idi. “Puqaçovun tarixi”nin ilk səhifələrində Puşkin
yazırdı: “Yaikin o tayında bizdə qırğız-kaysak adı
altında tanınmış tayfa ordaları köç edirlər”. Bundan
əlavə, Puşkinin əlyazmalarında “Heykəl” seirinin
qaralama variantında “qırğız” sözünə rast gəlmək
olar. Üçüncü bəndin son sətirləri belə oxunurdu:
“Slavyanların nəvəsi də, finn də, bu gün yarımvəhşi
çərkəz, qırğız və kalmık...”
Akademik V.Petrovski ilk dəfə Qırğızıstanı
İsveçrə ilə müqayisə edərək respublikamızı
“Orta Asiyanın İsveçrəsi” adlandırmışdı. Onu
da sözarası qeyd edək ki, İsveçrənin qədim adı
Gelvetstan Qırğızıstanla həmahəngdir. Ondan
əvvəl ölkəmizdə 30-cu illərdə olmuş məşhur rus
coğrafiyaçısı Aleksandrov da habelə Qırğızıstanı
“ikinci İsveçrə” adlandırmışdı. Aleksandr indinin
özündə də kurort zonalarının inkişafı üzrə ən yaxşı
mütəxəssis sayılır.
Gənc respublikaya yardım göstərmək məqsədi
ilə 1931-ci ildə Çexoslovakiyadan Frunze ş.
(hazırkı Bişkek) gəlmiş “İnterqelpo” koopertavi
üzlərinin xatirələrindən: “Biz burjua nağılçılarının
barəsində vəhşi ekzotik ölkə kimi danışdıqları bir
ölkəyə gedirdik. Lakin biz elə ölkəyə gəlib düşdük
ki, burada tikinti sürəti Qərbin ən qabaqcıl kapitalist
ölkələrindəkindən yüksəkdir. Frunze – tamamən
Avropa şəhiridir. Planlaşdırılmış hamar küçələri,
genişlik və qovaqların dübbədüz hündürlüyü
heyran qoyur. Teatrdan yeniliyin qoxusu gəlir. Bu
yaxınlarda “İntergelpo”dan memarın rəhbərliyi
altında inşa olmuşdur... Dağlar, dağlar, dağlar –
Qırğızıstan budur. Qırğız Alatausu, Terskey Alatau,
Kunqey Alatau, Narın-tau, At-Baş-tau – bunların
hamısı Qırğızıstandır. Tyan-Şan da Qırğızıstandır.
Qüdrətli yeddi kilometrlik Xan-Tenqri, ruhların şahı
onun başının üstündə əfsanəvi hökmran kimi ucalır.
Dağlar – Qırğızıstanın kasıblığının əsas səbibidir,
lakin eyni zamanda onun sərvəti dağlardadır. Bu
dağların tərkində faydalı qazıntıların nağılvari
ehtiyatları gizlənir: burada kömür, neft, qalay, mis,
qızıl var...”
Yulius Fuçikin valideynlərinə yazdığı
məktubdan parçalar: “Özümü gözəl hiss edirəm.
Dörd nəfərin əvəzinə yeyirəm, Orta Asiya ilə Orta
Avropanın arasında qətiyyən fərq duymuram.
Ancaq Qırğızıstanda iqlim azca ayrı cürədir.
Bu gün 48` istilik var idi. Bədənimin qaralığı bu
temperatura uyğundur. Hərgah burada bir ay da
qalsam, hətta mütəxəssis məni qırğızdan ayıra
bilməyəcək. Başlıcası isə – burada elə azadlıq və
sakitlik var ki, sadəcə gül kimi açmışıq...”
Hans Şerfinq, məşhur Danimarka yazıçısı,
dəfələrlə Sovet İttifaqında və XX əsrin 60-cı
illərində bizdə Qırğızıstanda olmuşdur. Onun
“Qırğızların yanında qonaq olarkən” kitabında
təsvir olinmuş xatirələrdən bir neçə sətir:
“... Bu kitabçam – yaddaşımın Qırğızıstan,
nağılvari ölkə barədə qoruyub saxladığı
xatirələrimin bir hissəsidir. Həyat yoldaşımla
Frunzeyə dəvətlə gəlmişdik. Frunze – vadidə
yaranıb böyümüş iri şəhərdir. Şəhər bağa bənzərdir.
Nəhəng, göz işlədikcə nəhayətsiz park, ağaclar
evləri gizlədir. Bir çix amerikan evləri kimi
Frunzenin planlaşdırılması dördküncdür, onun
eyni, dübbədüz küçələri bir-birini düz bucaq altında
kəsir. Cənuba gedən küçələrdən Monblandan uca
dağlara panoram açılır. Onların dağlı zirvələri səhər
ertədən göy səmanın fonunda çəhrayı çalarla nur
saçır. Sanki, bu dağlar küçənin sonundadır, fəqət
bəlli olur ki, onlara 40 km məsafə var...”
Qırğızıstan təbiət xəzinələrindən savayı tarixi-
mədəni abidələrlə zəngindir. Onlardan biri Böyük
İpək yolunda yerləşir – “Süleyman-Too” arxeoloji
muzeyi. Özündən sonra misilsiz “Baburnamə”
tarixi yaddaşını qoymuş görkəmli sərkərdə, Böyük
Moğol sülaləsinin banisi Babur uzun müddət Oşun
valisi olmuşdu. İndiyə qədər bütün müsəlmanlar
üçün müqəddəs “Süleyman-Too” dağında onun
düşüncələri üçün üstündə uzandığı taxtı durur.
Oradan isə Baburun yazdığına görə “Fərqanə
vadisinə gözəl mənzərə açılır”. Bu unikal dağ
2000-ci ildə 3 000 illiyi qeyd olunan respublikanın
cənub paytaxtı Oşun mərkəzində yerləşir. Oş şəhəri
– Mərkəzi Asiyanın 15 əsr ərzində dünyanın üç
hissəsini – Asiyanı, Avropanı, Afrikanı birləşdirən
Böyük İpək Yolu keçən ən qədim şəhərlərindən
biridir. Haqqında tarixi əfsanələr qoşulmuş əski
şəhər Oş daima alimlərin və səyyahların, habelə XX
əsrin məşhur şərqşünaslarının diqqətini çəkmişdir.
Qırğızıstan qədimdən inkişaf etmiş Mərkəzi
Asiya sivilizasiya orbitinə daxil olmuşdu və
beynəlxalq karvan yollarının əsas keçid məkanı
kimi xidmət edirdi. Böyük İpək Yolunun sayəsində
Şərq və Qərb ölkələrinin mədəniyyətlərinin
qarşılıqlı zənginləşməsi baş verirdi. Buna qırğız
xalqının zəngin adət və ənənələri dəlalət edir. Hər
şey özünü qırğızların mədəniyyətində, məişətində,
dilində əks etdirir.
Üzgən. Türklər tərəfindən VIII-IX əsrdə
vahənin mərkəzində Mavəraünnəhrdən Şərqi
Türküstana aparan qədim karvan yolunun üstündə
əsası qoyulmuş Qədim Üzgən – unikal memarlıq
abidələri olan əski, tarixi-mədəni şəhərdir. Karvan
yolunun üstündə olması şəhərin inkişafına səbəb
138
olmuşdu. Qədim Üzgən çiçəklənən şəhər idi,
möhkəm qalasından isə Səmərqəndə, Qaşqara və
Fərqanənin hər tərəfinə yol gedirdi.
Qırğız xalqının mədəni irsinə dəyər verib
yanaşmasına parlaq misal respublikada arxeoloji-
memarlıq muzeyi Buran Qülləsinin yaradılmasıdır.
Muzey hazırkı Tokmak şəhərinin 12 km cənuba
yerləşən Buran əski məskəninin ərazisindədir.
Tarixçilərin və arxeoloqların çoxillik zəhməti ilə
aşkara çıxarılmışdır ki, bu əski məskən Qaraxani
xaqanlığının
paytaxtı
Balasaqun
şəhərinin
qalıqlarıdır.
Orta Asiyanın digər şəhərlərindən fərqli olaraq,
Balasaqun Çingiz xanın ordusunun basqınlarından
zərər çəkməmişdi və monqollar hətta onun adını
dəyişdirib Qobalık, yəni “Yaxşı şəhər” qoymuşdular.
Şəhər XIII-XIV əsrlərdə hələ yaşayırdı, lakin
artıq əvvəlki kimi əhəmiyyətə malik deyildi.
Həyat şəhərdə tədricən sönükləşir, sakinlər
onu tərk edir, tikililər sökülür və XV əsrə şəhər
birdəfəlik mövcudiyyətini itirir. Adı yaddaşlardan
silinir, hal-hazırda isə şəhərin yalnız minarəsi və
qala tikililərinin qalıqları vaxtilə mövcud olmuş
Qaraxanilər dövlətinin paytaxtının lal şahidləri
qismində qalırlar.
Təpənin cənub-şərqində açıq havada yerləşən
muzeyin mərkəzi abidəsi – Buran qülləsidir.
Buran qülləsi – XI əsrin minarəsidir və Orta Asiya
ərazisində bu sayaq tikililərdən ilkidir. Minarələr
məscidin nəzdində inşa edilir və möminləri namaza
çağırmağa qulluq edir. Tədqiqatçılar güman edirlər
ki, Buran qülləsinin yanındakı məscid qərb tərəfdən
imiş.
Minarənin şərq səmtindən 1970-1972-ci və
1974-cü illərdə qazıntılar nəticəsinə aşkara çıxarılmış
gümbəzlərin qalıqları yerləşir. Onlardan yalnız
özüllər qalmışdır. Hər üç gümbəz Qırğızıstanın
unikal orta əsrlər memarlığının abidəsidir.
Muzeydə memarlıq abidələrindən başqa açıq
havada həm qədim məskənin özündən tapılmış,
həm də respublikanın digər rayonlarından gətirilmiş
eksponatlar nümayiş etdirilir.
Daş-Rabat- iki ən qədim abidədən: Daş-
Rabat karvansarasından və qədim məskən Koşoy-
Korqandan ibarət tarixi-mədəni zonadır. Daş-
Rabat nadir və yaxşı qorunub saxlanmış orta əsrlər
abidəsidir. XV əsrdə Orta Asiyadan Çinə aparan
qədim karvan yolunun üstündə inşa olunmuşdur,
tacirlər və səyyahlar üçün yolüstü sığınacaq rolunu
oynamışdır. Bu karvansara bizə yarıuçuq şəkildə
qalmışdı, lakin son illər bərpa işləri aparılmış və
qismən karvansaraya əzəli görkəm qaytarılmışdır.
Sarı Çələk – (Sarı cam) zonası. Bir çox
səyyahların arzu etdiyi görməli yer – şan-şöhrəti
respublikanın hüdudlarından çox uzaqlara yayılmış
Sarı-Çələk gölünün ətrafı qoruq sahələridir. Bura
təbii geobotanik muzeydir, çünki qaynar Orta Asiya
üçün tipik ağac növlərindən başqa, Sibir şəraitinə
uyğun ekzotik bitkilərin məkanıdır. Tyan-Şan şamı
ilə yanaşı cır alma, qoz və ağ şam, doqquzdon kolu
və soqd gavalısı (alça), püstə və ardıc çox yaxşı
bitib dururlar.
Çatır-Kul (Çətir-göl) zonası Narın Toruqart
avtotrasında yerləşir. Yol gölün başına qərbdən və
cənubdan dolanır, Ak-Say vadisinə uzanıb gedir.
Nəhəng dağ gədiklərinin yamacları küləklərdən
ovulub əcaib şəkilllərə düşmüş valehedici sarımtıl-
boz əhəngdaşı ilə örtülmüşdür. Burada çoxlu
mağaralar var, dərələrinin üstünə əzəmətli sarp
qayalar və daşlı-qəmbərli yamaclar əyilir, gur dağ
çayları üzüaşağı şütüyr.
Min-quş. Bu vadinin yerlərinin adları zonada
məskunlaşan çoxsaylı heyvanatın, ələlxüsus,
saysız-hesabsız quşlardan bəhs edir. Burada
arıquşular, payızbülbülləri, göyərçinlər, alabaxtalar,
qaratoyuqlar, qarğalar, sığırçınlar, bağtorağayıları,
qarasinə krasnoşeykalar boldur. Cingiltili nəğmələr,
cəh-cəh, fit, civilti qeyri-adi meşə musiqi bəstələyir.
Uçurumlu yamaclarda mağaralara rast gəlinir, sıx
qarışıq meşə ilə örtülü Kabak-Toonun yamaclarında
Min-Buqu (min maral) qədim insan məskəni var.
Son-Kul. Bu gölün yaradılışı haqqında qoşulmuş
əfsanədə deyilir ki, guya onun yerində haçanlarsa
xan mülkü var imiş. Zalım hökmdar öz sarayında
ən gözəl qızları əsarətdə saxlarmış. Hərəmxanasını
doldurmaq üçün xan döyüşçüləri gözəllər seçməyə
göndərirmiş. Qızlar gözüyaşlı dərələrə baş götürüb
qaçırmışlar və onların göz yaşı ehtişamlı dağları
riqqətə gətirir. Xan sarayı duran yer torpağın tərkinə
batır, yamaclardan axan sular zalım xanın sarayını
üstünü örtüb qərq edir...
Bu zonanın heyvanat aləmi fövqəladə dərəcədə
rəngarəngdir. Yayda müxtəlif ördəklər, qağayılar
və digər su quşları yuva qurur. Gölün şirin suyunda
keçəl osman, qubaç, peled yetişdirirlir. 40 il
bundan əvvəl Son-Kul tamaməm balıqdan məhrum
idi. Bu yaxınlarda, 2002-ci ilin uylunda Rusiya
Federasiyasının keçmiş Prezidenti B.Yeltsinin və
Qırğızıstan Prezidenti Ə. Akayevin iştirakı ilə bu
gözəl gölün sahilində Taylak bahadırın 200 illiyi
qeyd olundu. Şahidlərin dediyinə görə B.Yeltsin
gölün füsunkarlığına, ələlxüsus şaqraq milli
oyunlara valeh olmuş, xudahafizləşəndə demişdi ki,
bura “ikinci Hollivuddur”.
139
Dostları ilə paylaş: |