olan səviyyədə tabe olur. Bu həm cəmiyyətin adamlara
qoyduğu tələblərin ölçüsü, həm də bəyənmək və ya məzəmmət
etmək fomrasmda layiq olduğunun əvəzi ölçüsüdür. Tələb və
ya əvəzin düzgün ölçüsü ədalətdir: cinayətkarın ədalətli
cəzalandırılmasıdır; adamdan bacardığından artıq tələb etmək
ədalətsizlikdir; adamların qanun qarşısındakı bərabərliyindən
kənar ədalət yoxdur.
Əxlaq nisbi iradə azadlığını ehtimal edir, bu da
müəyyən mövqeyin şüurlu seçilməsi, qərarın qəbul edilməsi və
götürdüklərinə cavabdehlik imkanın təmin edilməsidir. Əgər
insanların davranışlarının fövqəltəbii qüvvələr tərəfindən,
xarici şəraitdən və ya anadangəlmə instinktləri ilə əvvəlcədən
müəyyən
olunsaydı,
onda
davranışın
əxlaqi
qiymətləndirilməsindən danışmağın mənası olmazdı. İnsanın
hərəkətləri heç bir şeylə şərtlənməsəydi, mütləq idarə azadlığı,
yəni tam özbaşınalıq hökmranlıq etsəydi, onda da əxlaq
olmazdı. Onda ictimai norma,
0
cümlədən əxlaq norması da
mövcud olmazdı. Əxlaqi normalar, prinsiplər və qiymətlər son
anda davranışın qaydasını ifadə edir və möhkəmləndirir, bu da
adamlar tərəfindən əməkdə və ictimai münasibətlərdə işlənib
hazırlanır.
Əxlaqın kökləri nəsillərin təcrübəsinə görə tarixi
tərəqqinin tələblərinə və maraqlarına cavab verən, cəmiyyət və
insanın qorunması və inkişafı üçün faydalı olan davranışlarda
möhkəmlənən adətlərə gedib çıxır. Əxlaq ilkin olaraq,
adamların faktiki Özlərini necə aparmalarında, özlərində və
başqalarında hansı hərəkətə yol verməklərində, kollektiv üçün
faydalılığı
baxımından
bu
hərəkəti
necə
qiymətləndirmək-lərində ifadə olunurdu.
Tarixi inkişaf gedişində əxlaq məlum varislik, nisbi
müstəqillik kəsb edir hər yeni nəsil bütün davranış
347
normalarını yenidən yaratmır, keçmiş dövmn əxlaqi
dəyərlərini mənimsəyir, onun formasını dəyişdirir və inkişaf
etdirir. İdrakın başqa sahələri kimi əxlaqda da tarixi tərəqqi
müşayiət olunur. Quldarlıq cəmiyyətinin əxlaqı qula “öz təbiəti
ilə rəzil olan” adam kimi baxırdı və ona görə də onlarla heyvan
və əşya kimi davranmağa bəraət qazandırırdı. Feodalizm
dövründə istismarın bütün iyrəndiyinə baxmayaraq əxlaqda bir
sıra irəliləyiş var idi: şəxsiyyət mənən zənginləşdi, onun
cəmiyyətlə münasibəti mürəkkəbləşdi, cavabdehlik hissi
yüksəldi, şərəf, ləyaqət, borc və s. anlayışların məzmunu
zənginləşdi. Feodal alicənablığı təhqir üçün duelə çağırmağa
məcbur edirdi. Lakin feodalın əxlaqı kəndlini soymağa, ilk
gecə hüququ və s. kimi normalara icazə verirdi.
Bunlarla yanaşı insan şəxsiyyətinin cəmiyyətə, ailəyə,
vətənə düzgün əxlaqi oriyentasiyasının nəzəri axtarışı meydana
gəldi və inkişaf etdi. Biliyin xüsusi forması kimi əxlaqi
baxışlar meydana gəldi.
Əgər əxlaqi normalar bu qədər dəyişkəndirsə, onların
doğruluğundan danışmaq olarmı? Etik relyativizmin
nümayəndələri əxlaqi qiymətin obyektiv meyarının mövcud
olması imkanını inkar edirdilər. Əslində, elm sahəsində həqiqət
və yanılmalar olduğu kimi, əxlaq sahəsində də adamların
davranışlarının düzgün və ya yanlış qiymətləndirilməsi
mövcuddur. Əxlaq normaları elmi əsaslandırılmaya möhtacdır
ictimai tərəqqinin mənafeyinə xidmət edən əxlaq normaları
doğrudur.
Əxlaqın başlanğıc kateqoriyaları xeyir və şərdir. Xeyir
insanların xoşbəxtliyinə kömək edən ifadədir. Şübhəsiz ki,
əxlaq - necə ki, xeyir - bizim üçün, Hegelin sözləri ilə desək,
özünün başqa özü ilə vəhdətədir, yəni nisbi və mütləqin,
ümumi və təkcənin əxlaqi sintezidir.
348
Yalnız xeyir özünü doğruldur və özünə inam yaradır. Xeyirxah
insan öz düzgün və xeyirxah işləri ilə özünü doğruldur.
Xeyirxahlığı qiymətləndirmək və onun mədəni əhəmiyyətini
başa düşmək üçün insanın özü onu sınamalıdır. Başqasının
xeyirxah işini qəbul etmək və onda yaşamaq lazımidir və hiss
etmək lazımdır ki, mənim xeyirxahlıq işığım mənim ürəyimi,
sözümü və həyatımın işlərini mənimsəyir və onu yeniləşdirir.
Bəlkə başqasının qeyri-xeyirxahhğını, onun düşmənçiliyini,
nifrətini, kinini duyasan, varlığın ümidsiz, əbədi atmosferi
kimi, həyat sistemi kimi hərtərəfli, uzun sınamaq daha yaxşı
olar.
Adamların ictimai və şəxsi həyatında mənfi hadisələr,
ləngidən və dağıdan qüvvə şər adlanır. Şər iradə cəmiyyətin
mənafeyinə zidd olanlara cəhd edir. Bununla belə tarixin
dialektikası daxilən ziddiyyətlidir. Hegelə görə, şər tarixin
yalnız tonnozlayıcı deyil, həm də hərəkətverici qüvvəsinin
təzahür etdiyi forma kimi çıxış edə bilər. Göte qeyd edirdi ki,
şər, inkar, tərəddüd kimi, insan əqlinin həqiqəti dərk etməyə
ədəbsiz hərəkətinin zəruri anı kimi, insan illüziyasına istehza
kimi çıxış edir. Tarixdə irəliyə doğru hər bir addım köhnə
“müqəddəslərə” qarşı etirazdır və müasirləri tərəfindən şər
kimi qiymətləndirilir.
İnsanın başqa adamlara müəyyən münasibətlə bağlı
olduğu hər yerdə qarşılıqlı vəzifələr yaranır. Cəmiyyətin hər
bir üzvünə öz xalqı, vətəni, digər xalqlar, öz ailəsi tərəfindən
qoyulan ictimai vəzifələr əxlaqi borc forması alır. Kanta görə,
xeyirxah insanın bu borca riayət edərkən göstərdiyi əxlaqi
möhkəmliyidir. Həqiqi əxlaq ayrı-ayrı adamlar və onların
yaşadıqları təbii və ictimai mühit arasındakı lazımi qarşılıqlı
fəaliyyətdir. Təbiət qarşısında da insan borcludur. Cəmiyyətə
və onun inkişafına xeyirli
349
Dostları ilə paylaş: |