olanlarda labrador olarsa bu gözlənilməz faciələrə, bəzən isə
ölümə gətirib çıxara bilər.
Lazurit - bu daş tərəzi burcu altında doğulanlara xasdır,
0
zəifliyi yüngülləşdirir, kifayət qədər olmayan təmkinliyə
yardım edir, dostluqda və məhəbbətdə aldadıb öz tərəfmə
çəkməyə meyl edənləri bu pis niyyətdən qoruyur. Lazuritlə
olan boyunbağını dəri xəstəliklərindən, revmatizmdən əziyyət
çəkənlərin gəzdirməsi məsləhət görülür. Onun xassəsi adi
həyat qayğılarından uzaqdır ona görə də o tilsim kimi istifadə
olunmur, lakin ondan bir sıra əsəb xəstəliklərindən qorunmaq
vasitəsi kimi istifadə edirlər. Belə hesab edirlər ki, radikulit
(haram ilik əsəb köklərinin iltibahı) və astma (sinəgir xəstəliyi,
təngə- nəfəslik) tutmasının qarşısını alır, qadınların qanını
müalicə edir, yuxusuzluğu qovur. Qızılı nöqtələrlə olan daş
daxili yaralardan qurtarır. Daşın bütün bu istifadə üsulları
yalnız Şərqdə məlumdur.
Lazuritdən olan talismanm köməyi ilə gözlənilməz
planlar və arzular həyata keçir. O, insanlara başladıqları işi tez
qurtarmağa təhrik edir. Həyatın hər bir anında konkret
vəzifələr qoyur. Öz həyatını dəyişmək istəyənlərin daşıdır. O,
yeni maraqların yaranmasına, dostluğun və qarşılıqlı bağlılığın
möhkəmlənməsinə kömək edir. Yalnız Oğlaqlara onu
gəzdirmək olmaz.
Ləl - korundun (bərk mineral) uzaq qohumudur və bu
Şərqdə ən sevimli daşdır. BU daşı Günəşin göz- qamaşdırıeı
təsirindən qorunmaq üçün gəzdirirdilər. İndi onu yaşlı adamlar
bel ağrısından gəzdirirlər. Belə hesab edirlər ki, onu
uşaqlardan gizlətmək lazımdır, çünki onun əsas xassəsi
şəhvani, aşiqanə hislər oyatmaq, məhəbbətə eəzb etmədir. Onu
həvəslə sevgililər bir-birinə hədiyyə edir. Bu daş insanda
ehtiras oyadır.
439
Malaxit - “ikili təsir” talismanıdır. Birincisi, bu çox
gözəl uşaq gözmuncuğudur, onu boğazdan asır və ya gecə
yatarkən yastığın altına qoyurlar, bu da uşağın pis yuxu
görməsinin qarşısını alır. İkincisi, bu daşın ruhi parlaqlığı
bədənin cazibədarlığına “çevirir”. Gözəl və qeyri-adi qadın
malaxitli bəzəyi geyərkən inkişaf etməmiş kişilərdə heyvani
hiss oyadır və bu o qədər təhlükəlidir ki, onlar zorlanmaya da
məruz qala bilərlər. Adamlar üçün isə çox da parlaq olmayan
malaxit sadəeə olaraq göy daşdır, bir az əhval-ruhiyəni
yüksəldir və özünə inam hissi verir.
Malaxit may ayının xoşbəxt daşı hesab olunur. Təzə ot
bitəndə malaxit gəzdirmək lazımdır. Bu daşı ilk növbədə
Tərəzi büreündən olanlar gəzdirməlidir, bu onları eəzbedici
göstərir. Buğa və Şir üçün də uyğun daşdır. Əqrəb, Qız və
Xərçəng büreündən olanlara məsləhət görülmür.
Mirvari - onu çox gəzdirmək olmaz, belə ki, o özündə
Ayın mənfi güeünü cəmləndirir. “Dəniz göz yaşı” peşimancıhq
gətirir, inam və xəyalı öldürür, həqiqi göz yaşma səbəb olur.
Baç tutmayan məhəbbətə və ya həyatdakı hər hansı
uğursuzluğa görə o insanın özünü intihar etməsinə sürəkləyə
bilər. Əgər onu tez-tez seçib ayırsaq o ölür və bununla sahibinə
sağlamlıq gətirir. Xəreəng bürcü altında doğulanlara uğur
gətirir. Bu gün bu daş təmizlik, səmimilik və dəbdəbəlik
simvoludur.
Mirvari sadiqlik və məhəbbətin rəmzidir, nigah
əlaqələrini və evi möhkəmləndirir. Özünə inananlara və
fanatiklərə kömək edir, onu yalnız muneuq və boyunbağı da
gəzdirmək lazımdır. Məhəbbət sərgüzəştləri ilə yaşayanlara
məsləhət görülmür, o yalnız bir nəfərə olan sadiqliyi
möhkəmləndirir. Uşaqlarla çalışanlara mirvari
440
gəzdirmək olmaz, səyahətçilər və aktyorlara öz işlərini
görməyə mane olur. Dolça və Balıqlara məsləhətdir.
Mərcan - adamları sevir, pis gözdən qoruyur, yaraları və
xəstəlikləri müalicə edir. Qədimdə belə hesab edirdilər ki, o
ürəyi müalicə edir, yaddaşı möhkəmləndirir. Mərcanlar- bəxtə
baxanların talismanıdır, müştəri ilə əlaqəni möhkəmləndirir,
həm də yad, pis iradələrdən qoruyur. Qədim dövrlərdən mərcan
ağrıların qarşısını alan, bədbəxtçiliyə mane olan vasitə kimi
qəbul olunmuşdur. Mərcan ürəyi, yaddaşı möhkəmləndirir,
mərcandan olan boyunbağı əsəbləri sakitləşdirir. Romantiklər
və səyahətçilərin daşıdır, adamları qəhrəmanlığa sövq edir.
Səyahət vaxtı oğurluqdan, seldən, digər təbii fəlakətlərdən
qoruyur. Oğlaqdan başqa bütün bürcdən olanlara məsləhətdir.
Marion - (artıq bozumtul tüstü rəngində yox, qara
kristaldır)- inamlara görə, yatmışların aləmi və cadugarlar
dünyası ilə əlaqəni asanlaşdırır. Bu daş adama çox gec və çətin
öyrəşir və sahibini güclü şəxsiyyət kimi qəbul edir və kifayət
qədər ona maqiya gücü verə bilir. Öz sahibinin istedadını
gücləndirir, bəsirətlik (qabağı görmə) verir, hətta kifayət qədər
inkişaf etməmiş adamlar və heyvanlar üzərində hökmranlıq
qabiliyyəti yaradır. Bu daşı bağışlamaq olmaz və ümumiyyətlə
öz gücünə inanmayanlara bu daşla əlaqəyə girməmək
məsləhətdir; əgər marionun sahibi onu qane etmirsə bu daş
ondan xilas olmağa cəhd edir.
Nefrit - ağ, süd rəngli və yaşılacalar “həyat daşı”- dır.
Həyat gücünü möhkəmləndirir, xəstəliklərdən qoruyur və
miqrendən (adətən başın bir yarısında əmələ gələn əsəbi ağrı),
böyrək və ciyər xəstəliklərindən əzab çəkənlərə kömək edir,
görmə qabiliyyətini yaxşılaşdırır, qumar
441
Dostları ilə paylaş: |