doğulanlar bu daşı gəzdirə bilər, belə ki, bu daş hər kəsə lazım
olanı verir.
Rauxtopaz (tüstüləyən topaz) - həm gələeəyi görməyi,
həm də reallıq haqqında baxışları təhrif edə bilər. Bununla belə
o narkotik maddələrdən qoruyur, insanda fantaziyalar oyadır.
Ədəbiyyateılar, xüsusilə şairlər və fantastik janrda yazanlar
üçün yaxşıdır.
Rodisit - rəngsiz, ağ, sarı rəngli olub talisman
gözmuncuğu kimi istifadə olunan daşdır. İnsana çətinlikdə,
qəlb və bədənin düşmənləri ilə mübarizədə kömək edir. O,
insanı gümrahlandırır və hər şeyi tez etməyə sövq edir. Bu daşı
iki gündən artıq gəzdirmək olmaz, yaşlı adamlar isə bir gün
gəzdirməlidir, əks halda orqanizm sürətlə qocalır və bütün
arzular heç olur boğazda və boyunda gəzdinnək məsləhətdir.
Uşaqlara çox da xeyirli deyil, uşaqları səhv inkişaf etdirir.
Rodonit - çəhrayı rəngli bərk mineraldır, talisman və
gözmuncuğu hesab olunur. Gizli istedadı və sirləri açır.
Rodonit xəyallar daşıdır, qəlbi incitməyən filosofdur.
Uşaqlara, müəllimlərə, tərbiyəçilərə, tibb bacılarına yaxşı
talismandır. Əkizlər və Tərəziyə daha çox uyğundur. Əqrəb və
Qoç bu daşa mənfi reaksiya verir. Digərləri bu daşı gəzdirə
bilər, lakin onu tez-tez çıxarmalıdırlar.
Sapfir - bu ad “safayres” yunan sözündən əmələ gəlib,
bu da Ərəbistan dənizindəki Sapfırin adasının adından
götürülmüşdür. Lakin belə bir fikir də var ki, bu söz yəhudi
mənşəli sözdür. Bu daş fikirlərə aydınlıq gətirir.
Sapfir gözəl, qiymətli daşdır. Bu sadiqlik, ismət,
təmizlik və ciddilik, təvəzökarhq daşıdır. Eyni zamanda bu
sevgililərin və təzə ailə quranların talismanı, həm də “aqillərin
daşıdır”. O, dərk etməyə can atmaq hissi oyadır,
445
yaddaşı möhkəmləndirir, mühakimə qabiliyyətini və əqli
nəticə çıxarmaq bacarığını artırır. Böhtan və qibtədən qoruyur,
ətrafdakılarda rəğbət yaradır, talenin üzə gülməsinə şərait
yardır, ruh düşgünlüyündən qoruyur. Təmiz olmayan
sahibindən sapfır uzaqlaşır. Sapfırli üzüyü və ya qolbağını sol
əldə gəzdirəndə o ürək, astma və əsəbdən əziyyət çəkənlərə
kömək edir. Onu əbədilik daşı hesab edirlər. O, bədəndə və
ruhda olan xəstəliklərə qarşı kömək edir, inamı
möhkəmləndirir. Ən güclü sapfır - ulduzludur, onun daxilində
altı işıqlı ulduz olur, bu da inam, ümid, məhəbbət simvoludur.
Əgər sapfırdə zədə varsa
0
bədbəxtlik gətirir və əxlaqi
düşkünlüyə səbəb olur. Sapfır tənbəllik və fəaliyyətsizliyi
aradan qaldırır, yorğun adama güc verir. O, müəllimlərin
daşıdır, bunun köməyi ilə başqalanm öyrədib öz arxasınca
apara bilər. Öz marağına görə nə isə etmək istəyənlərə sapfır
kömək etmir. Əqrəb və Dolça üçün çox xeyirlidir. Balıq və
Xərçəng üçün də məsləhətlidir. Tərəziyə də az-çox uyğundur.
Yalnız Oğlağa heç nə vennir. Məsuliyyətsiz və tənbəl adamlara
bu daş heç nə vəd etmir. Qızıl və gümüşdə gəzdirmək
məsləhətdir.
Sardoniks - xəyanətdən və yalandan, pis gözdən
qoruyur, adamda mərdlik hissi yaradır, qanaxmanın qarşısını
alır,
sümüklərin
bitişməsini
sürətləndirir.
Avqustda
doğulanlara xoşbəxt ailə həyatı bəxş edir. Talisman və
gözmuncuğu kimi gəzdirirlər. Astroloqlar onu din, ideologiya,
məlumat və elm daşı hesab edir. O, zaman üzərində qələbə
daşıdır, cavanlaşmaq və ömrü uzatmaq üçün istifadə olunur.
Əsasən gələcəyi təmin etmək üçün gəzdirirlər. Gələcəyi
haqqında düşünən, onu gözləyən qorxudan xilas olmaq
istəyənlər sardoniks gəzdirməlidir. Əkizlər, Dolça və
Əqrəblərə bu daşı
446
gəzdirmək məsləhətdir. Xərçəng və Qız bürcündən olanlara bu
daş məsləhət deyil. Bu onların planını puça çıxarır.
Scırden - bədəndə gəzdiriləndə yaranın sağalmasına
kömək edir. Mayalanmada xüsusi rol oynadığından yaxşı
bilənlər kişi (qara) və qadın (aydın) sarden daşlarını
fərqləndirirlər. Bizim əsrin dili ilə bunu regenerasiya daşı
adlandırmaq daha yaxşı olardı.
Serdolik —(əqiq) parıltılı olmayan, yarımqiymətli
qırmızı, qırmızı-qəhvəyi, göy rəngə calan və ya ağımtıl rəngli
daşdır. Zəlzələ vaxtı nəyinsə altında qalmaq qorxusundan
qoruyur. Gözəlliyə və dərinin təmizliyinə parıltı verir, baş
ağrısını müalicə edir, qara maqiyaya qalib gəlir, pis
niyyətlərdən qoruyur, adama cəsarət verir, sirrin qorunmasına
kömək edir, mədənin pozulmasından və qızdımıadan qoruyur,
qanaxmanı dayandırır və nifrəti, kini yumşaldır. Serdolik hətta
çılğınlığı belə sakitləşdirə bilir. İnsanların hər hansı xaişinə
yaxşı reaksiya yaradır. Mübahizələrdən uzaqlaşdırır, əqli
itiləşdirir. Daşı gümüş çərçivədə saxlamaq daha yaxşıdır.
Şərqdə qadın doğarkən serdoliki ağzına alır ki, doğuş asan
keçsin. Bu daşın böyük tibbi əhəmiyyəti var. Bu daş zənginlik
gətirir. Buğa, Oğlaq və Tərəzi bürcündən olanların daşıdır. Qız
da gəzdirə bilər, ancaq az-az gəzdirməyi məsləhətdir. Demək
olar ki, bütün bürclər üçün məsləhətdir. Ancaq Xərçəngə ziyan
vurmasa da kömək də etmir. Məhəbbətdə xoşbəxtlik
simvoludur.
Sirkon - nadir, parlaq, qiymətli daşdır və Şərqdə onu
“almazın kiçik qar daşı” adlandırırlar. O, əqli qabiliyyəti
yaxşılaşdırır, elmlərə və həqiqəti dərk etməyə cəhd oyadır,
yaddaşı möhkəmləndirir, zəkanı, fəhmliliyi yüksəldir.
Göyümtül rəngli sirkon səyahətçilərin talismanıdır, onları
447
Dostları ilə paylaş: |