meşələrdə bitir, efedra isə səhra-çöllük və dağlıq
zonada.
Cır moruq İssık-Kul gölünün həndəvərində,
Boom dərəsindəki qayaların səthində və daş-
kəsəkli dağ yamaclarında çox yayılmışdır.
Çaytikanı qəribə bitkidir. Qırğızıstanda yalnız
İssık-Kul gölünün sahilində və Çuy vilayətində
deyil, bütün rayonlarda çayların sahilinə yayılaraq,
çətin keçilən kolluqlar əmələ gətirib. Yerli camaat
onlara çıçırkənək deyir. Çaytikanının meyvələri
karotin, alma və digər üzvi turşuları (2.7%-ə
qədər), şəkər (3,5%-ə qədər), aşılayıcı maddələr,
C,B2, E və b. vitaminləri ehtiva edir. Təbabətdə
geniş istifadə olunur. Ələlxüsus, meyvələrdən
alınan çaytikanı yağı yüksək qiymətə malikdir.
Hal-hazırda çaytikanı Qırmızı kitaba salınmışdır
və qanunla mühafizə olunur.
Semyonov ağ şamı – 30 m hündürlüyə qalxan,
gur tünd-yaşıl iynə yarpaqlara, ehramşəkilli taca
malik ağacdır. Yüksək dekorativ xüsusiyyətləri
var. Ağ şam meşələri Qırğızıstanda 6 min ha sahəni
tutur, əsas etibarilə Çatkal silsiləsində yerləşir.
Zanbaq – Tyan-Şanın fəxridir. Qırğızıstanda
onun 20 növü bitir. Onlardan iri al-qırmızı, moruğu,
ortası qara Albert zanbağı; enli xallı yarpaqlı, iri
narıncı-qırmızı güllü Qreyq zanbağı; zahirdən
qırmızımtıl-bənövşəyi, daxildən ağ, yaxud çəhrayı,
dibində sarı, nadir hallarda ağ ləkəli Kaufman
zanbağı; ortasında qara xallı incə qırmızı, narıncı-
qırmızı, yaxud sarı güllü Ostrovski zanbağı. Bu
güllər Qırmızı kitaba salınmış və respublikada
qorunan bitkilər siyahısındandır. Mədəni şəkildə
becərilir, bir çox ölkənin botanik bağlarında
sınaqdan çıxarılmışdır.
Üvəz (quşarmudu) – gözəl meyvə ağacıdır.
Üvəzin meyvələri al-qırmızı, acıdır, dondurulandan
sonra acılığı gedir. Sentyabrın əvvəlində yetişir və
bütün qışı ağaclarda sallanıb qalır. Quş armudunun
giləmeyvəsi vitamin yığımıdır. Vitamin C, karotin,
şəkər, acı və aşılayıcı maddələr, alma turşusu,
sorbit spirti və digər maddələr bu giləmeyvəyə
toplanmışdır. Polivitamin vasitə kimi istifadə olunur.
Yeyinti sənayesində isə spirt-araq məmulatlarının,
mürəbbələrin, rıçalların və s. istehsalında işlənir.
Qara-qarağat – ikmetrlik koldur. Qırğızıstan
ərazisində bir neçə növ qarağata rast gəlmək
olar (Meyer qarağatı, Yanıçevski qarağatı və b.).
yabanı halda dağ yamaclarında, dərələrdə, kiçik
meşəliklərdə bitir, mədəni bitki kimi becərilir.
Qarağatın giləmeyvələrinin çox faydalı olduğu
hamıya bəllidir. Onların tərkibində üzvi turşular,
C vitamini, efir yağı, şəkər, aşılayıcı, boya
maddələri və s. var. Qarağatdan yüksək vitaminli
ekstraktlar, mürəbbələr, müxtəlif içliklər, şirələr,
sirop və b. hazırlanır. Ancaq hamıya məlum deyil
ki, qarağat yarpağı təbabətdə tərqovucu və yel
əleyhinə vasitələr qismində işlədilir. Yarpaqları
konservləşdirmə zamanı və tutmalarda qoyulur.
Tutma xiyar, pomidor, göbələyin dadı digər
ədvalarla bahəm qarağat yarpağı ilə daha dadlı olur.
Qarağat tumurcuqları efir yağı ehtiva edir,
onlardan qənnadı sənayesi üçün meyvə essensiyası,
siroplar, likörlər hazırlanır. Meyvələr avqust-
sentyabrda yetişir.
Dağların yamaclarında, süni salınmış meşə
sahələrində qara yumurtavari meyvəli, hündürlüyü
üç m-ə çatan kolluqlara rast gəlinir. Bu, murdarçadır.
Cəlbedici sulu meyvələri dadlı deyil, şirintil-
acımtıl dad verir. Lakin ondan işlətmə dərmanı
kimi istifadə etmək olar. Giləmeyvələrin tərkibində
ramnoemodini
parçalayan
antroqlikozidlər,
şəkər, pektin maddələri, kitrə, rəngləyici və
başqa maddələr var. Giləmeyvənin tam yetişməsi
avqustda olur, demək olar ki, şaxta vurana qədər
tökülmədən kolun üstündə qala bilir.
Koyçu batık – quşəppəyi. Bu bitki öz adını
çobanların heybəsinə və ya tənbəki kisəsinə
bənzəyən meyvəsinin qeyri-adi formasına görə
almışdır.
Bu, uzunsov dəstə halında xırda ağ çiçəkləri
olan, balaca, birillik ot bitkisidir.
Kaakım – zəncirotu. Yer kürəsində ən çox
yayılan və uşaqlar tərəfindən sevilən bitkidir. Bizdən
hər birimiz uşaq vaxtı onun yumşaq başcıqlarını
üfürməkdən zövq almışıq. O, parklarda, qazonlarda,
çəmənliklərdə, yol kənarlarında, meşə talalarında,
çəmənlərdə, yaşayış məntəqələrində, bərri-
biyabanda, yüksək dağlarda bitir. Qırğızıstanın ən
müxtəlif ekoloji zonalarında zəncirotunun 40-a
yaxın növünə rast gəlinir.
Kadimki tanatsetum – dağ tərxunu. Bu,
çoxillik, dik dayanan, yuxarı hissəsi şaxəli bitkidir.
Yarpaqları növbəli şəkildə, lələkli, ikiyə bölünmüş
haldadır. Bitkinin güclü səciyyəvi qoxusu var. Gül
səbəti nazik qalxanaoxşar sarı rəngli hamaşıçiçəklə
toplanmışdır. Bir ümumi hamaşıçiçəkdə 100-ə
qədər səbət saymaq olar. İyul-avqust aylarında
çiçəkləyir.
Baka jalbırak – bağayarpağı. Birkinin adı
latin sözü olan “planta” – pəncə sözündən gəlir,
bu da qeyri-tələbkar bitkinin həmişə təpik altında
bitməsini bildirir. İnsan ayağı hara dəyirsə,
bağayarpağı da orada bitir.
Böyük bağayarpağı. Çoxillik saçaqlı köklü və
torpağa sıxılmış böyük yumru rozetkalı, enli, rəvan,
yumurtavari yarpaqları olan bitkidir. Yarpaqları
enli gövdəlidir və 5-7 qövsşəkilli damarları
vardır. Yarpağın rozetkasının ortasından ucu sıx,
165
gözəçarpmayan, xırda, qonur, qılaflı çiçəklərlə
dolu uzun sünbül çıxır. May ayından avqusta
qədər çiçəkləyir. Bağayarpağının bir nüsxəsi bir
vegetasiya mövsümündə 8-60 min toxum verə bilir.
Orta bağayarpağı – yaxşı inkişaf etmiş dərin
kökə malik çoxillik bitkidir. Yarpaqları, demək
olar ki, yerə yatandır, enli özəklidir, elliptik
formalıdır, hər iki tərəfdən qıllıdır. Çiçək saplaqları
yuxarı qalxan, solğun-çəhrayı rəngdədir. May-iyun
aylarında çiçəkləyir.
Neştərəoxşar bağayarpağı – çoxillik, bir qədər
xovlu bitkidir. Kökü qollu-budaqlıdır. Yarpaqları
ensiz, neştərəoxşar, uzunözəklidir. Çiçəklərin
saplağı yarpaqlardan uzundur, çiçək tağları açıq-
kürən rəngdədir. İyun ayında çiçəkləyir.
Qırğızıstanın floristik tərkibi çox rəngarəngdir.
Əgər Orta Asiya səhralarının florasında 600 növ
varsa, öz coğrafi mövqeyinə görə mülayim iqlimli
səhralarda yerləşdiyi səbəbindən, Qırğızıstandakı
bitki növlərinin sayı 3,5 minə çatır. Floranın bu
cür zənginliyi – dağ landşaftının müxtəlifliyi və
Qırğızıstanın bitki növlərinin miqrasiya yolunda
yerləşməsi ilə izah edilir.
Respublikanın bitki örtüyündə tez-tez şimal,
Mərkəzi Asiyaya xas, Hind-Himalay, Ön Asiya
floristik ünsürlərinə, bəzən isə onların vəhdətinə
rast gəlinir. Bununla bərabər, qədim Avropa-Asiya
quru torpağında və Tetis dənizi sahillərindəki
bitkilərdən özünəməxsus Tyan-Şan-Alay florası
əmələ gəlmişdir.
Təbii şəraitin qeyri-bərabərliyi – bitkilərin
yaşama şəraitləri – və yerin səthinin inkişaf
tarixinin mürəkkəbliyi nəbatatın müxtəlifliyinə
şərait yaratdı. Beləliklə, Qırğızıstanın ərazisində
səhra və yarımsəhralıqlar, çöllüklər və çöllük-
çəmənliklər, çəmənlər və meşələr, yüksək dağlıq
səhraları formalaşmışdır. Onların respublika
ərazisində yayılması yüksək qurşaqlıq qanununa
əsasən baş vermişdir.
Qırğızıstanda səhra və yarımsəhralıqlar
Qazaxıstan, Özbəkistan və Türkmənistandakı kimi
geniş ərazini əhatə etməmişdir. Ancaq onlara tez-
tez rast gəlinir.
Səhra və yarımsəhralıqların bitki örtüyü çox
seyrəkdir. O, çoxillik quraqlığa davamlı bitkilərlə,
əsasən də, yovşan, teresken, ərkudə, şoran ot kimi
kolluqlar və yarımkolluqlardan ibarətdir. Onlara
balaca, çox zaman bozumtul-xovlu yarpaq örtüyü
xasdır, çoxusu sukkulent (rütubəti yığıb saxlamaq
üçün toxumalar) xüsusiyyətə malikdir. Tez-
tez ceyranotuya da (dənli bitkilərdən), xüsusilə
də Qafqaz ceryanotusuna rast gəlinir. Səhra və
yarımsəhralara həm də efemer və efemeroidlər
xasdır: qırmızı çuğundur və ayrıq, qırtıc, səhra
qumotusu, zanbaqlar. Onlar yalnız yaz fəslinin
bir-iki yağmurlu aylarında bitir və inkişaf edirlər.
İlin başqa mövsümündə bu bitkilər qurumaqdan
qorunmuş toxum, yaxud qalın qabıq (toxum) və ya
çoxqatlı dəri yarpaqları (soğancıqlar, kökümsovlar)
ilə yeraltı orqanlar şəklində mövcud olurlar.
Respublikanın hər bir vadisində və çökəkliyində
səhra və yarımsəhra sahələrə rast gəlmək olar.
Fərqanə, Çuy, Talas kimi tam əkinçiliyə yararlı
məkanlar şumlamaya qədər səhra və yarımsəhralıq
idilər.
Daxili
Tyan-Şanın
vadilərində
və
çökəkliklərindəki narıntorpaq, güclü şoranlaşmış
torpaqlarda bolluca şoranotu, simpeqmalar,
reomüriyalar, svedlər, potaşnik bitmiş şoranlıq
səhralar yayılmışdır. Daha az şoranlaşmış
torpaqlara yarımsəhralıq xasdır – buralarda aparıcı
rol yovşanındır: Tyan-Şan yovşanı, fərqli güllü
yovşan, hamçinin qumotu, tərəskən, ərküdənin də
adını çəkə bilərik. Çuy, Talas, Fərqanə vadilərinin
yarımsəhraları əsas etibarilə alçaq dağönünə aid
olub yovşanla örtülüdür – Namanqan, Fərqanə
yovşanları, efemerlə, efemeroidlə, habelə
girgensoniya ilə, erinqiumla.
Daxili Tyan-Şanın daşlı səhralarına, çılpaq
torpaqlı yarımsəhralarına qatırquyruğu və orta
cır-moruq, qırğız qaraqanası, traqakant sarmaşığı,
akantolimonlar xasdır. Fərqanə vadisində daşlı
səhralar və yarımsəhralar üçün tərəskən, sveda,
ağacşəkilli şoranotu, darıcan, kaperslər, parnolistnik,
səhrasevər, Namanqan, tacik yovşanları, püstə,
tikanlı badam, otostegiya xarakterikdir.
Yalnız səhraların və yarımsəhraların,
vadilərin və alçaq dağlıq yerlərin aztorpaqlı və
zəif şoranlaşmış sahələri suvarılan əkinçilik üçün
istifadə olunur. Bəzi silsilələrdə onlar 4 000 m-ə
qədər yuxarıda yerləşir.
Çöllüklər və çəmənlik-çöllüklər Qırğızıstanın
bütün ərazisində yayılmışdır. Onların arasında
xırda çimli çöllər və çəmənlik-çöllər, yovşan və
quruyadavamlı ot-ələf örtüklü quru çöllər və cənub
hündürotluçöllər və çəmənlik-çöllər fərqləndirilir.
Quru çöllərdə dənli bitkilər üstünlük təşkil edir
– qumotu, şırımlı topal, itilaqrostislər və yovşanlar
– Tyan-Şan, möhkəm, müxtəlif güllü yovşanlar.
Onlarla bahəm burada az miqdarda yarımsıhranın
müxtəlif ot-ələfi – ərküdə, tərəskən də bitir.
Quru
çöllərdə
və
çəmənlik-çöllərdə
kolluqlar boldur. Onlar ən çox İssık-Kul və
Narın çökəkliklərindıə, Qırğız və Talas Ala-Too
silsilələrinin yamaclarında, həmçinin Fərqanə
vadisini əhatələyən sıra dağların yamaclarında
bitir. Quru çöllük kolluqlardan ən səciyyəviləri –
166
Dostları ilə paylaş: |