qədim oyunudur. Bu gün həm də onu “Kök börü”
(boz qurd) adlandırırlar. Bu qəribə oyunun kökləri
əsrlərin dərinliyinə gedib çıxır. Ehtimalən, oyun o
uzaq dövrlərdə yaranmışdır ki, Qırğızıstanın adamsız
çöl və dağlarında heyvan sürüləri qışda, yayda açıq
səma altında, süni yemsiz, ağılsız-axursuz otlayırdı
və canavarlar tez-tez həmlə edərək qoyun-quzunu
dağıdır, adamlara dərd-bəla gətirirdi.
Odlu silahın qaibliyi ucbatından heyvandarlar
yerindəcə canavarların öhdəsindən gələ bilmirdilər.
Cəsur igidlər oynaq və dözümlü atların belində
canavarların təqibinə çıxır, yırtıcıları yarımcan
çatlayana qədər qovalayır, çomaqla, qamçı ilə vurur,
leşini yerdən götürüb bir-birinin əlindən alırdılar.
Sonralar, daha oturaq həyat tərzinə keçəndən
sonra kok börü ulak tartışla əvəzlənib milli atçılıq
idmanına – minicilərin keçi cəmdəyi uğrunda
mübarizəsinə çevrildi.
Hal-hazırda respublikada bir çix atçılıq idman
növü koloritini və əzəliliyini saxlayaraq milli
sərhədləri aşmış, ölkədə qaynar atların belində
qüclü, qorxmaz, cəsur igidlərin sevimli yarışlarına
çevrilmişdir.
Bu gün hətta beynəlxalq “Kök börü” federasiyası
yaradılmışdır. Hər il Müstəqillik günündə kubok
uğrunda yarış keçirilir. Güman, oyun oradan kök
almışdır ki, qurdların sürülərə basqınlarından
hirslənmiş, qeyzlənmiş insanlar əllərinə düşmüş
əbədi düşməni parçalayır, cırım-cırıq edirdilər.
Yaranandan, təkmilləşəndən sonra bu ənənə məişətə
iştirakçılarından atı bacarıqla idarə etmə məharəti,
böyük fiziki qüvvə, dəyanət, cəsarət tələb edən ən
geniş yayılmış, sevimli oyunlardan biri kimi daxil
olmuşdur.
Bu gün respublikada “Kök börü” üzrə
vahid qaydalar tətbiq olunur. Yarışlar komanda
xarakterlidir. 19 yaşından cavan oğlanlar iştirakl
qadağandır. Komandanın tərkibi məhduddur.
Yarış üçün yumşaq torpaqlı, hamar səthli 100-
150x200-300 m sahəli, iki başında qapını göstərən
bayraqlar sancılmış meydança seçilir. Meydançanın
ortasında 6 m diametrli dairə (mara) cızılır və cəmdək
ora qoyulur.
Hakimin işarəsi ilə hər komandadan bir oyunçu
keçini yerdən götürməyə çalışır. Cəmdək qaldırılan
kimi mücadiləyə digər üzvlər qatılır. Komandaların
məqsədi – cəmdəyi rəqibin qapısına tullamaq və
özünün qapısını qorumaqdır. Qalib – rəqib qapıya
cəmdəyi daha çox dəfə atan komanda sayılır.
Qaydalar izin verilmiş və verilməmiş üsulları
ayırd edir. Məs., rəqibin atının cilovundan tutmaq,
heyvanı qırmancla vurmaq, rəqibin özünün
əllərindən, qurşağından yapışmaq, keçini yəhərə
bağlamaq, atını üstünə çapan digər atın qarşısına
köndələn çevirmək, meydançanın hüdudlarından
kənara çapmaq olmaz.
“Oodarış” – həmçinin çox populyar at idmanı
növüdür. Şən, emosional bir oyundur – iki süvari
bir-birini atdan vurub yıxmağa cəhd göstərir.
Rəqibi atla bahəm yıxmağa da izin verilir. Oyunda
bunlara izin verilir: rəqibin qurşağndan, əlindən,
bədənindən tutmaq, dizlərini və ayaqlarını rəqibin
atının bədəninə, sağrısına dayamaq. Oyunda
qadağandır: rəqibə, ya atına nə ilə olur-olsun, zərbə
vurmaq, rəqibin başından, boynundan, saçlarından,
üzündən tutmaq, atın cilovundan, yüyənindən
yapışmaq, rəqibin barmaqlarını burmaq, qayda
əleyhinə fənd işlətmək, əllərini rəqibin ayaqları,
üzəngisinin altına salmaq, cilovu rəqibin başına,
əllərinə atmaq.
Bu mücadilə fiziki hazırlıq, zirəklik və atı
yaxşı sürmək məharəti tələb edir. Risk ehtimalını
nəzərə alanda, oodarışı qorxmazların idman növü
adlandırmaq olar.
“Ər sayış” – cəngavər turnirlərini xatırladan
pəhləvanların at belində nizə ilə tutaşmasıdır.
Vuruşma açıqlıq yerdə, tamaşaçıların iştirakı ilə
təşkil olunur. Oyunun məğzi ondan ibarətdir ki,
süvarilər çöllüyə çıxıb atı var gücü ilə çapdıraraq
nizənin küt ucu ilə rəqibi yəhərdən salırlar. Bu
oyun növü “Manas” eposunda rast gəlinir və ən
qorxmaz, cəsur bahadırların özlərini sınamasıdır.
“Ər sayış” qırğızların hərbi keçmişi ilə sıx bağlıdır
və hərbi zamanın tələbatından doğmuşdur. Bu oyun
uzun müddət qırğız xalqının hərbi hazırlığının əsas
vasitələrindən biri olub və qalmaqdadır.
“Qız kuumay” – əvvəllər toy adəti olan
populyar cavan oyunu. Bu, bəylə gəlinin və
dostlarının iştirak etdiyi cıdırdır. Məqsəd – bəyin
gəlinə çatıb öpməyə çalışmasıdır.
Oyunun şərtlərinə isnadən, gəlin ən yaxşı atın
belinə oturub cıdıra birinci çıxır. Bəyin vəzifəsi
“qaçan” gəlinə çatıb tutmaqdır. Bununla bəy
nəinki öz zirəkliyini, qıvraqlığını isbata yetirir,
həm də gəlinə məhəbbətini təsbit edərək evlənmək
hüququnu “möhkəmləndirir”.
Ancaq bunu əldə etmək əsla asan iş deyildir.
Axı bəyin vəziyyəti daha əlverişsizdir – gəlinin atı
da yaxşıdır, ona bir neçə m imtiyaz da verilir. Belə
şərait bəydən atı məharətlə sürmək bacarığı və
təqibi üsulluca qurmaq qabiliyyəti tələb edir. Qıza
çatmayan igidə sonrakı çıxışlara icazə verilmir.
“Qız carış” – çox gözəl və valehedici mənzərəli
oyundur. Qızlar və gənc qadınlar göyçək atların
115
belində, bəzənmiş milli yəhərlərdə, parlaq milli
geyimlərdə starta yığışırlar. Bayramlarda, təntənələr
zamanı təşkil olunan oyundur. Tamaşaçılar
nəfəslərini qısıb cıdırın başlanğıcını gözləyirlər.
Yalnız gözəl baş örtüklərindən yarışda neçə qızın
və gənc qadının iştirakını ayırd etmək mümkündür.
Qırğız qadınları kütləvi toplum yerlərində libasın
“forma”sına ciddi riayət etməyi xoşlayırlar.
Yüksək dağlıq, sərt qış, dərin qarlar şəraitində,
sürülərlə yalnız dar daş-kəsəkli cığırla hərəkət
etmək mümkün olan yerlərdə, ensiz dərələrdən
axan gur, köpüklənə-köpüklənə guruldayıb nəfəs
kəsən çaydan keçərkən atsız keçinmək mümkünat
xaricindədir. Amma qırğız qadınları yalnız ev
qayğılarını çəkmirdilər, məharətlə at belində də
gəzib dolaşırdılar. Bu barədə V.İ.Lipski 1906-cı
ildə yazıırdı: “Mən gözəl mənzərə şahidi olmuşam:
ən təhlükəli və çətin məkanlarda, dağlarda, gur dağ
çaylarından keçəndə qırğız qadını sakitcə yol gedir.
Bir əlində körpəsini tutur, digəri ilə ev əşyaları
qablanmış tərs nəri dartır; bu zaman hələ öz atını
da idarə etməyə macal tapır”.
Qırğız qadını balacalıqdan at belindədir.
Yüksək dağlıq, amansız qış, dibi görünməyən qarlar
şəraitində sürülərlə köç dağların dikdir yamacları
ilə, sürətli çaylarla hərəkət edir – atsız keçinmək
olmur. Ona görə qız jarış, gəlin jarış idman növü
bu gün geniş miqyasda istənilən yarışların,
bayramların, xalq şənliklərinin proqramına daxil
edilir. Bu idman növündə minici qadından yəhərdə
möhkəm oturuş və çaparı məharətlə sürmək vərdişi
tələb olunur.
“Tıyın enməy” – oyunun mənası süvarinin
tam sürətlə çapan atın belindən əyilib yerdəki
sikkəni əlinə götürməsidir. Təbir caizsə, igidlərin
at belində özlərini göstərməsidir. Müasir oyunun
yeni növüdür.
Çıxış nöqtəsindən finişə qədər məsafənin
uzunluğu 100 m-dən çox deyil. İştirakçı hakimin
işarəsi ilə start xəttinə yaxınlaşır. Start xəttindən
50-60 m uzaqlıqda təmiz, rəvan, açıq rəngli qum,
yaxud yonqarla işarələnmiş yerdə tıyın – sikkə
qoyulub. İştirakçı atını dördnala çapdıraraq sikkəni
qaldırmalıdır. Asta yerişə keçəndə, yaxud pulu
götürən anda atın başını çəkib dayandıranda,
sayılmır, ikinci çıxışa isə izin verilmir. Vaxt
startdan finişə qədər qeydə alınır. Minici yıxılsa,
yenidən durub atın belinə oturmalı və finişə qədər
çapmalıdır. Əks təqdirdə, oyundan çıxarılacaq. Hər
iştirakçının üç çıxışa icazəsi var. Qələbə sikkəni
daha çox qaldıran şəxsə verilir.
“Ordo” – tarixi köklərə malik qoyun aşıqları
ilə emosional, baxımlı oyundur. Ciddi qaydaları
və sərt tələbləri var. Məğzi ondan ibarətdir ki, hər
iki dəstə ordonu söküb “xan”ı sərkərdələri ilə əsir
götürsün.
“Ak çolmak” – Qırğızıstanda geniş yayılmış
gecə oyunlarındandır. Ancaq aylı, işıqlı gecələr
oynanılır. Aparıcı tərəfindən naməlum istiqamətdə
atılmış ağ yaylığı, ya da ağ çubuğu axtarıb tapmaq
lazımdır.
“Arkan tartış” – respublikanın bütün
regionlarında geniş yayılmış komandalı güclü kişi
oyunu. Hər iki komandada oyunçuların sayı eyni
olmalıdır. Say məhdud deyil. Oyunun məqsədi –
rəqib dəstənin üzvlərini xətdən o yana dartmaqdır.
Oyun üçün örkən götürülür. Sonuna düyün
vurulur. Təqribən 2 m aralıda üzbəüz iki xətt
çəkilir. Onların ortasında daha biri – başlanğıc
cızığı çəkilir. Örkənin ortası həmin cızığa qoyulur.
Hakimin işarəsi ilə dəstələr kəndiri qaldırıb
ikiəlli yapışırlar (kəndirin ortası başlanğıc xəttində
hakimin dabanı altındadır).
İrəlidə olan oyunçusu başlanğıc xəttini keçən
dəstə uduzur.
“Jooluk taştamay” – ən kütləvi, ən geniş
yayılmış cavan oyunu. Adətən, gündəlik
qayğılardan qurtulan gənclər axşamlar, əksərən,
aylı gecələrdə çəmənliyə çıxır və oyun başlayır.
İştirakçılar dairə vurub bir-birinin yanında sıx
otururlar. Gənc oğlan, yaxud qız xeylağı aparıcı
yaylığını burub oturanların arxasınca gəzir, yaylığı
kimə isə nəzərəçarpmadan atmaq üçün münasib
məqam axtarır.
Oyunun qaydalarına əsasən, oturanlar
qılçalarını rahat qoya bilərlər, əlləri isə irəlidə
olmalıdır. Hərdən arxanı əllə yoxlamağa icazə
var. Başı çevirmək, ətrafına baxınmaq olmaz.
Bu tələbləri pozanı “doqquz qaytan”la (yaylıqla
doqquz zərbə) cəzalandırırlar. Yaylıq-qaytanı
nəzərəçarpmadan atan aparıcı dairə vurmaqda
davam edir, yaylıq atılan adam bunu sezmədisə,
aparıcı qaytanı götürüb ondan qaçan key oyunçunu
vurmağa çalışır. Bu zaman hər ikisi dairə
vururlar. Şansını qaçırmış oyunçu həm zərbədən
yayınmalıdır, həm də öz boşalmış yerinə oturmağa
cəhd göstərməlidir. Həmin oyunçu yerinə oturmağa
macal tapırsa, aparıcı əvvəlki adam qalır və oyun
yenidən başlanır.
“Selkinçək”. Qırğız gəncləri həmişə yelləncəklə
əylənmişlər. Bir qayda olaraq, xalq bayramlarında,
toylarda, digər tünlük yerlərdə daima yelləncək
qurmağa təşəbbüs göstərən adam tapılır.
Əvvəllər, adətən, yelləncəyi asmaq üçün
116
Dostları ilə paylaş: |