Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə114/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   148

olan  hər  şeyi  etməyi  insan  özünə  borc  bilir.  İnsan  məxsus 

olduğu  ictimai  qrupun  maraqlarına  uyğun  olanları  yerinə 

yetirməyə özünə borc bilir. Əxlaqi prinsipləri bilməklə yanaşı, 

bu  prinsiplərlə  yaşamaq  da  vacibdir.  Əgər  insan  vətəninin 

üzləşdiyi  bəlaları  öz  şəxsi  bəlaları  kimi  yaşayırsa,  öz 

kollektivinin uğurlarına  öz uğurları  kimi  sevinirsə onda o öz 

borcunu  həm  bilir,  həm  də  onu  yaşayır.  Başqa  sözlə  desək, 

borc  hüquqi  baxımdan  yox,  əxlaqi  baxımdan  yerinə 

yetiriləndir. Vicdan  şəxsiyyətin əxlaqi özünə nəzarəti həyata 

keçirmək bacarığı; öz qarşısına əxlaqi cəhətdən qəbul olunmuş 

məqsədləri  qoymaq  və  etdiyi  hərəkətlərini  qiymətləndirməyi 

həyata keçimıək, öz hərəkəti üçün şəxsi cavabdehlik hissidir. 

Başqa sözlə desək, vicdan - şəxsiyyətin cəmiyyət qarşısında öz 

borcu və məsuliyyətini dərk etməsidir. 

Vicdan  haqqında  danışarkən  qəlbimizin  müsbət 

çağırışını,  elədiklərimizlə  bağlı  daxili  məzəmmət  nəzərdə 

tutulur.  Adamların  hərəkətlərinin  lazımlı  olması  və  daxili 

caöaÖH arasında kəskin toqquşma var. Bu toqquşmanı daxili 

məhkəmə  -  vicdan  məhkəməsi  həll  edir.  İnsanın  daxilən 

keçirdiyi hisslər, gördükləri səhv işlə bağlı peşmançılıqları ona 

əzab verir, ən qəti qanunlardan, cəzadan daha çox əzir. Başqa 

sözlə  desək,  vicdan  daxilimizdə  öz  şəxsi  hisslərimiz, 

arzularımız,  düşüncələrimiz,  sözlərimiz  və  hərəkətlərimizlə 

bağlı  olan  məhkəmədir,  yəni,  daxilimdəki  “Mən”im  özümə 

qarşı  qurduğum  məhkəmədir.  Vicdan  mexanizmi  insanın 

ikiləşməsini  aradan  qaldırır.  Hər  şeyi  düzgün  başa  düşmək 

olmaz,  ancaq  ədalətsiz  də  hərəkət  etmək  yaramaz.  Vicdanla 

gizlənqaç  oynamaq  olmaz.  Onunla  heç  bir  sövdələşmə 

mümkün deyildir. 

350 



Əxlaq  kateqoriyaları  sistemində  şəxsiyyətin  ləyaqəti, 

yəni onun öz ictimai əhəmiyyətini və ictimai hörmət hüququnu 

başa  düşməsi  mühüm  yer  tutur.  İnsan  ləyaqətinin  ölçüsü 

ictimai faydalı əməkdir. 

Etikanın köklü məsələsi - insan həyatının mənasıdır, o, 

özündə şəxsiyyətin mövqeyini, cəmiyyətin inkişafının ümumi 

meyllərinə,  subyektiv  məqsədlərin  əsas  istiqamətləri  ilə 

üst-üstə  düşməsini  birləşdirir.  Bu  da  mənəvi  zövqdən  doğan 



xoşbəxtliklə  sıx  bağlıdır.  Xoşbəxtliyin  sirri  -  həm  adamlara, 

həm də özünə sevinc bəxş etmək, öz həyatını elə qurmalıdır ki, 

bu vaxt yaradıcılıq qabiliyyəti tam aşkar olunur. Xoşbəxtliyin 

mənbəyi insanın fiziki və mənəvi gücünün tam təzahüründədir. 

Yaradıcılıqda  insan  öz  fərdi  keyfiyyətlərini  aşkar  edir,  öz 

Məninin keyfiyyətlərindən, onun ümumi mədəniyyət dənizinə 

tökdüyündən zövq alır. 

Kantın  fikrincə,  insanda  iki  şey  ona  zövq  verir  və 

ruhlandırır - bu başımızın üstündəki səma və daxili- mizdəki 

mənəvi qanundur. 



Dini  şüur  qədim  dövrdə  yaranmış,  ictimai 

münasibətlərin inkişafı ilə bağlı müxtəlif dəyişikliklərə məruz 

qalmış,  bizim  günlərdə  də  adamların  davranış  və  əməllərinə 

təsir  etməkdə  davam  edir.  Tələbələrin  nəzərinə  çatdırmaq 

lazımdır ki, din insan və cəmiyyətin mənəvi həyatının mühüm 

və zəruri fenomenidir. Şopenhauerin sözləri ilə desək, “xalqın 

metafizikası”,  yəni  fəlsəfəsi  onun  dünyagörüşünün  ayrılmaz 

komponentidir.  Dinin  öyrənilməsi  ilə  ilk  növbədə  ilahiyyat, 

eyni zamanda tarix və fəlsəfə məşğul olmuşlar. İlahiyyat vəhy 

yolu  ilə  verilən  dini  şüurun  faktlarının  adekvat  şərhinə  cəhd 

edir. Tarix dini şüurun yaranması və inkişafı prosesini tədqiq 

edir, müxtəlif dinlərin yaranmasının ümumi prinsiplərinə 



351 


müqayisə edir və onların təsnifatım verir. Fəlsəfə ilk növbədə 

dinin  mahiyyətini  təhlil  verir,  dünyagörüşü  sistemində  onun 

yerini müəyyənləşdirir, onun psixoloji və ictimai aspektlərini, 

onun ontoloji və idrakı mənasını aydınlaşdırır, inam və biliyin 

qarşılıqlı  münasibətini  işıqlandırır,  insan  və  Allahın 

münasibəti  problemini,  dinin  mənəvi  mənasını  və  onun 

cəmiyyət  həyatındakı  rolunu,  həm  insanın,  həm  də 

bəşəriyyətin mənəvi inkişafını təhlil edir. 

Dinə müxtəlif aspektlərdən baxmaq lazımdır. O, Allahı 

onun insana, təbiətə və cəmiyyətə münasibətində Mütləq kimi 

qəbul edir. Dinin mühüm funksiyası mənəvi- sosial ibadətdir: o 

xalqların  qəlbinə  dinclik,  həmfıkirlilik  və  məhəbbət 

yaymaqdır.  Din  iki  dünyanın  -  yer,  təbii  -  ictimai  və 

transendental  -  həyatını  birləşdirir.  Dində  fərdi  ruhun 

transendentalla  münasibəti  mühüm  əhəmiyyət  kəsb  edir- 

bununla şəxsi təsəllivericilik bağlıdır. Bu da mənəvi başlanğıca 

maddi ilə vəhdətdə baxmağa imkan verir. 

Bəşəriyyət dini şüurun və təcrübənin ona yad olduğu bir 

xalq tanımır. Bu da o deməkdir ki, dünyanın bütün xalqlarına 

əvvəlcədən mənəvilik dini tələbatı və ona müvafiq ideya, hiss 

və təcrübə sahələri xasdır. İnsanın və bəşəriyyətin bu tələbatı 

elmin, fəlsəfənin və incəsənətin inkişafı nəticəsində nə itmir, 

nə də ki, heç azalmır. 

Din terminin özünü müxtəlif cür şərh edirlər; bəzilərinə 

görə  bu  latın  sözü  olub  (religare)  -  bağlamaq,  başqaları, 

məsələn, Siseron relegere - yığmaq mənasını bildirdiyini qeyd 

edirlər. Lakin onun ən adekvat kökü religio - sözündən olub - 

möminlik, 

müqəddəslikdir. 

Mahiyyətcə 

din 

mütləq 


başlanğıcın, yəni Allahın tanınmasının ifadəsidir, ondan sonlu 

olan  hər  şey,  -  o  cümlədən  insan-həyatımızı  Mütləq  olanla 

razılaşdırmağa 

352 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə