ailə (oba) yol gedərkən üstdən pambıq parçadan,
yaxud yarımipəkdən, varlılarda isə xalis ipəkdən
xalat atılırdı. Qadınlar kürk geyinmirdilər. Qırğız
qadınlarının Ukrayna plaxtasını xatırladan ətəyi
– beldemçi çox özünəməxsusdur. Ətək qarşıdan
kəsiklə və enli qurşaqla tikilirdi. Ətəyi əksərən
yaşlı qadınlar köynəyin üstündən geyirdilər və
qurşaq bel nahiyəsinə düşür, açılıb-bağlana bilirdi.
Daha az imkanlılar belə ətəkləri yunu içəri qoyun
dərisindən tikir, varlılar isə özlərinə yarımipəkdən,
mahuddan, məxmərdən astarlı, kənarlarına dələ,
susamuru xəzləri vurulmuş, çox vaxt ipək saplarla
işlənmiş ətək rəva bilirdilər. Yaxın adamını itirən
qadınlar yaslı paltarı geyinirdilər, daha dəqiqi,
başlarını xüsusi üsulla bağlayırdılar.
Ərli qadının baş örtüyü ağ örpəkdən –
oromoldan, joolukdan, yaxud da çox vaxt onlarla
m kiseyi parçadan başa bürünən ağ çalmadan –
ələçəkdən ibarət idi. Yoxsul qadınlarda bu çalma
5-6 m parçadan bükülürdü və kiçik olurdu, imkanlı
qırğız qadınlarında isə çalma iri ölçülərdə təsadüf
edilirdi. Çalmanın bürünmə üsulları, nəqşlənməsi,
çalmaya bərkidilən tikməli qaytanın – kırqak tartma
– geyinmə tərzi müxtəlif qəbilələrdə fərqlənirdi.
Matayev J. “Rəqs” 2008-ci il, kətan, yağlı boya, 60 x 70
119
Cənub qırğız qadınlarında baş örtüyü, ümumiyyətlə, ayrı
formada olurdu. Onlar arxadan çiyinlərə qədər sallanan
çiyinlikli papaq – çaçkap qoyurdular. Bu papağın
üstündən çalma taxılır, azca irəli çıxaraq üzə əyilirdi.
Çalma tikməli qaytanla bağlanır, bəzən yuxarıdan
işləməli örpəklə örtülürdü. Çalmanın altından çıxıb
yanaqlara sallanan papağın qurtaracaqları rəngbərəng
ipəklə məharətlə nəqşlənir, bu sonluqlara isə mərcan
düzümləri ilə birləşmiş fərqli formalı uzun gümüş toqqalı
asılqanlar asılırdı.
Qızların baş örtüyü kənarlarına dələ xəzi, varlılarda
isə susamuru xəzi vurulmuş, bayquş, yaxud yapalaq
lələyi (göz qaytarmaq qəsdilə) ilə bəzənmiş dəyirmi
tebetey – araqçın idi.
Qadın zinətlərindən iri konusşəkilli sırğalar
düzülmüş gümüş həmail söykönün, gümüş, yaxud mis
sırğaların, bilərziklərin, mərcan düzümlərinin, üzüklərin,
cənub qırğız qızlarının köynəyinin yaxalığına bərkidilən
üstünə gümüş vurulmuş dəmir, yaxud teyxa gümüşdən
girdə toqqanın – boquçun, püçülüyün, hörüklərə taxılan
müxtəlif şarı bəzəklərin adını çəkə bilərik.
Ərli qadın mütləq iki hörük, qızlar isə çoxlu xırda
hörüklər (8-12-16) hörürdülər. Balacaların (həm qız, həm
oğlan xeylaqları) saçını qırxır, azca saçla kəkil, çəngə,
gicgahlara sallanan xırda hörük qoyurdular – kökül,
saamay. Kişilər başlarını qırxır, keçmişdə isə peysərdə
çəngə saxlayırdılar – jılkı-çaç (yal; dastanda isə buna
adətən aydar deyilir).
Qırğızların xalq geyimində son illər dəyişikliklər
baş vermişdir. Keçmişdə qırğız libası tayfaların yerlərdə
məskunlaşması ilə əlaqədar ərazi fərqlərinə malik idi.
Hal-hazırda mənzərə ayrı cürdür. XIX əsrdə səciyyəvi
xalq libası bu gün yeni üslub tapır. Müasir dövrdə
Bişkekdə milli geyim əsasında yeni dəbli qadın libasları
tikən şirkətlər açılmışdır. Onlar nüfuzlu beynəlxalq
konkurslarda bir çox mükafatlar qazanmışlar.
Kişi geyimlərindən papaqlar qalmışdır: qalpaqlar,
qış papaqları, araqçınlar. Kənd yerlərində ahıllar sırıqlı
xalatlar geyir, aşılanmış dərilərdən paltar tikirlər.
Yalnız böyük bayramlarda yaşlı ağbirçəklər milli baş
örtüyü – ələçək taxır, enli qurşaqlı tikməli ətək – beldemçı
geyinirlər. Gündəlik geyim üçün plüşdən tikilmiş yeni
milli qadın paltarı və başı xüsusi üsulla bağlamaq hər
yerdə geniş yayılıb. Yaşlı nəslin nümayəndələri hələ də
yumşaq uzunqunc çəkmələrlə qaloş geyməyə alışıblar.
Nadir hallarda qıraqları dələ, yaxud susamuru xəzinə
tutulmuş, ortasına bayquş lələyi taxılmış girdə papaq
qoymuş qıza rast gəlmək olar.
120
121
Üç qırğız bahadırı – Koşoy, Kojomkul və Kanıbəy
Osmonəliyev haqqında
Toktoqul
vadisinin
daş
darvazasına
yaxınlaşdıqca yəhərəbənzər əcaib dağ diqqəti
özünə çəkir, sanki kimsə dağı Narın çayının sahilinə
yaxın çəkib.
Əski əfsanə söyləyir ki, bunu Koşoy nəhəng-
bahadır edib. Guya çayın qarşısına bənd atıb
suyunu vadiyə döndərmək istəyirmiş. Yalnız
üçüncü cəhddə, yüz Tibet öküzünün ətini yeyib yüz
ilxının kumısını içəndən sonra yekə kətmənlə dağı
yerindən tərpədə bilib. Amma pəhləvan Narının
məcrasını dəyişdirməyə nail olmayıb – gərgin
işdən ürəyi partlayıb. Kətmənin dağın ortasında
şırımlayıb qoyduğu izinə görə insanlar ona sonralar
Kətmən-Tübə adını vermişlər.
Əfsanəvi qırğız pəhləvanı Kaba uulu
Kojomkulun adını çəkməməyim ədalətsizlik olardı.
Vaxtilə onu “rus Poddubnı” adlandırırdılar. Fiziki
göstərişlərinə əsasən rus pəhləvanlarından geri
qalmırdı – boyu 197 sm, çəkisi 164 kq. Entuziast
olaraq kureş və oodarış üzrə yarışlar təşkil edir, çox
vaxt şəxsən özü də yarışırdı. O vaxt ən sadə idman
qurğularının inşasına böyük diqqət yetirirdi.
Kojomkulun
bugünkü
həyatı
dildən-
dilə ötürülən əfsanəyə çevrilmişdir. Suusamır
düzəngahlarında hamı bu pəhləvanı tanıyırdı. Bu
günün özündə vadidə adam hündürlüyündə daş
parçası durur – pəhləvan bayram günlərinin birində
qoca çobanın xahişi ilə daşı çayın məcrasından
götürüb yurtanın yaxınına aparmışdı. Yurtaya qədər
məsafə isə yüz m olardı… Bu gün Kojomkulun
həmyaşları ixtiyar kişilər daşı onun abidəsi hesab
edirlər.
Daha bir misli görünməmiş hadisə baş
vermişdi. 1921-ci ildə Kojomkulu Semireçensk
(Yeddiçay) vilayətinin I kasıblar qurultayına
nümayəndə qismində dəvət etmişdilər. Şahidlərin
danışdığına görə, bir dəfə qurultaydan sonra
nümayəndələr parka toplaşıb istirahət edəndə,
ixtiyar bir kişi at belində onlara yaxınlaşır – öz
gözü ilə pəhləvanı görüb onun qüvvəsindən
əminlik hasil etmək niyyəti var imiş. Kojomkul çox
fikirləşmədən kişinin atının altına girib yekə əlləri
ilə atın ayaqlarını qucaqlayaraq üstündəki minici
ilə parkın çıxışına aparır. Hamı heyrətə gəlir. Ahıl
kişi isə ağlayıb Kojomkulu bağrına basır və deyir:
“Sağ ol, oğul. Belə bir oğlumun olmasını istərdim”.
Bax beləcə qırğız bahadırın həyatı epik tarixə
çevrildi. Bu insanın xatirəsi əbədiləşdirilmişdir:
Qırğızıstanda güləş idmanı Federasiyasının qərarı
ilə hər il qırğız xalqının görkəmli oğlu Kojomkul
Kaba uulunun xatirəsinə həsr olunmuş sərbəst
güləş üzrə yarışlar keçirilir.
Həmyerlimiz Kanıbəy Osmonəliyev ağır
atletikada ilk SSRİ çempionu olmuşdur. Mənə
danışmışdılar ki, finalda Kanıbəy Osmonəliyev
Koreyadan olan çox güclü rəqiblərlə mücadiləyə
çıxmışdı. Ştanqadan yapışanda, tamaşaçılar onun
dodağının altında pıçıldadığını görmüşdülər –
ardınca dartıntı, təkan… və ştanqa pəhləvanın
başı üstündədir! Təəccüblüsü odur ki, məşqlərdə
Kanıbəy Osmonəliyevə bu ağırlığın öhdəsindən
gəlmək nəsib omurdu. Sonradan ondan nə
pıçıldadığını soruşanda, Manasın ruhunun ona
yardım etməsi üçün dua etdiyini cavab vermişdi.
Kanıbəy indiyəcən əmindir ki, məhz Manasın
ruhu ştanqanı qaldırmağa ona kömək göstərmişdi.
Ölkəmzin tarixində Kanıbəy ilk qırğız idmançısı –
Olimpiada çempionu olmuşdur. Yəqin ki, genlər
rolunu oynamışdır, axı necə də olsa, Kanıbəy Koşoy
bahadırın və Kojomkul pəhləvanın nəslindəndir.
İgid şərəf üçün doğulur,
Şərəf uğrunda ölür.
122
Dostları ilə paylaş: |