Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə112/148
tarix06.05.2018
ölçüsü3 Mb.
#42497
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   148

çünki hakimiyyət başqalarını idarə etmək üçün xalq tərəfindən 

verilən səlahiyyətə malikdir və onlara tərbiyəvi təsir etməlidir. 

Qanunlara riayət olunmasını dövlət təmin edir, lazım gəldikdə 

isə  hətta  məcburiyyətə  də  əl  atılır.  Təəssüf  ki,  sadə  adamlar 

(təkcə onlar yox) hüquqi şüurun çox aşağı səviyyəsindədirlər, 

ancaq  bu  hüquqi  şüurun  məğzi  yox  onun  müxtəlif 

səviyyələridir. Hüququ başa düşmək üçün nəyin qanuni və ya 

qanuna  zidd  olmasını,  eyni  zamanda  onun  yerinə 

yetirilməsinin  məcburi  olmasını  dərk  etməkdir.  Hüquq 

cəmiyyətdə  azad  adamların  yaşamasının  zəruri  şərtidir.  Əgər 

sən  azad  olmaq  istəyirsənsə,  onda  öz  azadlığını 

məhdudlaşdırmalı, başqalarına azadlıq verməlisən. 

Beləliklə,  hüquqi  şüurun  adi  -  praktiki  səviyyəsi 

qüvvədə olan qanuni əxlaqi tələblərə uyğunluğu mövqeyindən 

qiymətləndirməyə  cəhd  edir,  nəzəri  hüquqi  təfəkkür  isə 

qüvvədə olan hüquqa onun ictimai və siyasi mənası, ictimai və 

siyasi həyatın real proseslərinin obyektiv şərtlənmiş səmərəli 

tələblərinə müvafiq mövqedən baxaq. Təbii ki, insan ağlı canlı 

varlıq  kimi  hüquqi  şüurdan  və  müvafiq  davranışdan  kənar, 

yəni  hüquqi  ölçüdən  kənar  yaşaya  bilər.  Lakin  bu  vaxt  o 

istənilən  qəbul  olunmuş  və  olunmamış  davranışlara  əl  atır, 

qorxu, təlaş, həyəcan içərisində yaşayır, mənasız həyat keçirir. 

Yalnız qəbul olunmuş hüquq normalarına hörmət və ona uyğun 

yaşamaq insanın mənəvi dünyasına uyğundur. 



Əxlaqi  şüur.  Hüquqi  nizamasalma  -  insanların 

davranışının  qanunlar  sisteminin  köməyi  ilə  nizama 

salınmasıdır. Onun təsirindən kənarda insan münasibətlərinin 

bö}mk hissəsi qalır ki, bu da əxlaq adlanır. Qanunla, məsələn, 

ədəb qaydalarının pozulması, nəzakət- sizlik üçün heç bir cəza 

nəzərdə tutulmur. Bu ictimai və 



344 


şəxsi  fikirlə  məzəmmət  olunur.  Platon  qeyd  edir  ki,  biz  çox 

vaxt  ictimai  rəylə  hesablaşırıq  ki,  nə  isə  deyəndə,  hər  hansı 

hərəkəti  edəndə  bizə  dəli  deməsinlər.  Bu  qorxunu  biz  eyib 

hesab edirik (Платон Поли. Собр. Соч. Рр 1928, Т13. С. 45). 

Bu  isə  çox  vaxt  qanunda  olmayan  qadağalar  qoyur. 

Cəmiyyətdə  adamların  həyatı  yalnız  hüquqi  deyil,  həm  də 

nizamlayıcı prinsiplərinə tabe edilir ki, bu da etika ilə öyrənilir. 

Etika  adamlar  arasına  mövcud  olan  münasibətlər  və  bu 

münasibətlərdən  doğan  vəzifələr  haqqında  elmdir.  Lakin 

substansiya  ictimai  qovuşmuş  həyatı  olmadan  ağlabatan 

deyildir,  yəni  əxlaq  fenomeni  yalnız  cəmiyyətdə  adamların 

qarşılıqlı münasibətində onların təbiətə, Allaha münasibətində 

mümkündür,  bu  cür  həyat  isə  tələb  edir  ki,  şəxsi  yaxşılıq, 

səxavət insan varlığının ən ümumi prinsipinə çevrilsin. 

Əxlaq yazılmamış qanunların tarixən sistemidir, ictimai 

şüurun əsas dəyər formasıdır ki, burada insan hərəkətlərinin, 

rəftarın  ən  ümumi  və  normativ  qiymətləri  öz  əksini  tapır. 

Əxlaqi  baxışların  özü  bizə  ümumi  işlərin  qayğısına  qalmağı 

müəyyənləşdirir,  belə  ki,  bunsuz  əxlaq  eqoistliyə  gətirib 

çıxarar. 

Əgər  insan  əxlaqi  cəhətdən  tərbiyəli  və  xüsusən  də 

dindardırsa, bu və ya digər həyati qərar qəbul edərkən xarici 

qaydalardan  doğan  mülahizələrə  (karyera,  gəlir  və  s.)  deyil, 

sırf  vicdanın  səsinə  uyğun  hərəkət  etməlidir.  Əxlaqlı  adam 

həssas,  vicdana  çox  qəribə  özünənəzarət  qabiliyyətinə 

malikdir. Vicdan mexanizmi şəxsiyyətin haçalanmasmı aradan 

qaldırır.  Məhkəmədə  olan  cinayətkar  özünü  müdafiə  üçün 

törətdiyi  əməlin  ehtiyatsızlıqdan,  səhlənkarlıqdan  irəli 

gəldiyini bildirir. Özünün günahsız olması üçün təbii baş verən 

hadisəni  başqa  istiqamətə  yönəltməyə  çalışır.  Hətta  onu 

müdafiə 

345 



edən vəkil belə ittihamçının cam ilə bağlı dəlillərin qarşısında 

aciz qalır cinayət  törədərkən ayıq  başlı caninin seçim imkanı 

olmuşdur 

Əxlaq insanın ailəyə, öz xalqına, vətənə, digər xalqlara 

münasibətində  özünü  göstərir.  O,  şəxsiyyətin  özünün  özünə 

münasibətinə də şamil edilir. Əgər adam özünə işgəncə verirsə 

və  ya  intihar  edirsə  cəmiyyət  onu  pisləyir:  insan  -  ictimai 

varlıqdır. Cəmiyyət insandan tələb edir ki, o özünə cəmiyyətin 

mənafeyinə  uyğun  münasibət  göstərsin:  öz  sağlamlığını 

qorusun,  əməklə  məşğul  olsun,  özünü  ləyaqətli  aparsın. 

İnsanın hər şeyə qarşı biganə olmasına mənəvi haqqı yoxdur. 

İnsan  öz  pis  (və  ya  yaxşı)  hərəkətləri  üçün  onun  obyektiv 

əxlaqi  qiyməti  haqqında  biliyinə  uyğun  cavabdehlik  daşıyır. 

Qərəzli,  tamah-  karcasma  olan  hərəkət  təsadüfən  cəmiyyət 

üçün əhəmiyyətli olsa da “yaxşı hesab edilə bilməz”. 

Əxlaqi  şüur  özündə  əxlaqi  prinsipləri  və  normaları 

birləşdir.  Beləliklə,  əxlaq  -  həm  adamların,  onların 

davranışlarının obyektiv münasibətlərinin müəyyən tərəfi, həm 

də şüur formasıdır. Biz həm əxlaqi davranışın haqqında, həm 

də əxlaqi baxışlar, anlayışlar haqqında danışırıq. Əxlaqi şüur 

mürəkkəb  struktura  malikdir.  Yetkin  dünyanın  ictimai 

idealından  irəli  gələn  ən  ali  təzahürü  haqqında  baxışlar  və 

anlayışlar  kimi  əxlaqi  kateqoriyalar,  əxlaqi  hisslər  və  əxlaqi 

ideal onun ünsürlədir. 

İnsanın  əxlaqi  həyatının  əsas  təzahürü  cəmiyyət  və 

insanın özü qarşısında cavabdehlik hissi və bundan irəli gələn 

günahı və peşmançılığı dərk etməlidir. Adamların öz qarşılıqlı 

münasibətlərində əsas götürdükləri qaydalar əxlaq normalarını 

təşkil  edir,  o  kortəbii  olaraq  yaranır  və  yazılmamış  qanunlar 

kimi çıxış edirlər: ona hamı lazım 



346 


Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə