Burada alçaqboylu seyrək ot-ələfli yovşanlı-
dənli yarımsəhraya da rast gəlmək olar.
Çapların – sıldırımlı, adətən, şoranlıq gilli,
giltorpaqlı, qumlu təpələrin səhralıq landşaftı
özünəməxsusdur. Bu təpələr bəd torpaqların
landşaftını xatırladır. Onlar ya tamamilə bitki
örtüyündən məhrumdur, ya da ərkudə, ceyranotu,
yovşan, tərəskən, şoranotu, cır moruq (efedra),
nitrari kolluqları ilə örtülmüşdür. Fərqanə
adırlarında – təpəli dağönü – çox vaxt püstə
ağaclarına təsadüf etmək olar.
Hündürdəki dağönü, adətən, çöllük olur. Cənub-
qərbdə bu, hündürotlu düzəngahlardır. Yazda onlar
təzə-tər otla yaşıllaşır, çiçəkləyir, isti düşəndə isə
bitkilər qonurlaşır, quruyur, gövdələri ağaclaşır.
Şimalda narın çimli çöllüklər hökmfərmadır. Onlar
müxtəlif dənli bitkilərlə zəngindir: şırımlı topal,
ağot, keleriya, arpa, bəzən onlara çobanyastığı da
qoşulur, kəklikotu və müxtəlif kolluqlar bitir.
Alçaq dağönünün heyvanat aləmi də təxminən
dağətəyi ovalıqlarda olduğu kimi, ancaq ələlxüsus,
yüksəklik dağönünün kolluqlarında və çöllərində,
zəngindir. Burada oxlu kirpiyə, tolay dovşana,
dağkeçisinə (qarapaça), canavara, tülküyə, müxtəlif
çölsiçanlarına, quşlardan isə keçəl kərkəsə rast
gəlmək olar.
Orta dağlıq ərazilər əsas silsilələrin
yamaclarında, 1 800- 3 500 m hündürlükdə
yerləşir. Bu yüksəklik qurşağın relyefi mürəkkəb
xarakterlidir. Burada qədim, güclü surətdə dağılmış
ünsürlərlə bahəm gənc süxurlara da təsadüf olunur.
Qədim relyef müəyyən hündürlüyə qalxmış hamar
səthi təcəssüm etdirir. Cavan relyef – çox böyük
tərəddüdlü hündürlüklü, güclü surətdə parça-parça
bölünmüş dağ silsilələridir.
Bu qurşağın iqlim şəraiti nisbi mülayimdir. Orta
iyul temperaturu 20`-dən 10` arasında, orta yanvar
temperaturu -10`,-20` civarındadır. Yağıntıların
həcmi yamacların küləklərə münasibətdə səmtindən
asılı olaraq 400 mm-dən 1 000 mm-ə qədər dəyişir.
Çox vaxt, xüsusilə, Daxil Tyan-Şan silsilələrində,
həmçinin Alay və Türküstan silsilələrində havada
rütubət çatışmazlığı duyulur. Dərələrin dibi ilə
mənbəyini yüksək dağlıqdan götürən çaylar axır.
Çayların çoxu orta dağlıq hündürlüyündə də
başlanğıc götürür. Onlar yağış və qar ərintisi suları
ilə qidalanırlar. Burada torpaqlar müxtəlifdir:
dağlıq-şabalıdı torpaq, dağlıq qəhvəyi torpaq,
dağlıq qaratorpaq, dağlıq-çəmənlik torpağı, dağlıq-
çəmənlik-çöllük torpağı, dağlıq meşə torpağı. Bu
da hər şeydən öncə, fərqli rütubətləndirmə dərəcəsi
ilə şərtlənir.
Əsasən, bu qurşaqda çöllüklər, çəmənlik-
çöllüklər və çəmənliklər inkişaf etmişlər. 2 800-
3100 m hündürlüyə qədər dərələrdə meşələr
bitmişdir. Onlar seyrək meşələrdən və parktipli
ağaclıqlardan ibarətdir.
Cənubi Qırğızıstanda, Fərqanə və Çatkal
silsilələrinin yamaclarında qədərincə isti və
nisbi rütubət var. 1 200 m-dən 2 200 m-ə qədər
hündürlükdəki
dağlıq-meşə
tünd-qəhvəyi
torpaqlarda qozluqlar bitmişdir. Burada qoz
ağacları, yabanı alma, alça, armud, yabanı badam,
Türküstan ağcaqayını ilə qonşu böyüyürlər. Kiçik
meşələr isə adətən, ekzaxordadan, qarağacyarpaqlı
albalıdan, yabanı badamdan, yemişandan,
itburnudan ibarətdir.
Şimali Qırğızıstanda və Daxili Tyan-Şanda 1
600-3 100 m hündürlükdə şam ağacı meşəlikləri
geniş yayılmışdır. Cənubi Qırğızıstanda onlar
qozluqlardan yuxarıda birmişdir. O meşələrdə
torpaq dağlıq-meşə qonurdur. Bu meşələr Şrenk
şam ağacından ibarətdir – digər növlərlə nisbətdə
daha çox işıqsevər və rütubəti az tələb edən ağac
növündən.
Qərbi Tyan-Şanda şam-ağ şam meşələri
hökmfərmadır, Qırğızıstanın çox meşələrində
isə ardıc bitir. Orta dağlıq hissənin yuxarılarında
belə ardıclıqların boyu balacalaşır və iri ağaclar
alçaqboylu cır ardıclıqlara çevrilir. Çöllərdə,
çəmənlik-çöllüklərdə, meşələrdə çoxlu quru hava
sevən kolluqlar, su üzərində başlarını əymiş topa-
topa tozağacı, söyüd, qovaq bitmişdir.
Gah burada, gah orada dərənin üstünə
sallanmış, ya da göyə qalxmış zirvəli, diş-diş uclu,
sütunlu qranit, əhəngdaşı, qırmızı qumdaşı qayalar
gözə dəyir. Qayaların səthləri mamırla ləkə-ləkə
olmuşdur. Yarıqlarda ot, kol-kos, tənha, cılız,
əyri-üyrü, dəngil-düngül şam ağacları, ardıclar
bitmişdir.
Cənub ekspozisiyasının yamaclarında, adətən,
daş yığıntıları olur. Çox vaxt onlar bitki örtüyündən
məhrumdur və daşlar xırda təkandan hərəkətə
gəlir, ancaq dağlıq kserofitlər bitmiş kəsəkli dağ
sinələrinə də rast gəlinir.
Orta dağlıq yerlərin heyvanat aləmi digər
yüksəkli qurşaqlarına nisbətdə daha zəngindir, çünki
meşələrdə və bitişik çəmənliklərdə canlıların həyatı
üçün daha əlverişli şərait var. Quşlardan burada:
arıquşu, ötməquşu, silviya quşu, boz arıtutuan,
Fərqanə knyaz quşu, qaratoyuq, ağacdələn, tənək
quşu, çalbaş payızbülbülü, sığırçın, cövizqıran,
alacadimdik, ardıc baltadimdiyi yaşayır. Qayalarda
vəhşi göyərçinlər yuva qurur. Daşların arasında
177
qida axtaran dağ kəklikləri ora-bura qaçışır. Yırtıcı
quşlar da qarşıya çıxır: bayquş, kor yapalaq, tərlan,
qartal, müşgül, şahin (xırda quşları yeyən) və
qışda bura gələn qırğı (iri quşları yeyən). Burada
balaca saman tayacıqları yığan süzən quşu görmək
olar. Xırda gəmiricilər çoxdur: çölsiçanları, meşə
siçanları. Qozluqlarda Türküstan mişovulu olur.
Qozları yeyib ağaclara böyük zərər vurur. Xırda
quşların yumurtaları və ətcəbalaları yeməyi
xoşlayan meşə süleysini görmək olar. Cüyür, əlik,
porsuq, qaban, oxlu kirpi, tülkü, canavar, sincab,
dələ növlərinə təsadüf edilir.
Faunanı zənginləşdirmək və yem ehtiyatlarını
tam qüvvəsi ilə istifadə etmək üçün şam meşələrinə
Sibir siçovulu, teleut-dələ, qozluqlara isə yenot
və amerikan su samuru gətirilmişdir. Onlar yerli
mühitə yaxşı uyğunlaşmışlar.
Orta dağlıq qurşağın örüşləri güclü surətdə
işlədilir. Burada nəinki Qırğızıstanın, habelə
Qazaxıstanın, Özbəkistanın və Tacikistanın
kolxozlarının və sovxozlarının çoxsaylı sürüləri
otarılır. Dağlıq səth əkinçilik üçün becərilməni
məhdudlaşdırır, amma buna rəğmən, kiçik
zəmilərdə taxıl və yem bitkiləri əkilir. Meşə
sərvətləri də istifadə olunur.
Yüksək dağlıq yerlər – Qırğızıstanın yuxarı
təbii mərtəbəsidir – 3 500 m-dən çox hündürlükdə
yerləşir. Təbiətin xüsusiyyətlərinə və təsərrüfatda
roluna görə iki zona ayrılır: aşağı – dağlıq-çəmənlik
və yuxarı qarlı-buzlaqlı.
Bu qurşağın aşağı zonasında orta dağlıqdakı
kimi yamaclar, qayalar, daşlı si nələr var, tez-tez
morenalara – buzlaqların sürüşməsindən qalan
daş yığnaqlarına rast gəlinir. Yay soyuq keçir, orta
iyul temperaturları 0`-dan – 10` arasında olur. Qış
uzun sürür, yağıntı çox vaxt yayda da dənəvər
qar şəklində düşür. Torpaq gücsüz, daşlı, dağlıq-
çəmənlik tipli, 8%-dən 15%-ə qədər çürüntülü,
hərdən çimli-yarımtorflu (çürüntü 10-20%) olsa da,
onların münbitliyi zəif istifadə olunur. Sərt təbiət
şəraitinin ucbatından əkinçilik inkişaf etmir. Ən
qiymətli örüşlər – rəngarəng dağlıq otlaqlar ayrı-
ayrı sahələrdə gözəl görünüşə malikdirlər. Aşağı
sərhəddə çəmənlik-çöllük və çöllük yerlərə də rast
gəlinir. Tez-tez bitki örtüyündən tamamən məhrum
keçəl daşlı sinələr də qarşıya çıxır.
Qayaların arasındakı otlaqlarda təkə və
arxarların (dağ qoyunu) sürüləri otlayır. Onların
ovuna qar bəbiri – irbis çıxır. Çox nadir hallarda
olsa da, adi həmcinsindən dəfələrlə azğın qırmızı,
yaxud dağ canavarı təsadüf olur. Hərdən ayı da bura
baş çəkir. Ancaq onu yüksək dağlıq heyvanı saymaq
olnmaz, çünki çox vaxt orta dağlıq meşələrində
rast gəlinir. Çəmənliklərdə və çöllüklərdə çoxlu
gəmiricilər şütüyür – örüşlərə böyük ziyan
vuran yüksək dağlıq nazikkəllə çölsiçanları və
s. Burada marmotlar da var. Quşlar aləmi çox
özünəməxsusdur. Səciyyəvi nümayəndələr –
bağtorağayı, dağ dolaşası, qızılca qarğa, buynuzlu
torağay, toğluaparan, hər cürə leş yediyinə görə
dağların sanitarı adlandırılan yırtıcı keçəl kərkəs,
berkut, yaxud ovçuların arzuladığı dağ hindtoyuğu
– ular.
Yay otlaqları – cayloolar zəngin ot-ələfi, yaxşı
suvatları, zəhlətökən həşəratın olmamağı ilə yüksək
dəyərləndirilir.
Qarlı-buzlu zonada il boyu orta temperatur
0`dən aşağıdır, ancaq yayda günəşli havada hətta
gündən qaralmaq olar, hərçənd, kölgədə soyuqdur.
Dağların beli, zirvələr, aşırımlar, buzlu qayalar,
üstü açılmış daşlı yamaclar, qəmbər yığnaqları,
buzlaşmış camlar, çox vaxt soyuq, zümrüdü rəngli
su dolmuş çökəkliklər, əbədi qarlar, dənəvər qarlı
buzlar (firn), buzlaqlar – bu zonanın ümumi
landşaftı belə mənzərə yaradır. Yalnız dağlıq
çəmənlərlə sərhəddə, qayaların daldalanacağında,
iri daşların arasında kasad örtüklü xırda bitkili
sahəciklər tapmaq olar. İntəhası, 4 200 m-dən
yuxarı hündürlükdə heç onlara da təsadüf etmək
mümkünat xaricindədir – bitkilər yoxdur. Burada
bakteriyalar, təkhüceyrəli yaşıl, göy-yaşıl, diatom
yosunlar, ən ibtidai mikroskopik göbələklər
dünyası hakimdir. Bəzən qarın üstündə qanlı
ləkələr nəzərə çarpır – qar sferellası yosunlarının
toplaşdığı nöqtələr.
Qırğızıstanın təbiət ehtiyatları zəngin
və rəngarəngdir. Ancaq onların daha planlı
istifadəsi, qorunması və artırılması üçün çox işlər
görülməlidir. İndi respublikada bir sıra qoruqluq
və mühafizə olunan bölgələr var. Qırğızıstanın
ən böyük qoruğu – İssık-Kul 600 min ha-dan
artıq sahəni tutur. Ora gölün özü və 2 km-lik
sahil zolağı, habelə Terskey-Alatau-Cetıoquz və
Teploklyuçinsk yamaclarında iki sahə daxildir.
Göl su quşlarının kütləvi qışlama məkanıdır. Qu
quşlarından və qazlardan başqa bura cürəbəcürə
ördəklər uçub gəlir: qırmızıburun dalğıc, kəkilli
qara ördək, pazdimdik və b. Sahildə büldürük
– səhra quşu yuva qurub qışlayır. Dağların
ətəklərində cüyür, əlik, təkə, qırqovul və
Tyan-Şan dağlarının heyvanat şahlığının digər
nümayəndəlirinə rast gəlmək olar.
178
Dostları ilə paylaş: |