Dağ meşələri altında dağlıq meşə torpaqları
yaranır: qonur – küknarkimilər meşələrinin altında,
qara-qəhvəyi – qozluqların altında və qəhvəyi-
qonur – Alay və Türküstan silsilələrinin ardıc
meşələrinin altında.
Şam meşələrinin qonur torpaqları çox
özünəməxsusdur. Onlar adi qonur torpaqlardan
daha tünd rəngləri ilə fərqlənir. Onlarda Tyan-Şan
ağ şamının karbonatlılığı ilə əlaqədar küllənmə
əlamətləri yoxdur. Bu torpaqlar kalsiumla zəngindir
və 7%-dən 18%-ə qədər çürüntü tərkiblidir.
Bitki örtüyü yayılmasının yuxarı sərhədlərində
kiçik sahələr çimli-yarımtorflu və yüksək dağlıq
poliqonal torpaqlarla örtülmüşdür. Çimli-
yarımtorflu torpaqlar üçün yuxarı üfüqün güclü
çimlənmə və torflaşma xarakterikdir. Çimlənmə
və torflaşma çürüntü faizinin yüksəkliyinə (20%-ə
qədər) rəğmən, torpağın əkinçilik üçün istifadəsinə
imkan vermir. Sərt yüksək dağlıq şəraitdə
formalaşmış poliqonal torpaqlar torpaq layının zəif
gücü, çox miqdarda çınqıllaşma, az tərkibli çürüntü
(4-7%), torflaşma və karbonatlılıqla fərqlənir.
Murzakərimov A.B. “Xırmanda” 1969-cu il, kətan, yağlı boya, 90 x 149, 5
Torpağı doyuzdurmasan, camaat doymaz;
Qarlar yağar – taxıl bol olar,
Su dağılar – saman yığılar.
175
Landşaftlar
Qırğızıstanın landşaftları dağlıq ölkə kimi
hədsiz rəgarəngdir. Termik şəraitin, yağıntılar
rejiminin hündürlüklə bahəm böyük dəyişiklikləri
təbii yüksəklik qurşaqlarının formalaşmasına gətirib
çıxarır, yəni sanki səciyyəvi səhra landşaftlarının
dağlıq landşaftına keçid pilləsi rolunu oynayan
dağətəyi ovalıqların əmələ gəlməsi ilə nəticələnir:
dağətəyi, orta dağlıq və yüksək dağlıq landşaftların.
Bu yüksəklik qurşaqlarının fiziki-coğrafi siması
coğrafi mövqedən, səthin quruluşundan, torpaq-
bitki örtüyündən və heyvanat aləmindən asılı
olaraq öz xüsusiyyətlərinə malikdir ki, onların da
hərəsi özünə görə orijinaldır.
Dağətəyi ovalıqlar Qırğızıstanın ucqarlarında
1 200 m hündürlükdə yerləşir. Onlar nisbi az
sahəyə malikdir, ancaq mənimsənilmişdir və
sıx məskunlaşmışdır. Relyef qərbə zəif maili
və dağlardan aşağıya düşən, lyoss torpaqdan,
lyossşəkilli gilli torpaqdan ibarətdir ki, dağların
yaxınlığında çox vaxt iri daş parçaları və
qırmadaşla qarışıqdır. Nadir hallarda qumlara rast
gəlinir. Burada güclü, çox vaxt maili çıxışların
konuslarından ibarət dağaltı şleyf geniş inkişaf
etmişdir. Ovalıqlar, bir qayda olaraq, çayların
çoxsaylı dayaz və ensiz vadiləri və yarğanlarla
çarpaz kəsişmişdir. Yay isti keçir. Burada
hökmfərma torpaqlar – yarımsəhralar inkişaf
edən boztorpaqdır: yovşanlı-efemeroid, yovşanlı-
efemeroid-şoranlıq, yovşanlı-dənli, nadir hallarda
çox cüzi sahələrdə saxlanmış dənli və çayırlı çöllər.
Otların arasında kərtənkələlər şütüyür, ilanlar
sürünür. Haçanlarsa tısbağalar yaşasa da, indi gözə
az dəyir. Quşlar dünyası çoxşaxəlidir: həşəratların
arxasınca torağaylar, qızılı milçəkqapanlar, çəhrayı
sığırçınlar şığıyır, qənimət axtaran yırtıcılar – çöl
qartalları, müşgüllər, belibağlılar havada aramla
süzürlər. İntensiv təsərrüfat mənimsəməsi və ov
bildirçinin, bəzgəyin, dovdağın sayının kəskin
ixtisarına gətirib çıxarsa da, onlar nadir quşlar
deyil. Düzlərdə gəmiricilərə – sünbülqıranlara,
çölsiçanlarına və digər kənd təsərrüfatı
ziyanvericilərinə rast gəlmək mümkündür.
Çay subasarlarında qovaq, söyüd tokoy-
pöhrəlikləri və doqquzdon, çaytikanı, itburnu
kolluqları bitir. Əfsuslar, bir çox tokoyların artıq
qırıb kökünü kəsmişlər.
Yeraltı suların çıxış nöqtələrində və səthə
yaxın yerlərində, yəni, adətən, çıxıntı konuslarının
uclarının yaxınlığında, bataqlıqlar göllənir.
Hal-hazırda dağətəyi ovalıqlarda mədəni
landşaft hökmfərmadır. Burada buğda, şəkər
çuğunduru, pambıq, tütün, yem bitkiləri, meyvə
ağacları, tərəvəz becərirlər.
Dağönü yerlər – Qırğızıstanın ikinci təbii
mərtəbəsi təqribən 1 200-2 500 m hündürlükdə
yerləşir. Dağönü zəncirləri dağiçi yarıqlarla ayrılır,
bəzən bir-birinə paralel uzanır. Adətən, onların
zirvələri yastı, ətəkləri sıldırım, eroziya şırımları
ilə, yarğanlarla kəsik-kəsik olur və çayların
ensiz vadiləri ilə çarpazlaşır. Tərkibi gildən, gilli
torpaqdan, bəzən şoran qumluqdan, lyossdan,
lyossşəkilli gilli torpaqdan ibarət olur, çox vaxt
səthinə çoxlu iri qaya parçaları, qırmadaş səpələnir;
bəzən qırmızı qumdaşına rəst gəlinir. Dağiçi
yarıqlarda kaynozoy erasının ikinci hissəsinin
geoloji dövrünün çay, göl və başqa çöküntüləri
geniş yayılmışdır.
Yayda temperatur bitişik dağətəyi ovalıqlara
nisbətən yüksək olur. Qışlar daha sakit keçir.
Yüksəkliklərdən və coğrafi mövqedən, habelə
daxili yarıqların bağlılıq dərəcəsindən asılı olaraq
atmosfer yağıntıları 250-600 mm civarındadır.
Dağönü yerlərin yamaclarında, dağiçi yarıqlarda
qrunt sularının çıxışına təsadüf olunur ki, bunlar
da su təchizatında mühüm rol oynayır. Torpaq
növlərindən burada boztorpaq, şabalıdı və boz-
qonur torpaqlar geniş yayılmışdır.
Alçaq
dağönü
–
efemeroid-yovşanlı
yarımsəhradan ibarətdir. İlk yazda, qar əriyən kimi
burada ağ krokuslar, qızılı quşsoğanı, sarı, qırmızı
zanbaqlar çiçək açır, ancaq çox tezliklə, quraqlıq
düşən kimi güllər solur, vegetasiyanı bitirir və hər
şey bozarır. Yalnız dəngil-düngül yovşan kolları
gözə dəyir.
176
Dostları ilə paylaş: |