hər cür dəyərlərin dəyişilməz əhəmiyyətinin olmaması kimi
baxıla bilər.
Bu cür vəziyyətin ictimai xaosa və ya diktaturanın
qurulmasına gətirib çıxarması qorxusu ilə yanaşı bu cür
xaosdan qurtarmağa cəhd etməyin nəticəsi kimi mənəvi
xarakterli təhlükələrin də yaranması mümkündür.
“İnsan-kütlə” özünün pis və ya yaxşı tərəflərini
qiymətləndirməyə qadir deyil və ümumiyyətlə istəmir, o özünü
“hamı kimi” (Orteqa Qasset) hiss edir və buna görə heç
narahatda olmur. ’’Hamı kimi” özünü hiss etmək onun xoşuna
gəlir. O özündən çox şey tələb etmir, özünü təkmilləşdinnəyə
cəhd etmir, həyatını mürəkkəbləş- dirməməyə üstünlük verir
və axma doğru üzməyə meyllidir. Həyatın maddi tərəfmə
üstünlük verməklə müvəffəqiyyətə, yüksək rifaha və rahatlığa
nail ola bilər.
“İnsan kütlə” hər hansı əqli problemi həll edərkən başına
gələn ilk fikirlə məhdudlaşır. Bu cür təfəkkür daha yüksək,
layiqli və düzgün fikri qəbul edən təfəkkürdən fərqlənir. Eyni
zamanda o, yüksək estetik dəyərlər və xüsusi ilə də əməl
etməyə daxili tələbat hiss etmir. Mənəviyə qarşı jöiksək
nizam-intizam, tələbkarlıq ona yaddır. O, nə başqalarının
düzgünlüyünü qəbul etmək, nə də özü düzgün olmaq, kiməsə
öz fikirlərini qəbul etdirmək və ya qəbul olunmuş fikirlərə
qoşulmaq istəmir. Bununla belə onda enerjilik və dinamizm
güelüdür. Dünya onun üçün öz enerjisini və qabiliyyətini
qoymaq üçün geniş sahədir.
“Orta” adama ilk növbədə elm, texnologiya və
informasiya sahəsindəki nailiyyətlərə əsaslanan keçmişə
münasibətdə üstünlük hissi xasdır. Lakin bu vaxt o hiss etmir
ki, bu tərəqqi heç də onun xidməti deyildir, eyni zamanda bu
heç də mənəvi, mədəni, əxlaqi sahədə irəliyə
392
doğru hərəkət etmək demək deyildir. Buna görə də kütlə özünü
refleksiya ilə çətinliyə salmadan ciddi düşüncələrdənsə sadə
şüarları asanlıqla qəbul edir, sadə qərarlara daha tez reaksiya
verir. Praktiki olaraq həmişə kütlənin bu xüsusiyyətlərindən öz
şəxsi mənafeyi üçün nəticəni düşünmədən istifadə edən
demaqoqlar tanınır. Buradan da gücə, zülmə bir addım
qalır-belə ki, başqa şəraitdə axırıncı vasitə kimi çıxış edən güc
bu vaxt birinci addım kimi çıxış edir və bununla dialoqa və
əməkdaşlığa gedən yola sədd çəkir. Uğursuzluqlara və
çətinliklərə bəraət qazandırmaq üçün ən yaxşı yol və məlum
olmayanlar, dedi-qodular və uydurmalar əsasında asanlıqla
yaradılan düşmən surəti daha çox uyğun gəlir.
Kütləvi şüur dalğasında bizim dövrümüzün qorxulu
təhlükəsi və xəstəliyi olan təcavüzkar millətçilik məhz belə
yaranır və yayılır. Dünyada baş verən proseslər - suverenlik və
müstəqilliyin əldə edilməsi, eyni zamanda qarşılıqlı surətdə
bir-birindən asılılıq və qarşılıqlı təsir bunun üçün bir sıra əsas
verir. Sağlam millətçilik milli mənafelərin və vətənpərvərliyin
inikasıdır. Lakin millətçiliyin ifrat forması nəticə etibarı ilə
bəşəriyyət üçün təhlükə törədir.
Müasir həyatın kütləviləşməsi fonunda reallaşan daha
bir təhlükə - dini fundamentalizmin özünün ifrat formalarında
və sektalarında, xüsusi ilə də totalitar tipli formalarda
təsirlərinin güclənməsidir. Bu insanların ənənəvi xarakterli
dəyərləri itirməsi tarixi köklərindən uzaqlaşması, çoxlu
ümidlər verən nəzəriyyələrin özünü doğrultmamasmdan
yaranan peşmançılıq fonunda mümkün olmuşdur. Dini
fundamentalizm və totalitarizm insanların inam hisslərindən
sui-istifadə edərək adamların şəxsi həyat hüquqlarını
məhdudlaşdırır, yalnız dini həyat
393
tərzinə üstünlük verir, çox vaxt ekstremizm və terrorizm
rolunu tuturlar.
Millətçilik və dini fundamentalizm ilə bağlı
məsələlərə daha çox diqqət yetirmək lazımdır. Öz şəxsi
dəyərlərini qiymətləndimrəyi bacarmayan, özünün cəmiyyətdə
yerini və rolunu görməyən, öz yaşıdları olan başqa xalqların
nümayəndələri ilə milli dəyərlərə əsaslanan söhbətlərdə xalqını
layiqincə qiymətləndirməyə əmin olmayan, sözü və əməli hələ
də bir-birinə uyğunsuzluq təşkil edən tələbəni yalançı
“millətçi” ambisiyasından uzaqlaşmaq, sözün əsl mənasında
milli hissləri aşılamaq üçün nə edilməlidir? Bir çox səriştəsiz
adamların təşəbbüsü və kiməsə xoş gəlməsi xatirinə ali
məktəblərdə, xüsusən texniki ali məktəblərdə dinin
öyrənilməsinin ləğv edilməsi müasir gənclik və din arasında
bir boşluq yaratmışdır. Özünün dinə olan marağını, din tarixini
öyrənmək istəyini reallaşdınnaq üçün yaradılan süni maneəni
dəf edən gənc ayrı-ayrı məqsədlərə xidmət edən sektalara üz
tutmağa məcbur olur. Bunun qarşısını almaq gənclərin dinə
elmi yanaşmasını təmin etmək üçün bu gün vacib vəzifələrimiz
nədir?
“İnsan-kütlə” təbəqə olmayıb müasir orta insanın tipidir,
cəmiyyətin bütün qruplarında və sahələrində yayılmışdır. O,
həm də özünü elit və intellektual hesab edən mühitdə də ola
bilər. Onun xüsusiyyətləri hər yerdə özünü göstərir və eyni
zamanda sanki o heç yerdə yoxdur. Bu onun dəyişkənliyi, yəni
özünü dəyişdirmək imkanı ilə izah olunur. Kütləvi insan elədir
ki, onda onun özünün şəxsi özünü dəf etmək potensialı var.
Bunun üçün xarici maneə mövcud deyildir, bütün maneələr
daxili xarakter daşıyır və ona görə də dəfolunandır.
394
Dostları ilə paylaş: |