Orta dağlıq sahələrdə 260 növ quş məskundur,
onlardan yuva quranları 160 növdür.
Çəmənliklərdə, adətən daşların altında,
qırmızı marmotların iri yuvalarını tapmaq olar.
Qayaların üstündə heykəllər kimi qımıldanmadan
qara, nəhəng, lüt boyunlu keçəl kərkəslər oturur.
Yuksəklikdə qartallar süzür. Daşlı sinələrdə daş
kəklikləri qaçışırlar.
Qırğızıstanda səhra adacıqları var. Onlar həm
təbii şəraitlərinə, həm də quşlarla məskunluğuna
bir-birindən tam fərqlənir. Səhralarda 15 növ quş
yuva qurur. Buralarda bayağı qocagöz (avdotka),
enlidimdik yağışcüllütü, qumru, qonur göyərçin,
büldürük, çöl qartalı, şah qartal, qızıl şahin, yapalaq,
səhra cücə bayquşu, çobanaldadan, göyçə qarğa,
yaşıl arıquşu, şanapipik, kəkilli torağay yaşayır.
Çöllərdə 34 növ quş var: telli durna, dovdaq,
bəzgək, belibağlı, çil, çobanaldadan, ciydəçi
(mayna), çöl və kəkilli torağaylar, quyruqqapan
(kamenka) və b.
Çəmənliklərdə 20 növ tapmaq olar: bildirçin,
qarabaş çayır daşçalanı, çəkçəki, çaydaçapan, çöl
konyoku və s.
Kolluqlarda qırqovul, silviya quşu, bülbül,
qumru, qaratoyuq, qamışquşu, çütrə yaşayır. Cəmi
40 növ.
Meşədə 50-dən artıq növ tapmaq olar: qırğılar,
sar quşu, qırğı, tetraquşu, qıllıayaq yapalaq, ishaq
quşu (baquş), bayquş, ağacdələn, cövizqıran,
alacadimdik, süzənlər, arıquşu, çalıquşu, alabaxta,
göyçə göyərçin, ötməquşu, qarğa, sağsağan,
çütrə, quququşu, çit quşu, qaraboğaz bağtorağayı,
meşə konyoku, qaratoyuq, ardıc quşu, qırmızıbel
qızılquyruq, qırmızıpapaq vürok.
Təqribən 3 000 m hündürlükdəki ardıclıqlarda
və kolluq qurşaqda, solğun bağtorağayı, çəhrayı və
böyük çütrələr, аrdıc baltadimdiyi, qırmızıbel və
çalbaş qızılquyruqlar, qırmızıboyun bülbül, əlvan
arıquşu yuva qurur.
Yüksək dağlıq yerlərin siması aşağıdakı
quşlarla bəzənmişdir: toğlugötürən, Asiya kərkəsi,
Himalay kərkəsi, qara keçəl kərkəs, berkut,
həmçinin qar və sədəf vürokları, qırmızı vürok, dağ
konyoku, oraqdimdik cüllüt, qaya göyərçini, ular,
dolaşa, dağlıq zağçası, qırmızıqarın qızılquyruq,
Himalay və dağlıq bağtorağayı.
Qayalarda göyərçinlər, qara hacıleyləklər,
ulu qırğı (baloban ), çalağan, leşyeyən qartal
(quzğun) ağbabalar, Himalay kərkəsi, qara
keçəl kərkəs, yapalaq, uzunqanad, dolaşa,
qaya tənək quşu, qaya sittaları, hind ötməquşu,
alabəzək, göy daş qaratoyuqları, göy quş, qara
qızılquyruqlar,qaranquş.
Su hövzələri ən çox sayda növləri özünə
cəlb edir – yüzdən artıq. Onların arasında anqut,
vağ, hacıleylək, qazkimilər, dəniz qartalları,
çayqaranquşu, durna, sutoyuqları (pastuşki), cüllüt,
qağayı, su qaranquşu, daşadöyən, qamışquşu,
susərçələri.
Bir çox növlər insan tərəfindən dəyişdirilmiş
landşaftlarda məskən salmağa uyğunlaşmışlar:
şəhərlərdə, kəndlərdə, tarlalarda. Bir quşlar burada
çöllüklə, meşə ilə oxşar şərait tapır. Digərləri
insanlara o qədər alışmışlar ki, kənddən kənarda
vəhşi təbiətdə, demək olar, təsadüf olunmurlar.
Belələrinə sərçələr, qumrular misaldır. İnsan
tikililərini qaranquşlar üstün sayır, şəhər yaşıllıq
zolaqlarında isə özləri üçün çox yaxşı şərait tapan
– qaratoyuqdur.
Nə qədər çox quş növü var, bir o qədər təbiət
mühiti rəngarəngdir. Belə mühitdə insanlara da
yaşamaq rahatdır. Bu o deməkdir ki, çirkləndirici
və zəhərləyici maddələr azdır. Quşlar – təbiət
mühitinin sağlamlığının ən nəzərəçarpan və etibarlı
göstəricisidir. Yaddan çıxarmaq olmaz ki, onlar
insanlar kimi istiqanlıdır və təkamül inkişafında
insana yaxındırlar.
Hətta şamlıqların yaxşı vəziyyəti də çox halda
quşlardan asılıdır. Şamlıq qurşaqda təqribən 100
növ quş məskən salıb. Onlar Qırğızıstanın demək
olar ki, üçdə birini təşkil edir; quşların hamısı bu və
ya digər səpkidən faydalı hesab olunur.
Düşmənlərimizin düşmənləri – çoxsaylı faydalı
heyvanlar olmasaydı, vəziyyət acınacaqlı olardı.
Xəzli heyvanlar: gəlincik, sincab, dələ, tülkü ilboyu
siçankimi gəmiriciləri məhv edir. Ziyanverici
həşəratların buğumayaqlılarına arasında çox
düşməni var. Xüsusilə hörümçəklərin, sarı meşə
qarışqalarının, qarafatmalar, parəbüzənlərin və
mənənələrin rolu böyükdür.
Qərbi Tyan-Şanın Mərkəzi Asiyanın cəmi
1/40 hissəsini tutmasına rəğmən, burada 63%
quş və 34% məməli növü yaşayır. Quş növlərinin
Mərkəzi Asiya üzrə orta sıxlığından sahə vahidində
5 dəfə, məməlilərin ki 15 dəfə çoxdur. Heyvanların
və bitkilərin digər qruplarında oxşar mənzərə
müşahidə olunur.
İlan qartalı – qəribə yırtıcı quşdur. İlanlarla
(bəzən zəhərli) və kərtənkələlərlə qidalanır,
ətcəbalalarını da onlarla yemləyir. Buradan da
əcaib adını almışdır. İri quşdur – təqribən 2 kq-a
yaxındır. İlanı tutanda, başını dimdiyi ilə əzir, udur,
yalnız quyruğunun ucunu saxlayır. Uçub qayıdır,
yuvasının kənarına oturur, ətcəbala quyruğun
ucundan tutub dartır və sürünəni yeyir.
Qırğızıstanda nadir dağ qazı yaşayır. Yaşayış
156
yerləri Son-Göl və Çatır-Göldür. Son-Göldə cəmi
30 cüt, Çatır-Göldə 50-60 cüt quş var. Dağ qazı
Qırmızı kitaba düşüb.
Yıxılmış atın cəmdəynin üstünə keçəl kərkəslər,
qızıl ağbabalar və toğlugötürənlər uçub gəldi. Bu,
nadir hallarda ələ düşən mənzərədir – müxtəlif
leşyeən quşların ziyafəti.
Qırğızıstanda qar keçəl kərkəsi yaşayır.
Qanadlarının açılmış uzunluğu 3 m-ə çatan nəhəng,
ölçüsü 12 kq-a qədər nadir quş. Lələkləri açıq-
sarıdır, qanadları və quyruğu qaradır, başı və boynu
açıq rəngli pərqu ilə örtülmüşdür. Uzaqdan lap
keçəl görünür. Uca dağlarda məskundur, əlçatmaz
qayalarda yuva qurur. Kərkəsə təbiətin sanitarı
deyirlər – leşyeyən quşdur.
Toğlugötürən – 6 kq-a qədər çəkisi olan iri
quşdur. Qanadları açılanda 3 m-ə çatır. Çənəsində
uzun saqqal şəklində uzanmış qara lələkləri var,
ona görə saqqallı da deyirlər. Kərkəskimilərə
aiddir. Heyvanların sümükləri əsas qidasıdır.
Qonur gərdənli balaca dərəquşu (susərçəsi,
olyapka) ilboyu dağ çaylarının yanında məskundur.
Onu heç vaxt sudan uzaqda görməzsən, adətən sahil
çınqılında... ya da dağ çayının dibində qidalanır.
Dərəquşu gözəl dalğıcdır. Su onun təbiətidir.
Təəccüblüdür, bu balaca və zahirdən zəif quş necə
cəsarətlə özünü guruldayan dağ çayının köksünə
atır. Caynaqları ilə daşlardan yapışan quş çayın
dibi ilə əminlikjlə və sürətlə gedir, həşəratların
sürfələrini, mollyuskları və b. yemi dartıb çıxarır.
Ular – dağ hindtoyuğu xalq arasında müqəddəs
quş sayılır. Belə bir inanc var: hərgah dağların
hündürlüyünə qalxıb uların səsini eşitmişsənsə,
demək həyatın gözəlliyini dərk etmişsən. Ularlar
şaqraq cingilti ilə fitləşirlər, sanki fleytada çalırlar.
Ağ şumkar – ağ dağ qırğısı. Məğrur, alicənab
kübar quş. Təsadüfi deyil ki, ən ali fərqlənmə nişanı
olan Qırğızıstan Respublikasının Qəhrəmanında ağ
qırğı– Ağ Şumkar cəsarət və fədakarlıq rəmzi kimi
təsvir olunmuşdur.
Qırqovul (fazan) – Qırğızıstanın ən gözəl iri
quşlarındandır. Gur günəş işığında qırqovulun
lələkləri göy qurşağının hər rəngi ilə cilvələnir.
Qırqovulun erkəyi gözəllikdə cürətlə nağılvari
tovuz quşu ilə rəqabətə girə bilər. Qırqovulun
başlıca düşmənləri – tülkülər və canavarlardır.
Qırğızıstan – Orta Asiya qırqovulunun yayıldığı
əsas bölgələrdən biridir. Fazanın yaşadığı sahə
respublikanın bütün cənubu və şimalı, həmçinin
Mərkəzi Tyan-Şanın bir çox vadiləridir. Bu
yaraşıqlı quşlar daima təbiət həvəskarının diqqətini
özünə çəkir, amma eyni zamanda da ovçular
tərəfindən daimi ovlanmaya məhkumdurlar.
Qırqovulun nisbətən asan ovlanması, vurulan
quşların miqdarının və qırqovulun həyatında
bioloji dövriyyəni nəzərə alan ov mövsümünün
heç bir normalara salınmaması ucbatından, bu
quşların sayı bütün respublika üzrə kəskin surətdə
azalmışdır.
Sona (anır) – bu quşu peyğəmbər gəlini
adlandırırlar. Belə bir rəvayət var ki, peyğəmbər
dəstəmaz alanda, gəlin içəri girib ona baxır.
Peyğəmbər gəlinin getmək niyyətində olmadığını
anlayanda, dillənir: “Anır bol” – “sona ol”. Həmin
andaca quşa dönmüş gəlin uçub gedir.
Çalağan – yırtıcı quşdur. Çalağan göydə
süzəndə, quyruğunu yelpazə kimi açır və quyruqdakı
dərin yarıq görünür. Quyruğundakı yarığa görə onu
digər yırtıcı quşlardan seçmək mümkündür.
Bu yaxınlaradək xalq arasında inanc
mövcuddur. Keçmişdə barqı adlı bir ilahi quş var
imiş. Səhər sübh söküləndə ayaq üstə olan adamları
sanalayırmış. Əgər kimsə hələ oyanmamışdısa, quş
belələrini ölülərin siyahısına daxil edir və gələcəkdə
hər cür bərəkət-ruzidən məhrum edirmiş. Ona görə
tənbəllik təkcə rüsvayçılıq sayılmırdı. “Qara”
siyahıya düşməməkdən ötrü gününü sübhə qədər
başlamaq lazım idi.
Kəklik. Dimdik və ayaqları qırmızıdır, başında
və böyürlərində qara zolaqları var. Kəkliyin beli
boz daş rəngindədir, ona görə ovçular onu çətinliklə
sezirlər.
Qırğızıstanın çoxlu dağ dərələrində dağ
kəkliklərinin şaqraq səslərini eşitmək olar.
Daşlı sinələr, çılpaq qayalıqlar, maili ətəkli
təpəliklər, cır yulaf, ayrıq və b. quru sevən dənli
bitkilərlə örtülmüş dağ meydançaları kəkliklərin
sevimli yerləridir.
Yazdan savayı, ilin bütün mövsümlərində
kəkliklər xırda dəstələrdə yaşayırlar. Qışa yaxın isə
ətcəbala çıxarmış kəkliklər toplaşıb iri dəstələrlə
dolanırlar. Bahar çoxalma dövründə dəstələr
parçalanır, balalar qaçışıb səpələnir və kəkliklər
cütləşirlər.
Qartal – yaxşı xəbərlər rəmzidir. Qartal çox
etibar edən quşdur və tez əhliləşir. Dünyada yeganə
quşdur ki, günəşin şüalarına qarşı uçmağa qadirdir.
Manasın atası yuxusunda qartal yedirtdiyini
görəndə, anladı ki, bu, yaxşı yuxudur: qocalığında
onu çoxsaylı düşmənlərdən qoruyacaq adam
olacaq. Yuxu çin çıxdı. İki il sonra onun oğlu
doğuldu. (Dastanda bəhs edilir ki, Manasın anası
hamilə qalanda qəfildən pələng ürəyinə yerikləyir.
Bu da müdafiəçi-oğul doğulacağına işarədir).
Deyirlər ki, ötmüş XX əsrin 70-ci illərində
Prjevalsk şəhərindəki (indiki Qaragöl) aeroport
157
Dostları ilə paylaş: |