“Çiy”
111
Xalq oyunları
Min illər ərzində qırğız xalqı yadelli işğalçılarla
mübarizə aparmışdır. Hərb həyatı, yürüşlər və
qovğalar dözüm, dəyanət, qüvvə, çeviklik, zirəklik
tələb edirdi. Bunların hamısı milli oyunların
xarakterində də müəyyən izlər qoyurdu.
Sonralar, müharibələr xətm olunanda, oyun
və yarışlar hərbi vuruşma çalarını itirir (“Cambı
atmay” – atın belində çaparaq atma), bəziləri
isə büsbütün ölüb gedirdi (“Sayış” – at belində
nizələrlə savaş). Oyunlar idman, istirahət, əyləncə
xarakteri alırdı.
Köç həyatının səciyyəsi bir çox oyuna
köçərinin mütləq yol yoldaşı – atı, qaçağan çaparı
daxil etmək tələbini irəli sürürdü.
Lakin sovet hökumətinin torpağımıza gəlişi ilə
kamandan ox atmaq qadağan olundu. Ağsaqqallar
bunun bircə səbəbini izah edirlər – elə hallar olurdu
ki, qırğızlar çilləyə ox qoyub çəkməklə yadelli
zalımları hədəfə götürüb bir atəşə məhv edirdilər.
Bir neçə onillik ərzində qırğızlar kamandan ox
atmağa yadırğadılar. Bu gün həmin idman növü
demək olar ki, dirçəlir və Qırğızıstanın idman
həyatında yenilik sayılır. Dövlət səviyyəsində
“Oodarış” (minicini yəhərdən vurub salma), “At
çabış” (cıdır), “Qız kuumay” (qıza çat) və b. kimi
milli idman növləri təsbit olunmuşdur.
Xalq oyunları qırğız dastanı “Manas”da çox
koloritli və dolğun təsvir olunmuşdur. Akademik
V.V.Radlovun təbirincə: “Hərbi yürüşlər, elçiliklər,
dəfn mərasimləri, cıdırlar, ev məişəti və s. epik
genişliyi ilə canlanır”.
Qırğız kişiləri və qadınları, gəncləri və uşaqları,
sinli adamları bu gün də at belində istənilən dağ
yolunda çapa, daşl-kəsəkli cığırlarla yuksəkliklərə
qalxa, aşırımları aşa bilirlər.
Son 19-20 ildə “kureş” (güləş), at oyunları
“ulak tartış”, “toquz korqool” və b. kimi milli
idman növləri fəal bərpa olunub yenidən gündəmə
gətirilir.
Milli idman növləri üzrə ən iri yarışlardan biri
1997-ci ildə keçirilmiş Qırğız Respublikasının milli
idman növləri və milli oyunları üzrə I Spartakiadası
oldu. İlk dəfə yarışlara “Burkut saluu” (qartalla
ov) və “Quş saluu” (şahinlə ov) daxil edilmişdi.
Bu idman növləri qırğızları mahir ovçular kimi
xarakterizə edir. Yarış iştirakçıları quşları idarə
etməkdə məharət göstərirdilər. Yırtıcı quşlar isə,
ümumiyyətlə, təlimə çox çətinliklə yatır.
“Berkutla, yaxud qırğı ilə ov”. Bu yırtıcı quşları
insana xidmət etmək üçün əhliləşdirmək məqsədilə
təlimçi, quşların xarakter və vərdişlərini bilməli, bu
tutağan quşların imkanlarına bələd olmalıdır.
Hal-hazırda ölkəmizdə berkutla canavar və
tülkü, qırğı ilə dovşan və qırqovul ovuna çox sayda
ovçu çıxır.
Yerli yaşlı adamlar nəql edirlər ki, qırğızlar
çox yaxşı atıcı olmuşlar. Bu fakt heyrət doğurmur,
zira ov – qırğızlar üçün bütün sülbə azuqə, geyim
verən aparıcı peşələrdən olub. Böyük ziyafətlərdə,
yaxud əsilzadə insanın yas məclislərində kamandan
oxatma üzrə özünəməxsus yarış keçirilirdi.
Deyilənə görə, hətta ad-sanı doğma diyardan çox-
çox uzaqlara yayılan mahir atıcılar var imiş.
Ancaq güman ki, qırğızların ən sevimli idman
növü “kureş”dir – unudulmaz və vaqiən, təntənəli
bir mənzərə olan pəhləvanlar güləşi. Məhz burada
güləşçilərin qücü, təpəri tam dolğunluğu ilə
açılıb nümayiş edilir. Belə güləş yarışları bir çox
xalqlarda populyardır. Amma qırğız güləşçilərinin
yarışları onunla fərqlənir ki, bütün tutaşmaları
komuzçular müşayiət edir, mücadilənin şərhini
verir, yarışmaçıların qüvvəsinin və cəsarətinin
şöhrətini göylərə qaldırır.
Bu yarışlar – lakmus kağızı kimi millətin
pəhləvan qüvvəsini səhvsiz təyin etməyə
imkan yaradır. Axı qırğızlar əyyami-qədimdən
pəhləvanları ilə ad çıxarmışlar. Cantaraq qırğız
oğullarının qüvvə və qüdrəti unikal “Manas”
əsərində tərənnüm edilmişdir. Orada Koşoy bahadır
ondan heç də gücdə geri qalmayan qırğız Joloyun
kürəyini yerə qoyur. Onu da vurğulamalıyıq ki,
eposda əski təsvirlər, təbir caizsə, kureşin hədsiz
112
Torobəyov S.S. Diptix “Kok Boru” Sağ hissə, 2010-cu il, kətan, yağlı boya, 90 x 100
Qaçağan nə qədər uzağa çapsa,
Sürətini bir o qədər artırar;
Çılğın at hamını ötər.
113
dəyərli əzəli təfərrüatları əks olunmuşdur. Bu gün
məhz o növ respublikada yenidən gündəmə gətirilib
dirçəldilir.
“Jambı atmay” – at belində çapa-çapa
oxatma. Bu, qırğız milli idman növlərinin ən
qədimlərindəndir. Jambı – gümüş xəlitəsi, yaxud
digər vəzndə ağır cavahirdir və maili basdırılmış
payadan mükafat kimi asılmışdır. Oyunun şərtlərinə
görə yarışmaçı at belində çaparaq qaytanı oxlamalı
və jambını yerə salmalıdır.
Bu gün silahdan tarım çəkilmiş ipə və ondan
asılmış metal xəlitəsinə atəş açırlar. “Cambı
atmay” oyununa 16 yaşından yuxarı, silahı yaxşı
işlətməyi bacaran və yəhərdə möhkəm oturan
şəxslər buraxılır.
XX əsrin əvvəlinə qırğızlarda ondan artıq cıdır
növü var idi: tay çabış - üçyaşar və daha cavan
dayçalarla cıdır; kunan çabış – üçyaşar qulunlarla
cıdır; bıştı çabış – dördyaşar atlarla cıdır; at çabış
– böyük atların belində müxtəlif cıdırlar. Onların
arasında ən populyarı isə dəfn mərasimində təşkil
olunan çon at çabış idi.
“At çabış” – cıdır. Bu, qədim və ən geniş
yayılmış idman növüdür. Demək olar ki, qırğız
xalqının ən sevimli və ən başlıca idmanıdır. Cıdır
üçün oynaq və dözümlü, uzaq məsafələrə qaçışa tab
gətirə biləcək atları seçirlər. Təcrübəli məşqçilər,
adətən, böyük cıdırlara təkyaşar dayçaları (tay
çabış) hazırlayır, təlim keçir və il yarımlıqda cıdıra
çıxarırlar (kunan çabış).
Əvvəllər at çabışı fərqli səbəblərə görə, çox
vaxt bayramda, yainki dəfndə təşkil edirdilər. Qalib
ləl-cavahirat və heyvan mükafat alırdı. Cıdırda
bütün cinslərdən və hər yaşda atlar iştirak edirdi.
Hər məşqçi (sayapker) çaparı çıxışa özü bildiyi
kimi hazırlayırdı. Ekspertlər (sınçi) atın köklüyü,
əzələ quruluşu, qan damarları, tənəffüsü, yerişi
əsasında cıdıra hazır olub-olmamağını səhvsiz
təyin edirdilər.
Bu idman növü ilə indinin özündə də iri
təntənəli tədbirlərin açılışı başlayır, bağlanışa
xitam verilir.
Ola bilsin, cavan nəsildə güc, qorxmazlıq və
hünər tərbiyə edən qırğız atçılıq idman növləri
haçanlarsa dünyanın olimpiya oyunları sıyahısına
daxil ediləcək.
“Jorqo salış” – yorğaların uzaq məsafələrə
idman cıdırları. Qırğızlarda yorğa – sevimli atdır.
Yorğa atın gözəl, axıcı, ritmik, iti qaçışı həmişə
tamaşaçıların və süvarilərin heyranlığına səbəb
olur. Gələcək minicinin hazırlığı erkən uşaqlıqdan
başlanır və 9-10 yaşlı oğlan xeylağı peşəkar
miniciyə çevrilib böyük, kiçik yarışlarda jokey
şəxsində iştirak edir.
Bu idman növünün həvəskarları jorqonu minik
atının ən yüksək keyfiyyəti hesab edirlər. Burada
nəinki qaçışın sürəti və dəyanət, həmçinin heyrətamiz
dərəcədə rəvan, tərpənişsiz qaçış nümayiş etdirilir.
Qırğız xalqı yorğalar haqqında çox atalar sözü
və zərbül-məsəllər qoşub: “Yorğa ata minənə yoldaş
olma”, “Bir gün ömrün qalıbsa, günün yarısını yorğa
atın belində keçir” və b.
Yorğa atların yarışları hal-hazırda yüksək dağlıq
otlaqlarda və cıdır yollarında keçirilir. Yarışlara
həddi-büluğa çatmış minicilər və yorğa atı idarə
etməyə qədərincə vərdişli yeniyetmələr buraxılır.
Qırğız üçün yorğa – xüsusən sevimli atdır.
Yorğalar at belində gedən minicilər üçün çox dəyər
kəsb edir, çünki yorğa yeriş süvari üçün çapıq və
xoşdiur; at ayaqları üstə aşırılır və minicini tərpədib
silkələmir. Ələlxüsus, yorğa atın belində hamar səthli
uzaq məsafələri qət etmək rahatdır – düzəngahları və
preriyaları.
Qırğızların yorğalara xüsusi sevgisi bir çox
atalar sözündə inikasını tapmışdır. Məs., deyirlər:
“Corqo mingendey – elə həzz alıram, sanki yorğa
belində oturmuşam”; “corqo süylöö – yorğa çapan
kimi rəvan və səlis danışmaq”; “kişinin corqosu –
yorğa adam” – komuzçunu, virtuoz musiqiçini belə
adlandırırlar və s.
Hər qırğızın gözündə yorğa at göyçəkdir.
Çingiz Aytmatov “Əlvida, Gülsarı!” povestində
yorğa atın yerişini belə təsvir edir:
“... Və o an gəlib çatdı. Çapar atlar yorulmağa
və tədricən geriləməyə başladılar, yorğa isə hələ-hələ
sürət götürürdü. “Çu, Gülsarı, çu!” – at sahibinin səsini
eşitdi və günəş daha sürətlə üzü bəri yuvarlandı. Və
çatdığı, sonra arxada qoyduğu minicilərin hiddətdən
əyilmiş sifətləri, havaya qulaylanmış qırmanclar,
dişləri ağaran, xırıldayan atların başları bir-bir ötüb
keçdilər. Naqafil yüyənin və cilovun hakimiyyəti
qeybə çəkildi, Gülsarı üçün nə yəhəri, nə süvarisi
mövcud oldu – atın batinində yalnız qaçışın odlu
ruhu baş qaldırdı...
Hər şeyə rəğmən, irəlidə yan-yana iki at çapırdı,
tünd boz və kəhər. Heç birisi güzəştə getmir, geri
qalmır, minicilərinin hayqırtıları və qamçıları ilə
qızışdırılaraq irəli şığıyırdılar. Onlar güclü çaparlar
idi. Gülsarı uzun müddət qovub atlara çatdı və
yoxuşda, nəhayət, ötüb keçdi. Təpəliyin üstündə elə
bil böyük dalğanın belinə sıçradı, bir anlığa sanki
uçuşda çəkisiz donub qaldı...”
“Ulak tartış” yaxud “kok börü” – keçi cəmdəyi
uğrunda süvarilərin tutaşması – qırğız xalqının çox
114
Dostları ilə paylaş: |