cəhdimizdən asılıdır. Ona görə də hər bir dində iki tərəf: nəzəri
- Mütləqi anlamaq ifadə olunur və praktiki - Mütləqin insanın
həyatı ilə real əlaqəsinin yaradılması- tapmaq olar. Bununla
belə Allahın dərk olunması son dərəeə müxtəlif ola bilər və
daşa (litolatriya), bitkiyə (fıtolatriya), heyvana (zoolatriya),
oda (pirolatriya), insana (antropomorfıznin müxtəlif formaları)
ehtiramla ifadə olunur. Nəhayət, Mütləq müeərrəd ideya
formasında təsəvvür oluna bilər, məsələn, Allahın müxtəlif
deist, teist, panteist - formada qəbul olunması.
İsa peyğəmbər. Məhəmməd peyğəmbər və başqa
peyğəmbərlər haqqında inamla danışmağımıza səbəb heç də
0
deyil ki, onlar haqqında müxtəlif mənbələrdə məlumatlar var -
ayrı-ayrı vaxtlarda güelü hərəkatın yaranması və ona böyük
şəxsiyyətlərin başçılıq etməsi əsas amildir.
Dini şüurun bütün formalarında ali başlanğıeı və onun
sonlu şeylərin möveudluğu ilə əlaqəsini görürük. Həm Allaha
sitayişin zəruriliyi, ibadət və qurbanlar, həm də dinin yalnız
əqlin nəzəri tələbatına deyil, eyni zamanda əxlaqi (bizim
iradəmizin sahəsi) və estetik başlanğıea, ilk növbədə hisslərə
xidmət etməsi bu əlaqə ilə izah olunur.
Beləliklə, dinə insanın mənəvi tərəfinin hər hansı bir
cəhətinin, fəaliyyətinin ifadəsi kimi baxmaq olmaz. Dində
insan öz mənəvi tələbatları və meylləri ilə iştirak edir. Buna
görə də mütəfəkkirlər dinin müxtəlif tərəflərinə diqqət
yetirirlər. Belə ki, bəziləri dinin emosional tərəfini xüsusi
vurğulayır və dini hissləri qeyd edirlər. Kant dinin əxlaqla sıx
əlaqəsini önə çıxarır, dinə Allahın iradəsi ilə əxlaqi qanunların
tanınması kimi baxırdı. Kanta görə din - bizdə yaşayan qanun,
Allahın dərk olunmasına yönələn əxlaqdır. Hegel dini
səmərələşdirir, onu Mütləq ruhun obyektivləşməsi kimi
xarakterizə edir. Onun fikrincə, din
353
bizim həyatımızın ən vacib işidir: din üçün ilk növbədə bizim
ürəyimiz maraqlıdır. O, hisslərimizdə və əməllərimizdə
təcəssüm edir, fikrin yüksək surətlərini yaradır və qidalandırır,
qəlbimizin sevincini parlaq əxlaqi rəngləri ilə bəzəyir.
Dinin mahiyyəti haqqında məsələyə nisbətən dinin
mənşəyi haqqında məsələ ilə bağlı daha çox fikirlər var. İlk
növbədə dinin meydana gəlməsinin psixoloji səbəbini, o
cümlədən dini şüurun ictimai kökünü fərqləndirmək vacibdir.
Şübhəsiz ki, asılılıq hissi, o cümlədən əxlaqi xarakterli
səbəblər, xarici və daxili aləmin hadisələrini simvollaşdıran
xəyallar, nəhayət, mövcud olan (varlıq) haqqında biliklərin
şərtsiz təhlilinə meylli olan əql - dinin meydana gəlməsində
mühüm rol oynayan səbəblərin məğzidir. Lakin bu ilkin
şərtlərlə dini inamların bu və ya başqa konkret formasının
yaranmasını izah etmək olmaz. Qeyd olunan səbəblər insanda
dindarlıq adlanan qurum yaradır.
Dinin meydana gəlməsinin əsasında duran prinsiplər iki
qrupa: yüksək naturalist və rasionalist - bölünür. Birincilər dini
şüurun anadangəlmə olması haqqında danışır və vəhyi onun
mənbəyi kimi göstərirlər. İkincilər isə, ya dinin yaranmasında
insanın refleksiyasım və şüurlu niyyətini (yevgemerizm), ya
hakimiyyəti saxlamaq üçün müə}^ən adamların praqmatik
cəhdi (Hobbs, Bolinbrok), ya təbiətin məlum qüvvələrinin
təcəssüm etdirilməsi (Epikür, Yum), ya məlum mənəvi
keyfiyyətlərin obyek- tivləşdirilməsi (Feyerbax, Renan), ya da
əcdadlara ehtiramı (Spenser) nəzərdə tuturlar. Sadaladığımız
nöqteyi- nəzərlərdə çox mübahisəli və az izah olunan cəhətlər
var: insanın mənəvi aləminin dini vəziyyəti və
354
məzmunu - çox fərdi və fövqəladə dərəcədə incə işdir, o hər
hansı anlayışın quru çərçivəsinə salına bilməz.
Dinin qnoseoloji mənası və ya inamın biliyə
münasibəti problemlərinə gəldikdə isə onlar bu və ya digər
mütəfəkkirlərin ümumi fəlsəfi mövqeyindən asılı olaraq həll
olunur. Bu problemə üç yanaşma məlumdur: sientist-
pozitivist, tarixi (təkamül) və mütləq. Birinci yanaşma dini
biliyin aşağı növü kimi şərh edir, onu mövhumata aparır, bu da
elmin inkişafı ilə guya aradan qalxır, ikinci yanaşmanın
tərəfdarları, dinə biliyin inkişafda olan, həmişə, hətta biliyin
başqa yüksək foraıasına keçdikdə belə öz əhəmiyyətini
saxlayan forması kimi baxır. Burada onun əsasən səmərəli
(rasional) aspektindən (əlbəttə bu da inkar olunmur) daha çox
hissi aspekti nəzərə alınır. Nəhayət, üçüncü yanaşma dini və
elmi biləklərə insanın mənəvi fəallığın iki müxtəlif və bərabər
forması kimi baxır: onlar arasında həmişə sərhəd axtarılır,
insan və cəmiyyət üçün istər məğzi, istərsə də əhəmiyyəti ilə
bağlı çox şey uydurulur. Belə düşünürük ki, iki həqiqəti - elmi
və dini - axtamıağın (orta əsrlərdə olduğu kimi) mənası
yoxdur. Həqiqətin mahiyyətinin şərhinə idrakın obyektinin
spesifikliyini nəzərə almaqla yanaşmaq daha düzgün olardı.
Tarix göstərir ki, elmin özündə də həqiqət hesab olunanlar
sonradan inkar olunmuş və ya dəyişdirilmiş, inkişaf etdirilmiş,
fərqləndirilmişdir və s.
Dünyanın elmi mənzərəsinin təşəkkül tapması dinə zidd
deyil və dünyanın dini dərk olunmasını zəiflətmir. Elmə geniş
miqyaslı tövbələr vermiş mütəfəkkirlərin (Kopernik, Nyuton,
Eynşteyn, Heyzenberq və b.) dinə dözümlü yanaşmalarına və
onun haqqında müsbət fikirlər söyləmələri faktlarına paradoks
kimi baxmaq olmaz.
355
Dostları ilə paylaş: |