Umetov D. “Vadidə buludlar” 1978-ci il, kətan, yağlı boya, 70 x 122
Uca dağa yandan bax, zirvəsinə qalxma,
Yaxşı adam haqqında uzaqdan eşit, yaxınına getmə
(yaxınlıqda onlar əhəmiyyətlərini itirirlər).
179
180
QIRĞIZ XALQININ
TARİXİ
V
181
Qırğız xalqının tarixi həmişə məndə sual
doğurur: necə olur ki, tarixin azman kataklizmləri
qarşısında, qüdrətli qonşuların əhatəsində balaca
bir xalq öz milliliyini, əzəli mədəniyyətini, adət-
ənənələrini qoruya bilmişdir? Çoxəsrlik tariximizi
təhlil edərkən bir fikrə gəlirəm ki, xalqımız
yuxarılardan ona verilmiş hansısa ruhun gücünə
malikdir. Bəlkə də ən kritik məqamlarda onu tam
tələfatdan təbiət özü qorumuşdur: torpaq, Ala-
Toonun yüksək qarlı silsilələri, dərin dərələr,
coşğun çaylar, dağ gölləri və Səxavətli Manasın
ruhu.
Təəccüblüsü odur ki, müstəqillik uğrunda
qırğızlarla bərabər bir çox azsaylı xalqlar da
mübarizə aparmışlar, amma bu millətlər artıq
yoxdurlar, yalnız tarixdə quru adları qalmışdır.
Ulularımız nahaq yerə deməyiblər ki: “Min
dəfə ölüb-dirilməklə indiki günümüzə çatdıq”
Amansız qırğınlar dövrü də olmuşdu, qırğızların
kütləvi şəkildə məhv edildikləri zaman da, amma
onlar, sanki küldən yaranmmış simurğ quşu
kimi, yenə doğulurdular. Qırğızlar əcdadların
ruhları ilə, Allahla ünsiyyətdə olarkən aralarında
sanki vasitəçi olan Manasın adına and içirmişlər.
Qırğızların qeyri-adiliyi ondadır ki, onlar özlərini
elə beləcə millət kimi saxlamayıblar, üstəlik bu gün
dövlətçiliklərinə də malikdirlər, münbit, bərəkətli
torpaqda, gözəl dağların, çiçəklənən hündür dağ
çəmənliklərinin əhatəsində yaşayırlar. Düşünürəm
ki, çağdaş qırğızların Mərkəzi Asiyanın ən inkişaf
etmiş xalqlarından biri olması faktı heç də təsadüfi
hadisələr qovuşuğu deyil, qanunauyğunluqdur.
Çinə səfərimizi xatırladım. Qırğızıstanın o
zamankı xarici işlər naziri Murad İmanəliyev mənə
danışdı ki, çinlilər qırğızları “tsziqa” adlandırırlar,
bu da tərcümədə “xoşbəxt xalq” mənasını verir.
Üstəlik, bu isim çinlilərdə lap qədim zamanlardan,
belə desək, qonşuluğumuzun ilk günlərindən
mövcuddur. Etiraf edirəm ki, yaxşı mənada
heyrətimi gizlədə bilmədim, çünki bu, mənim
xalqımı nə dərəcədə dəqiq xarakterizə edirdi. Bizi
xoşbəxt xalq adlandıran qonşumuz Çin xalqı necə
də düzünü söyləyir!
Qırğızlar artıq ona görə xoşbəxtdirlər ki,
müxtəlif imperiyaların təzyiqinə, totalitar rejimə,
müharibənin dəhşətli gilyotininə, repressiyalara
baxmayaraq, xeyirxahlıq, halına acımaq və
həssaslığını qoruyub saxlayıban sağ qalmışlar.
Bizim millətin dəyəri ondadır ki, qəlbində qəzəb,
amansızliq və eqoizm yoxdur. Və o xalqın ki,
qəlbində nifrət yoxdur, insanpərvərlik var, – o,
vaqiən, xoşbəxtdir. Bəlkə də niyyətin təmizliyi,
xüsusi qəlb dincliyi və mehribanlıq bizim xalqımıza
böyük dünya xalqları ailəsi arasında özünün layiqli
yerini tutmağa rəvac vermişdir. Məgər Yer kürəsinin
cənnətməkan guşəsində yaşamaq xoşbəxtlik
deyilmi? Məgər sevib-sevilmək, uşaq böyütmək
və müxtəlif millətlərlə yanaşı çalışıb onlarla birgə
yurdunu və dəstorxonunu, sevincini və kədərini
bölmək xoşbəxtlik deyilmi? Məgər əcdadlarımızın
ciddi-cəhdlə can atdığı və tarixi rubikonu aşaraq
çoxdan gözlənilən müstəqilliyi əldə etmək, ciyər
dolusu təmiz azadlıq havasını udmaq, köçəri
millətdən böyük intellektual imkanları olan xalqa
çevrilmək xoşbəxtlik deyilmi?
Həqiqi tariximiz haqqında son söz hələ
deyilməmişdir. Amma yaxın keçmişimizə nəzər
salmalıyıq, kimliyimizi, haradan gəldiyimizi və hara
gedəcəyimizi müəyyənləşdirməliyik. İnsan anadan
olanda onun doğum haqqında şəhadətnaməsinə
yalnız adı, doğulduğu tarixi və məkan qeyd edilir,
təbii ki, onun nəyə görə doğulduğu qeyd olunmur.
Sonradan bizim hər birimiz öz həyat yolumuzda
doğuluşumuzun məqsədini sübut edirik. Xalq da
eynən belə bütün tarixi boyu öz milli doğuluşunun
qayəsini dünyaya sübut edərək müəyyən iz qoyur.
Əlbəttə, çox istərdik ki, qırğız tarixinin bütün dərin
sirlərini öyrənək. Bizim keçmişimiz sanki qapımızı
döyərək bizə gələcəkdə zəruri olacaq ruh, ilham,
güc, əminlik verməklə özünü xatırladır.
Akademik V.V.Bartold yazırdı ki: “Tyan-Şan-
Alay massivini arxada qoymaq olmazdı, Şərqlə
Qərbi qovuşduran yolu onun başına dolanmaqla
salmaq olmazdı”. Ona Makedoniyalı İsgəndər
(e.ə. IV əsr) sahib olmaq istədi, ona Li Quan-
linin (e.ə. 104-99-ci illər) başçılığı altında U Di
çinli döyüşçülər hücum etdilər. Onu Uzaq Şərqin
orduları Sudinfan və Van Çjen-syan (e. 654 və 748-
ci illəri) qismən zəbt etdilər. Onu Teymur (XIV əsr)
və qərbdən gələn Kokand xanları (XIX əsr) işğal
182
etdilər. Lakin bütün bunlara baxmayaraq, Tyan-Şan
və Alayın dağ vadilərində daima Orta Asiya əsas
çay sistemlərini qidalandıran dağlarının buzlaqları
kimi tükənməz qüvvələr gizlənmişdir”. Lakin
xoşbəxtlikdən, əcdadlarımız gözəl qırğız torpağını
qoruyub mühafizə edə bildilər.
Fəxarət hissi keçirirəm ki, həqiqətən də
“Qırğızıstan – bizim ümumi evimizdir” şüarı
bu gün, sadəcə, gözəl deyilmiş sözlər deyil,
günümüzün reallığıdır. Həqiqətən də, bu öz
görkəmində inşa edilmiş və orada məskunlaşmış
hər bir kəs tərəfindən yaşayış məskəninə çevrilmiş,
adı böyük hərflə başlayan Evdir. İndi bu ümumi
evimizin tikintisinə kimin daha çox qüvvə sərf
etdiyini müəyyən etmək çətindir, amma bir şey
aydındır ki, müasir Qırğızıstan – respublikanın
vahid xalqını təcəssüm etdirən bütün millətlərin
birləşərək əmək sərf etdiyi işin nəticəsidir.
Tariximiz bundan sonra da bizə ilham, güc və
inam verəcəkdir. İlk qırğız tarixçisivə maarifçisi
Osmonalı Sıdık uulu özü özünə sual vermişdi:
“Tarixi bilmək nəyə gərəkdir?” Özü də tarixin
öyrənilməsinin zəruriliyini aşağıdakı kimi açmışdı:
“Hərarətli qəlblə Vətənini sevən igidlər öz
xalqlarının tarixini bilməlidirlər. Tarix – ən zəruri
elmlərdən biridir”. Əsas odur ki, bütün tarixi boyu
qırğız xalqı heç bir zaman öz zehnini, müdrikliyini
və milli mənəviyyatını itirməmişdir.
Gələcəkdə səhv etməmək üçün keçmişi
bilmək lazımdır. Gedilmiş yolu dərk etmək üçün
ötənlərə nəzər salmaq gərəkdir. Mənəvi “hücum”
gəldiyi zaman ruhən bu günə bağlı olmaq naminə
də keçmişi öyrənmək zəruridir. Beləliklə, keçmiş
haqqında söz deməyin zamanı gəldi. Aşağıda
tariximizin əsas qollarını şərti olaraq yeddi dövrə
bölərək onların üzərində dayanmaq istəyirəm.
Umetov D. “Vadidə buludlar” 1978-ci il, kətan, yağlı boya, 70 x 122
183
Dostları ilə paylaş: |