çıxır. Mənşələr – yeraltı suların çıxışları – dağların
yamaclarında, dərələrin dibində, çayların yatağında,
çay terraslarının üstü açılmış suçəkər laylarında
müşahidə olunur. Ələlxüsus, dağətəyi ovalıqlar boyu
konusların çıxışlarının sonlarında daha çox bulaqlar
var.
Yeraltı suların keyfiyyəti çox fərqlənir. Dağlıq
rayonlarda suların tərkibində, bir qayda olaraq çox
az ərinmiş maddələr olur, dağətəyi ovalıqlarda isə su,
adətən, azca şoranlaşır. Duz yataqları yaxınlığında
– Norusda, Koçkor vadisində və Kətməntübin
çökəkliyində yüksək şoranlıq səviyyəli mənbələrə rast
gəlinir. Məs., Çatrıgöl kimi karbonatlı mənbələr də
var. Onlarda su soyuq və dəmir tamlı olur. Onu qırğız
nazranı adlandırırlar.
Araşanlar – termal, yaxud isti irmaqlar çox
böyük dəyər kəsb edir. Onlar Qırğızıstanın bir çox
bölgələrində yayılmışdır. Hal-hazırda təqribən 25 qrup
araşan məlumdur. Onların mənbəyi, ehtimalən, onunla
bağlıdır ki, yüksək dağlıq yerlərdə dərin tektonik
yarıqlarda ərinti və yağış suları yerin tərkinə sızır,
orada isinir və artıq digər yarıqlardan yolda soyuyaraq
torpağın səthinə çıxır. Mənbələrin əksəriyyəti 1litr
suya 1 qramdan da az ərinmiş duz ehtiva edir. Onlardan
bəzilərini mineral su adlandırmaq olar. Bu, 1 litrə 4
qr ərinmiş duz olan Cəlalabad və litrində 13 qr duzlu
Cetı-Oquz sularıdır. Bineyi-qədimdən termal bulaqlar
müalicəvi məqsədlərə qulluq edir. Bu gün onlardan
bəzilərinin ütündə balneoloji kurortlar inşa onumuşdur
– İssıkata, Cəlalabad, Ceto-Oquz, Aksu.
Şimali
Qırğızıstanda
Terskey
Ala-Too
silsiləsindəki “Qızıl bulaq” (Altun-Araşan) dərəsi
heyrətamiz dərəcədə füsunkardır. Bu dərənin
müalicəvi, isti, kükürdlü-hidrogenli və radonlu
bulaqlarının şan-şöhrəti uzaqlara yayılmış, dərə isə
onların şərəfinə elə şairanə adlandırılmışdır.
Göllər Qırğızıstanda nisbətən azdır, fəqət
genetik tiplərinə görə rəngarəngdir. Bəzi dağarası
çökəkliklərdə tektonik mənşəli nisbətən böyük göllər
yerləşir: İssık-Kul, Son-göl, Çatır-göl. Güman ki,
əvvəllər belə göllər Susamır, Kətməntübin və özgə
çökəkliklərdə olubmuş. Bəzi dərələrdə bəndli göllərə
– sallanmış qayaların uçulması, torpaq sürüşməsi, sel
axını, yaxud buzlaq çeşmələrinə morenlər tərəfindən
bənd atılması nəticəsində yaranmış göllərə təsadüf
olunur. Belə göllərə nümunə kimi Çatkal silsiləsində
Sarıçələk, Kavakda Akgöl, Talas Alatauda Beşdaş və
b. göstərmək olar. Yüksək dağlıq yerlərdə xırda kar
(cam, piyalə) gölləri var. Bir qayda olaraq, onların suyu
firuzeyi və çox soyuqdur. Həmçinin karst göllərinə
təsadüf olunur, ələlxüsus, Çatkal, Alay və Fərqanə
silsilələrində.
Göllərin çoxu axarlı və şirinsuludur. Yalnız İssık-
Kul və Çatırgöl suları azca duzludur. Bir çox göllərdə
üzvi həyat zəif inkişaflıdır, çünki soyuq olur: göllərin
əksəriyyəti yüksək dağlıq ərazilərdə yerləşir. Yalnız
əksərən lilli düzənlik göllərində üzvi həyat qaynayır,
lakin onlar tezliklə bataqlıqlaşır.
Qırğızıstanda bataqlıqlar azdır. Onlar ərazinin
cəmi 0,5 %-i tutur. Sovet İttifaqı üzrə bu rəqəm 10
%-dir, ölkənin bəzi bölgələrində isə hətta 50%-i keçir.
Bataqlıq, yaxud burada deyilən kimi sazlar – adətən,
dərələrdə, vadilərdə, dağətəyi düzənliklərdə kiçik
ləkələr kimi seçilir. O yerlərdə su çıxışlarınım konusları
bitir, yaxud qrunt suları yer səthinə yaxınlaşır. Çox
vaxt sazlarda cil bitir.
Matayev J. “Payızda nohur” 2008-ci il, kətan, yağlı boya, 53 x 94, 5
173
Torpaqlar
Qırğızıstanda, əsasən, dağ torpaqları təşəkkül
tapmışdır. Onların yerləşməsi, bir qayda olaraq,
yüksəklik qurşağının qanununa tabedir.
Əsas əkin torpaq fondunu boztorpaq təşkil
edir. Onlar isti, quru iqlim şəraitində yaranır.
Şimal – Yeddisu, yaxud Çuy və Talas vadilərində
yayılmış azkarbonatlı və adi cənub, yaxud
Fərqanəyanı Qırğızıstanda rast gəlinən tipik
torpaqları fərqləndirirlər. Adətən, onlar dağətəyi
ovalıqlarda 1 200 m hündürlükdə dağönü sahələrdə
inkişaf etmişdir. Boztorpağın çox hissəsi əkinçilik,
hər şeydən öncə suvarmanın təsiri altında köklü
dəyişikliyə uğramışdır. Boztorpağın tərkibi
zəif çimlidir, struktursuzdur, 2-3% çürüntü var,
karbonatlıdır, zəif təbəqələşmiş torpaq profilinə
malikdir. Yüksək kapillyarlılıq və sukeçirənlik su
rejimini və mineral duzların bitkilərin köklərinə
çatdırılmasını yaxşılaşdırır ki, bu da onları
münbitləşdirir. Eyni zamanda, bu keyfiyyətlər
şoranlaşmaya və səthdə, ələlxüsus, suvarmadan
sonra, boşaltma tələb edən qabıq bağlamaya səbəb
olur. Yüksək məhsul almaqdan ötrü bu torpaqları
səylə becərmək, işləmək lazımdır.
Daxili Tyan-Şanda əkinçilik üçün eyni
əhəmiyyəti açıq-qonur yaxud daxili Tyan-Şan
torpaqları kəsb edir (əvvəllər bir çox torpaqşünas
onu boztorpaq tipinə aid edirdi). Onlar 2 200 m-ə
qədər hündürlükdə dağarası yarıqların dibini və
dağönünü örtürlər. Torpaqların tərkibində çürüntü
azdır, zəif çimlidir, çox vaxt şorantəhərdir. Onların
məhsuldarlığını artırmaq üçün mineral gübrələrin
əlavəsi zəruridir.
Açıq-qonur və tünd-şabalıdı (dağlıq-ovalıq,
dağlıq) torpaqlar geniş yayılmışdır. Onlar
boztorpaqdan fərqli olaraq daha rütubətli iqlim
şəraitində yaranır. Adətən, belə torpaqlar dağətəyi
ovalıqlarda, dağarası yarıqlarda, dağönündə, 3 000
m hündürlüyə qədər dağ yamaclarında rast gəlinir.
Tərkibində çürüntü azdır, 2%-dən 6%-ə qədər.
Şabalıdı torpaqlar karbonatlı illüvial üfüqlü dəqiq
ifadə olunmuş profilə malikdir. Çox vaxt onlar
çınqıllı və şoran olur. Şabalıdı torpaqlar əkinçilikdə
istifadə olunur.
Fərqanə vadisini əhatələyən silsilələrin
ətəklərində, 1 600 m-dən 2 700 m-ə qədər
yüksəklikdə, yayda nisbi isti və quru olan yerdə
qəhvəyi torpaqlar yayılmışdır. Onların fərqləndirici
cəhəti – üst çim üfüqünün qəhvəyi, yaxud boz-
qəhvəyi rəngi, profil üzrə aşağı düşdükcə qozlu-
kəsəkli struktura keçən kəsəkli strukturu, yaxşı
ifadə olunmuş karbonatlı-illüvial üfüqü, yüksək
tərkibdə çürüntüsü (4-13%), gilliliyidir.
İssık-Kul çökəkliyinin şərqində və Kungey-
Alataunun Qırğız silsiləsinin şimal yamaclarında
yetərincə rütubətli şəraitdə qaratorpaq formalaşır.
Onun üçün yaxşı ifadə olunmuş çürüntü üfüqünün
möhkəm strukturu, dəqiq profil və yüksək faizli
çürüntü (6-13%) xarakterikdir. Qaratorpaqda
karbonatlı-illüvial üfüq, şabalıdı və qəhvəyi
torpaqlarda olduğundan daha dərində yerləşir.
Dağətəyi ovalıqların çay sututarlarında və
terraslarında, çıxıntı konuslarının sonluqları
yaxınlığında qrunt sularının bol çıxan yerlərində
və dağlarda – dağ çaylarının subasarlarında və 2
000 m-dən 4 000-m-ə qədər hündürlükdə ən çox
yağıntı qəbul edən dağ yamaclarında müxtəlif
çəmənlik torpaqları inkişaf etmişdir. onlar üçün
inkişaf etmiş strukturlu, çürüntülü üfüqlü dəqiq
profil, karbonatların tamamən qaibliyi və neytral,
yaxud zəif qələvili reaksiya səciyyəvidir. Yüksək
səviyyəli çürüntü (20%-ə qədər) çəmənlik
torpaqlarında yaxşı məhsul götürməyə imkan verir.
Bu torpaqların çatışmayan cəhəti – aşağı üfüqlərdə
çınqılın böyük həcmdə toplanması və cilliklərin,
kobreziyalı çəmənliklərin altında inkişaf edən
torflaşmadır.
174
Dostları ilə paylaş: |