azaldılmışdır, belə ki, müxtəlif astroloji məktəblər eyni Zodiak
bürcünə müxtəlif daşları aid edirlər.
Müasir astrologiyanm daha məntiqi yanaşma üsulu
vardır-onlar
insanın
xarakterinin
harmonikləşməsinə
(ahəngdarlığına) kömək edən əlvan daşların seçiminə üstünlük
verir. Bu vaxt daşlar xarakterin müsbət xüsusiyyətlərini
gücləndirməli və arzuolunmaz və mənfi xüsusiyyətlri
zəiflətməlidir; lakin insanlar daşdan nə istədiklərini aydın
bilməlidirlər. Əgər bunu etmək çətindirsə, mütləq təcrübəli
astroloqa müraciət etmək lazımdır. Əfsuslar olsun ki, son
vaxtlar daşlardan şöhrət naminə istifadə edənlərin sayı xeyli
artmışdır. Bu isə təkcə onların özünə mənfi təsir etməklə
nəticələnmir, həm də ətrafdakıların daşlarla bağlı biliklərinin
zəifliyindən arzuolunmaz dəbə gətirib çıxarır.
Zərgərlik daşları talisman (himayədar) və ya gözmuncuq
şəklində istifadə oluna bilər. Talisman müəyyən geyfıyyətləri,
xarakterdəki xüsusiyyətləri möhkəmləndirir və qoruyub
saxlayır, onların inkişaf etməsinə kömək edir, sanki kənardan
diqqəti gəlb edir və onun sahibi üçün bu keyfiyyətlərə əlverişli
olan mikro iqlim formalaşdırır. Talisman həmin adamda irsən
olmayan heç bir yeni keyfiyyəti inkişaf etdirməyə qadir
deyildir.
Gözmuncuğu-qoruyan, mühafizə edən daşdır. O,
sahibini arzuolunmaz kənar təsirlərdən qorumaq üçün lazımdır.
O, seçim immunitetini yüksəldir və öz təsiri çərçivəsində
bədəndə olan qüsuru aradan qaldırmağa kömək edir.
Gözmuncuğu təhlükənin görünməz əlamətlərini instinktiv
olaraq duymağa kömək edir və adamı bu təhlükədən
uzaqlaşmağa və daha təhlükəsiz yerə getməyə vadar edir.
421
Hər bir daş, adətən həm talisman, həm də gözmuncuğu
xassələrinə malikdir; ona görə də daş seçərkən
bunu
mütləq
nəzərə
almaq lazımdır.
İntellelektual cəhətdən kifayət qədər inkişaf etməmiş adama
keflənməkdən qoruyan ametisti gəzdirməyin heç bir
əhəmiyyəti yoxdur, belə ki, Neptuna meyl edən bu daş talisman
kimi sahibinin şüurunu arzuolunmaz və gözlənilməz dərəcədə
genişləndirməsinə gətirib çıxaracaq ki, bu da alkoqollu
içkilərin təsirindən yaranan vəziyyətə uyğun olacaqdır və daşın
təsirini heçə endirəcəkdir.
Qrafinya Voronsovun əqiqdən qayrılmış üzüyü hədiyyə
kimi Puşkinə bağışlamasına həsr olunmuş şairin məşhur şeirini
xatırlamaq yerinə düşərdi. Burada Puşkin ona talisman kimi
müraciət edir, lakin bu daş şairə uyğun gəlmir. Ekspansiv şairə
əqiq deyil, zümrüd daha çox uyğun gəlirdi; əqiq isə sahibində
emosional ehtirasları daha da goşdururdu. Bayronda da
əqiqdən hazırlanmış üzük var idi. Əlbəttə, ola bilər ki, bu
təsadüfən üst-üstə düşən hadisədir. Lakin onlardan biri ölümü
ilə nəticələnən duelə təhrik olundu, digəri isə özü Yunanıstana
ölümünə qarşı getdi.
Göründüyü kimi, talisman seçimi-çox incə, çox zəhmət
və səbr tələb edən bir işdir. Belə ki, zərgərlik daşı seçərkən
yalnız doğulduğu ili, ayı və günü deyil, həm də doğulduğu saatı
4 dəqiqə fərq dəqiqliyi ilə nəzərə almaq lazımdır: bunsuz
doğum vaxtı çıxan Zodiak dərəcəsini hesablamaq mümkün
deyildir və bu da həmin adamın xarakterinin formalaşmasında
əsasdır.
Talisman seçərkən onun forması böyük əhəmiyyət kəsh
edir: belə ki, məhz forma bu və ya digər daşın təsirini
gücləndirir və ya zəiflədir. Daha kobud desək, talismanı
insanın xarakteri ilə ölçüb- biçməklə seçmək lazımdır.
422
Ekspansiv tezacıqlanan, əsəbi, səbirsiz, hövsələsiz adamlara
aktivləşdirən, fəallaşdıran qırmızı rəngli- yaqut, aydm-qınnızı
yəşəm daşları çox təhlükəlidir. Bu daşlar həmin adamı
düşünülməmiş hərəkətlərə təhrik edir. Bu daşlara təbii
qəddarlığı gücləndinnək xasdır. Bədxah, qərəzkar adamlarda
onlar pis şeytana çevrilirlər, çox vaxt qarşısı alınmaz, labüd
nəticələrə gətirir. Əksinə, utancaq, cəsarətsiz, qorxaq
adamlarda onlar tündməcaz tempe- ramentin, ehtirasın
inkişafına kömək edir, venada qanı sürətlə getməyə məcbur
edir. Parlaq-qınmzı rəngli daşlar qələbəyə inam oyadır,
gəmginliyi qovur, həyat eşqini yüksəldir.
Zümrüdü isə hamıya tövsiyə etmək olar, belə ki, bu
şeytan əleyhinə olan daşdır. O, insanda olan bütün yaxşı nə
varsa hamısını stimullaşdırır, insanı həvəsləndirir.
Gözmuncuğu seçmək kifayət qədər asandır. Sadəcə
olaraq onu nədən qorumaq lazım olduğunu müəyyən etmək
lazımdır. Gözmuncuğunu Zodiak bürcünə uyğun seçmək heç
də vacib deyildir. Ulduz falına uyğun gəlməyəndə, o bir az öz
gücünü itirir, lakin bununla belə, onun birbaşa təsiri qalır.
Yalnız talisman kimi seçilən daşın xassələrinə diqqət yetirmək
lazımdır. Ənənəvi gözmuncuqları əsasən aşağıdakı kimi qəbul
olunmuşdur:
Qoç üçün - açıq çəhrayı-yasəməni gözmuncuğu; Buğalar
üçün - əqiq; Əkizlər üçün - beril; Xərçənglər üçün - zümıiıd;
Şirlər üçün - yaqut; Qızlar üçün - ala-bula yəşəm; Tərəzilər
üçün - almaz və ya dağ billuru; Əqrəblər üçün - sarı topaz;
Oxatanlar üçün - firuzə; Oğlaqlar üçün sarı, göy opal; Dolçalar
üçün - sapfır, Balıqlar üçün - qızılı, göy xrizolit.
Müxtəlif gözmuncuqları və talismanlar taxmaq məsləhət
deyildir. Hər hansı bir adama 4, 8, 13 daş geymək
423
Dostları ilə paylaş: |