E.Ə. III-I əsrlər. Millətin yaranma dövrü
Hələ ötən əsrin əvvəllərində akademik
V.V.Bartold yazırdı ki: “Qırğızlar Orta Asiyanın
qədim xalqları sırasındandır. Orta Asiyada hal-
hazırda yaşayan xalqlardan, güman, elə bir digər
xalq adı yoxdur ki, ona bu qədər qədimdən tarixi
abidələrdə rast gəlinsin”. Məhz bu amil də elə bizim
doğma torpağımızın əski qırğız məkanı olmasına
daha bir parlaq sübutdur.
Qırğızlar xalqın tarixin bütün mümkün
kataklizmləri ilə, müharibələrlə və əziyyət-
məşəqqətləri ilə “dolu” kifayət qədər çətin yol
keçmişlər. Bu yolda nə qədər gur çaylardan, sıra
dağlardan, qızmar səhralardan keçib getmək lazım
olub! Lap əzəli çağlarda Monqolustandakı Qırğız-
Nur gölünün sahillərində millətin rüşeymlərinin
yaranma zamanında da, Yenisey çayının
sahillərindəki böyük qırğız xaqanlığının dövründə
də, Sayan dağlarının ətəklərində də, bugünkü
bərəkətli Ala-Too torpağında da, Allah şahiddir
ki, nə qədər itkilər və sitəm, zülm olmuşdur. Xalq
folklorundan gətirilən bu misal köçəri-qırğızların
həyatının nə qədər ağır olduğunu təsdiq edir:
Dağların yamacında
elə bir
Tozağacı taparsanmı,
Qırğızın baltası ora dəyməsin?!
Varmı görən,
elə yarğan, dərə
Qovğalarda başın qoymuş,
Neçə qırğız orda yatmasın?!
Çin tarixçisi Sıma Tsyan (e.ə. 145-86-cı
illər) özünün “Şi tszı” (“Tarixi salnamələr”) əsərində
xəbər verir ki, e.ə. 201-ci ildə hunnların hökmdarı
şanyuy Mode qonşuluqdakı şimal və şimal-qərb
əraziləri zəbt etməyə yollandı. Bu yürüşdə o, bir
neçə müstəqil tayfanı – qyanqunları, dinlinləri,
sinliləri özünə tabe etdirdi. Alimlər tərəfindən tam
sübut edilmişdir ki, çinlilərin qanqun (qequn, tsiqu,
kiqu və başqa variantlar) adlandırdıqları – qədim
qırğızlar imiş. Bu məlumatlar “qırğız” etnoniminin
ilk dəfə adının çəkilməsi kimi Qırğızıstanın
tarixində və tarix elmində mühüm əhəmiyyət kəsb
edir.
Bu məlumatlara əsasən təsdiqləmək olar
ki, artıq e.ə. III əsrdə qırğızların öz torpaqları
olmuşdur. Beləliklə, “qırğız” etnonimi türk kökü
olan çağdaş xalq adlarının arasında ən qədimidir.
Türk etnonimləri “türkmən”, “özbək”, “qazax”,
“uyğur”, “tatar”, “başqırd” və başqaları çox gec
yaranmışdır.
Amerikalı diplomat və alim Kannen Katisner
özünün “Dünya dilləri” kitabında yazırdı ki:
“Hərgah aşkara çıxarılmış 2 000 illik yaşa malik
yazılı tarixi abidələrə əsasən nəticə çıxarsaq,
bir məsələ aydın olur: ən qədim türk xalqı –
qırğızlardır”. Əlbəttə ki, türklərin bizim torpağımızı
“Ata Məkan” adlandırmağı təsadüfi deyildir.
“Hələ e.ə. 201-ci ildə qırğız tayfaları
müasir Qərbi Monqolustanın və Şərqi Türküstanın
ərazisində səpələnmişdilər və artıq e.ə. III əsrdən
başlayaraq qırğızların qərb qolu – tarixi ədəbiyyatda
daha çox usunlar kimi tanınan uyşunlar Orta
Asiyada sak tayfalarını sıxışdırır. Şimal qırğızları
isə Sayan arxasına, Yeniseyə tərəf gedirlər”. Bunu
başqa bir mənbə sübut edir.
Qırğızların əski tarixinin ən əzəli mərhələsi
tapmacaların tapmacası olaraq qalmaqdadır.
Bəs qırğızlar e.ə. 201-ci ildə onlar haqqında Çin
salnamələrində ilk qeydlər olan zaman harada
məskən salmışdılar? Bu barədə çoxlu müxtəlif
fikirlər hələ də qalmaqdadır. Qırğızların qədim
məkanı kimi Şərqi Tyan-Şandakı Boro-Xoro sıra
dağlarını, Şimal-Qərbi Monqolustandakı Qırğız-
Nur gölü bölgəsini, eləcə də Şərqi Türküstanı və
Tyan-Şanı göstərirlər. Sonuncu varianta, məs., rus
şərqşünaslığının banisi N.Biçurin də tərəfdar idi. O
hesab edirdi ki, məhz bu qədim bölgə sonradan ora
köç etməmiş, burada əvvəldən yaşamış qırğızların
vətəni sayıla bilər.
Tan Şuya görə, qədim qırğızlar “sərt qayda-
qanun və adət-ənənəyə riayət edən xalqdır.
Onlar qürurlu və möhkəmdirlər. Müharibədə ox-
kaman və bayraq istifadə edirlər. Atlılar əllərini
və ayaqlarını taxta qalxanlarla örtürlər, üstəlik,
çiyinlərinə də girdə qalxancıqlar taxırdılar ki,
onları ox ucluqlarından və qılınclardan qorusun.
Onların qanunları çox sərtdir. Döyüşdən qabaq
özünü itirb qorxaqlıq göstərənin, elçi vəzifəsini
yerinə yetirməyənin, hökmdara ağılsız məsləhət
verənin, eləcə də oğurluq edənin boynunun
vurulması haqda hökm çıxarılır. Hərgah oğrunun
atası vardısa, onun kəlləsini atasının boynuna
184