Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə116/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   148

İ.Kepler təsdiq edirdi ki, riyazi prinsiplər ilahi iradənin gözlə 

görünən  ifadəsidir.  Heyzenberqə  görə,  yeni  təfəkkür  dindən 

uzaqlaşma ilə heç bir əlaqəsi yoxdur; elm dinlə ziddiyyət təşkil 

etmir.  “Şeylərin  məhrəmanə  A  (gizli)  məğzi  -  onların  maddi 

təbiətində  deyil;  biz  şeylərin  maddi  inikasından  daha  çox 

ideyalarla  üzləşirik”  (Гейзенберг  В.Шаги  за  горизонт  М 

1987,  е.  329).  Nyuton  təbiətə  dair  təmiz  mexaniki  baxışların 

məhdudluğunu  başa  düşürdü:  o  mövcud  olanların  daha  dərin 

əsaslarını tapmaq istəyirdi. Əlkimyanı əsaslı surətdə öyrənərək 

burada  varlığın  hansısa  qəribə,  təəccüblü  kəsiyini  axtarırdı. 

Nyutonun  yaradıcılığı  üçün  varlığın  öyrənilməsinə  dərin, 

ümumiləşdirilmiş  fəlsəfi  yanaşma  xarakterikdir.  Onun 

yaradıcılığında, elmi fikrində axtarışın iki istiqamətinin - həqiqi 

dinin  axtarışı  və  dünyanın  həqiqi  bütöv  mənzərəsinin 

axtarışının  -  dərin  əlaqəsi  mövcud  idi.  Bununla  yanaşı  ona 

dünyagörüşünün  üçüncü,  əxlaqi  idrakla,  əxlaqın  həqiqi 

prinsiplərinin  axtarışı  ilə  bağlı  olan  komponentlər  xasdır. 

Nyutonun fikrincə, əxlaqi qanunlar Kainatda insanın yarandığı 

vaxtdan yeddi ehkamda öz əksini tapmışdır. Onlardan birincisi 

“Allahın vahidliyini qəbul etməkdir... Bunsuz yaxşılıq, səxavət 

ola  bilməz...”  (Ньютон  И.  Оптика  или  трактат  об 

отражениях, преломлениях, изчибаниях и цветах света; М, 

Л. 1927, с. 315,371). 

Dünyada  elə  sahə  var  ki,  orada  problemlər  qurtarır  və 



sirlər başlanır: bu transendent (təcrübə xaricində olan, dərk 

edilə  bilməyən)  sahədir.  Müdrik  adam  bununla  barışa  bilər, 

barışmaq  üçün  isə  mərdlik  lazımdır  ki,  etiraf  edə  və  qəbul 

edəsən ki, heç də hər şey bizdən asılı deyildir, hətta hər şeyə 

nüfuz edən  əqlin özü üçün belə  aradan qaldırıla  bilməyən və 

içərisinə daxil olunması 



356 


mümkün  olmayan  bir  şeyin  varlığını  qəbul  etməyə  hazır 

olasan.  Biz  dünyada  öz  varlığımızın  sonlu  olması  ilə,  əzablı 

günlər 

yaşamağımızla, 



öz 

pis 


xasiyyətimizlə 

bacarmamağımızla  barışmalı  və  qəbul  etməliyik.  Bu 

problemləri  “mədəni  tərəqqi”  prosesi  ilə  aradan  qaldıra 

bilmərik,  belə  ki,  mədəni  tərəqqinin  özü  belə  heç  də  çox 

yüksəkdə deyildir. 

Fəlsəfə  tarixində,  düşünürük  ki,  çox  ağıllı  hir  mövqe 

məlumdur;  bu  baxışlara  görə  Allah  bilavasitə  dərk  oluna 

bilməz, 


0

  öz  yaratdıqları  və  hiss  üzvlərimizlə  qəbul 

etdiklərimizdə  öz  mahiyyətinin  şüaları  ilə  işıqlanır.  Allahın 

görünməməzliyi  -  ateistlərin  birinei  arqumentidir.  Lakin  heç 

bir ateist şüuru inkar etmir, ancaq o da görünməzdir. Vicdan da 

görünməzdir, ancaq o insanın hərəkətlərində, sözlərində özünü 

göstərir. Əgər kimsə sübut edə bilmirsə ki, Allah mövcuddur 

və ona görə də mübariz ateist olur, onda qoy o sübut etsin ki, 

Allah  yoxdur.  Bu  heç  vaxt  və  heç  kəsə  nəsib  olmayıb  və 

prinsipcə heç kəs buna nail ola bilməz. 

Dinin  əqidə  azadlığı  -  hər  bir  adamın  əsas  ayrılmaz 

hüququdur. Ona görə də həm başqa dinə qulluq edənlərə, həm 

də ateistlərə dözümlü yanaşmalıdırlar: Allaha inamsızlığın özü 

də inamdır, ancaq bu mənfi yönümlüdür. 

Allaha  səcdə  edən,  ibadət  edən,  məscidə  gedən,  dini 

əxlaqi prinsiplərə hörmət edən, öz ruhunun rahatlığına çalışan 

adam şər işlərlə məşğul ola, insanlara nifrət edə, özündən razı 

eqoist həyat yaşaya və bununla cəmiyyətə xeyir gətirə bilməz. 

Həqiqi inam özünün həyata keçməsi üçün mütləq fərdi 

əxlaqi  qəhrəmanlığa  -  insanlara  xidmət  işinə  çevrilməlidir. 

Buna  görə  də  din  adamların  məhəbbət  və  xeyirxahlıqla 

birləşməsinə kömək edir. 



357 



Din  də  cəmiyyət  kimi  yetkin  olmayan  inamlardan: 

fetişizm,  totemizm,  magiya,  animizdən  keçərək  dünya 

dinlərinə  qədər  yüksəlmişdir.  Fetişizm  -  gerçəkliyin  müxtəlif 

obyektlərinə - pərəstiş, ehtiramdır; onlar fövqəltəbii xassələrə 

malikdir,  müalicə  edir,  düşməndən  qoruyurlar,  istənilən 

predmet fetiş ola bilər. Totemizm - insan qruplarının hər hansı 

heyvan  və  ya  bitki  növləri  ilə  qohumluğuna,  fövqəltəbii 

əlaqəsinə  inamdır.  Totemizm  ovçuluq  və  yığımla  bağlıdır. 

Magiya  etiqad  və  inamların  məcmusudur;  onun  əsasında 

adamlara, eyni zamanda ətraf mühitdəki hadisə və predmetlərə 

müxtəlif  üsullardan:  cadu,  mərasim  oyunları,  dualarla, 

ovsunlamaqla  və  s.  -  istifadə  etməklə  təsir  etmək  imkanına 

inam dayanır. Animizm isə predmetlərdə və ya bizdən kənarda 

mövcud olan mənəvi varlığa inama əsaslanır. İbtidai insan hələ 

özünü təbiətdən ayırmamışdır və bütün hadisə və predmetlərə 

özünə xas olan xassələri şamil edirlər. 

Dövlətin  yaranması  ilə  milli  dövlət  dinləri  yarandı, 

çoxallahhlığa və təkallahhğa inamdan keçən etiqad nəhayət üç 

dünya  dininin:  buddizm,  xristianlıq  və  islamın  yaranması  ilə 

yekunlaşdı.  Bu  məsələ  ilə  bağlı  dərsdən  əlavə  vaxtlarda 

diskussiyalar keçirməyi məqbul hesab edirik. 

Estetik şüur - mənəvi mədəniyyət fenomenidir. Bir çox 

mütəfəkkirlərin qeyd etdiyi və Hegelin müfəssəl açıqlamasına 

görə, əql hissiz ölüdür və iradəsiz gücsüzdür. Həqiqət və Xeyir 

gözəllik  olmadan  tam  ola  bilməz,  o  da  öz  növbəsində  əqlin 

həqiqətə  yaxınlaşdığı,  iradənin  xeyirə  istiqamətləndiyi  yerdə 

təzahür edir. Hegel yazırdı: “Mən əminəm ki, bütün ideyaları 

əhatə  edən  əqlin  yüksək  aktı  estetik  aktdır  və  həqiqət  və 

xeyirxahlıq yalnız gözəllikdə 



358 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə