Vəhşi dağ qoyunu (arxar) – dağlarımızın
yaraşığıdır. Nə istidən, nə şaxtadan qorxmayan,
dözümlü, məğrur heyvan. Arxarlar çox gözəldir,
ələlxüsus, erkəklər ağır, buruq-buruq burulmuş
buynuzları ilə göz oxşayır. İri kütləsinə rəğmən –
bəzən çəkiləri 150 kq-a çatır – onlar hərəki, çevik,
zirəkdir. Vəhşi qoyunlar sakitcə otlayır, cığırda
bir-birirnin arxasınca düşüb gedir. İrəlidə həmişə
başçıdır. Qayalar ildırımların arasıkəsilmədən
parıltıları ilə işıqlanır, sanki göy gurultusunun
qulaqbatırıcı şaqqıltıları altında dağılmaq dərəcəsi
ilə lərzəyə gəlir. Dağ əks-sədası gurultuları qat-qat,
laybalay qaytarır, uzaqlaşdırır. Bax, arxarlara çox
yəqin ki, bu məkanlarda ürcah olmaq mümkündür.
Hara baxsan, sarp qayalar, yalçın uçurumlar,
şiş zirvələrin güdrətsi, daş-qəmbərin xaotik
yığıntıları. Hətta isti yay günündə burada buzlaqlı,
qarlı silsilələrin zirvələri çox yaxındır.
Dikdir dağ gədikləri ilə dağ qoyunlarının daimi
sevimli yerlərinə – dəniz səviyyəsindən 3-4 min m
hündürlüyə qalxmaq, yolboyu çoxsaylı qayaarası
dar keçidlərdən, daşlı-kəsəkli yığnaqlardan, irili-
xırdalı aşarımlardan aşmaq asan iş deyil. Fəqət bu
heyvana rast gələn andaca dağ yolunun əziyyəti,
məşəqqəti dərhal unudulur.
Cüyür – zərif, gözəl, sadəlövh inanan, çox sürətli
canlı. Cüyür qəfil zahir olur. Bu maralkimilərin ən
balacasının incə ayaqları nə yayda ot üstündə, nə
də qışda qar içində azacıq belə xışıltı qoparmır.
Erkək əlik xırda bur-budaqlı buynuzlu başını
qürurla dik qaldıranda, gözəl görünüşə malik olur.
Dişi – incə, yumşaq hərəkətli, zərifdir. Arxasınca
balalarını aparanda əliyə tamaşa etmək üçün iki
göz lazımdır.
Avqustun axırında cütləşmə vaxtı çatanda,
əliklər çox vaxt dağ dərələrində yoğun səslə
böyürməyə başlayırlar. Həqiqətən, əliklərin
cütləşmə dövrünün səciyyəvi, mütləq əlaməti –
erkəklərin nərəli böyürtüləridir. Erkəklər cütləşmə
dövründə sanki dəyişilirlər: adətən, ürkək heyvanlar
cəsurlaşır, davakar olur, çox vaxt ehtiyatı əldən
verirlər.
Maral – buynuzlu iri heyvandır. Bur-budaqlı
buynuzlu, çəkidə 3-3,5 sentnerə çatan, güclü,
yaraşıqlı. Maralın hər şeyi dəyər kəsb edir:
həmçinin hər il təzələnən cavan buynuzları. Avanı
heyvandır. Yazda erkəklər buynuzlarını atır, ancaq
yayın axırına təzələrini çıxarırlar. Şərq nəzmində
gözəl və mütənasib əndamlı qızları çox vaxt məhz
bu yaraşıqlı, alicənab canlılara bənzədirlər.
Qırğızıstanda maral dağlıq şam ağacları
meşələrinin daimi məskunudur. Qırğızca müxtəlif
təbii sərhədlərin, dərələrin, çayların maralla bağlı
adları, məs., “Ur-maral” (maralı öldür), “Min
buqu” (min erkək maral) və s. ona dəlalət dir ki,
maral bu yaxınlaradək səma dağlarının örüşlərində
çox geniş yayılmışdı.
Canavar – hər yerdə yaxşı tanınmış gecə
yırtıcısıdır. Dağlarda da, çöllüklərdə də,
meşələrdə də quldurluq edir. Qışda dağlardakı
canavarlar dərələrə, vadilərə enir, vaxtaşırı fermer
təsərrüfatlarını da talayıb dağıdırlar. Qırğızıstanda
qurda hər yerdə rast gəlmək olar – vadi bölgələrindən
tutmuş sırtlara, yüksək dağlıq aşırımlara qədər.
Ələlxüsus, canavarlar Mərkəzi Tyan-Şanda – təbii
sərhədlər Aksayda, Arpada, Cəngi-Cer-Ulanda,
Son-Kul və Çatır-Kul zonasında çoxdur. Qurdlar
Sarı-Cas, Köylü otlaqlarında, İssık-Kul sırtlarında,
Oş vilayətinin dağlıq rayonlarında da geniş
yayılmışlar.
Şimali və xüsusən Cənubi Qırğızıstanın
dağlarında, əsasən, yüksək dağlıq qurşağı
zonasında, peşəkar ovçulara, bəzən isə çobanlara
nadir hallarda çox ehtiyatlı və ayıq heyvanlara,
qırğızların “çuyo”, rusların qırmızı canavar
dedikləri qurdlara rast gəlmək nəsib olur.
Bu yaxınlarda Rusiyanın qəzetlərinin birində
belə bir xəbər oxudum ki, Rostov vilayətində
dişi canavar 9 nəfər adamı dişləri ilə parçalayıb
dağıdıb. Yerli sakinlər qurdu güllələməyə müvəffəq
olmuşdular, hamı belə qərara gəlmişdi ki, heyvan
quduzluq xəstəliyinə tutulub. Lakin dünya görmüş
təcrübəli ovçular belə nəticəyə gəlmişlər ki, bu,
heyvanın insanlardan aldığı qisas idi: son vaxtlar
Rusiya meşələrində yanğınlar ara vermir, ola bilsin,
alovda dişi canavarın balalarının hamısı həlak olub.
Tülkü – kürən, yumşaq tüklü, hiyləgər, zərif
yırtıcıdır, canavar kimi hər yerdən çıxır. Rus
nağıllarında islaholunmaz oğru və yalançı, Çin
nağıllarında tovlayıcı cadukun-qulyabanı, qırğız
nağıllarında isə bicliyi və hiyləgərliyinə tülküyə
qeyri-adi diplomat istedadı da aid edilir.
Ayı – qidasında ağına-bozuna baxmayan
heyvandır. Yeməyinin əsasını meyvələr, giləmeyvə,
həşərat, sürfələr təşkil edir. Daha iri şikardan da
imtina etmir: çəpişi, cüyürü əzib parçalaya bilir.
Amma bu ona nadir hallarda nəsib olur. Heyvan
Qırmızı kitaba daxil edilmişdir.
Vaşaq. Adı çəkilən vəhşi heyvanı ilk görən,
bu vəhşi pişikdə – Qırğızıstan dağlarının
daimi sakinində – nə qədər gücün, enerjinin,
hiyləgərliyin, məkrin, kin-küdurətin gizləndiyini
təsəvvür edə bilməz. Yırtıcı rahatlıqla cüyürün,
təkənin, dovşanın öhdəsindən gəlir. Sututarın
yaxınlığındakı ağaca dırmaşan vaşaq saatlarla
hərəkətsiz, səbirlə qənimətinin marığına yatır.
Canlılar su içməyə yaxınlaşanda, birinin kürəyinə
havadan qorxunc, 20-30 kq-lıq bir cəmdək
149
Dostları ilə paylaş: |