Alakunov A.A. “Alp-Solanın yürüşü” Bişkek, 2003-cü il, kətan, yağlı boya, 156 x 240
İgid ölər, silahını atmaz.
189
Alakunov A.A. “Qırğızlar” Bişkek, 2005-ci il, kətan, yağlı boya.
190
Onlar Yeniseydə nisbi yüksək mədəniyyətə malik
idilər. Çin məxəzləri xəbər verirlər ki, orada
çoxlu sayda Çin sənətkarı olmuşdur və bir sıra
qırğız şəhərlərinin adını sadalayırlar, onların da
içində İylan Çjounun adını qeyd etmək lazımdır.
Qırğızlar Tyan-Şanda köçəri həyat sürməyə davam
edirdilər, amma onların bir hissəsi metaldan
əşyalar istehsal edir və şəhərlərdə məskən salıb
qalırdı. Qırğızlar özlərinin qabiliyyətli sənətkarları
ilə də öyünürdülər. Onların filiz-mədən ustaları
xüsusilə məşhurlaşmışdılar. Ətrafda yaşayan bütün
dövlətlər, xalqlar və tayfalar qırğız qılınc, bıçaq,
xəncər və zirehlərini yüksək dəyərləndirirdilər. VI
əsrin ortalarında Yeniseyi ələ almış türk xaqanları
qırğızlardan ilk növbədə “dəmir töycüsü” tələb
edirdilər.
N.Ya.Biçurinin sözlərinə görə, “... köçəbə
obası yerə basdırılmış tirlərlə çevrələnmişdi. Ev
üzərinə keçə çəklimiş və “midici” adlandırılan
çadırdan ibarətdir. Rəhbərlər balaca çadırlarda
yaşayırlar. Qoşun bütün nəsillərdən yığılır.
Yasak toplayanlar (vergiyığanlar) samur və dələ
xəzi töycüsü verirdilər. Məmurlar təqribən altı
qrupa bölünürdülər: nazirlər, baş idarə edənlər,
idarə edənlər, iş icraçıları, rəhbərlər və daqanlar
(tarxanlar). Nazirlərin sayı yeddi olurdu. Baş idarə
edənlər – 3, idarə edənlər – 10. Onların hər birinin
ordusu vardı. İş içraçıları on beş nəfər olurdu;
rəhbərlər və daqanların rütbələri yox idi”.
VI əsrin ikinici yarısında Xaqyasda yeni
hegemonlar – Altay (qərbi) qırğızlar meydana
gəldilər. Onlar vaxtaşırı məğrur və azadlıqsevən
elləri – Xaqyas knyazlığını və Qırmızı bayraq
dövlətini birləşdirməyə müyəssər olurdular. Qırğız
xaqanlğı güclü və qorxunc dövlətə çevrilirdi. VI
əsrin sonlarında Yeniseydə qırğız tayfalarının
bazasında sərhədləri şərqdə Baykal gölünə,
cənubda Şərqi Türküstana qədər gedib çıxmış
güclü patriarxat Qırğız xaqanlığı dövləti yaradıldı.
Qırğız adları indinin özünəcən Sibirin xəritəsini
bəzəməkdədir. Məs.: Ənə-Say – Yenisey, Altı-Ay –
Altay, Bay-Kol – Baykal, Min-Suu – Minusinsk,
Qızıl-Jar – Krasnoyarsk və s.
Yeniseydə qırğızlar avropoid xalqı dinlinlərlə
qarışdılar və açıq saçlı və mavigözlü avropoidlərə
bənzəməyə başladılar. Yeri gəlmişkən, müasir
qırğızların içərisində saçlarının rəngi açıq, gözlərinin
rəngi mavi olanlara indi də rast gəlinir. Minusda
metal epoxası mədəniyyətinin dövrləşməsinin
yaradıcısı S.A.Teplouxov təsdiqləyir: “B.e. VII-X
əsrlər (Tan-Şu) hadisələrini əhatə edən bir qədər
sonrakı salnamələrdə həmin dövrdə türk dilində
danışan qırğızların (hyaqas) “dinlinlərlə qaynayıb-
qarışdıqları” və güman ki, Yeniseyin cənub hövzəsi
ərazisini bütünlüklə ələ keçirərək hakim mövqe
tutduqları barədə müəyyən qeydlər vardır”.
Cənubi Sibir və Mərkəzi Asiya ərazisində
yerbəyer olmuş qırğızlar haqqında qırıq-qırıq
kasad məlumatlar qalmışdır. Lakin elə onlara
əsasən də qırğızların həmin bölgənin inkişafına
nəzərəçarpacaq təsiri barədə mülahizə yürütmək
mümkündür.
Tarixi yazılarda qırğız döyüşçülərinin qoçaqlığı
və qorxmazlığı barədə məlumatlar vardır. Məşhur
rusiyalı alim Yu.Xudyakovun fikrinə görə, həmin
dövr üçün qırğız silahı, bəlkə də, dünyanın ən
yaxşısı hesab olunurdu.
Akademik V.V.Bartoldun yazdığına görə,
o dövrdə Qırğız dövləti “Orta Asiyanın şərq
hissəsində birincilik əldə etmiş köçəri dövləti hesab
edilirdi”. Təqdidatçı alimlər qırğız silahlarının
heyrətamiz uğur qazandığı, qırğız mədəniyyətinin
Asiyanın nəhayətsiz dağlıq-düzənlik sahələrində
geniş yayıldığı bu dövrü qırğız tarixinin qızıl dövrü
adlandırırlar. Hətta böyük fransız şairi Pol Valeri
“Qırğız haqqında” nəğməsində yazırdı ki, amansız
qırğız işğalçısı yenə də atını Senada suvarmaq
istəyir.
VII əsrdə Qərbi-Türk xaqanlığı “on ox
xalqı” dövləti kimi tanınırdı. Rəsmən Aşin türk
sülaləsindən olan dövlət başçıları “caqbu-xaqan”
və ya “on ox xalqının xaqanı” titulunu daşıyırdılar.
Həm dövlətin adı, həm amirlərin rəsmi titulu
ölkədə “on ox xalqı”nın dominant mövqeyindən
xəbər verirdi, belə ki, bunlar Mərkəzi Asiyadan
gəlmə türklər deyil, yerli Tenir-Too əhalisindən
olan qəbilələr idi. Xalq iki böyük birləşmədən
ibarət idi. Nuşibi konfederasiyasına Sır-Dəryanın
sahillərindən Çu çayına qədər əraziyə malik
beş tayfa daxil idi. Ümumi dulu adı altında
birləşdirilmiş beş digər tayfa Çu çayından Altaya
və Cunqariyaya qədər torpaqları tuturdu. Qərbi-
Türk xaqanlığının tərkibinə Şərqi Türküstan, Orta
Asiyanın əkinçiliklə məşğul bölgələri, Aralyanı
ərazinin, Şimali Qafqazın intəhasız çöllükləri
daxil idi. Dövlətin inzibati-siyasi mərkəzi əvvəlcə
Talas vadisindəki Min-Bulaq şəhəri, 618-ci ildən
isə Suyab şəhəri (qədim məskən Ak-Beşimin
xarabalıqları indiki Tokmok tərəflərdədir) olmuşdu.
630-cu ilə Çin imeriyasının yüzminlik ordusu
türklərə qarşı çıxdı. Şərqi-Türk xaqanlığı öz
mövcudiyyətini itirdi. Qırğızların Yenisey xaqanlığı
çinlilərin əsarəti altına düşdü. 640-cı ildə Çin
imperiyasının təzyiqi altında Qərbi-Türk xaqanlığı
191
Dostları ilə paylaş: |