Müqəddəs Ala-Too torpağı
Qırğızıstanda əsrlərdən bəri müqəddəs sayılan
bir çox məkan var. Yüzilliklərdir, insanlar onlara
sitayiş edir, qoruyurlar, bu ənənələrə riayət
etməyənlər isə mənhus tale tərəfindən qəddarlıqla
cəzalandırılır.
Nümunə üçün uzağa getməyə ehtiyac yoxdur.
Doğma cayloom Kok-Oyrokda uca yerdən keçən
yol kənarında nəhəng gəmbər durmuşdu. Daşa
camaat arasında Kanıkey-ənə daşı (Kanıkey
ananın daşı) deyirdilər. Hələ “Manas” dastanında
bu məkan təsvir olunmuşdur və ona görə insanlar
həmişə bu daşa sitayiş edirlər. Bir dəfə artıq keçmiş
yüzilin 80-ci illərinin sonunda iki nəfər buldozerçi
yolu hamarlayanda nəhəg qəmbəri uçuruma
aşırmışdılar. Ağsaqqallar söyləmişdilər ki, indən
belə o iki nəfərin üstündə lənət var. İş necə hərlənib-
fırlandısa, müəyyən müddət keçəndən sonra hər iki
yoldüzəldən buldozerlə birgə elə həmin uçuruma
yuvarlandılar. Bu minvalla, hətta qəmbər də
ilahiləşə bilər, axı həmin daş üzərində göz yaşı, qan
axıtmışdılar, böyük əcdadlarımız isə ona xeyir-dua
vermişdi.
Belə bir müəmmalı hadisəni yerli qəzetlərin
birində təsvir etmişdilər. 2000-ci ildə Qahirə
yaxınlığında bir neçə italyan arxeoloqu Misir
fironunun və arvadının məzarlığını aşkara
çıxarırlar. Qəbirüstü daşın yazısını çevirəndə
belə mətn oxuyurlar: “Böyük ilahə İsida bu qəbri
narahat edənləri üç dəfə cəzalandıracaq”. Lakin
alimlər xəbərdarlığa məhəl qoymadan qazıntıları
davam etdirərək, nəinki özləri ilə fironun
əşyalarını, hətta mumiyaları da götürürlər. İntiqam
uzun çəkmir. İtaliayaya səfər qabağı bir-birinin
ardınca ekspedisiyanın üzvlərinin hamısı bir-bir
həlak olur. İlk ölən ekspedisiyanın rəhbəri olur –
ürək çatışmazlığı. İki gün sonra birinci köməkçi
ilan çalmasından dünyasını dəyişir. Ən dəhşətlisi
o olur ki, ekspedisiyanın digər üzvlərini və tarixi
əşyaları aparan qatar relsdən çıxır. Dəstədən sağ
qalan olmur, əşyalar və mumiyalar isə izsiz-tozsuz
qeybə çəkilir.
Bir çox əfsanələr xəbərdar edir ki, mərhumları
yuxusundan dəng etmək olmaz. Üç il əvvəl bir qrup
avstriyalı arxeoloq Çinin şimal-şərqində X əsrin
kurqanını aşkara çıxarmışdı. Yerli camaat misallar
gətirərək dəfələrlə xəbərdar edirlər ki, ruhlar qəbrin
sökülməsini bağışlamayacaqlar.
Artıq bir həftə sonra ürək tutmasından alimlərin
biri ölür. Az keçməmiş daha ikisi dünyasını
dəyişir. Sağ qalanlar qorxu içində təxirsiz evlərinə
qayıdırlar.
Daha belə bir tarixçəni Karkır otlaqlarında
olanda eşitmişdim. Orada yaşıllıq vadinin ortasında
daşlı-kəsəkli bir dağ ucalır. Sanki kimsə onun
daşlarını qəsdən yığıb qalaqlamışdır. Xalq arsında
dağa San-Daş deyirlər. Əfsanəyə görə, qədimdə bu
daşlar, vaqiən, həlak olmuş döyüşçüılərin xatirəsinə
toplanmışdır – hərəsi bir öldürülmüş igidin şanına.
Bu daş nəhəgə baxanda, neçə-neçə döyüşçünün
doğma torpağını işğalçılardan qorumaq üçün
başını qoyduğunu təsəvvür etmək mümkünat
xaricindədir. Artıq bu günümüzdə, ağsaqqalların
onu fikrindən daşındırmağına rəğmən, kimsə
daşlardan yeni evinin özülü üçün istifadə etmək
qərarına gəlir. Deyilənə görə, sonradan bu adam da
faciəvi həlakətini tapır.
Toktoqul vadisində, Uç-terek (üç qovaq)
məkanında üç qoca qovaq ucalır. Yerli əhali bu
üçü qovağa on illərdir, səcdə edərək qoruyur, zira
qırğızlar üçün qovaq müqəddəs ağacdır. Qovaq
kəsmək böyük suç sayılır. Çoxdan olmuş vaqiəyə
görə, bir cavan oğlan gücünü göstərib öyünmək
qəsdilə heç kəsin sözünə məhəl qoymadan qovağı
kəsməyə başlayır. Naqafil zarıltılı inilti eşidir
və başını qaldıranda ağacdan qırmızı mayenin
axdığını görür. Dəhşət onun əzalarını sarır və cavan
əbədi daşa çevrilib çapdığı qovağın yanında qalır.
Uşaqlığımdan qonşuluğumuzdakı traktorçunun
başına gələn bir hadisəni xatırlayıram. Xasiyyətcə
sakit və təmkinli insan olan traktorçu meşənin
yaxınlığında özünə ev tikmək fikrinə düşür və bir
xeyli ağac qırır. Və günlərin bir günü Bıstrov rayon
mərkəzinə aparan yolda onun başına əcaib vaqiə
gəlir. Qəfildən havalanıb dəli olur və tezliklə ölür.
132
Heç bir həkim ölüm səbəbini aydınlaşdıra bilmir.
Qocalar mülahizə yürüdürlər ki, biçarə bilmədən
camaat arasında müqəddəs sayılan məzar adlanan
ağacı narahat etmişdir. Ehtimalən, göydəki hansı
qüvvələr isə traktoristə bu təqsiri bağışlamamışdılar.
Bu sayaq bir çox hadisəni müqayisə edərkən
əminlik hasil edirsən ki, əcdadların ənənlərini
nəticəsiz pozmaq olmaz.
Qırğızlarda əski çağlardan müqəddəs
sayılanlar: kıdır – qədər, müqəddəs qüvvə, arbak
- əcdadların ruhu və tenir – asiman. İnsan təbiətlə,
səma qüvvələri və əcdadların ruhları ilə qırılmaz
telləri duyurdu və onlar mütləq bir çox arzunu
yerinə yetirərdilər: həyatda bəxti gətirmək, bol
məhsul yığmaq, evdə firavanlıq. Ruhların meylini,
nüsrətini qazanmaq üçün insan sözün sehrli təsiri
ilə təlqin etməlidir.
Qırğızlar islamın qəbuluna qədər hökmfərma
olan mərhum əcdadların kultuna ixlaskarcasına
sitayiş edirdilər. Əcdadların ruhları ilahi,
müqəddəs gücə malik idi. Ağır dəqiqələrd qırğızlar
əcdadlarının məzarlarını ziyarət edir, qurban
kəsir, müxtəlif bəlalardan qorunmaq üçün ruhlara
pənah aparır, nicat diləyirdilər. Adətən, bunu
uzaq yol ərəfəsində, yaxud sülbə aid iri tədbirlərə
hazırlaşarkən təvəqqe edirdilər.
Ali qüvvələrin insanlara pasiban durmağı
barədə əfsanələr çoxdur. Danışırlar ki, Koçkor
vadisində gözəl bir qız yaşayırmış. Ərə getsə də,
uzun müddət övladı olmurmuş. Binəvanın əli
hər yandan üzülübmüş. Əri ilə qədim qəbristanın
yanında yaşayırmışlar. İki yüz il əvvəl orada
əfsanəyə görə bir qırmanc zərbəsi ilə pələngin
əhədini kəsib öldürən Torogeldi bahadır dəfn
edilibmiş. Məzarı zman keçdikcə yerlə yeksan
olubmuş. Sonsuz gözəl döyüşçünün qəbrini bərpa
etmək qərarına gəlir. Gili qoyun piyi ilə qarışdıran
gəlin bacardığı qədər məzarın üstünü torpaqlayıb
təpəlik qaldırır. Gəlin göz yaşı tökə-tökə Allahdan
dərdinə çarə istəyirmiş. Deyilənə görə, artıq yaşa
dolandan sonra qadın dünyaya doqquz oğul gətirir
və layiqli, bəxtəvər bir həyat sürür.
İssık-Kulun şimal sahilindəki dağətəyindən
çağlayıb çıxan Məzar-Bulağın müalicəvi suyu üçün
yerli camaat bu gün də ora gəlir. Qocaların sözünə
görə, bu su nəinki cismi, həmçinin ruhu da sağaldır.
İnanclara isnadən, suyun qeyri-adi keyfiyyəti çox
illər bundan əqdəm, bulağın yanında naxoş çoban
yuxulayandan sonra bəlli olub. Çoban dağlarda
möhkəm soyuqlayır, o dərəcədə zəifləyir ki, daha
ev-eşiyini görmək ümidini itirir, halsızlığından
bulağın başında yıxılıb yuxuya gedir. Oyanan
kimi möhkəm susuzluq duyub bulağın suyunu
udumlamağa başlayır, hər qurtumla həyat gücünün
qayıtdığını hiss edir. O vaxtdan bəri bir çox adam
Məzar-Bulağa şəfa tapmağa üz tutur.
Bulağın başında bitən bitkilər də qeyri-adidir.
Məs., kökləri və bur-budağı bir-birinə sarmaşıb
bitən cüt ağaca xalq arasında “cavan ər-arvad
ağacı” deyirlər. Ağacların əzəmətli tacları sanki
bu yerlərdə keçmişdə yaşamış cavanların tarixini
özündə həkk etmişdir. Onlar bir-birini dəlicəsinə
sevirmişlər. Oğlan varlı-hallı bay oğlu, qız yoxsul
dul qadının qızı idi. Gəncin atası heç bir vəchlə
belə qeyri-bərabər nikaha razılıq vermirdi.
– Bir gecəyə ağac bitər, amma mən bu izdivaca
razılıq vermərəm, – məğrur varlı kişi deyir.
Qızın anası uşaqlara yardım etməyə qərar
verir. Sinli qadın müqəddəs bulağın başına gedir
və bütün gecəni sərasər onların xoşbəxtliyi üçün
dua edir. Səhər ertədən bulaq başına gələn adamlar
əsil möcüzə görürlər. Dünən ot bitmiş yerdə
iki ağac budaqlarını zərifliklə qucub göylərə əl
uzadır. Adaxlı oğlanın atası da bulaq başına gəlir
və oğlunun yoxsul qızla sevgisinə inanıb toylarına
əngəl törətmir.
Boş-boş danışmaqdansa, işini gör.
133
Dostları ilə paylaş: |