150
Matayev J. “Urqa” 2009-cu il, kətan, yağlı boya, 60 x 75
151
atılır... Vaşağın iti caynaqlarından və qüvvətli
pəncələrindən qurtulmaq çətin məsələdir.
Marmot – respublikamızın yüksək dağlıq
bölgələrinin məskunudur. Yumşaq, qısa xəzi ilə
seçilir. Dərilərin əksəriyyəti ixraca gedir. Xırda
heyvanlaın həyatı yadların gözündən etibarlı
surətdə gizlənir. Günortalar marmotlar, dələlər,
dovşanlar, sünbülqıranlar, sincablar, dələlər çox
fəaldır. Digər canlılar, əksinə, “fəaliyyətə” ancaq
gecələr çıxır: kirpilər, yarasalar, ərəbdovşanları və
hətta bəzi yırtıcılar.
Alaqızıl (forel). Bu balıq İssık-Kulun yararlı
su hövzəsində nəinki yeni vətənini tapdı, həmçinin
özü üçün xüsusi əlverişli həyat mühitində
kəskin surətdə dəyişildi. 1930 və 1936-cı illərdə
Ermənistanın Sevan gölündən xüsusi soyuducularda
bir neçə mln geqarkun alaqızıl kürüsü gətirildi.
Sevandakı maksimum 30-40 sm-in müqabilində
89 sm uzlunuğa, çəkidə isə Süvandakı 3-4 kq-la
müqayisədə 10 kq-a, ayrı-ayrı hallarda 15-18 kq-a
çatan İssık-Kul geqarkunun erkəkləri Sevandakı
həmcinsləri ilə yanaşı qoyulanda 4,5 dəfə ağır,
dişiləri isə 7 dəfə böyüdü. Boyla bahəm bu balığın
məhsuldarlığı da artdı. Maraqlı faktdır ki, İssık-Kul
alaqızılı zahirən də dəyişikliyə uğramışdır: rəngi
əlvanlaşmış, vücudunda yeni halqavari ləkələr
əmələ gəlmiş, alnı genişlənmişdir. Balıq qışın ən
sərt aylarında, əsasən, dekabr-yanvarda çoxalmaya
gedir.
Bundan əlavə, alaqızıl İssık-Kulda yırtıcıya
çevrilmişdir. Əsas qidasının 80%-ni təşkil edən
şimal qızılbalığını və digər alaq funksiyalı balıqları
yeyir.
Dəqiq bəllidir ki, heyvanlar və quşlar
valideynlik hissindən məhrum deyil. Maraqlı misal:
yumurta üstündə yatan ilan instinktiv titrətməyə
başlayır. Özü qızışanda, yumurtalarını da isidir.
Qırğızıstanın dağlarında bu sürünənin 50-dən artıq
növünə təsadüf etmək olar. Quşlar “şahlığı” da eyni
dərəcədə rəngarəngdir. Qırğızlar uzaq keçmişdə
quşları və heyvanatı müqəddəs sanırdılar. Onlara
sitayiş edir, barələrində hər cür əfsanə qoşurdular.
Qədimdə elə olurdu ki, adamlar doğum illərini
heyvan adı ilə müəyyənləşdirirdilər.
I il – çıçkan (siçan) ili;
II il – uy (inək) ili;
III il – bəbir ili;
IV il – koyön (davşan) ili;
V il – balıq ili;
VI il – jılan (ilan) ili;
VII il – jılkı (at) ili;
VIII il – koy (qoyun) ili;
IX il – maymıl (meymun) ili;
X il – took (toyuq) ili;
XI il – it ili;
XII il – donuz ili.
Xalq arasında əfsanə gəzib-dolaşır ki, qədim
çağlarda siçanla dəvə mərcə girirlər ki, yeni əsrin
birinci ilini kimin adı ilə adlandıracaqlar. Qərara
alınır ki, qələbə şəfəqi ilk görənə veriləcək. Günəşin
doğmasını gözləyəndə, dəvə uzun boynunu uzadır,
siçan isə onun təpəsinin düz ortasına dırmaşıb
birinci ciyildəyir: “Günəşi görürəm!” Bu minvalla,
siçan mərci udur və indi əsrin ilk ili onun adı ilə
başlanır.
Qırğızıstanın təbiət landşaftlarının müxtəlifliyi
və ərazisinə Ön Asiya, Orta Asiya, Cənubi
Asiya, Şərqi Sibir, Avropa və Avrasiya növlərinin
müdaxiləsi faunaya fövqəladə rəngarənglik bəxş
etmişdir. Buradakı nisbi kiçik ərazidə ovalıq və
yüksək dağlıq, səhra və meşə, çöllük və çəmənlik
canlılarına rast gəlinir.
Səhra heyvanları Qırğızıstanda meşə və dağlıq
canlıları ilə müqayisədə azdır. Onların səciyyəvi
nümayəndələri – gəmiricilərdir: sarı sünbülqıran,
cəngil qumsiçanı, qırmızıquyruq qumsiçanı,
ərəbdovşanı, tolay dovşanı, uzunqulaq kirpi.
Quşlardan burada saca - büldürük, səhra qarquşu,
çəhrayı sığırçın, sürünənlərdən düzənlik tısbağası,
şərqi kiçik boa, jeltopuzik – çox uzun ayaqsız
kərtənkələ və b. məskundur.
Bütün bu canlılar rütubətin və yemin kasad
olduğu, havanıт isti keçdiyi və demək olar ki, təbii
daldalanacaqların az rast gəlindiyi səhra həyatına
fərqli tərzdə uyğunlaşmışdır. Səhra canlılarının
əksəriyyəti gecə həyatı keçirir, gündüz isə istidən
xilas axtararaq, yuvalarına girir (sarı sünbülqıran
və uzunqulaq kirpi), yaxud da qumun içinə qazınıb
gizlənirlər (şərqi kiçik boa, kərtənkələlər). Səhrada
rütubət az olduğuna görə, burada iri məsafələri
sürətlə qət etməyə qabil, yainki qidada olan su ilə
dolanmağı bacaran heyvanat sağ qalıb yaşamağa
qadirdir. Birincilərin sırasına ryaboklar, ikincilərə
– bir çox gəmiricilər, yırtıcı və bitkiyeyən quşlar,
həmçinin bütün sürünənlər aiddir. Məməlilərin
əksəriyyətində və quşların hamısında tər vəzləri
qaibdir, bu da suyun buxarlanmasını azaldır. Səhra
məskunlarının hərarəti qalxmaqdan xilas edən açıq
rənglərini vurğulamamaq olmaz. Hər şeyə rəğmən,
bunlar qədərincə deyil. Ən isti dövrdə gəmiricilərin
və sürünənlərin əksəriyyəti yuxuya gedir, quşlar
və tolay dovşanları isə səhranı tərk edir. Çox vaxt
istidə bitki örtüyü tezliklə yanıb cızdağı çıxmış
lyoss səhralarında yaşayan sünbülqıranlar və
tısbağalar yay yuxusundan qış yuxusuna gedir və
onların fəal həyat dövrü yalnız yazda çəkir.
152
Təbii daldalanacaqların az olduğu məkanda
mövcudiyyət uğrunda mübarizə kəskin şəkildə
gedir. Düşməni vaxtında sezmək və müdafiə,
yaxud xilas üçün lazımi tədbirlərin görülməsinə
sarı-qonur qoruyucu rəng, iti qulaq, yaxınlaşan
düşməni nəinki yandan, həm də arxadan görən çəp
yerləşmiş gözlər kömək edir.
Çöllükərin heyvanat aləmi zəngin və
müxtəlifdir. Bu onunla izah olunur ki, əvvəla,
buralarda qida daha boldur və həyat şəraiti nisbətən
az sərt, yumşaq keçir, ikincisi, bu məkana canlılar
yalnız Ön və Mərkəzi Asiyanın səhralarından,
düzənliklərindən (boz dağsiçovulu, açıqrəngli
savsar, çölpişiyi, qızılı arıqapan, göyçəqarğa,
suilanı, bəzəkli bağilanı, yaşıl qurbağa, göl quru
qurbağası) deyil, habelə Avropa çöllərindən də
(dovdaq, çölsiçanları, bildirçin, bəzgək və b) gəlib
çıxmışdır.
Çöllüyün həyat tərzi səhra həyat tərzinə
oxşardır, ona görə düzlərin canlılarının
uyğunlaşması səhranınkılara oxşayır, ancaq elə də
kəskin təzahür etmir.
Meşələrin heyvanat aləmi ən zəngin və
rəngarəngdir. Yemin bolluğu, düşməndən sıx meşə
yarpaqlarının arasında gizlənmək imkanı, mülayim
iqlim bura həm gəmiriciləri, həm dırnaqlıları, həm
yırtıcıları, həm də ələlxüsus növbənöv çoxsaylı
quşları cəlb edir.
Qırğızıstanın meşə faunası əsas etibarilə
Avropada və Asiyada geniş yayılmış heyvanlardan
ibarətdir. Bunlar məməlilər – qonur ayının Tyan-
Şan növü, vaşaq, qaban, cüyür, sincab, boz qurd,
meşə dələsi, quşlardan – qırğı, adi qaragöz qızılquş
və b.-dır. Burada sırf Avropa üçün xarakterik
növlər də məskundur: gəmiricilər – ağac siçanı,
meşə siçanı; quşlar – tetraquşu (buralar onun
yayılmasının cənub sərhədidir), qırğı, alacadimdik
və yeganə meşə sürünəni – qıvraq kərtənkələ.
Hərdən Şərqi Sibir növləri də bu məkana baş
çəkir – xırda həşəratyeyən burozubka, nadir
hallarda rast gəlinən maral, səciyyəvi tayqa quşu –
üçbarmaq ağacdələn və b. Qırğızıstanda Orta Asiya
növlərindən endemiklər məskundur: gəmiricilər –
Tyan-Şan mışovkası, Tyan-Şan çölsiçanı.
Meşə heyvanatının və quşlarının əksəriyyəti
oturaq həyat tərzi keçirir, yaxud meşə hüdudlarında
köç edir. Burada çöldən və səhradan fərqli olaraq
həyat mərtəbələrə ayrılır. Aşağı yarusda heyvanların
çoxu məskundur – gəmiricilər, dırnaqlılar,
yırtıcılar. Yuxarı – ağac yarusu, əsasən, quşlarla
məskunlaşıb. Məməlilərdən ikinci mərtəbədə meşə
dələsi, ağac siçanı yaşayır. Bu heyvanların hamısı
öz mühitlərinə fərqli uyğunlaşmışdır. Dırmaşan
canlıların iti caynaqlı yapışan pəncələri var –
onların sayəsində sürətlə ağacların gövdələrinə
dırmaşırlar, uzun, tüklü quyruqları isə sıçrayışlarda
sükan rolunu oynayır. Qırğı meşə həyatına ən yaxşı
cəhətdən uyğunlaşmışdır. Qısa, dəyirmiləşmiş
qanadları və uzun quyruğu qidalandığı quşların
arxasınca qovan zaman sıx budaqların arasından
sivişib keçməyə və ən gur yerlərə soxulmağa imkan
yaradır.
Yüksək dağlıq Qırğızıstanın heyvanat aləmi
çox özünəməxsusdur. Səciyyəvi nümayəndələr:
dağ keçisi – təkə, vəhşi dağ qoyununun
arxasınca ova çıxmış qar bəbiri – irbis, çox
nadir heyvana çevrilmiş qırmızı canavar, həddən
ziyadə ehtiyatlı, amma aciz quş olan ular – dağ
hindtoyuğu, daşlarına arasında çaşıb geri qalmış
çölsiçanını axtaran daş dələsi (beloduşka). Tyan-
Şanın yüksək dağlıq sırtlarında daha bir maraqlı
canlı məskundur – relikt sünbülqıran. Heç kəsə
bəlli deyil Avropa (boz) sünbülqıranının ən
yaxın qohumunu, səciyyəvi çöl heyvanını hətta
yayı sərin keçən 3 500 m ucalıqda sığınacaq
axtarmağa nə vadar edib. Alimlər güman edirlər
ki, heyvancığaz bu hündürlüyə dağyaranma
başlayanda, yaşadığı düzəngahla bahəm qalxıb.
Bu lap çoxdan baş vermiş ləng qaldırmada bizim
səyahətçimiz sərt şəraitə alışmış və müstəqil
növə çevrilmişdir. Bütün dağ canlıları dağlarda
yaşamaq üçün xüsusi bədən üzvlərinə malik olur.
Məməlilərdə arxa ayaqlar yaxşı inkişaf etmiş,
oma sümüyü kürək sümüklərindən yuxarıda
yerləşmiş olur. Belə quruluşla dağlarda qaçmaq
və bir qayadan o birinə atılmaq yüngüllüklə başa
gəlir. Buradakı çox azsaylı sürünənlər (Himalay
kələzi, Alay qoloqlazı, qlazçatı kərtənkələ),
yumurtaların inkubasiya dövrünə əngəl törədən
sərin iqlim səbəbindən diri bala doğurlar. Dağlarda
quşlar özünü yaxşı hiss edir. Suyun yanındakı
qayalıqlarda daş kəkliyi, daha doğrusu, yüksək
dağlıq quşu deməkdən çox, qaya kəkliyi yaşayır,
çünki onu şəhər qaranquşu kimi qayalar özlərinə
cəlb edir. Burada həmçinin günəşdə lələkləri tünd-
bənövşəyi və abı çalarlarla bərq vuran göy quşun
füsunkar nəğməsini eşitmək olar. Yüksək dağlıq
yerlərdə yırtıcı quşlar – qar və qara keçəl kərkəs,
toğlugötürən, həmçinin dağ zağçası, dağ vüroku,
dağ bağtorağayı, tixedrom və s. yuva qururlar.
Dağ heyvanlarının və quşların əksəriyyəti
Mərkəzi Asiya faunasına aiddir, lakin burada Orta
Asiya nümayəndələrinə də rast gəlinir – bunlar
endemiklərdir: gümüşü çölsiçanı, uzunquyruq
marmot, ular – dağ hindtoyuğu, daş dələsi, keçəl
kərkəslər, toğlugötürən, kəklik, dağ zağcası daha
geniş yayılmışdır. Onlara Mərkəzi, Ön və Orta
Asiyada təsadüf olunur.
153
Dostları ilə paylaş: |