çıxaran rəqs qoruyucu tilsim yaratmaq üçün
ifa olunur, axı hamıya bəllidir, durna yuvasının
müdafiəsinə necə cəsarətlə, qorxmadan durur.
Qırğızlarda durnalar savaş meydanında həlak
olmuş döyüşçülərin ruhları ilə əlaqələndirilir.
Belə təsəvvür rus folklorunda da mövcuddur.
German mifologiyasında isə qovğa meydanında
həlakətlərini tapmış döyüşçülər ağ qu quşlarına
çevrilirdilər. Qu quşları durnalara çox bənzərdir:
eyni yaşayış mühiti, eyni miqrasiya davranışı, eyni
pazşəkilli uçuş düzülüşü. Durnalar barədə Qurani-
şərifdə də şimala – Məkəyə üz tutan “xeyirxah
quşlar” barədə danışılır.
Qədimdən bəri durnaların səmada peyda olması
baharın qayıdışını, payız uçuşu isə – soyuqların
düşməsini bildirir. Tez-tez köçəri durnalar gecə,
ay işığında uçur. Bu onları uşaqların və ev-eşik
ocağının hamisi Umay-ənə ilə bağlayır.
Ümumiyətlə, durna həmişə təbiətin bahar
oyanışı ilə assosiasiya edilir, onun yuvasını
qırğızların bacalarında qurmağı isə şamanist
mədəniyyətində ruhun çxış və qayıdış nöqtəsini
bildirir.Əgər hacıleylək, yaxud durna övladsız evin
damında məskən salırsa, yaxşı əlamət sayılır. Bu
əməl ümid yaradır ki, mütləq tezliklə bu evdə körpə
doğulacaq. Yəqin ki, çağaların hacıleylək, yainki
durna tərəfindən gətirilməsi inancı da buradan kök
alır.
Bizim qocalar böyük arıquşu barədə belə nəql
edirlər: guya onun “repertuar”ında 7 müxtəlif səma
qatlarının havaları səslənir, ancaq arıquşular sərasər
vətənə sadiq hisslərini ifadə edərək oxuyurlar.
Müşahidə olunmuşdur ki, arıquşu cütlüyü oxumursa
və cütləşmirsə, deməli onlar burada hələlik təzə
gəlmələrdir və özgə diyarlardandır.
Daha bir misal. Qaz – müstəqil quşdur. Yazda
və payızda vəhşi qazların uçub getdikləri yerlərdə
ev qazları onların qışqırtılarına hay verirlər.
Əfsuslar, onlara qoşulub uçmaq imkanları yoxdur.
Qədim qırğız inancına görə hər bir adamın ruhu
ölümündən sonra quşa çevrilir. Hərgah ölən
xeyirxah adamdırsa, ya durnaya çevrilir, ya qu
quşuna. İdbar adamdırsa – qarğaya. Həlak olmuş
cocuqlarn ruhları isə qaranquşlara çevrilir və
onlar tifillər kimi isti münasibətə və nəvazişə
möhtacdırlar.
İlan və qaranquş haqda əski qırğız əfsanəsini
nəql edim. Cahan daşqınından sonra ilan özünə
yem tapa bilmir və dostu şeytandan kimin qanının
daha şirin olduğunu xəbər alır. Şeytan cavab verir
ki, insan qanından şirin heç nə yoxdur. Lakin insanı
hər dərd-bəladan qoruyan Yaradan yer üzünə mələk
göndərir və mələk ilanı qaranquşun ətinin və qanının
insanınkından daha şirin olduğunu inandırır. İlan
ehmallıca qaranquşa sarı sürünür, ancaq çalmağa
çatdırmır, zira ağılı quş ilanın niyyətini anlayır. Quş
ilanın ağzını açıb dilini göstərməyi xahiş edir. Heç
nədən şübhələnməyən ilan dilini çıxarır, qaranquş
isə sürətli hərəkətlə onun dilini qopardır, gözünü
dimdikləyir. Kor olmuş ilan yuvasına sürünüb
girir və orada həlak olur. Bu minvalla, qaranquş
insanı ölümdən qurtarır. Həmin dövrdən qaranquş
qırğızlarda müqəddəs quş sanılır. Heç bir şəraitdə,
hətta güclü aclıq zamanı qırğızlar qaranquşun
ətini və yumurtasını qida kimi istifadə etməmişlər.
Qaranquşların yuvasını dağıdan uşaqlar həmişə
ciddi cəzalandırılırlar – onlara bu dınqılı quşa dərin
hörmət və pərəstiş etmək təlqin olunur. Hesab edilir
ki, həmin dövrlərdən bu yana, qaranquş yuvasını
insan məskənlərinə yaxın qurur. Burada səadət
quşundan bəhs edən daha bir qədim əfsanəni yada
salmaya bilmərəm.
Çox-çox illər əqdəm, uca dağların arasında
daxili qarğaşalıqlarla, quraqlıqla, aclıqla parçalanıb
qırılan bir tayfa yaşayırdı. Qəbilə başçısı xalqını
birləşdirə biləcək, yaradıcı, bəxtəvər həyatın
yolunu tapa bilmədiyinə görə dərd çəkirdi. Bir dəfə
belə bir söz eşitdi ki, qayalıqların arasında səadət
quşu adlanan bir müqəddəs quş məskundur. Onu
tutan – xoşbəxtliyə qovuşur.
Başçı sadiq igidlərinə bu quşun axtarışlarına
çıxmaq əmrini verdi. Çoxları onun yolunda
həlakələrini tapdılar – qayalardan uçdular. Qara
camaatın isə heç nə vecinə deyildi – onsuz da
soyuqdan, aclıqdan tələf olurdular...
İllər, onilliklər keçdi, hamı səadət quşunun
axtarışlarında idi. Başçı çoxdan ömrünü
bağışlamışdı, nəsillər dəyişmişdi. Yalnız yeddinci
amir xoşbəxtlik quşunu axtarmağa qadağa qoydu.
Ancaq zəhmət çəkmək və alın təri ilə naz-nemət
qazanmaq, ruzi əldə etmək nəsihətini etdi. O
dedi: “Biz heç vaxt xoşbəxtlik quşunu güclə tuta
bilmərik. Ancaq hərgah sülh və razılıq şəraitində
tər töküb zəhmət çəksək, quşun özü yanımıza uçub
gələcək. Zira o quş əməksevərliyi və mehribanlığı
sevir”.
Həqiqətən, bir müddət keçəndən sonra bu xalq
firavan, barışıq və razılıq şəraitində yaşamağa
başladı. Və səadət quşu həmişəloik onların
arasında məskən saldı. Bu günə qədər belə bir fikir
mövcuddur ki, bəxtiyarlıq quşu qırğızların arasında
məskundur. O quş elə kəslərə təşrif buyurur ki,
düşmənçilik deyil – dostluq, nifaq yox – birlik,
yalan deyil – həqiqət, şər deyil – xeyir yayır.
160
Vereşşagin V.V. “Varlı qırğız ovçusu tərlanla”.
Kətan, yağlı boya, 113 x 72, 2. Dövlət Tretyakov Qalereyası, Moskva.
161
Dostları ilə paylaş: |