107
Qırğızların təsviri incəsənətinin canlı
şahidləri qismində Yeniseyin yuxarı axarlarında
və Qırğızıstanın ərazisində aşkara çıxarılmış
memarlıq və tətbiqi incəsənət abidələri çıxış edir.
Bu abidələr müasir dövrümüzdə artıq heç bir şübhə
yeri qoymur ki, köçəri-qırğızlar təsviri sənətkarlığa
malik olmuşlar. Qayaüstü rəsmlər qədim
rəssamların təbiəti və insanların məişətini əl altında
olan vasitələrlə gerçək əks etdirmək tendensiyasını
aşkar nümayiş etdirir. Əcdadlarımızın tarixinin
təkamülü daşların üstündəki rəsmlərdə öz əksini
parlaq surətdə tapmışdır. Həmin rəsmlərin
əksəriyyəti həm ibtidai, həm də sinifli cəmiyyətin
estetik dünyagörüşünün xarakteristikasını özündə
ehtiva edir. Tədqiqatçılar isbat etmişlər ki, hər
qayaüstü rəsm gözəllik axtarışının nəticəsidir.
Bu fikri qədim yaşayış məskəni Saymalı-Daşda
tapılmış heyvanların şəkilləri, əkin və mərasim
rəqslərinin səhnələri təsdiqləyir. Hal-hazırda bu
abidələr dövlət mühafizəsi altındadır.
Qayaüstü rəsmlər bizə keçmişdə mövcud
olmuş şamanlardan bəhs edir. Şamanlıq ruhlara
inama əsaslanır və şaman insanla ruh arasında
vasitəçi sayılır. Bundan əlavə, o qədim dövrlərdə
şaman həm də dastansöyləyən, özünəməxsus
“şifahi salnaməçi” idi. Maraqlıdır ki, üstündən min
illər keçəndən sonra “Manas” dastanının məşhur
ifaçısı Saqımbay Orozbakov yaradıcılıq ilhamı
gələn anları vergisini hami-ruhların müdaxiləsi ilə
izah edirdi.
Qədimliklə belə müqayisəni əl işi xalçalarında,
fərqli zinətlərdəki, əsrdən əsrə təkrarlanan,
sevimli qırğız xalq naxışlarını tədqiq etməklə
aparmaq olar... Bu gün də qırğız təsviri və tətbiqi
incəsənətnin səciyyəvi keyfiyyəti sənətşünasların
rəyincə, özünəməxsus məzmunun və gözəlliyin
vəhdətidir.
Şırdak. Keçə nəqşləri
Bu gün cahanda kim qırğız xalçaları – şırdak,
tuş kiyiz, ala kiyiz – barədə, usta qadınların
təkrarolunmaz əl işləri haqqında eşitməyib?
Əllə qoyun yunundan əyrilmiş ipliklə toxunmuş,
müxtəlif heyvanların rəmzli təsvirləri, bəzən isə
bütöv səhnələrlə – ovla, toyla, yarışlarla bəzənmiş
isti keçə şırdak nağılvarı rənglərlə gül açır...
Məs., döşəmə və divar xalçaları – ala kiyizlər,
şırdaklar, tuş kiyizlər – hər qırğız ailəsinin mütləq
atributu və gəlinin başlıca tərkib hissəsidir. Ala
kiyizlərin və şırdakların hazırlanmasına hər usta
qəlbinin bir parçasını qoyur, rəng seçir, şən kolorit
verir, qeyri-adi nəqş vurur.
Qırğız şırdakı dərhal tanınır. Onun üçün
yerliyin və nəqşin bərabəliyi, ritmik sadəlik və
ifadəlilik xarakterikdir, naxışları hədsiz dekorativ
və monumentaldır. Koçkor muyuz – qoç buynuzu,
təkə muyuz – təkə buynuzu, kıyal – təxəyyül kimi
motivlərin nisbi yeknəsəqliyi ilə müsbət-mənfi
yerləşmə prinsipi, xalça naxışının səthi xarakterinə
və rəng qamması məhdudluğuna rəğmən, zənginlik
hissiyyatı yaradır.
Ustanın əvvəlcədən şəklə əsasən kəsib
doğradığı naxışlar və yerlik parçalarının bir-birinə
tikilib birləşdirildiyi mozaika texnikası xalçanı
mürəkkəb ton uzlaşmalarından məhrum edir. Fəqət
rəngin özü bundan udub ifadəli bərq vurur, şırdaka
şən kolorit və dəqiq rəng uzlaşmaları verir: qırmızı
– abı, qəhvəyi – narıncı, qəhvəyi – bəyaz.
Tonal koloritinə görə ala kiyiz əlvan Ala-Too
dağlarına çox yaxındır. Vaqiən, çox al-əlvandır,
fəqət bu rəngarənglik dəqiq çalar qammasına və
ritmik müəyyənliyə malik şirdakla müqayisədə
azca sönükdür. Lakin eyni zamanda ala kiyizlərin
hazırlanmasında qadın ustalar istənilən improvizəni
əldə edir, zira boyanmış yundan keçə özülə nəqş
basanda, sanki onun cizgiləri bir qədər yayılır
və ənənəvi naxışlar yeni forma və yeni səslənmə
qazanır. Şırdak 30-40 il xidmət edir, ala-kiyiz iki
dəfə az. Ancaq onun hazırlanması da ikiqat asandır.
Bəzəkli keçə məmulatlar qədim ənənəyə malikdir
və bəzi tədqiqatçıların rəyincə, onların ornament
və texnika kökü skif dövrünün sənət abidələrinə
qədər uzanıb gedir.
Tuş-kiyiz – xonçalı və enli yelənli düzbucaqlı
xalçadır. Yelənin yuxarı hissəsi xonçanın dərininə
işləyən bir, iki, yaxud üç üçbucaqla – tumarla
bəzənə bilər. Ornamentdə tumar qədimdən amulet,
gözmuncuğu rolunu oynayır.
Tuş kiyuza məxmər, ipək, mahud, satin və
plüş kimi rənginə və quruluşuna görə nəzərəçarpan
parçaların vəhdəti parlaq dekorativlik bəxş edir.
Lakin bu vəhdət yalnız bayramsayağılığı,
motivlərin
zənginliyini,
tikmənin
boya
rəngarəngliyini vurğulayır. Ustalar tikməni sanki
yelənin tikilməmiş yerliyində ornamental portalı
qabardaraq effektlə nümayiş etdirirlər.
Nə qədər usta qadın varsa, bir o qədər də
xalça naxışı var. Qırğız naxışlarında çox vaxt Ana-
hami – Umay-ənənin surəti canlandırılır. Umay-
ənənin əbədi yol yoldaşını qırğızlar ilxıçı quşu
adlandırırlar. İlxıçı quş da Umay-ənə kimi tifilləri
qoruyur, onlara pasiban durur, ona görə qırğızlar
108
“Ala kiiz”
109
heç vaxt ilxıçı quşa daş tolazlamır və uşaqlarına
belə bidəti də qadağan edirlər.
Qırğız naxışlarını tədqiq edən bir çox rəssamlar
onların peyzaj janrı ilə yaxınlığını qeyd edirlər.
Nəqşlərin arasında dağ zirvələrinin uca ağlığına,
bayçeçeklərin (novruzgülü) ağ ulduzlarına və yanar
zanbaqlara təsadüf etmək olar. Qırğız incəsənətinə
xas bütün bu motivlər öz canlı təcəssümünü döşəmə
xalçalarında – ala-kiyiz və şırdakda tapmışdır (ala-
kiyiz – boşamtraq keçə əsasının içinə müxtəlif
rənglərlə boyanaraq düzülmüş ondan da boş yun
əlçimlərinin salınması; şırdak – keçə yerlikdə
boyanmış keçələrdən nəqşli qurama).
“Biz qırğız xalçalarında xətlərin və bəzəyin
həyatiliyinin, cizginin ifadəliliyinin, işığın
təzadının və kompozisiyanın tamlığının şahidi
olduq”, – sənətşünas A.Romm yazır.
Həqiqətən, qırğız ornamentinin sevimli
quruluşu oval və yarımdəyirmi xətlər, aparıcı
rənglər isə qırmızı və göyün vəhdətidir. Hər şey
məhz bu çalarları seçmiş müdrik ustalar tərəfindən
düşünülmüşdür, axı qırmızı və göyün uzlaşması
təmiz səma və çiçəklənən bahar torpağının rəmzidir.
Keçmişin dərinliklərindən süzülüb gələn
ustalıq nəsildən nəslə ötürülmüşdür və bu gün
alimlərin arasında belə bir rəy mövcuddur ki,
qırğız xalçalarının nəqşləri əsrlərin özünəməxsus
salnaməsi, əcdadlarımızın gələcəyə “namə”ləridir.
Deməliyik ki, tekstilin növü kimi keçə
məmulatlar Qırğızıstanda qədim çağlardan geniş
yayılmışdır. Keçədən baş örtükləri, arxalıqlar,
şırdaklar tikilirdi. Keçə isidici material kimi
də işlənirdi. Keçə – hər şeyə yarayan çox yaxşı
materialdır. Onun dəyərli xassələri və usta qadın
tərəfindən məmulata ötürülmüş insan enerjisinin
istisi sahibinə sakitlik və ev rahatlığı bəxş edir.
Keçədən çantalar, başmaqlar, suvenirlər və
qalpaqlar bu gün cazibədar ölkəmizə ən azı bir dəfə
gəlmiş müxtəlif turistlərin vətənlərində hərgünkü
həyatda istifadə olunur.
Qırğız çiyi
Bizim yerlərdə olmuş amerikan alimi Con
Sammers “Qırğız çiyi” adlı kitab nəşr etmişdir.
Onun dediyinə görə, yalnız qırğızlar – dünyada
yeganə xalq – çiydən gözəl zinətlər, hər cürə
suvenirlər və ev əşyaları hazırlayırlar.
Çiy evi tozdan və güclü küləkdən yaxşı
qoruyur. Gecə və səhər ertədən qırğızlar adətən,
yurtanın ətəyini açırlar, xalçanı çirmələyirlər və
taxta kereqeyə bağlayırlar ki, yurtanın çiydən
düzəldilmiş taxta barmaqlıqlarının arasından təmiz
dağ havası girsin.
Yurtanın mərkəzindəki ocağın üstündə xörək
bişirərkən, çiy alovu artmağa qoymur və tüstünün
yurtaya yayılmasının qarşısını alır.
Çiydən toxunmuş həsirlər, əlvan divar
mənzərələri, çoxlu irili-xırdalı əşyalar, qadın
çantaları, uşaq gəlincikləri göz oxşayır və
qadın ustaların əllərinin istisini və günəşin
hərarətini insanlara ötürür. Bütün bunların hamısı
özünəməxsus möhkəm, nazik, elastik “qırğız
bambuku”nun məhsuludur.
Bu gün Qırğızıstanda tətbiqi incəsənətin xalq
ənənələrini bərpa edən və inkişaf etdirən ustalar
var. “Kıyal” birliyinin ustalarının fəaliyyəti ona
istiqamətlənmişdir ki, milli dekorativ-tətbiqi
incəsənətin unudulmuş üsulları və texnologiyası
öyrənilib bərpa edilsin. Ustalarımızın məhsulları
nəinki respublika daxilində, həmçinin onun
hüdudlarından kənarda ad-san çıxarmışdır.
Məhsullar çoxsaylı sərgilərdə və yarmarkalarda
qızıl, gümüş və bürünc medallar qazanmışdır.
Yatağın darlığı – darısqallıqdır,
Qəlbin darlığı – zülmdür;
Yerin darısqallığı eyib etməz,
Ürək geniş olsun.
110
Dostları ilə paylaş: |