Quşlar
Qırğızlar bineyi-qədimdən köçəri həyat
tərzi sürmüş, vəhşi təbiətin qoynunda yaşamış,
onu sevmiş, müşahidə etməyi bacaramışlar.
Onlar yüzlərlə quşun, heyvanın, bitkinin adını
gözyumulu bilirdilər. Qırğız şifahi rəvayətlərində,
əfsanələrində, folklorunda yüzlərlə quşun adı çəkilir.
Quşlara, ələlxüsus, quşçular və berkutçular yaxşı
bələd idilər. Onlar alıcı quşların xarakterlərindən,
vərdişlərindən, yuva həyatlarından, tüklənmə
xüsusiyyətlərindən məharətlə baş çıxarırdılar.
Qırğızlar qədimdən quşlarla zəngin diyarda
məskundurlar. Ovçular və maldarlar alıcı iti gözə
malik idilər, ən səciyyəvi cəhətləri sezir və təbiətdə
çoxlu quş növlərini asanlıqla ayırd edib tanıyırdılar.
Hər landşaftda öz quş növlərinin toplumu var.
Əlvan dağlıq aləminə rəngbərəng quşlar cahanı da
münasibdir.
Sanki təbiət nisbi kiçik məkanda bu sayda quş
növləri üçün həyat şəraiti yaratmağın qayğısına
qalmışdır. Bu, bir-birinə qətiyyən oxşarları
olmayan quşların və heyvanların məskən saldığı
təbii heyvanxanaya bənzəyir. Haradasa cəm 50
km yol getmək lazımdır ki, səhra, çöllük, dağlıq
çəmənliyi, əbədi qarlar qurşaqlarını keçəsən.
Onlara görə cənnət quşları adını almış neçə
növün təsviri verilmişdir. Daima havada yaşayan
quşlar. Havanı mənimsəyən quşlar heç də ora
köçməmişlər. Onların siması yalnız səma ilə
deyil, həmçinin torpaq və yerdə bitən hər şeylə
formalaşmışdır. Sözsüz, yalnız bitkilər onlar üçün
əhəmiyyət kəsb etmir. Quşları gözlərinə görünən
hər şey maraqlandırır. Hərəkilik və fəallıq quşları
Yerin digər məxluqları ilə toqquşdurur. Quşlar
bəzi canlılardan qaçır, digərlərinə laqeyddirlər,
üçüncülərsiz isə yaşaya bilmirlər. Demək olar ki,
quşların ətraf mühitləri kimi, özləri də rəngarəngdir.
Quşların yerləşdirilməsi – maraqlı prosesdir.
Hər ayrı halda səbəb ayrıdır və təbiətin əsrlər
boyu iqlim tərəddüdləri, yaxud insan fəaliyyətinin
nəticəsində səbatlı dəyişkənliyindən xəbər verir.
Qırğızıstanda ən xırda quş 5-6 q çəkisində –
çalıquşudur (korolyok), ən nəhəng toğlugötürən isə
min dəfə ağırdır. Dovdaq isə ondan ağır çəkilidir –
12-15 kq. Ölçülər – mühüm əlamətdir və nisbi tanış
quşların təsvirində verilir: sərçələrə, sığırçınlara,
ördəklərə, qazlara.
Fərdlərin sayına görə növlər çoxsaylılara,
adilərə və azsaylılara bölünür. Bu və ya digər
məkanlarda rast gəlməyə görə dominant quşlar, fon
quşları və nadir quşlar olurlar.
Çoxsaylı növlər milyonlarla fərdlərlə təmsil
olunur. Bunlar sərçələr, qarğakimilər, vüroklar,
tənəkquşları, ötməquşları, qaratoyuqlar, sığırçınlar,
konyoklar, qaranquşlar və digərləridir.
Azsaylılara tək-tək, ən yaxşı halda onlarla
fərd aiddir. Bunlar, hər şeydən öncə, nadir hallarda
rast gəlinən iri quşlardır: toğlugötürən, keçəl
kərkəs (kumay), berkut, cırtdan qartal, oraqdimdik
(serpoklyuv), qara hacıleylək, çayqaranquşu,
dovdaq. Bu siyahıda yırtıcı quşların belə sayı
təsadüfi deyil. Axı təbiətin qanunlarına görə,
yırtıcıların sayı, səbəbinə yaşadıqları qurbanlarının
sayından həmişə az olur.
Bərri-biyabanda, qəsəbədə, şəhərdə, meşədə,
dağlarda – quşlara hər yerdə rast gəlirik. Bəzən
onlar çoxminlik ədəddən ibarət dəstələrə yığılır.
Elə zənn edirik ki, onlar çoxdur. Əslində, belə deyil.
Mütəxəssislər quşları təbiətdə saymağı öyrənəndə
bəlli olub ki, bəzi quşlar lap az qalıb. Ornitoloq
alimlər hesab edirlər ki, kürreyi-ərzdə 100 mlrd
quş məskundur. Bu o deməkdir ki, planetin hər
sakininə 20-25 ədəd quş düşür. Bəzi ovçular isə bir
ov mövsümündə daha çox quş vurmağa müvəffəq
olurlar. Təsəvvür edirsinizmi, dünyada hər adam
onlardan nümunə götürsə, nələr baş verər, planet
nə halətə düşər?!
Bəs Qırğızıstanda nə qədər quş var? Bunu səhih
bilən yoxdur. Doğrudur, ov və sənaye əhəmiyyətli
quşların haqq-hesabı aparılır. O səbəbdən, aşkar
etmişik ki, su quşlarının sayı bizdə 50 mindən bir
qədər atrıqdır. Onların ən çoxsaylısı – qırmızıburun
dalğıcdır – 31 min ədəd. Bir neçə yüz yaşılbaş
ördək, qaşqaldaq; 700, bəzən 1 000 qu quşu var.
Ancaq bunlar – İssık-Kul gölündə qışlayanlardır.
Su quşlarının yuvalarına yüz dəfələrlə az rast
gəlinir, bəzisi isə ümumiyyətlə yuva qurmur. Digər
154
ov quşlarından ən çoxsaylıları: kəklik – 532 min,
ular – 166 min, qırqovul – 317 min. Bu minvalla,
Qırğızıstanda bir kəkliyə 7, bir ulara – 24, bir
qırqovula – 100 sakin düşür.
Mütəxəssislərin sözlərinə görə dağlıq
meşələrdə 4-5 mln quş (hektara 8-10 quş) yaşayır,
meşələr isə ərazimizin yalnız 3%-i təşkil edir.
Çöllüklərdə, yarımsəhralarda və sırtlarda
quşlar nadir hallarda məskən salır, ona görə bütün
Qırğızıstanda 50-70 mln-dan çox quş yoxdur. Hər
sakinə 5-7 quş düşür.
Respublikada 21 dəstəyə məxsus 340 növ quş
var (dünya faunasının 40 dəstəsindən). Ən zəngin
sərçəkimilər dəstəsində 150 növə təsadüf etmək
olar. İkinci yerdə 40-dan artıq növlə cüllütlər gedir,
üçüncü yerdə – 30-dan çox gündüz yırtıcı quşları,
dördüncü yeri yastıdimdiklilər 25 növlə tutur, qalan
dəstələrdə isə 5-10, bəzən hətta 1-2 növ olur.
Ən müxtəlif növ toplumu orta hündürlüklü
dağlardadır. Orada mühit yüksək dağlıq ərazilərdə
olduğu kimi sərt deyil. 3 000 m-dən yuxarı 130 növə
təsadüf edirlir, onlardan yalnız 90-ı yuva qurur.
Çokmorov S. “Tovuz quşları”. Yağlı boya, 57, 5 x 74, 5
155
Dostları ilə paylaş: |