salır, mədənijo'ətin inkişafına mənfi təsir göstərirdi. Məhz bu
vaxt təbii-elmi və humanitar biliklərin arasında, ümumiyyətlə
elm və əxlaqi-etik şüur arasında uyğunsuzluq daha da
dərinləşir.
Kapitalizm yarandığı vaxtdan indiyə qədər elmi və
maddi istehsal arasında qarşılıqlı əlaqə daim dərinləşir və
təkmilləşir. Bu gün bu proses istehsalın daha çox
avtomatlaşmasında, insan beyninin qismən kibernetik
qurğularla, kompüterlə əvəz olunmasında öz əksini tapır.
Elmin köməyi ilə az əmək çəkməklə böyük nailiyyət qazanmaq
mümkün olmuşdur.
Elmin ictimai əhəmiyyəti adamların həyat və əməyini
yüngülləşdirmək,
cəmiyyətin
təbiət
üzərində
ağıllı
hakimiyyətini
aıtımıaq,
ictimai
münasibətlərin
təkmilləşdirilməsinə kömək etmək, insan şəxsiyyətini
harmonikləşdirməkdən ibarətdir. Müasir elm öz kəşfləri və
ixtiraları hesabına adamların həyatını və fəaliyyətini
yüngülləşdirmək üçün xeyli iş gömıüşdür. Elmi kəşflər və
ixtiralar əməyin məhsuldarlığının yüksəlməsinə və məhsulların
artmasına gətirib çıxarmışdır. Lakin elm xəzinəsi bütün
adamlara eyni ölçüdə xoşbəxtlik gətirməmişdir. Elm çox güclü
silahdır, kimin əlində olmasından asılı olaraq adamlara ya
xoşbəxtlik, ya da ölüm gətirə bilər. Elm insansız gücsüzdür,
bununla belə elm insansız məqsədsizdir. Əksər kəşflər və
ixtiralar həm səmərəli, həm də dağıdıcı təsirə malikdir və buna
görə güclü imkana və təhlükəyə malikdir. Hər şey onun kim
tərəfindən və necə istifadə olunmasmdadır.
İ.Kant böyük alim olsa da həm elmə, həm də alimə
ehtiyatlı və tənqidi yanaşırdı. J.J.Russo kimi o ictimai, o
cümlədən elmi tərəqqinin ziddiyyətlərini görür, toplanan
biliklərin insanlara xeyir gətirməsindən ehtiyat edirdi.
371
Tarix sübut edir ki, elmi kəşflərin hələ təhlükəsi görünmədiyi
vaxtdan ayrı-ayrı mütəfəkkirlər onlarda olan öldürücü
təhlükələri görürdülər. Qonkur qardaşlarının söylədikləri bir
fikir ətrafında düşünməyə dəyər; “Deyirlər ki, Bertelo yazır ki,
elmi inkişafın yüz ilindən sonra insan atom nə olduğunu biləcək
və öz arzusu ilə günəş işığını azalda, söndürə və yenidən
yandıra biləcək. Klod Bernar öz tərəfindən bəyan etmişdir ki,
fiziologiyanın öyrənilməsindən yüz il keçdikdən sonra insan
həyatını idarə etmək və adam yaratmaq mümkün olacaq. Biz
etiraz etmədik, lakin düşünürük ki, dünya bu ana çatanda Yer
kürəsinə qoca ağsaqqal Allah əlində açar bağlamaları enəcək və
bəşəriyyətə deyəcəkdir: “Cənablar bağlanırıq!”.
Son vaxtlara qədər alimlər öz kəşflərinin dramatik və
faciəli nəticələri haqqında fikirləşmirdilər. Elmi biliyin hər
artımı əvvəlcədən xeyirli hesab olunur və bəraət qazandırılırdı.
Xirosima və Naqasakidən sonra vəziyyət dəyişdi: elmi
kəşflərin mənəvi dəyəri problemi yarandı. Məlum oldu ki,
həqiqət xeyirdən kənar, dəyərlər meyarından kənar mövcud ola
bilməz. Estetik inkişaf etmiş adama o tam açılır. Həqiqətin yeni
anlamı yarandı: həqiqət sadəcə olaraq doğru bilikdən daha
böyükdür. Kim elmdə irəliyə gedib əxlaqda geri qalırsa, o
irəliyə getməkdən daha çox geriyə gedir.
Bəşəriyyət bu gün Hamletsayağı olum, ya ölüm sualı
qarşısında dayanmışdır. Hər hansı ehtiyatsızlıq bəşəriyyəti
məhvolma təhlükəsi qarşısında qoya bilər. Dünyada xeyirlə
yanaşı şər də inkişaf etmişdir. Bir sözlə, elmin inkişafı bir sıra
həyat əhəmiyyətli, əxlaqı xarakterli problemlər yaratmışdır.
Məgər indi klonlaşdırma problemindən yan keçmək olarmı, bir
haqda ki, bunu insanın
372
üzərində həyata keçirmək istəyirlər? Bu insan ləyaqətini
azaltmaqla yanaşı, həm də onu təhqir edir.
Elmin funksiyaları: dərketmə, izahetmə, praktiki -
fəaliyyət, proqnozlaşdırma, dünyagörünüşü, ictimai yaddaş və
s. - haqqında qısa məlumat vermək məqsədəuyğundur. Tarixin
2,5 min illik dövrü ərzində elm inkişaf etmiş, zaman keçdikcə
keyfiyyətcə dəyişmişdir. Elm daim öz həcmini genişləndirir,
daha da mürəkkəbləşir. XX əsrin 60-cı illərindən Amerikalı
elm tarixçisi və filosofu Tomas Kunun elmin inkişafı
konsepsiyası daha çox tərəfdar toplamışdır. Kunun elmi
biliklərini təkamülü ilə bağlı düşüncələrinin əsasını belə bir
fakt təşkil edirdi ki, ictimaiyyatcı-alimlər əsaslı məsələlərlə,
ictimai nəzəriyyələrin başlanğıc əsasları ilə bağlı fikirlər
ayrılığına görə şöhrətlənirlər: təbiətşünaslar isə bu məsələ ilə
bağlı az mübahisə edirlər. Adi vaxtlarda isə onlar sakitcə işləyir
və sanki yazılmamış razılaşmanı müdafiə edirlər: nə qədər ki,
hamının olduğu elm məbədi silkələnmir onun özülünün
keyfiyyəti də müzakirə olunmur. Kun elmi metodologiyaya
“paradiqma” anlayışının gətirdi ki, bu sözün də hərfi mənası
nümunə deməkdir. Burada biliyin təşkilinin xüsusi üsulu qeydə
alınır; dünyaya yeni baxışı müəyyən edən, deməli həm də
tədqiqatlara təsir edən göstəriş verilir. Burada konkret
problemlərin həllinin hamı tərəfindən qəbul olunmuş
nümunələri verilir.
Elmin inkişafının alternativ modelini ingilis filosofu
İ.Lakatos irəli sürmüşdür. Elmi-tədqiqat proqramının
metodologiyası adlanan bu konsepsiyada seçilən tədqiqat
proqramının səmərəli həyata keçirilməsi tələb olunur. Elmin
dəyişikliyi fenomeninin dərk olunmasında K.Pop- perin
konsepsiyası mühüm rol oynamışdır. O, “elmi səmərələşdirici
nəzəriyyə” hazırlamağı qarşısına məqsəd
373
Dostları ilə paylaş: |