Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə108/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   148

foraıalaşdıran 

informasiya 

insanın 

şəxsi 


təcrübəsi, 

dünyagörüşü,  onun  mədəniyyətinin  səviyyəsi  prizmasından 

keçərək  dəyişdirilir.  İctimai  rəyin  rolu  ictimai  quruluşun 

xarakterindən, ictimai proseslərə rəhbərlikdə xalq kütlələrinin 

iştirakı səviyyəsindən, xalqın şüurluluğu və mədəniyyətindən 

asılıdır.  İctimai  quruluş  nə  qədər  demokratik  olarsa,  ictimai 

rəyin  daxili  və xarici  problemləri  həll etməyə təsir imkanları 

bir o qədər yüksək olar. 

Cəmiyyətdə  şayiələrin  oynadığı  rolla  bağlı  müxtəlif 

baxışlara münasibət bildirmək və bu fikirləri ümumiləşdirərək 

adamların  bu  problemə  sərbəst  münasibət  bildirməsinə 

çalışmaq  məqsədəuyğundur.  Şayiə  -  məlumatın  yayılmasının 

alternativ forasıdır. Onlar öz mexaniki gücü və praktiki olaraq 

qeyri-məhdud  imkanlarına  baxmayaraq  kütləvi  informasiya 

vasitələrinin  hər  hansı  qrup  adamların,  ya  da  əhalinin  xeyli 

hissəsinin 

müəyyən 

informasiyaya 

olan 

tələbatının 



öyrənilməsindən  yaranır.  Məhz  onda  bu  susuzluq  “kollektiv 

yaradıcıhq’ha,  yəni  şayiələrlə  söndürülür.  Şayiələrin 

yaranmasına  informasiyanın  emosional  çatışmamazhğı  kimi 

hadisə  də  təkan  verir.  Şayiələr  ictimai  əhval-ruhiyyənin  və 

rəyin mühüm ifadə forması olmaqla, eyni zamanda özləri bu 

əhval-  ruhiyyəni  və  rəyi  formalaşdırır.  Cəmiyyət,  dövlət 

onların dövr etməsi qanunauyğunluğunu mütləq öyrənməli və 

şayiələrə  qarşı  mübarizədə  bu  biliklərdən  silah  kimi  istifadə 

etməlidirlər: onlar - çox ciddi məsələdir. Belə ki, ümumdünya 

tarixi təcrübəsi göstərir ki, müharibə aparan dövlət üçün real 

itkilərdən daha çox şayiələr vasitəsi ilə döyüş ruhunun düşməsi 

daha  öldürücü  zərbə  vurur,  dövlətinin  ona  verdiyi  gücdən 

məhrum edir. 

Şayiələr kiçik qüvvə olmayıb, adamları nəticədə faciəli 

əməllərə sövq edə bilər(məsələn, 1945-ci ilin 

331 



fevralında  Almaniyanın  minlərlə  sakini  tələsik  olaraq 

Drezdenə üz tutdular: belə şayiə  yayılmışdır ki,  guya burada 

Çerçilin  qohumları  yaşayır  və  nə  olsa  da  şəhər  hava 

hücumundan  sığortalanıb.  Lakin  tezliklə  İngilis-  Amerikan 

təyyarələri  Drezdeni  xarabalığa  çevirdi  və  135  min  adam 

qırıldı.  Bu  hadisə  ifrat  kateqoriyaya  aiddir,  lakin  o  sadə  bir 

həqiqəti sübut etdi: şayiələr öldünnəsin deyə onu “öldürmək” 

lazımdır)Bu və ya digər şayiənin yaranması üçün sadəcə maraq 

deyil, təmin olunmamış maraq zəruridir, bu vaxt informasiya 

arzuolunan  və  zəruridir.  Əgər  bu  vaxt  “gizli”  informasiya 

mənbəyi yaranırsa elə həmin an ona düşülür ki, bilik susuzluğu 

aradan  qaldırılsın,  qeyri-müə}^ənlikdən  azad  olunsun,  çox 

vaxt  bu  heç  nəyə  baxmadan  heç  nəyə  tənqidi  yanaşmadan 

həyata keçirilir. Emosional vəziyyətin bir-birinə ötürülməsinə 

yoluxmaq nəticəsində hər kəsin  mühakimə imkanları  daralır, 

diqqətin  məhdudlaşmasına  gətirib  çıxarır.  Bunun  nəticəsi 

gümanlara, zənn etmələrə gətirib çıxarır ki, bu da deyilən fikir 

üçün cavabdehliyin aşağı düşməsinə aparır. 

Son  vaxtlar  Azərbaycanda  bir  çox  hadisələrlə  bağlı 

yayılan şayiələrin bütün  ölkəni bürüməsini və adamların çox 

vaxt  bu  şayiələrin  təsiri  altına  düşməsini  nəzərə  alaraq  bu 

məsələ ilə bağlı təhlil aparmaq zəruridir. Adamlar anlamalıdır 

ki,  şayiə  informasiya  qıtlığı  ilə  yanaşı  həm  də  adamların  öz 

yaşayışını  düzgün  qurmağı  bacarmadıqlarından,  işlərindən 

zövq  almadıqlarından,  bir  sözlə,  düzgün  yaşamağı 

bacarmadıqlarından yaranır. Həyatını mənalı yaşayanlar üçün 

şayiələrə vaxt qalmır. 

ictimai psixologiya və ideologiya məsələsinə də diqqət 

yetirmək  lazımdır.  Şüurun  adi  və  nəzəri  səviyyələrinin 

qarşılıqlı münasibəti ictimai psixologiya və 

332 



ideologiyanın  qarşılıqlı  münasibətində  özünəməxsus  şəkildə 

dəyişir.  İctimai  psixologiya  şüurun  adi  səviyyəsinin  qismən 

oxşarıdır,  burada  müxtəlif  elmi  və  qeyri-  elmi  baxışlar  və 

dəyərlər, estetik zövq və ideya, əxlaq və ənənə, meyl və maraq, 

fantaziyanın  qəribə  surətləri  və  sağlam  fikrin  məntiqi  ifadə 

olunur. 


İdeologiya-şüurun nəzəri səviyyəsinin qismən oxşarıdiir 

ki,  burada  müəyyən  sinif,  partiya  mövqeyindən  ictimai 

gerçəkliyin  sistemləşdirilmiş  qiyməti  verilir.  İdeologiyanın 

XVIII  əsr  siyasi  hərəkat  dövründə  yaranması  ilə  bağlı  geniş 

yayılmış  fikrə  baxmayaraq,  belə  düşünürük  ki, 

0

  dövlət  və 



siyasi  partiyalarla  eyni  vaxtda  meydana  gəlmişdir.  Öz 

maraqlarını  müdafiə  edərək  onlar  özlərinə  uyğun  gələn 

ideyaları generasiya edirlər. Məgər Platon və Aristotelin bir az 

sonra  Seneka,  Siseron  və  başqalarının  fəlsəfi  baxışlarında 

dünyagörüşünün  bir  aspekti  kimi  müəyyən  ideologiya  öz 

yerini  tutma-  mışdırmı?  İdeologiyada  ictimai  qrupların 

siniflərin  təcrübəsi  yığılır,  onların  ictimai-siyasi  vəziyyətləri 

və  məqsədləri  qısa  və  dürüst  ifadə  edilir,  nüfuzlu  ideyalar 

sistemi  qurulur.  Şüurun  spesifik  nəzəri  forması  kimi 

ideologiyanın  mühüm  xassəsi  ondan  ibarətdir  ki,  ictimai 

psixologiya  kimi  gerçəkliyi  məqsədin  bilavasitə  deyil, 

dolayısı,  bilvasitə  əks  etdirir,  özünün  kateqoriyalar 

instrumentarisini  işləyib  hazırlayır  ki,  özünə  xas  olan 

mücərrədliklə  sanki  gerçəklikdən  uzaqlaşır,  bunun  da 

nəticəsində  ideologiyanın  öz-özünə  yaranması  sxolostik 

nəzəriyyəyə  yuvarlanmaq  qorxusu  yaranır.  İdeologiya  xəyali 

və yalan, mütərəqqi və mürtəce, humanist və insanlara nifrət 

ruhunda  ola  bilər.  Hər  şey  onun  məzmunundan  və  onu 

doğuran,  qidalandıran  və  xalq  kütləsinin  şüuruna  yeridən 

ictimai-tarixi kontestdən asılıdır. 



333 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə