Kütləvi insanın mənfi xüsusiyyətlərini dəf etmək
imkanları zamanın özünə məxsusluğundan, texnoloji və digər
nailiyyətlərdən asılıdır. O, bu gün əvvəlki nəslə nisbətən daha
çox məlumatlıdır, xeyli çox şey bilir. Düzdür bu biliklər və
məlumatlar olduqea səthi xarakter daşıyır. Lakin bu gün
bunları dərinləşdirməyə öz tənbəllikləri və şəxsi loyallıqlarmı
dəf etmək üçün onlarda arzu və iradənin olmamasından başqa
heç nə mane olmur. Bunun üçün qeyri-məhdud texnoloji
imkanlar, insanlar arasında hər cür ünsiyyətin olması və digər
amillər
mövcuddur.
Mühazirədə
mədəniyyətin
“qeyri-klassikliyi” probleminə də toxunmaq məqsədə
uyğundur. Müasir mənəvi vəziyyətin məzmununa və
xarakterinə mədəniyyətin dinamikası, ilk növbədə incəsənət
onların qeyri klassik vəziyyətə keçməsi böyük təsir
göstərmişdir.
Klassik incəsənət konseptual aydınlığı və təsviri və
ifadə vasitələrinin müəyyənliyi ilə fərqlənirdi. Klassiklərin
estetik və əxlaqi idealları da onların surətləri və personajları
kimi aydın və asan dərk olunandırlar. Klassik incəsənət
insanda xoş hisslər və fikirlər oyatmağa cəhd etdiyindən
yüksəlmiş və nəcibləşmişdir. Yüksək və alçaq, gözəl və
eybəcər, həqiqət və saxtakarlıq arasında hədd klassik formada
daha aydın görünür. Qeyri-klassik mədəniyyət (“modern”,
“post-modern”) qeyd edildiyi kimi, anti-ənənəvi xarakter
daşıyır, kanonlaşdırılmış fonna və üsulları dəf edir və yenisini
işləyib hazırlayırdı. Onun üçün İdealı sadələşdirmək,
antisistemlilik xarakterikdi, İşıq və zülmət, gözəl və eybəcər
eyni sıraya qoyula bilər. Bundan başqa, tez-tez özbaşınalıq və
eybəcərlik çox vaxt şüurlu surətdə birinci plana keçirilir.
Əvvəlkindən fərqli olaraq, çox vaxt, şüuraltı (təltəlşüur)
sahələrə müraciət olunur.
395
Nəticədə fəlsəfə kimi incəsənət də aydınlaşdırır ki,
məsələn, azadlıq və ya qeyri-azadlıq siyasi-ideoloji ölçüyə
gəlmir. Onlar insan psixikasının dərinliyində kök salır və
hökmranlıq etmək və ya tabe olmaqla bağlıdır. Buradan belə
bir fikir formalaşır ki, ictimai qeyri-azadlığı aradan qaldırmaq
hələ azadlıq problemini sözün əsil mənasında həll etmir. XIX
əsr mədəniyyətində haqqında çox böyük diqqətlə danışılan
“balaca adam” artıq “kütləvi insana” çevrilməklə əvvəlki və
yeni hökmdarlardan da az olmayan tərzdə azadlığı boğmağa
meyl etdilər. Azadlıq probleminin siyasi və ictimai quruluş
haqqında məsələyə, insanın varlığının onun ictimailiyinə
uyğun gəlməməsi tam kəskinliyi ilə üzə çıxdı. Məhz buna görə
də XX əsrdə azadlıq mövzusuna, insanın daxili psixikasına və
daxili aləminə diqqət yetirən F.M.Dostoyevski və S.Kyerkeqor
yaradıcılığına maraq bu qədər böyükdür.
Nəticədə bu cür yanaşma təcavüzkarlığın təbiəti və
mahiyyəti, rasional və irrasionalhn, seksualhq, ölüm haqqında
düşüncələrlə zənginləşdirilən əsərlərlə davam etdirildi.
Qeyri-klassik mədəniyyətin və incəsənətin mübahisəli
və problemli cəhətlərinə, onların insanın təbii cəhətlərinin
qaranlıq tərəflərinə müraciət etməsinə baxmayaraq onda yalnız
rüsvayçı ünsürlərin deyil, həm də təmizləyici effektə çatmaq
vasitələri var. Məlumdur ki, biliksizlik susmaq, gizlətmə,
həyəean və təcavüzkarlıq doğurur. Bu cəhətləri aradan
qaldıımıaqla təcavüzkarlığı neytrallaşdırmaq mümkündür.
Bədii və başqa cür şər surətlərin axmaq, tərbiyəsiz ideal
təbiətləri onların həyata keçməsi şansını azaldır, çünki insan
səhnədə və ya kətanda gördüklərindən dəhşətə gələrək
gerçəklikdə ondan qaçmağa cəhd edir. Bununla belə, rasional,
irrasional və
396
yüksək rasionalın mürəkkəb kombinasiyası kimi müasir qeyri
klassik mədəniyyət ona görə yaranmışdır ki, maarifçi tipli
rasional mədəniyyət ən dəhşətli cinayətlərin qarşısını almaq
üçün kifayət etməmişdir; bundan başqa aydınlaşdı ki,
’’nəhəng” yalnız “əqlin yuxusunu” (F.Qoy- ya) deyil, həm də
onun “özündən razılığını” (Hayek) “doğurur”. Rasional
lahiyələr və sxemlər gerçəkliyi eybəcər şəkildə dəyişdirə bilər,
eyni zamanda ən vəhşi ehtirasların və instiktlərin işıq üzü
görməsinə mane olmur. İnsanda və sosiumda alçaq və qaranlıq
tərəflərə müraciət etməyə məcbur olan mədəniyyət
xəbərdarlıq edir. Mənəvi mədəniyyətin dialektikası mənəvi
istehsalın xüsusiyyəti ilə sıx bağlıdır.
Mənəvi mədəniyyətin maddi mədəniyyətdən fərqi
və onun spesifikliyi ilk növbədə ondadır ki, mənəvi
mədəniyyətin yekun məhsulu bir sıra ən müsbət xassələrə
malik olan ideal törəmədir. Onlardan ən başlıcası isə- onların
istifadə olunmasının ən ümumi xarakteridir. Elə bir mənəvi
dəyər yoxdur ki, idealda hamınınkı olmasın. Yevangiliyada
deyildiyi kimi, beş çörəklə min adamı doydurmaq olmaz, lakin
beş ideya və ya incəsənətin şah əsəri ilə bu mümkündür!
Maddi nemət məhduddur, nə qədər çox adam ona göz tikirsə,
bir o qədər onların hər birinə az pay düşür. Mənəvi nemətlərə
gəldikdə isə vəziyyət əksinədir. Nə qədər çox adam mənəvi
dəyərlərə sahib olursa onu artması ehtimalı çoxalır.
“Əmək hər cür rifahın mənbəyidir” ifadəsi mənəvi
zənginliyə münasibətdə yüz faiz düzdür. Bu zənginliyi
yaradan əməyin bir sıra özünəməxsusluğu var ki, onlardan da
ən başlıcası onun ən ümumi xarakter daşımasıdır. Mənəvi
əmək-ən ümumi əməkdir. Bu isə o deməkdir ki, birincisi, bu
əmək yalnız müasirlərin deyil, eyni zamanda
397
Dostları ilə paylaş: |