıqları məkanlarda yaşadılar. Onlar vaxtilə
Mərkəzi Asiyada hökmranlıq edən köçəri dövlətlətin
tərkibinə daxil idilər. Bunlar uzun müddət əzəldən
buralarda yaşamış avropoidlər kimi, ağbəniz,
mavi gözlü, ağdərili insanlar idilər. Çin səfirinin
sözlərinə görə, onlar qırğızların hökmdarını ajo
adlandırırdılar. Qırğızlar azadlıqsevər köçəri və
əkinçilər idi. Böyük sürülərə, zəngin otlaqlara və
məhsuldar torpaqlara malik idilər.
Qırğız tarixinin məşhur bilicisi akademik
A.N.Bernştam yazırdı: “Qüdrətli Sibir çayı
Yeniseyin sahillərində qırğız tayfalarının – buranın
qədim əhalisinin köçəbələri səpələnmişdi. Bu,
güclü və öz dövrünə (VI-X) görə heç də geri
qalmayan dövlət idi”.
Sonra A.N.Bernştam “Qırğızıstanın və
qırğızların arxeologiya və tarixi üzrə seçilmiş
əsərlər”ində yazır ki, Yenisey tayfalarının əzəli
tarix dövrünü yalnız qırğız tayfalarının yaranması
dövrü hesab etmək olar. O zaman yalnız b.e.ə.
I minilliyin sonunda ilk qırğız tayfalarını əmələ
gətirmiş etnik ünsürlərin rüşeymləri yaranırdı.
Artıq bu mərhələdən Yeniseyin qırğız tayfaları ilə
Tyan-Şanın əlaqələri sezilir ki, bu da Yenisey və
Tyan-Şan vahid dövlət qurumuna daxil olan zaman
XII əsrdə Qara-Kitay dövlətində tam inikasını
tapmışdı.
Beləliklə, yuxarıda ərz edilmiş tarix eyni
zamanda qırğız xalqının yeni vətəninin yaranma
tarixidir. Demək olar ki, iki min il ərzində uzaq
Yeniseydən gələrək Tyan-Şana köç etmiş qırğızlar
Tyan-Şan xalqlarının böyük mədəni-yaradıcı
proseslərinin müasirləri və iştirakçıları oldular.
Yeniseydən gəlmiş qırğızlar “vəhşi” xalq deyildi.
188
Dostları ilə paylaş: |