ideyanı əxz etmək qabiliyyətlərinə yüksək
dəyər vermişdilər. Onların işlərində oxuyuruq:
“Qırğızlara əqli qabiliyyətlər verilmişdir. Təlimi
çətinlik çəkmədən götürürlər, hərçənd, bu günə
qədər böyük əksəriyyəti hələlik savadsızdır”.
Vaxtilə Ukrayna yazıçısı Oles Qonçar o
zamankı qüdrətli dövlətin – Sovet İttifaqının
ərazisində Karpatdan Tyan-Şana qədər məskən
salmış bütün xalqların dostluq əlaqəsini durnaların
haylayıb səslə bir-birini çağırmağına bənzətmişdi.
Ukraynadan
publisist
Vasil
Bolşak
Qırğızıstanda Ukrayna ədəbiyyatı və incəsənəti
Dekadasında iştirak edibən xatirələridnə yazır:
“Təvazökarlıq, təmkin, çətinliklərin dəf olunmasına
hazırlıq – qırğızlarla görüşdən sonra ürəyimə həkk
olan cəhətlərdir. Hərgah Qırğızıstanı özüm üçün
kəşf
etməsə idim, mənən qat-qat kasad olardım”.
Hələ XIX əsrdə Ukraynadan köçkünlər Tyan-
Şana öz nəğmələrini gətirmişdilər. Qırğız akınları
Ukrayna mahnılarını yadda saxlayır və camaat
qarşısında ifa edirdilər. Biz nəğmələri qartal uçuşu,
dağ çayının cingiltisi, tifil qəlbinin büllur paklığı
təki dəyərləndirməyi bacarırıq... Mahnıda fikrin
dərinliyi İssık-Kulun dərinliyinə oxşardır. Nəğmə
insanları yaxınlaşdırır və müştərək zəhmətə
ruhlandırır. Xalq mahnılarında səmimilik daima
əzəldəndir...
Görkəmli
şərqşünas,
professor
Yuri
Nikolayeviç Rerix atası ilə birgə beş il ərzində
hind və Mərkəzi Asiya yolu ilə səyahətə çıxmışdı.
Şərqə, onun tarixinin və mədəniyyətinin dərkinə
meyllilik bu ailənin özülünə qoyulmuşdu. Rerixlər
öz səfərləri boyu bir çox xalqın, o cümlədən
qırğızların həyat tərzi ilə tanış olmuşdular. Rerixlər
gündəlik qeydlərində qırğızların yaşadıqları məkan
və məişətləri, onların qoyunları və Tibet öküzlərini
yetişdirməkləri barəsində yazırdılar. Alim
Rerixlərin müşahidələrinə görə qırğızlar daxili və
tranzit ticarətlə fəal məşğul olur, vasitəçi qismində
çıxış edirdilər. Alimlər yerli sakinlərin mənəvi
həyatına da diqqət yetirir, əfsanə, dastan,rəvayət
qoşanlarla görüşürdülər...
Böyük rus şairi A.S.Puşkin qədim arxivlərə
daxil olmağa imkanına sahib idi və Mərkəzi Asiya
xalqlarının, daha dəqiq, Tyan-Şan qırğızlarının
nümayəndələrinə dair bəzi məlumatlardan hali
Torogəldiyev A. “Süleyman-Too” 1993-cü il, 60 x 60
137