çoxyarpaq karaqana, Tyan-Şan albalısı, kurçavka,
çəmənlik-çöllüklərdə isə itburnu, spireya, kizilnik,
doqquzdon və b.-dır
Şimal çölləri əsasən, narın çimli dənli bitkilərlə
örtülmüşdür – məs., şırımlı topal, qumotu,
ovsets, keleriya, daraqotu, süsən, ptilaqrostislər
və hər cürə ot-ələflə. Bunlar yovşanlar – tərxun
və səndəlyarpaq yovşan, solneçnik, qara yonca,
qaytarma, boymadərən, edelveys, sosüreyadır.
Çəmənlik-çöllüklərdə müxtəlif ot-ələf bitir.
Üstəlik, ayrıq, süsən, cil (qumotu) kimi kökümsovlu
dənli bitkilər də az rol oynamır. Daha rütubəti
sevən cüəbəcürə otlar toplumu üstünlük təşkil edir:
çölnoxudu, qatıqotu, voloduşka, ostrolodoçnik.
Çöllük-çəmənlik ərazilərin örtüyü quru çöllüklərə
nisbətən, daha sıx və hündürdür.
Cənub hündürotlu çöllər və çəmənlik-çöllər
əsasən respublikanın cənubunda – Türküstan,
Alay, Fərqanə və Çatkal silsilələrinin alçaq dağ
bölgələrində hökmfərmadır. Оnların içində ayrıq,
söyüdyarpaq şəmür, çaşır, pranqos, qankəsən ağot
və b. ot tapmaq olar. Çəmənlik-çöllərdə bu otlara
çoxlu tonqalotu, pişikquyruğu, süsən, qara yonca,
çölnoxudu, çobandarağı da əlavə olunur.
Çöllərin bitki örtüyündə ən çox yeri istiyə
və rütubətə tələbata görə səhra və çəmənlik
bitkiləri arasında orta mövqeyi tutan bitkilər
götürür. Çöllüklərin nəbatatının özülünü çimli
dənli bitkilər təşkil edir – çox xarakterik qıllı,
bəzi hallarda göyümtül yarpaqlı qumotu, şırımlı
topal, ptilaqrostislər təşkil edir. Həmçinin böyük
rolu yarımkolluqlar oynayır – yovşan, ərküdə və
hər cür bərri-biyaban ot-ələfi: qaytarma, çaşır,
zmeeqolovnik – adətən, xırdayarpaq, xovlu, yaxud
göyümtül, çox vaxt kələ-kötür və tikanlı yarpaqlarla.
Həmçinin efemerlər və efemeroidlər səciyyəvidir.
Çöllərə, səhralardan və yarımsəhralardan fərqli
olaraq bitkilərin zəngin növ tərkibi, habelə bitki
örtüyünün sıxlığı xasdır.
Vadi çölləri və çəmənlik-çölləri suvarılaraq
taxıl, texniki, yem və meyvə bitkilər əkilir. Alçaq
dağlıq çölləri və çəmənlik-çöllərdə taxıllar dəmyə
üsulu ilə becərilir.
Respublikanın daha rütubətli əraziləri
çəmənliklərdən ibarətdir. Alçaq çökəkliklərdə
və aşağı dağlıq bölgələrdə çay sahili boyu qrunt
sularının çıxışlarında az miqdarda sahələr atmosfer-
qrunt rütubətindən qidalanır. Çəmənlərin əsas
massivləri yüksık dağlıqlarda və orta dağlıqlarda
yerləşir. Orada torpağın rütubətə ehtiyacı atmosfer
yağıntıları ilə ödənilir. Belə çəmənlər atmosfer
qidalı, yaxud dağ çəmənləri adlanır.
Çəmənlər – yüksək rütubət tələb edən bitkiləri
bitirir. Bunlar – dənli bitkilər, cillər, nisbi enli və iri
yarpaqlı ot-ələfdir. Çəmənlər bütün respublikada
geniş yayılmışdır, ancaq ən çox şimalda və şərqdə
xarakterikdir.
Dağlıq çəmənliklərin arasında yuksək otlu,
orta otlu və alçaq otluları fərqləndirirlər. Yüksək
otlu çəmənlər alçaq və orta dağlıqlarda, şimalda
və cənubda bitkilərin növlərinə görə seçilir.
Şimalda – daktilis (yeja), tonqalotu, sürünən
ayrıq, süsən, qısaayaq (korotkonojka), çölnoxudu,
akonit, çayırsədəfi və s. Cənubda – daktilislə
(yeja), süsənlə, çölnoxudu ilə birgə böyük rolu
meşəsüpürgəsi, soğanaqlı arpa, çobandarağı,
pranqos (şaşır), çaşır və aşılayıcı akonoqonon və s.
növlər movcuddur. Ot örtüyünün hündürlüyü 1-1,5
m-ə çatır. Təsərrüfatda hündür otlu çəmənlər əsas
etibarilə ot çalımı üçün istifadə olunur, çünki belə
çəməndə 1 ha-dan 20-25 sentner saman əldə etmək
mümkündür.
Orta hündürlüklü çəmənlər orta dağlıqlarda və
yüksək dağlıqların aşağı hissələrində yerləşir və
burada hər cür ota rast gəlmək olar: şəmür, ətirşah,
anemon, Asiya qızartması (kupalnitsa), şirpəncəsi,
süsən. Dənli bitkilər də böyük əhəmiyyət kəsb edir:
süsən, cır yulaf, ovsets, itquyruğu. Burada otun
hündürlüyü 35-50 sm-i ötmür.
Orta və hündür otluqlarda çox vaxt kol-kos
da bitir. Orta hündürlüklü çəmənlərdə adətən
doqquzdona, qarağata, yallı karaqanaya, Türküstan
ardıcına, söyüdə, hündür otların arasında isə
itburnuya, doqquzdona, yayılıcı dağ muşmulasına
(kizilnik) təsadüf edilir.
Alçaq otlu çəmənliklər yüksək dağlıqlarda
yerləşir. Burada dağ süsəni, kobreziya, cil, madımak
(qorets), ətirşah, şəmür, süsən, sarı centiyan
(qoreçavka), qaytarma, oksitrop (ostrоlodoçnik),
şehduran. Otun hündürlüyü 25-35 sm-i aşmır.
Onlar da orta hündürlüklü çəmənlər kimi yaxşı
örüşlər qismində istifadə olunur.
Demək olar ki, hər yerdə (yüksək dağlıqdan
savayı) çəmənlik və çöllük örüşlərin həddən artıq
yüklənməsi məhsuldarlığın azalmasına və pis
yeyilən, yaxud yeyilməyən bitkilərin çoxalmasına
gətirib çıxarmışdır. Otlaqların əndazəsiz istismarı
bir çox çöllük ərazinin səhralaşması, çəmənlərdə
heyvanların hədsiz otarılması daha məhsuldar
dənlilərin sahələrinin azalması, müxtəlif ot-ələfli
bitki örtüyünün genişlənməsi ilə nəticələnmişdir.
Qırğızıstanda
meşələr
ərazinin
3%-i
tutmuşdur. Meşələr orta dağlıq sahələrdə, nadir
hallarda şimala yönəlmiş alçaq dağ yamaclarında,
həmçinin dərələrdə bitir. Onların ən çoxunu
şamlıq, ardıclıq və qozluqlar təşkil edir. Həm
də ağ şamlıqlara, almalıqlara, ağcaqayınlıqlara,
167
tozağacılıqlara, söyüdlüklərə, qovaqlıqlara ürcah
olmaq mümkündür.
Şamlıqlar mütənasib Tyan-Şan şamından
(Şrenk şamı) ibarətdir. Bu meşələrin çox hissəsi
İssık-Kul çökəkliyində, Terskey və Kungey
Alatausunda; Daxili Tyan-Şanda, Narıntau, Atbaşı,
Baydulı və digər silsilələrdə; Qırğız sıra dağlarında,
Çon-Kəmin, Tara və b. çayların hövzəsində
yayılmışdır. Şamlıq meşələr 1 600 m-dən 3 100
m-ə qədər hüdürlükdə bitir. Çox vaxt şamlara
quşüzümü, tozağacları, hündürgövdə söyüdlər, bəzi
yerlərdə ağackimi ardıc və ağcaqovaq qatılır. Alçaq
boylu meşələrdə adətən, doqquzdon, itburdni, yallı
karaqana, söyüd, Türküstan ardıcı boldur. Bir
qayda olaraq, ot örtüyü çəmənliklə identikdir, nadir
hallarda çəmənlik-çöllük xarakteri daşıyır.
Fərqanə və Çatkal silsilələrinin cənub
yamaclarında 1 500 m-dən 2 800 m-ə kimi
hündürlükdə iri qozluq massivləri yayılmışdır.
Oralarda qozla bahəm qırğız alması, soqd gavalısı,
Türküstün ağcaqayını bitir. Alçaq meşələrdə
itburnu, doqquzdon, abeliya, bəzən isə ekzexorda
və aflatuniya böyüyür.
Ot tərkibi rəngarəngdir və meşə iri ot
örtüyündən – Tomson liqulariyası, Томсона,
Cunqariya xaçgülü, Beneken tonqalotu, nəhəng
cır yulaf, meşə qısaayağı (korotkonojka) kimi
bitkilərlə zəngin örtükdən ibarətdir. Bu meşələrdəki
təmiz pöhrəliklərdə qırğız almaları, Türküstan
ağcaqayını, adda-budda soqd gavalısı və soqd vəni
tapmaq olar.
Ağackimi ardıclar. Türküstan yarımkürəvi,
Zərəvşan ardıcı meşələri – Türküstan və Alay
silsilələrində geniş əraziləri tutur. Onlar Talas
Alatausunda da təsadüf edilir (Talas ardıcı).
Yarımkürəvi Türküstan ardıcı isə Qırğız silsiləsində
və Daxili Tyan-Şanda bitir. 1 200 m-dən 3 000
m-dək hündürlükdə yayılmışlar. Adətən, quru,
seyrək, nisbətən alçaqboylu meşələrdir, bəzi
yerlərdə seyrək meşəliklərə keçir. Ağacların
arasında adda-budda topulqa, itburnu, doqquzdon
kolları gözə dəyir. Onların bitki örtüyü çöllük və
çəmənlik-çöllüyündür.
Ağ şam ağaclıqları Semyonov ağ şamından
ibarət olur. Ağ şamlıqlara Talas Alatausunun
Beşdaş hövzəsində, Kətməntübinsk çökəkliyindəki
Uzunəhməd çayı boyu, Çatkal silsiləsinin
cənub yamacında – şam ağacı meşələri ilə eyni
hündürlükdə rast gəlinir. Ağ şam ağacının yanında
bitənlər digər bitkilər isə Tyan-Şan şamınkıları ilə
eynidir (ağcaqovağı istisna etməklə). Bunlardan
əlavə, oralarda ekzexorda, abeliya, əflatuniya da
tapmaq olar. Çatkal silsiləsində Semyonov ağ
şamına Tyan-Şan şamı qarışır.
Söyüd və qovaq meşələri çayların sututarlarında
bitir. Adətən, onları tuğay, ya da tokoy adlandırırlar.
Sahil qarağat, çaytikanı, karaqana kolluqları da belə
adlanır. Susamır, Qaragöl (Susamır əski yaşayış
məskəni),Talas, Kökömərən, Narın, Atbaşı boyu
böyük sututar meşələri bitmişdir.
3 600 – 4 000 m hündürlükdəki ən yuxarı
nəbatat sərhədlərində çox sahə boşluqdur, yaxud
ən soyuğadavamlı bitkilərdən – kobreziya,
ptilaqrostis, ağ qırtıc, çır yulaf, meşə süpürgəsi,
qorkuşa (sosyureya), şibyə, mamırdan ibarət qağ
tundrasıdır. Adətən, boşluqlardan yay örüşləri kimi
istifadə edirlər. Eynən bu hündürlüklərdə kiçik
sahələr driad gülü, dağ sosyureyası, ostrolodoçnik
(oksitrop) kimi yüksək dağlıq balışkimilərilə
örtülüdür. Bitkilər istini və rütubəti saxlamaq
üçün yerə yatır və balış görkəmi alır. Adda-budda
yastıqların arasından cil, yaxud sarı süsən kolları
bitir.
Qoz meşələri – ölkənin fəxarəti
Baharda dağların boz və qırmızımtıl-qonur
yamacları çiçəkləyən almanın və alçanın köpüklü
çiçəkləri ilə örtülür, qırmızı və çəhrayı zanbaqlar,
lalələr, qızılgül topluları bütün aləmi bürüyür
və dağlara xüsusi bəzək verir. Yaşıl meşə zolağı
yayda qaynar Fərqanə vadisi ilə Arslanboba – qoz
massivinin mərkəzinin yaxınlığındakı bərq vuran
ağ qarlı zirvələr arasındakı təzadı daha da nəzərə
çarpdırır.
Təbii qoz məhsul verməyə 10-15, bəzən isə
hətta 20 ildən sonra, yeni “ideal” sortu isə iki ildən
sonra başlayır.
Qırğızıstanda yetişdirilmiş yeni qoz sortlarına
Krasnodar diyarında, Krımda, Özbəkistanda,
Tacikistanda, Gürcüstanda rast gəlmk olar. Artıq
qozun 8 növü qəbul edilmişdir, onların içində
qozçuların arzusu “oş”, “desert” və “ideal” – tez
bəhər verən, şaxtaya davamlı sortlar da vardır.
Bu nə möcüzədir? Biz vərdiş etmişik ki,
qoz ağacları 30 metrə qədər hündürlükdə olan
nəhənglərdir. Amma “ideal” – cırtdan-ağacdır,
hər biri on qramlıq qozlarla örtülən yaşıl ağacın
hündürlüyü yerdən bir metrə qalxır.
Qoz meşələri – gələcəkdə ittifaq dərəcəli iqlim
kurortlarının məkanıdır, belə ki, iqlim burada
İsveçrənin kurortlarından geri qalmır. Buranın
təbiəti turistlərin ürəyincə olacaq, eləcə də ləpirçi
və naturalistlərin ixtiyarına geniş müşahidə,
tədqiqat və flora, fauna kolleksiyası üçün yaxşı
imkanlar verilmişdir.
Sarı-Çələk, Ken-Göl və başqa dağ gölləri
burada zümrüd ormanlıqlar içində mavi ləkələri
168
Dostları ilə paylaş: |