Amankojoyev K. “Akının nəğməsi” 1964-cü il, kətan, yağlı boya, 87 x 112
Dilin gözəlliyi – atalar sözüdür,
İgidin yaraşığı – saqqalı;
Nitq – zərbül-məsəllə gözəlləşir.
93
94
XALQ:
ADƏTLƏR,
ƏNƏNƏLƏR,
MİLLİ OYUNLAR
III
95
Toylar haqqında
Hər xalqın əsrlər boyu qaydaya-qəlibə salınıb
oturuşmuş adətləri, ayinləri və ənənələri var
ki, onlardan milliyyətin cəmi həyat fəlsəfəsini,
mentallığını, mənəviyyatını asanlıqla oxumaq olar.
Əcdadlarımızda təsadüfi heç nə yoxdur, ələlxüsus,
ənənələri nəzərdə tuturuqsa. Bu səpkidən həyat
dərəcəli mühüm ayinlərin keçirilmə ənənəsi
xüsusən maraq kəsb edir. Məs., qırğızların toy
adətlərindən söz açım.
Bir qayda olaraq, cavanları yaxın qohum-
əqrəba tanış edir. Görüşlər qayın arvadının ayıq
baxışları altında keçir. Gənclər sevgilərini əhd-
peyman və sevgi məktubları ilə bildirirlər:
Bil, kağız ürəyimin qılafıdır,
Bil, mürəkkəb qəlbimin qanıdır,
Namədə əlimin yazdıqları,
Yaralı könlümün izləridir.
Bu ənənəni qırğız atalar sözü tam dəqiqliklə
təsvir edir: “Buğdanın gedəcəyi yer –dəyirmandır.
Gəlinin gedəcəyi yer – adaxlısının evi”.
Qırğızların toy ənənələri islamaqədərki
inanclardan qaynaqlanır və bir neçə mərhələdən
ibarətdir: elçilik, nişan, toy, gəlinin ər evinə
köçməsi. Toyun mütləq şərti kalımdır – başlıq.
Sovet dövründə kalımı keçmişin ziyanlı qalığı
kimi damğalamış, adətin özünü isə təhrif edilmiş
şəkildə izah etmişdilər. Əslində, kalım – gəlinin
valideynlərinə özünəməxsus minnətdarlıq, habelə
qızını yad ailəyə verən ata-anaya sosial müavinət
rolunu oynayırdı. Bundan əlavə, qızın bundan
sonra taleyini həmişəlik bağlayacaq evin maliyyə
imkanlarını nümayiş etdirirdi. Adətə görə, gəlini
vida mahnıları ilə yola salırdılar.
“Gəlinin xalasının vida mahnısı” “qarşılıqlı
sovqatlar”ın maraqlı sadalanmasını nümayiş
etdirir:
Zərif yun verdik sən əvəzi,
Tülkü kürkü verdik həm də.
Əvəzində aldıq nərçə,
At da aldıq, həm qoşqu da,
Qayınatan qoyun verdi,
Üstəlik də dana verdi.
Sənə ipək aldıq bəzəkli,
İpəkdən üç parça idi,
Carkənd parçası da gəldi...
Gəlini köçürüb yola salma mərasimində qızın
anası və bacıları oğlanın ata-anası eşitsin deyə,
ucadan qızın yaxşı keyfiyyətlərini tərənnüm edən
mahnı oxuyurlar. Gəlinin anası ona öyüd-nəsihət
verir:
Yurtada ocaq yandıranda,
Elə yandır, qızım, tüstüləməsin.
Yaman sözlər eşidəndə,
Gülər üzlə bağışla.
Qayınatan girəndə yurtaya,
Qızım, baş əy ona, salamla,
Qayınanan girəndə yurtaya,
Dur ayağa, qızım, kömək et ona.
Ananın qızını böyük həyata ötürən toy
mahnısında çox vaxt əsrlərdən süzülüb gəlmiş
kədərli həyat müdrikliyi əksini tapır:
Sevimli ərlə, ya yaman ərlə,
Kim olsa, ona qulluq edirik.
Yaxşıdır, pisdir, sözünü eşit,
İnan, eşitməsən, lap pis olar.
Ər – evin sahibi, ona boyun əy,
Qonaq gələndə, üzünə gül sən.
Varlıdır, kasıbdır, fərq eləməz
Mis samovarda çayını qoy sən...
Qızın qayın arvadları isə belə oxuyurlar:
Qızılını, tənəsini tax üstünə,
Doğma qızın kimi qəbul eylə.
Oğlana isə belə xitab olunur:
Ay adaxlı, əymə cavan qamışı ,
Cavan arvadına hörmət eylə...
96
Matayev J. “Ayçörək” 2005-ci il, kətan, yağlı boya, 45 x 70
97
Qayınarvadının ərə gedən qayınxatınına xitabla mahnısı:
Qız, yaxşı ailəyə düşürsən,
Allah xoşbəxt eyləsin.
Qız, adaxlın göyçəkdir, göyçək,
Allah qızıl beşiyini versin...
Gənc ər-arvada arzulanan bəxtəvərliklər:
Ocağınız sönməsin,
Sevginizi qoruyun.
Beşiyiniz qızıl olsun,
Evdə qoşa qarıyın.
Başınızda oğul-uşaq,
Eviniz də min budaq,
Otlaqda, örüşdə sakit-sakit,
Sürünüz otlasın sizin.
Ata evindən köçən qız xırda güzgü, burun yaylığı, ətir, daraq götürür
ki, baldızlarına paylasın. Bəxşişlərini verərkən sanki ərinin evinə xoş
niyyətlə, xoşbəxtliyə ümidlə, qohum-əqrəbasına sevgi ilə gəldiyinə
eyham vurur.
Cehizi qız anası hazırlayır. Hər cehizin mütləq əşyası – əllə toxunmuş
keçə xalçalar şırdak, ala-kiyiz, tuş-kiyizlər – habelə əllə tikilmiş divar
xalçaları və balışlardır. Hər ana qızının cehizinə qəlbinin bir parçasını,
məhəbbətini, incəliyini qoyur, ona görə cehiz əşyaları ailə xatirələri kimi
qorunur. Sonradan onlar miras kimi qıza, nəvəyə, nəticəyə və s. ötürülə
bilər. Bu ənənədə münasibətlərin və sənətin sirlərinin varisliyi özünü
ehtiva edir. Belə təkrarolunmaz əşyalar özünəməxsus ailə xatirələridir.
Evə daxil olmazdan əvvəl təzə gəlin evə təzim etməlidir, yalnız
bundan sonra onun başına ağ örpək salırlar.
Təzəgəlin adaxlısının evinə daxil olanda, kandarda ayaq saxlayır.
Evin ən böyüyü – nənə, ana – təmiz su dolu fincanı qızın başına
dolandırır, bu zaman tilsimli lövhlər oxuyur ki, qız evdə yaxşı gəlin və
ərinə müti arvad olsun. Sonra təzə gəlini hər bir gələcəyin qayınanasında
olan arakəsmənin – koşoqonun arxasına otuzdururlar. Koşoqo həmçinin
əvvəlcədən hazırlanaraq sandıqda öz məqamını gözləyir.
Gəlin oturan otağa kişilərin daxil olmasına izin yoxdur. Qadınlar
yalnız təzə gəlinə baxmağa, yaylıq bağışlamağa, xoş söz deməyə görə
otağa girirlər. Təzə gəlin onların hamısına, ələlxüsus, yaşca böyük
olanlara baş əyməli, qadınlar isə çoxlu uşaq, topdağıtmaz ev təsərrüfatı,
çoxlu heyvanat arzulamalıdırlar. “Aldındı bala bassın, artındı mal
bassın!”; “Koşoqonor koqorsun!”.
Ardınca nikah – nike kıyuu – keçirilir. Kəbin müsəlman adətlərinin
qanunlarına əsasən kəsilir. Molla Qurandan izdivac üçün lazımi surəni
oxuyur, gənclərin nikaha girməyə razılığını alır, kəbini kəsib şahidlərin
yanında möhkəmləndirir. Elə həmin gündə oğlanın valideynləri
tərəfindən cavanların kirvəsi təyin olunur.
Qız övladı – bir qonaqdır;
Qız – bir kəsilmiş tikədir.
98
Dostları ilə paylaş: |