Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə69/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   65   66   67   68   69   70   71   72   ...   111

xəstəlikdən  ölməyi  rüsvayi-cahan  olmaq  hesab 
edərdilər...”.  Qədim  qırğızlar  çöllük  əhli  idilər. 
onlar köçəri həyat sürür, maldarlıqla məşğul olur 
və rahat surətdə köç edərdilər. Eramızın II əsrində 
qədim qırğız etnosu iki yerə ayrıldı: şərqi (Yenisey) 
və qərbi (Altay) qırğızlara.
Usunların  malik  olduqları  ərazi  Tyan-Şandan 
Yeddisuya  qədəf  uzanırdı.  Hakimiyyət  usun 
çarına  mənsub  idi  və  nəsillikcə  keçirdi.  Usunlar 
hərbi  sənətə  çox  gözəl  yiyələnmişdilər  və  təbii 
ki,  öz  düşmənlərində  qorxu,  bəzən  də  hörmət 
hissi  yaradırdılar.  Usun  dövləti  özünün  ən  güclü 
dövründə şərqi və şimal-şərqi Yenisey qırğızları ilə 
əlaqə saxlayırdı.
  Bürünc və dəmir dövrü Qırğızıstana unikal 
abidə qoyub getdi – dünyanın ən böyük petroqliflər 
qalereyası.  Daşlar  üzərinə  yonulmuş  təsvirlər  o 
dövrün  insanlarının  həyatı,  məişəti  və  inancları 
barədə təsəvvür yaradır. Saymalı-Daş da alimlərə 
az tapmaca verməmişdir: onlar burada, daşda təsvir 
edilən səhnələrin dünya xalqları mifologiyasında, 
ilk  növbədə  hind-iranlılarda  analoqunu  axtarırlar, 
indi  şəkillərin  çoxusu  artıq  öz  “səs”ini  əldə 
etmişdir  və  insanların  sərt  daşları  yonarkən  nələr 
barədə düşündüklərini söyləyə bilərlər. Amma bu 
Saymalı-Daşda artıq mağaranın özünə aid daha bir 
tapmaca da vardır: insanlar nəyə görə məhz buranı, 
ilin on ayını qarlarla vadidən ayrılmış məkanı inanc 
yeri kimi seçibmişlər?
  Dəmir  dövründə  Qırğızıstan  ərazisində 
sak  və  çust  tayfaları  yaranır.  Onlarda  dövlətçilik 
meydana gəlir – sakların (e.ə. VIII-VII əsrlər) və 
sonra  Qırğızıstanın  şimalında,  Davan  və  Fərqanə 
vadisində usunların (e.ə. II əsr) dövləti yaranır.
  Mərkəzi  Asiya  xalqlarının  tarixinin  ən 
parlaq  səhifələrindən  biri  e.ə.  II  əsrdə  Mərkəzi 
Asiyada və onun ətrafındakı çöllük ərazilərdə böyük 
köçəri  imperiyası  yaratmış  hunnların  (qunnların) 
etnosu  ilə  sıx  bağlıdır.  Bu  imperiyanın  gücünü  o 
fakt sübut edir ki, 60 il ərzində, e.ə. II əsrdə Çin 
sülaləsi  Xan  ondan  asılı  vəziyyətdə  olmuşdur. 
Hunnların çiçəkləndiyi dövrdə qırğızlar, dinlinlər, 
usunlar və başqa hunnlara qohum tayfalar birlikləri 
hunn  dövlətinin  tərkibinə  daxil  idilər  ki,  bu  da 
müəyyən mənada həmin xalqların siyasi və dövlət 
idarəçiliyi təcrübəsinin artması ilə nəticələnmişdi.  
Bundan  əlavə,  etnoslararası  dil,  dini,  etnomədəni 
kontaktlar prosesləri fəal surətdə genişlənirdi. Bu, 
sonrakı  tarixi  ümumiliyin  dərinləşməsinə  səbəb 
oldu.
  Abidələr sübut edir ki, hunnlar (Avropaya 
b.e. IV-V əsrlərində gəlmiş hunnların bir hissəsini 
avropalılar qunnlar adlandırırdılar) qohum türkdilli 
xalqların ümumi uluları olmuşlar. Türk xalqlarının 
ümumtarixi  dövlətçiliyinin  əsasını  məhz  hunnlar 
qoymuşlar. Buna görə də, bəzi ayrı-ayrı alimlərin 
güman etdikləri kimi, hunnları yalnız bəzi müasir 
türk  xalqlarının  əcdadları  hesab  etmək  düzgün 
olmazdı:  hunnların  mədəniyyəti,  adət-ənənələri, 
siyasi  təcrübəsi  bütün  türk  tayfalarına  çox  böyük 
təsir göstərmişdir. 
E.ə.  I  əsr  onunla  yaddaqalan  oldu  ki,  hunn 
tayfasının  parlaq  nümayəndəsi  Mode-Şanyuy  26 
dövləti zəbt etdi və hunnlar tərəfindən istila olunmış 
ərazi sonrakı türk xalqlarının yaranacağı ən qədim 
köçəri imperiyalarının ocağı oldu. Monqolustanın 
şimal-qərbindən  Çjunqariyaya  qədər  Mode-
Şanyuy  imperiyası  uzanırdı.  Qoçaq  köçərilərin,  
hunnların  hücumlarından  qorunmaq  üçün  Böyük 
Çin səddinin inşasına başlanıldı.  Yalnız e.ə. 556-cı 
ildə hunn imperiyasının süqutundan sonra qırğızlar 
azadlıq  əldə  edə  bildilər.  Sonradan  Monqolustan 
ərazisində  qazıntılar  zamanı  yalnız  qırğızlara  xas 
milli  ornamentli  şırdak,  eləcə  də  digər  məişət 
əşyaları  tapılmışdı  ki,  bunlar  da  qırğızların  hunn 
mədəniyyətinin  birbaşa  varisləri  olduğunu  təsdiq 
edir. Hunnların mədəniyyəti qırğız, türk, türgəş və 
uyğur xaqanlıqlarına keçdi.
   Hunnların tayfalarını birləşdirən müəssisin 
adı  tarixə  bəlli  deyildir.  Çin  mənbələrində  adı 
çəkilən  ilk  hunn  hökmdarının  adı  isə  Touman 
kimi  səslənir  (qırğızca  Tümön).  O,  şanyuy  titulu 
daşıyırdı. Yazılı abidələrə əsasən, hunnlar şanyuy 
Toumanın  hakimiyyəti dövründə güclü dunhu və 
yueçji tayfalarının (təqribən e.ə. III əsrin sonuncu 
rübü) ərazilərinə sahib idilər.
  “Qırğız”  etnonimini  tərkib  hissələrinə 
parçalayaraq,  linqvistik  və  onomastik  tədqiqat 
metodikasını  tətbiq  edib,  sözün  mənşəyinə  və 
traktovkasına dair ən müxtəlif variantlar gətirirlər. 
Bəzilərini sadalayaq.
1.  Qırk + yüz – (qırk jüz). V.Radlov. 
2.  Qırk + ər – (qırk kişi). Əhməd Тоqan.
3.  Qara + qız – (qarasaçlı xalq). D.Аytmuradov.
4.  Qırquu  –  (qırk  +  cəm  halının  suffiksi  ız). 
K.Petrov.
5.  Qırk  +  оğuz  –  (qırx  oğuz,  daha  dəqiqi, 
cənub, yaxud qərb oğuzları). N.Baskakov.
6.  Qırğın-Qırğıt-Qırğız  –  (ağüzlü,  göygöz 
xalq). А.Kononov.
7.  Qırğız-Qırılqıs – (məhv edilməyən, yenidən 
doğulan, daimi, məğlubedilməz). А.Оmurkulov.
8.  Kırk  uuz  –  (qırx  uuz,  daha  dəqiqi,  Uuz 
xanın  qırx  oğlunun  nəsilləri)  “Manas”  dastanının 
“Jaysan”  variantı  üzrə.  Sonuncu  interpretasiya 
mənim üçün hamıdan inandırıcı oldu.
187


B.E. VI-VIII əsrləri. Türk və uyğur xaqanlığı dövrü
Eramızın  552-ci  ilindən  744-cü  ilinə 
qədərki  dövrü  bütün  Mərkəzi Asiya  ərazisi  Türk 
xaqanlığının  təsiri  altında  idi.  Həmin  dövr  Türk 
xaqanlığının  çiçəklənmə  dövrü  olmuşdu.  “Türk”, 
“türküt”, “türkut” (Çin transkipsiyasında “tutszie”) 
etnonimlərinə ilk dəfə 546-cı il Çin salnamələrində 
rast  gəlinir.  Bu  ad  altında  soqdlar,  farslar  və 
bizanslar  çöllüklərin  nəhayətsizliklərinin  yeni 
sahiblərini  adlandırdılar.  Xalqın  özünün  özünə 
verdiyi  isim  isə,  runa  yazılarına  görə,  “güclü”, 
“sabit”,  “məğlubedilməz”  mənalarını  ifadə  edir. 
Digər  tərəfdən,  termin  etnik  mənadan  daha  çox 
sosial məna daşıyırdı, belə ki, əzəldən bu ad yalnız 
hərbi aristokratların nümayəndələrinə aid edilirdi. 
Zaman  keçdikcə  bu  ad  nəinki  hərbi  kübarların 
rəhbərliyi  altındakı  tayfanı,  eləcə  də  onların 
tabeliyində olan xalqları da bildirməyə başladı.
Türk tayfaları, özlərini əfsanəvi dişi canavarın 
oğlu  Aşinin  şəcərəsinin  uluları  hesab  edən 
hunların  tərkibində  IV-V  əsrlərdə  yaranmışdı. 
Aşin  sülbündən  İstəmi-xaqan  Yeddisuyu  və  Orta 
Asiyanı  ram  etdi.  Köçəri-türklər  İstəmi-xaqanın 
başçılığı  altında  qərbdə  İtilə  (Volqa)  qədər  gedib 
çıxdılar. Çinin şimal hissəsi (Tsi və Çjou dövlətləri) 
isə Mukan-xaqanın hakimiyyəti altına düşdü. Ayrı-
ayrı  tarixçilərin  fikrinə  görə,  qırğızlar  hələ  VI 
əsrin ikinci yarısı-VII əsrin əvvəlində oğuzlardan 
ayrılmış və Altayın şimalına köçmüşlər. Bu vaxta 
qədər isə onlar oğuzlarla birgə Türk xaqanlığının 
tərkibinə daxil idilər. 
Türk xaqanlığı Bizansla ittifaqda Böyük İpək 
yolunun  ələ  keçirilməsi  uğrunda  İran  əleyhinə 
müharibə  aparırdı.  Və  onlar  uğur  qazandılar. 
Bu  dövrdə  türkdilli  əhalinin  konsolidasiyası  baş 
verirdi. Talasda İstemi-xaqan Xosrov şahın özünün 
elçilərini  qəbul  etdi.  Sonradan,  704-cü  ildə  Aşin 
sülaləsinin 23-cü xaqanı qətlə yetirildi və nəticədə, 
türqəş  xaqanları  hakimiyyəti  tam  ələ  keçirdilər. 
Tyan-Şan  və  Yeddisuda  Türgəş  xaqanlığı  (704-
766)  yaradıldı.  İllər  keçdikdən  sonra  türgəşlərin 
arasındakı  ikitirəlikdən  istifadə  edən  karluklar 
Karluk  xaqanlığı,  köçəri-qırğızlar  isə  sonradan 
Böyük  Kema  (Yenisey)  çayının  orta  axarının  hər 
iki  tərəfində  yerləşən  şərqli  qırğızların  dövlətinə 
çevrilmiş  qırğız-dinlin  tayfa  ittifaqını  yaratdılar. 
Qətim  qırğız  etnosu  hələ  b.e.  II  əsrdə  şərqli  və 
qərbli  qırğızlarınkına  bölünürdü.  Şərqli  qırğızlar 
Abakan  və  Kema  (Yenisey)  çaylarının  aralıq 
hissəsinə,  Koybal  düzənliyinə  getdilər.  Qərblilər 
uzun  müddət,  VI-VII  əsrlərədək  ata-babalarının 
yaşadıqları  məkanlarda  yaşadılar.  Onlar  vaxtilə 
Mərkəzi Asiyada hökmranlıq edən köçəri dövlətlətin 
tərkibinə daxil idilər. Bunlar uzun müddət əzəldən 
buralarda  yaşamış  avropoidlər  kimi,  ağbəniz, 
mavi  gözlü,  ağdərili  insanlar  idilər.  Çin  səfirinin 
sözlərinə  görə,  onlar  qırğızların  hökmdarını  ajo 
adlandırırdılar.  Qırğızlar  azadlıqsevər  köçəri  və 
əkinçilər idi. Böyük sürülərə, zəngin otlaqlara və 
məhsuldar torpaqlara malik idilər. 
Qırğız  tarixinin  məşhur  bilicisi  akademik 
A.N.Bernştam  yazırdı:  “Qüdrətli  Sibir  çayı 
Yeniseyin sahillərində qırğız tayfalarının – buranın 
qədim  əhalisinin  köçəbələri  səpələnmişdi.  Bu, 
güclü  və  öz  dövrünə  (VI-X)  görə  heç  də  geri 
qalmayan dövlət idi”. 
Sonra  A.N.Bernştam  “Qırğızıstanın  və 
qırğızların  arxeologiya  və  tarixi  üzrə  seçilmiş 
əsərlər”ində  yazır  ki,  Yenisey  tayfalarının  əzəli 
tarix dövrünü yalnız qırğız tayfalarının yaranması 
dövrü  hesab  etmək  olar.  O  zaman  yalnız  b.e.ə. 
I  minilliyin  sonunda  ilk  qırğız  tayfalarını  əmələ 
gətirmiş  etnik  ünsürlərin  rüşeymləri  yaranırdı. 
Artıq bu mərhələdən Yeniseyin qırğız tayfaları ilə 
Tyan-Şanın  əlaqələri  sezilir  ki,  bu  da Yenisey  və 
Tyan-Şan vahid dövlət qurumuna daxil olan zaman 
XII  əsrdə  Qara-Kitay  dövlətində  tam  inikasını 
tapmışdı.
Beləliklə,  yuxarıda  ərz  edilmiş  tarix  eyni 
zamanda  qırğız  xalqının  yeni  vətəninin  yaranma 
tarixidir.  Demək  olar  ki,  iki  min  il  ərzində  uzaq 
Yeniseydən gələrək Tyan-Şana köç etmiş qırğızlar 
Tyan-Şan  xalqlarının  böyük  mədəni-yaradıcı 
proseslərinin  müasirləri  və  iştirakçıları  oldular. 
Yeniseydən gəlmiş qırğızlar “vəhşi” xalq deyildi. 
188


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə