antisiklonunun cənub-qərbi periferiyasının təsiri
altında bərqərar olur.
Bütün Orta Asiya, o cümlədən Qırğızıstan
siklonlar sistemlərinin cənub periferiyasına düşür.
Onların sayəsində respublikanın ərazisinə qərbdən
nisbi soyuq və rütubətli hava kütlələri daxil olur.
Qırğızıstanın, həm də külleyi Orta Asiyanın
üzərində azad atmosferdə təxminən 3 000 m
yüksəkliklərdə atmosferin ümumi dövriyyəsi ilə
əlaqədar havanın qərbi keçidi hökm sürür. Çox
vaxt yer səthi yaxınlığında relyefdən asılı olaraq
küləklərin istiqaməti qısa məsafələrə dəyişilir.
İssık-Kul gölü ətrafındakı silsilələr güclü yerli
küləklərin yaranmasını şərtləndirir. Burada hakim
küləklər – qərbi ulan və şərqi santaşdır.
İssık-Kul hövzəsində göl qışda havanın
temperaturuna yumşaq təsir göstərir. Onun
sayəsində gölün daha dərin mərkəzi hissısinə
bitişən sahil bütün Şimali Qırğızıstanda ən isti
qışla fərqlənir. Burada orta yanvar temperaturu –
2-3`-dir.
Nisbi qısa və yumşaq qış Cənub-Qərbi
Qırğızıstanda keçir. Belə ki, respublikada ən
yüksək yanvar temperaturları – 0`-dən aşağı
1,5-2,6` - Ak-Terek-Qavda və Cəlalabadda olur.
Elə il keçir ki, Fərqanə və hətta Çuy vadilərində
temperatur dekabr və yanvar aylarında 15-20`-
yə qalxır. Aşağı temperaturlar Alay, Çatkal,
Ketmentübin vadiləri üçün xarakterikdir. Orada
orta yanvar temperaturları -13,5`-dən -17,5`
qədərdir.
Qışda sərt temperatur şəraiti Tyan-Şanın
bir çox qapalı yüksək dağlıq çökəkliklərində –
Aksayda, Arpada, Susamırda, Toquztorooda,
Çonuzenqequşda və b. müşahidə olunur. Burada
relyef havanın durğunluğu və möhkəm soyuması
üçün şərait yaradır. Aksay rayonu Qırğızıstanın
soyuq qütbü hesab edilir. Burada çoxillik orta
yanvar temperaturu 0`-dən aşağı 27,7 ` çatır.
Mütləq minimum isə - 53,6`-dir. Bu temperatura
yaxın soyuqlar Arpa vadisində (-51`), Susamırda
(-50`), Çatırgöldə (-49`) qeyd olunmuşdur.
Qırğızıstanda bahar qısa, yağışlıdır. Digər
mövsümlər kimi eyni zamanda gəlmir. Yaz,
Fərqanyanı Qırğıızıstanda, adətən, fevralın
sonunda, Çuy vadisində martda başlayır. Dağlarda
hər yüz metr hündürlükdən bir bahar təqribən üç
gün gecikir.
Yay ən uzunsürən mövsümdür – mayda
başlayır. Gələn hava kütlələri səthdən isinərək
sürətlə tropik kontinental kütlələrin cəhətlərini
– quruluğu və yüksək temperatuları – özlərində
təzahür etdirirlər. Ələlxsus Fərqanyanında çox isti
olur. Burada Lenin-Col kəndində respublikada ən
yüksək (27,5`) orta temperatur qeydə alınmışdır.
Dağlarda yay, ələlxüsus, birinci yarısında,
sərin keçir. Ən aşağı (4,3`) orta iyul temperaturu
Tyan-Şan müşahidə nöqtəsində qeydə alınmışdır.
4 500 m-dən artıq hündürlüklərdə isə, bir qayda
olaraq, iyulun orta temperaturu 0`-dən aşağıdır.
Qırğızıstana payız sentyabrın sonunda gəlir.
Bu zaman soyuq hava kütlələrinin təsiri güclənir
və yazdakkı kimi havanın kəskin dəyişməsi
müşahidə olunur. Payız uzun, quru keçir. Dağətəyi
düzənliklərdə noyabr-dekabra qədər çəkir.
Hava axınları üçün açıq dağ silsilələri ən
çox yağmur həcmini öz səthlərinə alırlar. Belə
ki, Çuy vadisinin düzənlik hissəsində 300-400
mm yağmur düşürsə, Qırğız silsiləsinin Cənub-
Qərbinin 3 000 m hündürlüyündə ildə 750-770
mm yağıntı düşür. Qırğızıstanın Cənub-Qərbində
ən çox həcmdə yağıntı – 900-1 000 mm – cənub-
qərbə yönəlmiş Fərqanə silsiləsinin yamaclarına
düşür. Bu silsilənin Daxili Tyan-Şana tərəf qarşı
ətəklərinə 200-250 mm yağıntı düşür.
Xüsusən qış yağmurları Tyan-Şanın yüksək
dağlıq bölgələrinə az düşür. Qış qar buludları
adətən, 3 000 m-dən aşağıda toplaşır, bu səbəbdən,
yağmurlar dağ silsilələri tərəfindən tutulub saxlanır
və çökəkliklərə düşmür. Bunun nəticəsində Koçkor
vadisi, Narının, Aksayın, Arpanın yuxarı axarları
üçün qarsız qışlar xarakterikdir.
Dağlıq bölgələrdə cənub ekspozisiyasının
yamaclarında tamamən qar örtüyündən təmiz
yerlərə rast gəlinir ki, bu da heyvanların qışda
otarılması üçün yaxşı şərait yaradır.
Eyni zamanda şimal və şimal-qərbi
ekspozisiyanın yamaclarında çoxlu qar yığılır və
orada tez-tez qar uçqunları baş verir. Bunlar özləri
ilə bəzən böyük bəlalar gətirir.
171
Sular
Tyan-Şan və Alay dağlarında nəhəng buzlaşma
qovşaqlarının, qarlı dağlar yerləşən böyük sahələrin
mövcudiyyəti, yeraltı suların çxışı sıx və yayılmış
hidroqrafik şəbəkəni formalaşdırır.
Qırğzıstanın bütün iri çayları uca dağlarda
buzlaqların və qarlı zirvələrin yanında başlanğıc
götürür. Çayların su tutumu onların hövzəsinin mütləq
hündürlüyü, buzlaşma dərəcəsi və çayları qidalandıran
qarlı çöllərin sahələri ilə əlaqəlidir. Aşağı axarlarda
intensiv buxarlanma və filtrasiya nəticəsində çayların
su tutumu azalır.
Qırğızıstanda iki hidroloji sahə ayrılır: axının
formalaşdığı sahə – dağlıq zona və axının paylaşma
sahəsi – dağətəyi və ovalıq. Axının paylaşma sahəsində
həm də, belə desək, yeraltı suların altdan çıxarılması
zonası formalaşır və orada bir çox çay əlavə qidalanma
alır. Çox vaxt burada qrunt sularından qidalanan çaylar
və çeşmələr başlanğıc götürür. Belə suaxarları suyun
şəffaflığına görə “qara su” adlandırırlar.
Qırğızıstanın çayları Aral dənizinin (Qırğız
Respublikasının 76,5%), Tarimin (12,4%), İssık-
Kulun (10,8%), Balxaşın (0,3%) hövzələrinə aiddir.
Respublikanın bütün çaylarının orta illik axını 45,6
km3 təşkil edirki, o da keçmiş Sovet İttifaqının ümumi
axınını 3%-dir. Qırğızıstanın çayları nəhəng potensial
enerjiyə malikdir. Bütün çayların məcra enerjisinin
ehtiyatları orta illik su nəzərə alınmaqla 165 mlrd.
kv/saat, yaxud 18,9 mln kvt təşkil edir. Qırğızıstan
çaylarının hesablanmış potensial enerji ehtiyatları
keçmiş Sovet İttifaqında Rusiyadan və Tacikistandan
sonra 3-cü yeri tutur. Zəngin su resursları nəinki
respublikanın, eləcə də Özbəkistanın, Qazaxıstanın,
Tacikistanın kənd təsərrüfatı zəmilərinin suvarılması
üçün böyük əhəmiyyətə malikdir.
Qırğızıstanda çaylar əsasən, qar və buzlaqların
ərinti suları ilə qidalanır. Əbədi qarların sərhədi, başqa
sözlə, qarların yuxarı yığılıb buzlaq təşkil etdiyi o xətt,
silsilələrin yamaclarının istiqamətindən asılı olaraq
3 600-4 600 m yüksəklikdə yerləşir. Halbuki qərbi
Qafqazda o xətt ortalama 2 800 m yüksəklikdə, Altayda
isə 2 400-3 500 m yüksəklikdədir. Qar xəttinin çox
hündürdə olması yalnız Qırğızıstanın cənubi mövqeyi
ilə deyil, həm də iqliminin quruluğu ilə izah olunur. Ən
alçaq qar xətti Fərqanə və Qırğız silsilələrində yerləşir.
Çayların çoxunun mənbəyi qarlıqlarda və
buzlaqlarda olduğu üçün, suyun temperaturu aşağıdır.
Lakın axın o qədər gurultulu və sürətlidir ki, qışda
çaylar donmur. Bir çox çaylarda yalnız sahillərə
yapışmış ensiz buz qəmbərləri və xəşələ əmələ gəlir.
Adətən, xəşələni su elektrik stansiyalarının bəlası
adlandırırlar, çünki kanalları və barmaqlıqları doldurur
və suyun turbinlərə dolmasına əngəl törədir.
Yuksək dağlardan başlanğıc götürüb möhkəm,
çətin ovulan süxurların arasından axan su heyrətamiz
dərəcədə şəffafdır. Yayda isə buzlaqlardan çıxarılmış
yığıntıların ucbatından ağımtıl-boz rəngə boyanır.
Kövrək, asan yuyulub ovulan süxurların arsından axan
çaylar qarlar əriyəndə və leysanlar zamanı bulanır,
qırımızımtıl-kərpici, yaxud çirkli-qəhvəyi çalar alır.
Əsas Tyan-Şan-Narın su arteriyası Böyük və Kiçik
Narının (Narın şəhərindən 44 km şərqə) qovuşuğundan
əmələ gəlir. Çayın uzunluğu – 616 kim, məcranın sahəsi
– 50 110 km2-dir. Böyük Narının mənbəyi Akşiyrak
masivinin Petrov buzlağı ətəyində yerləşən göldən
çıxır; Kiçik Narın Cetimbel silsiləsinin buzlaqlarından
çıxan çoxsaylı çaylardan əmələ gəlir. Böyük və Kiçik
Narının qovuşuq nöqtəsində su israfı 90 m3 /san,
mənsəbdə 421 m3/san-dir. Çoxsaylı qolları – Atbaşı,
Alabuka, Kökömərən və b. – qəbul edən Narın Fərqanə
silsiləsini yarır. Fərqanə vadisi hüdudlarında Narın
Qaradərya ilə qovuşur və Sırdəryanı yaradır.
Çu – Tyan-Şanın digər iri çayıdır. Öz adını
Cuvanarık və Koçkorla qovuşandan sonra alır. Boom
dərəsindən Çuya çıxandan sonra sağdan çaya başlıca
qolu – Çon-Kəmin tökülür, ardınca şimal-qərbə
burularaq Çuy vadisinin münbit zəmilərini suvarır və
Münkümün qumlarında itir.
Qırğızıstanın iri çaylarına həmçinin Talas, Qızılsu
(Alay), Sarıcaz, Aksay, Sox və b. aiddir.
Qırğızıstanın bir çox bölgələrində davamlı
yağışlar və bitkilərlə zəif möhkəmlənmiş dağ
yamaclarındakı qarların əriməyi nəticəsində, su axını
torpağı yuyub aparır, bəzən isə iri qaya parçalarını
özü ilə sürütləyir və sel gəlir. Bəzən sel zəmiləri basır,
yolları yuyub aparır, tikililəri sökür, xalq təsərrüfatına
böyük məbləğə başa gələn ziyan vurur.
Yeraltı sular mənşəyinə görə, əksərən, filtrasiyadan
keçir. Onlar yağış, ərinti və digər suların yerin altına
və xırda çatlaqlara süzülməsi nəticəsində əmələ gəlir.
Yeraltı suların böyük hissəsi yüksək dağlıq
yerlərdə yaranır və yeraltı su axarları ilə aşağı süzülür.
Dağarası və dağların içindəki boşamtraq divarlı
yarıqlarda, adətən, nəhənf qrunt suları ehtiyatları
yığılır. Bəzən bu toplanmış sular səthə yaxın
172
Dostları ilə paylaş: |